Mелиораtив щидроэеолоэийанын



Yüklə 6,75 Mb.
Pdf görüntüsü
səhifə63/74
tarix08.07.2018
ölçüsü6,75 Mb.
#53995
növüDərs
1   ...   59   60   61   62   63   64   65   66   ...   74

220 
 
Konkret  -  mücərrəd  şərait  üçün  növbəli  əkinlərin  daha 
əlverişli  sxemini  təyin  etmək  məqsədi  ilə  digər  göstəricilərlə 
yanaşı,  hər  bir  növbəli  əkinin  taxıl  istehsalı,  yem  məhsulları, 
texniki bitkilər və s. məhsuldarlığı müəyyənləşdirilməli və onların 
iqtisadi  səmərəliliyi  öyrənilməli,  mücərrəd  əkin  dövriyyəsi  seçi-
lərək tətbiq edilməlidir. 
Növbəli əkin tarlalarında pambıq, taxıl, şəkər çuğunduru və 
başqa  kənd  təsərrüfatı  bitkiləri  hər  bir  təsərrüfatın  suvarılan 
torpaqlarında  muəyyənləşdirilmiş  əkin  sahələrinin  nisbətindən 
asılı olaraq beçərilir. 
Yuxarıda qeyd olunanları nəzərə almaqla, Muğan-Salyan və 
Şirvan  düzənliklərinin  Kür  sahili  zonasında  drenləşdirilmiş,  zəif 
və  orta  dərəcədə  şorlaşmış  torpaqlarında  3  il  pambıq,  4-cü  ilin 
payızında  arpa  və  yazda  onun  örtüyü  altında  yonca  əkilir,  5-ci il 
yonca  əkini  saxlanılır,  6-cı  il  və  sonrakı  iki  ildə  yenidən  pambıq 
əkilir. 
Mil-Qarabağ  duzənliyində  suvarılan  drenləşdirilmiş  torpaq-
larda aşağıdakı üsullar tətbiq oluna bilər: 
- Qarabağ  maili duzənliyinin şimal-qərb hissəsində: payızda 
arpa  əkilir  və  yazın  əvvəlində  örtük  altında  yonca  səpilir,  3  il 
müddətində becərilir. Sonra 3 illik yonca sahəsi şumlanır və sahə 
pambıq  əkini  üçün  hazırlanır,  tarla  normal  kənd  təsərrüfatı 
bitkilərinin əkin dövriyyəsinə daxil edilir; 
-  soda  ilə  şorlaşmış  torpaqların  yayıldığı  ərazi  yazın 
əvvəlində yonca bitkisi altında istifadə olunur; 
- torpaq sahəsi fevral və mart aylarında yuyulub qurtardıqda, 
tarlada  pambıq  və  ya  qarğıdalı  əkilir.  Əgər  yuma  mart  ayından 
sonra başa  çatarsa, onda əkin sahəsində sıx silosluq qarğıdalı və 
yaxud kölgə yaradan bitkilərin əkilməsi tövsiyə olunur; 
-yuma sentyabrda və ya noyabr ayının əvvəllərində qurtarar-
sa,  sahədə  payızlıq  taxıl  əkilir,  sonra  yazın  ilk  günlərində  örtük 
altında  yonca  səpilir.  Yonca  2-3  il  becərildikdən  sonra  növbəli 
əkin dövriyyəsi sisteminin tətbiqində istifadə edilir. 


221 
 
Şirvan düzənliyi  və Cənubi Muğanda, intensiv drenləşdiril-
miş,  müxtəlif  dərəcədə  şorlaşmış  (əsasən  zəif  və  orta)  suvarılan 
torpaqlardan  kənd  təsərrüfatı  bitkilərinin  becərilməsində  iki  cür 
istifadə etmək mümkündür: 
-dərin  dondurma  şumundan  sonra  sahədə  yazlıq  bitkilər 
əkilir,  payızda arpa səpilir, sonra yazın ilk günlərində arpanın ör-
tüyü altında yonca əkilir və 3 il becərilir. Sonra yonca sahəsi dərin 
şumlanır,  sahə  növbəli  əkində  əsas  bitki  olan  pambıq  üçün  ha-
zırlanır; 
-  dərin  dondurma  şumundan  sonra  yazın  əvvəlində  yonca 
səpilir və 3 il yonca becərildikdən sonra sahə pambıq - yonca növ-
bəli əkin sistemində istifadə olunur. 
Azərbaycanda  mövcud    suvarılan    torpaqların    562,6    min  
ha – da  müxtəlif  intensivliyə  malik  drenaj  tikilmişdir.  KDŞ – li  
suvarılan  torpaqlar Muğan – Salyan  düzənliyində  277  min  ha,  
Şirvan düzənliyində 140  min  ha,  Mil-Qarabağ düzənliyində  174  
min    ha    təşkil    edir.  Baş    Mil  –  Muğan    kollektorunun    rekons-
truksiyası  bütün  Kür – Araz  ovalığının (Kür  çayının  sağ  sahi-
linin)    suvarılan  torpaqlarının  şorlaşmadan  və    babaqlıqlaşmadan  
azad  edilməsinə  xidmət  edən  ən  böyük  hidrotextiki  tədbirdir. 
 
 
3.3. Aerasiya  zonası  süxurlarında  şorakətləşmə   
 
Təcrübə  göstərir  ki,  şorakət  torpaqlarda  bərkimiş  torpaq  
qatının  əmələ  gəlməsinin  əsas  səbəbi  torpaq  tərəfindən  udu-   
lan  Na  ionudur.  Torpağın  onunla  təmasda  olan  müxtəlif  mad-
dələri  (qaz,  duz,  kation  və  anionları)  udub  özündə  saxlamaq  
qabiliyyəti   vardır.  Udulmuş  ionlar  su  ilə  yuyulub  aparılmır,  
torpaqda  saxlanılır. Udma  qabiliyyətinə  malik   olan  torpaq  özü  
torpaq    məhlulundan    müəyyən    miqdarda    Ca,    Mq,    Na    və    H  
ionlarını  uda  bilir  və  ekvivalent  miqdarda  bir-biri  ilə  dəyişə  
bilir. 


222 
 
Torpağın  fiziki-kimyəvi  udma  qabiliyyətinə  malik  olan  
kolloid  hissəsi (uducu  kompleks)  tərəfindən  saxlanıla  bilən  ka-
tionların  ümumi  miqdarına  onun  udma  tutumu  deyilir  və  100  
q  torpaq  üçün  mq.ekv  ilə  ifadə  olunur. 
Şorakət  torpaqların  səciyyəvi  xüsusiyyətlərindən  ən  əsası  
bərkimiş    torpaq    qatında    kənd    təsərrüfatı    bitkilərinin    normal  
inkişafına  çox  zərərli  təsir  göstərən  sodanın  (normal  və  turş  
soda  -  Na
2
CO
3
  və  Na(HCO
3
)  və  torpağın  uducu   kompleksin-
də  normadan  artıq   Na  kationunun  olmasıdır.   
Şorakət   torpaqların  münbitliyini  məhdudlaşdıran  amilləri  
şərti  olaraq:  fizioloji  şorakətlik  və  fiziki  şorakətlik  kimi  iki  
qrupa  ayırırlar. 
Birinci  qrup  amillərə  torpaq  məhlulunun  xüsusiyyətləri:  
onun  yüksək  qatılığı,  bəzi  elementlərin  torpaq  məhlulunda  ça-
tışmazlığı,  yüksək  qələvililiyi  və  s.  daxildir. 
İkinci  qrup  amillərə  isə  torpağın  şorakət  qatının  mənfi  
xassələri,  yəni  quru  halda  çox  bərk  olması,  nəm  halda  şiş-
məsi,  strukturunun  pozulması,  torpaqda  suyun  çox  zəif  hərə-
kəti,  torpaq  səthinin  çatlı  və  qaysaqlı  olması  daxildir. 
42  saylı    cədvəldə    şorakət    torpaqların    təsnifatı  veril-
mişdir. 
Cədvəl  42 
Şorakət  torpaqların  təsnifatı 
      
 
 
 
 
 
 
 
 
Şorakət  torpaqlar  əsasən  kənd  təsərrüfatı  bitkiləri  altında 
geniş  istifadə  olunan  muxtəlif  torpaq  sahələrində  yayılmışdır. 
Torpağın  şorakətlik  
dərəcəsi 
Udma  tutumuna  
görə  Na – n  faizlə  
miqdarı 
Şorakətsiz 
<5 
Zəif  şorakət 
5-10 
Orta  şorakət 
10-15 
Şiddətli  şorakət 
15-20 
Şorakətlər 
>20 


Yüklə 6,75 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə