Mелиораtив щидроэеолоэийанын



Yüklə 6,75 Mb.
Pdf görüntüsü
səhifə55/74
tarix08.07.2018
ölçüsü6,75 Mb.
#53995
növüDərs
1   ...   51   52   53   54   55   56   57   58   ...   74

194 
 
III. AERASİYA  ZONASI  SÜXURLARINDA   
ŞORLAŞMA VƏ  ŞORAKƏTLƏŞMƏNİN ƏSASLARI 
 
 
3.1.Aerasiya  zonası  süxurlarında  şorlaşma 
 
Tərkibində  kənd  təsərrüfatı  bitkilərinin  normal  inkişafına  
mane  olan  miqdarda  duz  olan  torpaqlar  şorlaşmış  hesab  olu-
nur.  Bu  torpaqlarda  Na,  Ca,  Mq  ionları  və    NaCl,  Na
2
SO
4

Na
2
CO
3
,  NaHCO
3
 ,  MqCl
2
 ,  MqSO
4
 , Mq(HCO
3
)
2
 , CaCl
2
,   Ca 
SO
4
 ,  Ca(HCO
3
)
2
   kimi  duzlar  iştirak  edir.  
Suyun kimyəvi  tərkibində  CO
3
  anionunun  yalnız  Na
2
CO
3
  
duzuna  rast  gəlinir  ki,  bu  da  bitkilər  üçün  çox  zərərli  hesab  
olunur.    Torpaqda    daha    çox    təsadüf    olunan    duzlardan   
Ca(HCO
3
)
2
    və   Ca SO
4
    kənd  təsərrüfatı  bitkilərinin  inkişafı  
üçün  zərərsizdir.  Torpaqda  həll  olan  duzların  ümumi  miqdarı  
torpağın  quru  çəkisinə  görə  % - lə  ifadə  edilir  və  quru  qalıq  
adlanır.  
Torpaq   məhlulunda   müxtəlif    duz    birləşmələrinin    qatılı-
ğının  artması  bitkilərin  normal  inkişafını  ləngidir  və  çox  za-
man  onu  məhv  edir.  Bitkinin   kökləri  vasitəsilə  gövdəsinə  və  
yarpaqlarına  daxil  olan  duz  məhlulları  onun  inkişafını  və  fo-
tosintez    prosesini    zəiflədir,    nəticədə    bitkinin    məhsuldarlığı  
azalır. 
Duzların    tərkibi    nəzərə    alınmaqla    torpaqlarda    şorlaş-
manın aşağıdakı  növləri  ayrılır:  1) xlorlu  (Cl);  2) sulfatlı (SO
4
);         
3) karbonatlı (sodalı) (CO
3
). 
Torpaqlarda    çox    zaman    qarışıq    şorlaşmaya    da    təsadüf  
olunur:    SO
4
  –  Cl,    Cl  -  SO
4
  ,    SO
4
  -  CO
3
  .  Qarışıq    şorlaşmada  
üstünlük  ikinci  yerdə  gələn  aniona  məxsusdur. 
Morfoloji əlamətlərinə (xarici  görünüş və quruluşuna  görə) 
şoran  torpaqlar:  yumşaq,  rütubətli (nəm)  və  qara  şoran  kimi  
növlərə  ayrılır. 


195 
 
Yumşaq    şoranlaşmada    torpağın    üst    təbəqəsi    (5-7  sm)  
yumşaq  və  quru,  toz  kimi olur. Üst  təbəqədə  çoxlu  Na
2
SO
4
  
duzları  olduğundan  belə  torpaqlar  sulfatlı  şoran  adlanır. 
Rütubətli (nəm)  şoran   torpaqlarda  üst   təbəqə  bərkimiş, 
tünd  rəngli  olur,  üzərində  yeriyərkən  sanki  «qaysaq»  parçala-
nır. Bu isə torpaqda CaCl
2
 ,  MqSO
4
  duzlarının  olduğunu   göstə-
rir.  Nəmçəkmə  qabiliyyəti  çox   yüksək  olduğundan  belə  şoran  
torpaqların   üst  təbəqəsi  həmişə  nəm  olur. 
Qara  şoran -  öz  xarici  görünüşünə  görə  yumşaq   şorana  
bənzəyir,  rəngi  tünd  qaraya  çalır,  yağış  yağarkən  su  torpağa  
hopmur  və  səthdə  toplanır  ki,  bu  da  torpaqda  Na
2
CO
3
   duzu-
nun  (sodanın)  olduğunu  göstərir.  Tərkibindəki  humus  məhlula  
keçdiyindən  torpağın  rəngini  qaraldır,  sodanın  təsirindən  tor-
paq  yüksək  dərəcədə  tozlaşır  və  susızma  qabiliyyəti  zəifləyir.   
39  saylı    cədvəldə  xlorlu    və    sulfatlı  –  xlorlu    şorlaşma  
tiplərinə  malik  torpaqlarda  şorlaşma  hədləri  (V.R.Volobuyevə  
görə)  göstərilmişdir. 
38 saylı şəkildə şoranlaşmış torpaqlar əks olunmuşdur. 
Cədvəl 39 
Xlorlu  və  sulfatlı – xlorlu  şorlaşma  tiplərinə  malik  
torpaqlarda  şorlaşma  həddi  (V. R.Volobuyevə  görə) 
 
Torpağın  şorlaşma  həddi   
 
Torpaqda  duzun  
miqdarı,  quru   
qalıqdan  faizlə 
Şorlaşmamış  
 
<0,1 
Çox  zəif  şorlaşmış 
 
0,1-0,25 
Zəif şorlaşmış 
 
0,25-0,5 
Orta şorlaşmış 
 
0,5-1 
Şiddətli şorlaşmış 
 
1-2 
Çox şiddətli şorlaşmış 
 
2-3 
Şoran 
 
>3 
 
 


196 
a
b
Şəkil  38  (a, b).  Şoranlaşmış  torpaqlar  (takırlar). 
Abşeron  yarımadasının  aerasiya  zonası  süxurlarının    şor-
laşmasının    əsasları.  Abşeron  yarımadasının  ərazisi  dəniz  fasi-
yasının  kifayət  qədər  genetik  şorlaşmaya  malik  qumlu-gilli  çö-
küntülərinin  inkişafı  ilə  xarakterizə    olunur.  Səthi  nazik  örtüklə 
örtən  kontinental    çöküntülər    ilkin    şorlaşmanın    yüksək    dərə-
cəsinə  malikdir.   
Yarımadanın  qərb  hissəsi  üçün,  yaxşı  təbii  drenləşmə 
dərəcəsinə    baxmayaraq,  aerasiya  zonası  süxurlarının    xüsusilə  
yüksək    şorlaşması    xarakterdir.  Suda  həll  olan  duzların  kon-
sentrasiyası  0,6-0,8  %    təşkil  edir.  Duzların  miqraysiyası  üçün 
dinamik mühit hesab olunan yeraltı sular  iştirak  etmədiyinə  görə  
qruntlarda  onlar  (duzlar)  bərk  fazada  yerləşir.  Bununla  əlaqədar 
olaraq,    duzların    miqdarının    dəyişməsi  yalnız  onların  atmosfer 


197 
 
çöküntüləri  ilə  yuyulub  aparılması ilə  dəyişir. Ona görə də ya-
rımadanın  bu  hissəsi  üçün  qruntların  şorlaşması  ilə duzların 
yuyulub  aparılması  proseslərinin  mövcudluğu  arasında  tarazlıq  
xarakterikdir. 
Yarımadanın şərq hissəsində yeraltı suların  yayılması  səbə-
bindən su-duz mübadiləsi prosesləri fəal baş verir.  Lakin  sahənin  
kifayət  qədər  böyük  hissəsi    torpaqdan  məhrum  olmuşdur  və  ya  
onun  qalınlığı   10-30  sm – ə  qədərdir. Kifayət qədər sahələrdə 
duzlar  qruntlardan  yerüstü    və    yeraltı    sularla    altdakı    hori-
zontlara    yuyulub    aparıldığı    kimi,  həm    də    ərazinin    hüdud-
larından    kənara    aparılır.    Bununla    yanaşı,  aerasiya  zonasında  
buxarlanmanın  təsiri  ilə  duzların təkrar toplanması prosesi  baş  
verir.  Yarımadanın  şərq  hissəsinin  qruntları  daha    az    şorlaşma 
dərəcəsi  ilə    xarakterizə  olunur.  Qruntların  duz    tərkibində    SO
4
  
və  Cl  ionları  üstünlük  təşkil  edir.  Duzların yuyulub  aparılması 
baş  verən sahələrdə  şorlaşma  dərəcəsinin  azalması  ilə  yanaşı,  
karbonatlığın    artması,  bəzi  yerlərdə  isə    sodanın    meydana  çıx-
ması  müşahidə  olunur. 
Şirvan  düzənliyinin torpaqlarının  duz  rejiminin   və qrunt  
sularının  hidrokimyəvi    tərkibinin    formalaşmasında    kompleks   
təbii,  geoloji – hidrogeoloji  və  irriqasiya  - təsərrüfat  amillərinin  
rolu  böyükdür.  Bununla əlaqədar olaraq, şorlaşmamış  torpaqlar 
süni    drenajın    intensiv  fəaliyyət  göstərdiyi    suvarılan    sahələrdə  
yayılmışdır,  ayrı–ayrı  sahələrdə  isə  zəif  və  orta  şorlaşmış  tor-
paqlara  təsadüf  olunur.  İntensiv  şorlaşma  gedən  torpaqlar  əsas  
etibarilə,  cənub  və    cənub–şərq  hissədə,    süni      drenajın    demək  
olar  ki,  yox   dərəcəsində  olduğu  sahələrdə  rast  gəlir. 
Aparılan  meliorativ  tədbirlər  nəticəsində   torpağın şoran-
laşması  on  il  ərzində  (2003–2013)  1,68% - dən  1,49% - ə qə-
dər  azalmışdır.   
Ərazidə    torpağın    şorlaşmasının    4    tipini  ayırmaq    müm-
kündür: 
1)Hidrokarbonatlı-sulfatlı, kalsiumlu-natriumlu  tip - 0,25 % 
şorlaşma  dərəcəsi  ilə  xarakterizə  olunur; 


Yüklə 6,75 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə