Mелиораtив щидроэеолоэийанын



Yüklə 6,75 Mb.
Pdf görüntüsü
səhifə45/74
tarix08.07.2018
ölçüsü6,75 Mb.
#53995
növüDərs
1   ...   41   42   43   44   45   46   47   48   ...   74

162 
 
meteoroloqu    De  lya  Hir  tərəfindən    bulaq  sularının    mənşəyinin  
öyrənilməsi  üçün  aparılmışdır. 
Rusiyada  ilk    dəfə  1893-cü  ildə  P.A.Kostıçev  tərəfindən 
yaxşı  avadanlıqlaşdırılmış (yağışölçən  qurğular  və  kənd  təsər-
rüfatı  botanika  bağı  daxil  olmaqla) Şatilov  təcrübə  stansiya-
sında    lizimetrik    qurğular    quraşdırılmışdır.    1903  –cü    ildə  
B.M.Velbel  Plotyansk  kənd    təsərrüfatı    təcrübə    stansiyasında 
Odessa vilayətinin  tipik  qaratorpaq  şəraiti  üçün  metal  lizimetr-
lərin   bir  neçə  konstruksiyasını  işləyib hazırlamış  və  quraşdır-
mış,  onların  iş  rejimini  müqayisəli  öyrənmiş,  pozulmuş  struk-
tura  malik və  tökmə  qruntların  süzülmə  qabiliyyətinin  tədqi-
qatını  aparmışdır.   
Torpaq    komponentlərinin    transformasiyasında    və    bitki-
lərin    qidalanmasında    atmosfer    çöküntülərinin    rolunun    tədqi-
qatına  əsaslanan lizimetrik  üsul isə ilk  dəfə  XVIII əsrin  sonu – 
XIX    əsrin    əvvəllərində    ingilis    alimi    Con    Dalton    tərəfindən  
tətbiq  edilmişdir. 
Azərbaycanda  lizimetrik  tədqiqatlar  ilk  dəfə  1966-cı  ildə  
Ə.Ə.Əlirzayev  tərəfindən  Muğan düzənliyində Cəfərxan təcrübə-
balans sahəsində  aparılmışdır. 
Ölçüsünə,  formasına  və  materialına    görə    lizimetrlərin  bir  
neçə    konstruksiyası    ayrılır.  Lizimetrlər  silindr,    kub,  parallele-
piped və ya konus-qıf formasında  olur. Onların  divarları  və  dibi  
sukeçirməyən  (beton, metal, kərpic, plastmass)   və  korroziyaya  
davamlı  olmalıdır. Mayenin  süzülməsi  üçün  lizimetrin  dibini  
filtratın   yığılmasına    xidmət   edən  boruya    doğru    maili    düzəl-
dirlər  və  dibə  drenləşdirici  funksiya  daşıyan çaqıl,  çınqıl  və ya  
qumdan  ibarət qrunt  tökürlər. 
Lizimetrdə  suyun  süzüldüyü  torpaq  qatının  qalınlığı  20-
25  sm-dən  bir  neçə  m-ə  qədər  çatır. 
Müqayisəli  tədqiqat  üçün  lizimetrlər  10    və  daha  çox  
olmaqla,  bir-birindən  müəyyən  məsafədə  iki  və  daha  çox  cüt  
sıralarda    qruplar    üzrə    yerləşdirilir.  Lizimetrlər    torpağa    elə  
basdırılır  ki,  onların  daxilində  və  xaricində  torpağın səthi eyni  


163 
 
səviyyədə olsun.  Süzülən  suyun  toplanması  üçün  olan  qəbul-
edicilər atmosfer  çöküntülərindən və temperaturun  kəskin  dəyiş-
məsindən  etibarlı  mühafizə  olunan   yeraltı  qurğularda  (dəhliz-
lər,  tranşeylər,  çala)  yerləşdirilir. 
Lizimetrlər  (xüsusilə    stasionar)  laboratoriyalara    yaxın   
olmaqla  elə yerləşdirilir ki, normal işıqlanma təmin  olusun.  Quş-
lardan,  heyvanlardan qorumaq  üçün  isə onlar  perimetr  üzrə  hər  
tərəfdən  torla  əhatə  olunur.  
Son  illər  plastik  lizimetrlər  daha  geniş  tətbiq  olunur. Be-
ton və  ya  kərpic  lizimetrlərin  çoxillik  təcrübələrin  aparılması  
üçün  tətbiqi  məqsədəuyğundur.  Belə  lizimetrlər  uzunmüddətli  
istifadə  üçün  nəzərdə  tutulur.  Bir  qayda  olaraq,  bu  lizimetr-
lərin  səthinin  sahəsi  1- 2 m
2  
 və  hətta  4  m

  olur.  
İlk  lizimetrlərdən  biri 1903-cü  ildə  Rusiyada  Kənd  təsər-
rüfatı  institutunda  P.F.Baranovun  layihəsi  əsasında  qurulmuş-
dur.  Betondan  hazırlanan və  hər birinin  tutumu 1 m

 (1x1x1 m) 
bu  lizimetrlər  hər  birində  12  ədəd  olmaqla  iki  sırada    bir-
birindən  0,5 m  məsafədə  yerləşdirilmişdir.   Ön  divarları  yeraltı  
dəhlizə çıxan bu lizimetrlərin  arasında  beton  divarlar  qoyulmuş-
dur. Sıralar  arasında  yeraltı  dəhliz  düzəldirlər  ki,  həmin  dəh-
lizlərə  də  lizimetrlərin  hər birinin  müxtəlif  laylarından  növbəli  
filtrat  qəbuledicilərilə borular  çıxır.  
Qeyd  etmək  lazımdır  ki,  beton   lizimetrlər  yalnız  tökmə  
qruntlar  üçün  sərfəlidir.  Onlardan  müxtəlif  ölkələrin  bir  çox  
elmi-tədqiqat    müəssisələrində   müxtəlif  bitkilər,  gübrələr  və  
torpaq  tipləri  ilə  stasionar  təcrübələrin  aparılması  üçün  isti-
fadə  olunur. 
Metal lizimetrlər   müxtəlif  formaya  (silindr,  kub,  paralle-
lepiped) və  tutuma  malik  olur.  Onlar  həm  təbii,  həm  də  tök-
mə    torpaqlarla    işləmək    üçün    tətbiq    olunur.  Tökmə    torpaqla  
təcrübədə  metal  listlərdən  hazırlanmış  və  bəzən  içərisi  asfalt  
lakı  ilə  örtülmüş   silindrik  və  parallelepiped  formalı  lizimetr-
lər  istifadə  olunur. Bu  lizimetrlərin  dibində  beton  lizimetrlərdə  
olduğu  kimi,  çınqıl  və  qumdan ibarət drenaj   yerləşdirilir. İçə-


164 
 
risi  torpaqla  doldurulmuş  lizimetrlər  ya  bilavasitə  qrunta  elə  
basdırılır ki, onun  (lizimetrdə  olan  torpağın)  səthi  yer  səthi  ilə  
eyni  səviyyədə  olsun,  ya  da  onu (lizimetri)   qrunta  basdırıl-
mış,  diametri  bir  qədər  böyük  olan  digər  bir  metal  silindrin  
və  ya  yeşiyin içərisinə  yerləşdirirlər. Bu  zaman  xarici  silindr  
qazılmış    dərənin    divarlarının    bərkidilməsinə    xidmət    edir,  
daxili    silindr    isə    bilavasitə  lizimetr    rolunu    oynayır    (şək.36, 
37).   
a
 
 
 
 
 
 
 


165 
b
c
Şəkil  36. Lizimetrlər:  a -   Torpağa  basdırılmış lizimetrin təsviri; b - 
Lizimetrin    sxematik    təsviri;    c  -  Təcrübə    sahəsində  torpaqda  iki    sırada 
yerləşdirilmiş  lizimetrlərin  plandan  görünüşü. 


Yüklə 6,75 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə