“MƏhsul satişI ÜZRƏ ƏMƏLİyyatlarin uçotu



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
səhifə6/42
tarix11.12.2023
ölçüsü0,67 Mb.
#144384
1   2   3   4   5   6   7   8   9   ...   42
liyev-R-hman

1.2.
 
Hazır məhsulun qiymətləndirilməsi qaydası və uçotunun qarşısında 
qoyulan tələblər. 
Bütöv emal, yığım və qablaşdırma proseslərindən keçən, müvafiq standartlara 
müvafiq şərtlərinə cavab verən, texniki nəzarət şöbəsi tərəfindən qəbul edilən, 
hazır məhsul anbarına, yaxud alıcılara təhvil verən məhsullar hazır məhsullar hesab 
edilir. 
Hazır məhsulun tərkibinə ehtiyat hissəsi, yaxud dəstləşdirici məmulat kimi 
alıcılara yüklənən detallar, hisələrə və yarımfabrikatlar da daxil edilirö 
Emal əməliyyatlarından, yaxud dəstləşdirmə prosesindən keçməyən, eyni 
zamanda də, anbara təhvil verməyən, bitməmiş istehsalın tərkibində uota alınan 
məhsullar hazır məhsullar sayılır. 
Məhsulların, yerinə yetirilən işlərin və göndərilən xidmətlərin satışından olan 
gəlirin həcmi, kommersiya təşkilatlarının və sənaye müəssisələrinin isthesalat və 
maliyyə fəaliyyətini xarakterizə edən oən mühüm göstərici hesab edilir. 
Məhsul istehsalı və satışı ilə əlaqədar əməliyyatların auditi
qarşısında duran ovəzifələrə aşağıdakıları aid etmək olar:
• - məhsul istehsalı və satışı ilə əlaqədar əməliyyatların ilk sənədlərlə
rəsmiyətə salınmasının və uçotda əks etdirilməsinin düzgünlüyünü
yoxlamaq;
• - məhsul istehsalının və satışının gələcəkdə artırılması sahəsində mövcud
daxili ehtiyat mənbələrini aşkara çıxarıb, istifadəyə vermək barədə təkliflər
vermək və s.
• - məhsul istehsalı və satışı üzrə dövrü hesabatlarda əks etdirilən
məhsullarına reallıq vəziyyətini yoxlamaq;
• - məhsulların keyfiyyəti və çeşidləri üzrə qəbul olunmuş tapşırıqların
yerinə yetirilməsinə vəziyyətini yoxlamaq;



Məhsulun satılması ilə təşkialtın (müəssisənin) vəsaitinin dövriyyəsi başa çatı 
rvə bunun nəticəsində də əldə edilmiş gəlirlə alınmış əmlakın, xammalın, 
materialın ödənilməsinə, əməyin ödəniləsi uyğun işçi heyəti ilə, vergi və rüsumuna 
görə büdcə ilə, mütəlif ayırmalara görə büdcədən kənar fondlarla, bank kreditinə 
görə bankla hesablaşmanın aparılmasına geniş imkanlar yaranır. Məhsul, iş və 
xidmətlərin satışı nəinki istehsal və tədavül xərclərini ödəməli, həm də istehsalın 
genişləndirilməsi, əsas vəsaitlərin yeniləşdirilməsi, modernləşdirilməsi və yenidən 
qurulmasının, məhsul buraxılışı həcminin artırılmasının mühüm mənbələrindən 
biri olan mənfəət əldə edilməsini təmin etməlidir. 
Məhsul, iş və xidmətlər, onlara mülkiyyət hüququnun satıcıdan alıcıya, 
istehsalçıdan istehlakçıya keçməsi anından satılmış hesab edilir. bu dövrdən 
onların dəyəri gəlir hesab olunur və ümumi gəlirin tərkibinə daxil edilir. 
Gəlir, mühasibat uçotunda pul vəsaitinin və başqa əmlakın daxil olma 
həcminə eyni zamanda də, məhsulun, işin, xidmətin alıcıya,y axud istehlakçıya ve-
rilməsi nəticəsində əmələ gələn debitor borcunun miqdarına bərabər pul ifadəsində 
ifadə edilən məbləğdə qeydə alınır. 
Məhsulun, işin, xidmətin ödənilməsi, pul vəsaiti, valyuta yaxud başqa əmlak 
(xammal, material, əmtəə və i.a.) vasitəsilə aparıla bilər. Satışdan vəsaitin daxil 
olması hesablaşma-ödəmə sənədlərinə (ödəmə tapşırığına, ödəmə tələbnaməsinə, 
kassa-mədaxil orderinə, mal qaiməsinə və s.) əsasən mühasibat uçotunda əks 
etdirilir. 
Yükləmə mühasibat sənədlərinin məlumatlarına əsasən başqa təşkialtlara 
yüklənmiş (yaxud ödənilmiş) məhsulların və öz istehsalı yarımfabrikatların, 
sifarişçilər üçün yerinə yetirilmiş işlərin və göstərilmiş xidmətlərin, öz xidmətedici 
istehsalatına, yaxud təsərrüfatına buraxılmış məmulatların dəyərini özündə 
birləşdirən satışdan olan gəlirin həcmi müəyyən edilir. gəlirin həcmi əsas göstərici 
kimi təşkialtın təsərrüfat fəaliyyətitnin təhlilinin aparılmasında, biznes-planın tərtib 
edilməsində və vergiyə cəlb olunmasının müəyyən edilməsində geniş istifadə 
olunur. 


10 
Aparılan uçotda məhsullar natural, şərti-natural və dəyər ölçüləri ilə əks 
etdirilir. Natural ölçü kimi ədəd, litr, ton və sairədən istifadə edilir. onların köməyi 
ilə analitik uçot aparılır və məhsulların növləri, ölçüləri və i.a. uyğun miqdarı, 
həcmi və kütləsi hesablanılır. 
Natural ölçü ilə yanaşı bir sıra istehsalatda oxşar məhsul buraxılışı uyğun 
məlumatları ümumiləşdirmək üçün şərti natural ölçülərdən də istifadə edilir. 
məhsulun şərti-natural ölçüdə hesablanması bunun faydalılığından, istehsal mər-
hələsinin müddətindən, hazırlanmasının əmək tutumundan asılı olaraq hesablanılan 
əmsalın köməyi ilə yerinə yetirilir. Şərti-natural ölçülər qara metallurgiya, konserv 
və kimya sənayesində istifadə olunur. 
Natural, şərti-natural ölçülərlə yanaşı dəyər ölçüsündən də istifıadə edilir. 
dəyər ölçüsünün köməyi ilə sintetik və analitik uçot aparılır, məhsul buraxılışı 
göstəri cisi, gəlirin həcmi və məhsul satışından əldə edilən maliyyə nəticəsi 
müəyyən edilir. dəyər göstəricisi formalaşan zaman məhsulun normativ (plan) və 
hüquqi maya dəyəri, satışı qiyməti uyğun qiymətləndirilir. 
Məhsulun, bunun satışının, anbarda saxlanmasının eyni zamanda də, maliyyə 
nəticəsinin hesablanması uyğun sintetik və analitik uçotun düzgün təşkil edilməsi 
üçün qiymət-nomenklaturasının xüsusi əhəmiyyəti vardır. 
Qiymət nomenklaturu buraxılan məhsulun siyahısını özündə cəmləşdirir. O, 
təşkilatın özü tərəfindən hazırlanır. Bunun hazırlanması zamanı məhsulların 
(məmulatların) müxtəlif nihanələr (təyinatı, modası, artikulu, markası, növü və s.) 
uyğun təsnifatı əsas götürülür. Buna müvafiq olaraq nomenklatura nömrəsində 
rəqəmlərin müqdarı təyin edilir. qiymət nomenklaturasıda onların nişanələrini, ölçü 
vahidlərini və uçot qiymətini xarakterizə edən nomenklatıra növrəsi, məhsullun 
(məmulatın) adı göstərilir. Uçot qiyməti kimi normativ (plan) dəyərindən və uçot 
qiymətitndən istifadə edilir. təşkialtda kompüterlən istifadə edilən zaman qiymət-
nomenklaturuna əlavə olaraq məhsul buraxılışı və alıcılar haqda daha geniş 
nişanələri özündə əks etdirən məlumatlar tərtib olunur. Xüsusi ilə bu məlumata 
nomenklatura nömrəsindən başqa vergiyə cəlb edilməyən məhsulların, vergi 
dərəcələri və s. də daxil edilir. bu cür siyahısının bazasında əsas istehsalatın, 


11 
köməkçi sexlərin, xidmətedici təsərrüfatın, ayrı-ayrı sex və sahələrin məhsul 
buraxılması haqda məlumatlar tərtib edilir. 
Hazır məhsul, yerinə yetirilmiş iş və göstərilmiş xidmətlərin buraxılışı və 
satışı sintetik hesablarda onların həqiqi maya dəyəri ilə əks etdirilir. 
Cari uçotda normativ (plan) maya dəyərindən, yaxud satış qiymətindən 
istifadə edən zaman göstərilən dəyərlilər arasında əmələ gələn kənarlaşmanın 
(fərqin) yüklənmiş, satılmış həcminini anbarda qalan və yüklənən məhsul qalıqları 
arasınca müəyyən edilməsi və bölüşdürülməsi zəruriyyəti meydana çıxır. 
Kənarlaşma (fərq, həqiqi maya dəyərini normativ (plan) maya dəyəri, yaxud 
satış qiyməti ilə müqayisə etməklə istehsalatdakı buraxılış məhsullar uyğun 
müəyyən edilir. onların ay ərzindən yüklənmiş (satılmış məhsulların və ayın 
axırına anbarda (yüklənmədə) qalan qalığı arasında bölüşdürülməsi, məhsulların 
ayın əvvəlinə qalan qalığı (anbarda, yükləmədə) və cari ayda buraxılan (yüklənə, 
satılan) məhsulların dəyərinin, həmin həcmdə normativ (plan maya dəyərinə, 
yaxud satış qiymətinə olan nisbəti kimi hesablanan orta faizlə yerinə yetirilir. 

Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə