Mелиораtив щидроэеолоэийанын



Yüklə 6,75 Mb.
Pdf görüntüsü
səhifə53/74
tarix08.07.2018
ölçüsü6,75 Mb.
#53995
növüDərs
1   ...   49   50   51   52   53   54   55   56   ...   74

188 
Təzyiqli    sularla    qidalanma   3233  m
3
/ha    və    ya    balansın  
gəlir    hissəsinin    32,1  %  -  ni      təşkil    edir.    Suvarmanın    aparıl-
madığı  zaman   aerasiya  zonasından  qrunt  suyu zonasına 620 
m
3
/ha  və  ya 6,1 %  su  daxil  olur  ki,  bu  da  buxarlanma,  yan-
lara  yeraltı  axın  və  drenaj  axını  ilə  kompensə  olunur. 
Balansın  çıxar  hissəsində  qrunt   suyu   səthindən  buxar-
lanma  3760 m
3
/ha  və  ya  39,3 %  təşkil  edir,  yəni  balans   tor-
paqdan    istifadə    əmsalının    mövcud    qiymətində      və    mövcud  
drenaj  şəbəkəsi  olduğu  halda  buxarlanma  tipi  ilə  xarakterizə  
olunur.  Buxarlanmanın  miqdarı  drenaj  axınının  miqdarını  2,7   
dəfə  aşır. 
Balansın  çıxar  hissəsinin   14,8 % - ni  təşkil  edən  (1414 
m
3
/ha)  drenaj  axını  qrunt  suyu  səviyyəsinin  aşağı  salınmasını  
təmin etmir. Yanlara yeraltı  axın   Göyçayın  yatağına  və  cənuba  
doğru   müşahidə   olunur. Göyçayın balansın  çıxar  hissəsindəki  
rolu  954 m
3
/ha (və   ya  9,8%)  qiymətləndirilir.  Cənuba  doğru  
yeraltı  axının  həcmi  12 m
3
/ha  və  ya  0,1 %  qeyd  olunur. 
Qrunt  suyu  balansının  ayrı – ayrı  elementlərinin  qiymət-
lərinin  dəyişməsi  aerasiya  zonasında  nəmlik  ehtiyatının  dəyiş-
məsinə gətirib  çıxarır.  Sonuncunun  sərfi  martın  üçüncü  ongün-
lüyündən sentyabrın ortalarına  qədər   müşahidə  olunur.  Oktyab-
rın    ortalarından    süxurların    3430  m
3
/ha  (və    ya  balansın    çıxar  
hissəsinin 38,8% -i qədər) həcmində nəmlənməsi  baş  verir. Nəm-
lik    ehtiyatının    dəyişmə    miqdarı    atmosfer    çöküntülərinin,  su  
buxarlarının    kondensasiyasının,    yanlardan    yeraltı    axının    və  
drenaj  axınının  miqdarına  mütənasib olaraq  dəyişir. 
37 saylı  cədvəldə Şirvan  təcrübə – sınaq  sahəsində  qrunt  
sularının  su – duz  balansının  strukturu  göstərilmişdir. 
Drenajın zəif  fəaliyyəti və  buxarlanmanın  az  olması  nəti-
cəsində  qrunt  suyu  balansının  gəlir  hissəsi  çıxar  hissəsini  510 
m
3
/ha  (gəlir  hissəsinin  5,1 % -  i  qədər)  aşır.   Nəticədə  qrunt  
suyu  səviyyəsi  26 sm  qalxmışdır (və  ya 

 = 0,16  olduqda  416 
m
3
/ha). Qrunt sularının balansı  VIII  -  IX  aylarda  mənfi:  uyğun  
olaraq,  -100   və -150 m
3
/ha  müşahidə  olunmuşdur.   


189 
 
Cədvəl  37 
Şirvan  təcrübə – sınaq  sahəsində  qrunt  sularının  su – duz  
balansı   (1040  ha  sahə) 
Mənbələr 
Su 
Duz 
m
3
/ha 

t/ha 






Balansın  gəlir  hissəsi 
 
Atmosfer  çöküntülərinin  infiltrasiyası 
953 
9,4 
7,6 
6,5 
Su  buxarlarının  kondensasiyası 
1013 
10,1 


Suvarma  sularının  infiltrasiyası, o cüm.:   
4200 
41,7 
73,2 
59,3 
a)  suvarma  kanallarından  
560 
5,6 
0,8 
 
b)  suvarma   sahələrindən 
3640 
36,1 
72,4 
 
Yanlardan  yeraltı  axın 
61 
0,1  
1,1 
0,1 
Təzyiqli  sularla  qidalanma   
3233 
32,1 
23,5 
19,5 
Nəmlik    ehtiyatının    (-
W

)    və    duz  
ehtiyatının (-
S

)  dəiyşməsi   
620 
6,1 
18,3 
14,6 
Cəmi 
10080 
100 
123,7 
99,6 
Balansın  çıxar  hissəsi 
 
Yanlara  yeraltı  axın,  o   cümlədən: 
966 
19,9 
15,9 
15,7 
a)    qrunt    sularının    Göyçayın    yatağına  
boşalması 
954 
9,8 
13,6 
 
b)  qrunt    sularının    kollektorun    yatağına  
boşalması 
12 
0,1 
2,3 
 
Drenaj  axını 
1414 
14,8 
16,0 
15,8 
Qrunt  suyu  səthindən  buxarlanma, o cüm.: 
3760 
39,3 


a) açıq  su  səthindən   
34 
0,5 
 
 
b)  qrunt  suyu  səthindən  
3726 
38,8 
 
 
Nəmlik    ehtiyatının    (-
W

)    və    duz  
ehtiyatının (-
S

)  dəiyşməsi 
3430 
35,8 
69,5 
68,5 
Cəmi 
9570 
99,7 
101,4 
100 
Balans 
510 
5,1 
22,3   
18,1 


190 
 
Qrunt  suyu  səviyyəsi 20–30 sm  aşağı  düşmüşdür.  Qalan  
aylarda   balans  müsbət  qeyd  olunmuşdur. 
Qrunt   sularının   duz   balansı. 
Suvarılan  və  istifadəsi  nəzərdə  tutulan  torpaqların  melio-
rativ  qiymətləndirilməsinin  əsas  meyarlarından  biri  duz  balan-
sıdır    ki,  bununla  da  duztoplanma  proseslərinin    istiqaməti    və  
aerasiya    zonası    süxurlarında    duz    mübadiləsinin      dinamikası  
müəyyən  edilir.   
Duz  balansı  əsasən  yeraltı  və  yerüstü  suların  balansı  ilə  
təyin olunur. Əraziyə daxil olan  və  xaric  olan  duzların  miqda-
rını  hesablamaq  üçün  bütün  qidalanma  mənbələrinin  mineral-
laşma  dərəcəsi  öyrənilmişdir. 
A.  Qrunt  sularının  duz  balansının  gəlir  hissəsi. 
1) Duzların  atmosfer  çöküntüləri  ilə  gətirilməsi. 
Atmosfer  çöküntüləri  balansın  digər  elementləri  kimi,  bu  
və ya digər  dərəcədə  duzların  gətirilməsi  mənbəyi  hesab  edilir.   
Atmosfer    çöküntülərinin      minerallaşma    dərəcəsi    illik  
kəsilişdə   aylar  üzrə  öyrənilmişdir  və    aşağıdakı  kimi  paylanır  
(q/l): I  -  0,22  ;   II – 0,18  ;   III – 0,17  ;   IV – 0,16 ;  V – 0,13 ; 
VI – 0,26  ; VII – 0,98 ; VIII – 1,20;  IX – 0,78 ;  X – 0,55  ;  XI – 
0,33;  XII – 0,26  ;  orta  illik:   0,46  q/l  . 
Hesablamalar    göstərmişdir    ki,    atmosfer    çöküntüləri    ilə  
yer  səthinə  ildə  0,9 – 2,1  t/ha  duz  gətirilir. 
Qrunt  sularını  qidalandıran  atmosfer  çöküntüləri  aerasiya  
zonası süxurlarından  süzülərək,  asan  həll  olan  duzlarla  zəngin-
ləşir.  Bu  duzların  həll  olması   nəticədə  qrunt  sularının  mine-
rallaşma  dərəcəsini  artırır.  
Həcmini  və  minerallaşma  dərəcəsini  bilməklə,  atmosfer  
çöküntüləri  ilə  qrunt  sularına  daxil  olan  duzların  miqdarını  
hesablamaq  olar. 
Qrunt  sularının  atmosfer  çöküntüləri  ilə  953 m
3
/ha  həc-
mində  qidalanması  zamanı   sonuncunun  minerallaşma  dərəcə-
sini  orta  hesabla  8  q/l qəbul  etsək, onda  atmosfer  çöküntüləri  
ilə  qrunt  sularına  daxil  olan  duzların  miqdarı  ildə  7,6  t/ha  


Yüklə 6,75 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə