Mелиораtив щидроэеолоэийанын



Yüklə 6,75 Mb.
Pdf görüntüsü
səhifə59/74
tarix08.07.2018
ölçüsü6,75 Mb.
#53995
növüDərs
1   ...   55   56   57   58   59   60   61   62   ...   74

208 
 
Şumlama  zamanı  iri  kəltənlər  yaranarsa,  onları  ağır  mala 
çəkməklə  dağıtmaq  lazımdır  ki,  tirə  çəkilməsinə  mane  olmasın. 
Şum  qurtardıqdan  sonra  tirələr  çəkməklə  yuma  ləkləri  yaradılır. 
Tirələrin  daha  möhkəm  olması  üçün  vaxt  imkan  verərsə,  onları 
yuma  başlamazdan  bir  ay  əvvəl  çəkmək  məqsədəuyğundur.  Yer  
səthinin  mailliyindən  asılı  olaraq,  tirələr  bir-birilə  kəsişməklə 
sahənin  eninə  və  uzununa  (drenlərə  paralel  və  perpendikulyar) 
çəkilir. 
Eninə  və  uzununa  tirələr  arasındakı  məsafə  və  ya  ləklərin 
sahəsi yer səthinin mailliyindən asılı olaraq təyin  edilir. 
Tirələrin  hündürlüyü  əksər  hallarda  30-50  sm  olduğundan, 
onların  susaxlama  qabiliyyətini  nəzərə  alaraq,  ləkin  aşağı  hissə-
sində su  layının qalınlığı 15 sm, yuxarı  hissəsində isə 5 sm qəbul 
edilə  bilər.  Yuma  ləkləri,  imkan  daxilində,  daha  böyük  ölçüdə 
çəkilməlidir. Belə olduqda yuma asanlaşır və müvəqqəti suvarma 
arxlarının uzunluğu xeyli azalır. 
Əvvəlcə  eninə,  sonra  isə  uzununa  tirələr  çəkilir.  Tirələrin 
kəsişdiyi  yerləri  əl  ilə  birləşdirmək  lazımdır.  Tirələr  çəkilib  qur-
tardıqdan    sonra  müvəqqəti  suvarma  kanalları  çəkilir.  Əks  halda 
eninə tirələr çəkiləndə kanallar doldurulur. Müvəqqəti kanallar hər 
ləkə müstəqil surətdə su verilməsini təmin etməlidir. Tirələr kimi 
müvəqqəti suvarma kanallarının da uzunluğunun az olmasına ça-
lışmaq  lazımdır.  Həm    də  çalışmaq  lazımdır  ki,  su  ləkdən-ləkə 
verilməsin və muvəqqəti suvarma kanallarından ləklərə su onların 
nisbətən hündür hissəsindən verilsin. Ləkə suyun verildiyi yer tol, 
polietilen plyonka, meliorativ parça və s. ilə bərkidilə bilər və ya 
bu məqsədlə polietilen, saxsı borulardan istifadə edilə bilər. 
Yumanın  başlama  vaxtı,  yuma  normasının  həcmindən  və 
cari  yuma  aparılan  sahədə  məhsul  yığımının    başa    çatmasından 
asılı  olaraq,  muəyyən  edilir.  Əgər  yuma  norması  yüksəkdirsə  və 
torpağın  susızma  və  duzvermə  qabiliyyəti  zəifdirsə,  taxıl  bitkisi 
yığılan  sahədə yumaya sentyabrın əvvəlində, pambıq bitkisi yığı-
lan  sahədə  isə noyabrın ikinci yarısında başlanılmalıdır. 


209 
 
Yumanın  gedişində  ən  çətin  dövr  ləklərin  ilk  dəfə  su  ilə 
doldurulması və tirələrin isladılıb bərkidilməsidir. Tirələr yumşaq 
torpaqdan çəkildiyindən, ləkə verilən su çox zaman tirələri isladıb 
dağıdır və axıb başqa ləkə yığılır. Bu halın  müşahidə olunmama-
sı  üçün  su  sərfi  əvvəlcə  az  götürülməli,  tirələrin  bərkidilməsinə, 
onların  üstünə  əlavə  torpaq  yığılmasına,  lazım  gəldikdə  bərpa 
edilməsinə  xüsusi    diqqət  verilməli  və  onların  uçmasının  qarşısı 
alınmalıdır. 
Yumaya  əvvəlcə  şorlaşma  dərəcəsi  ən  yüksək    olan,  sonra 
isə  zəif  olan ləklərin  su ilə  doldurulması   ilə    aparılmalıdır.  Yəni 
ilk  dəfə  şoranlıqlar  və  çox  güclü  şorlaşma  dərəcəsinə  malik 
torpaqlar  olan ləklərə su verilir, sonra birinci dəfə su  ilə doldu-
rulmuş ləklər və güclü şorlaşma dərəcəsinə malik torpaqlar  olan 
ləklər  su  ilə  doldurulur,  üçüncü  dəfə  isə  ikinci  dəfə  su  ilə  dol-
durulmuş bütün ləklər və orta şorlaşma dərəcəsinə malik torpaqlar 
olan ləklər su ilə doldurulur və s. 
Yumanı iki usulla aparmaq mümkündür. 
-yuma  prosesinin      başlanğıcından  sonuna  kimi  ləklərdə  su 
güzgüsünün saxlaılması  ilə fasiləsiz yuma
-hər  dəfə  ləklərin  su  ilə  doldurulmasından  sonra  (1000 
m
3
/ha-dan  çox  norma  üzrə)  6-10  sutka  fasilə  verib,  suvarmanın 
təkrar aparılması  ilə  fasiləli yuma. 
Təcrübədə müəyyən edilmişdir ki, fasiləli yuma suya qənaət 
edilməsi və meliorativ səmərəlilik baxımından daha əlverişlidir. 
Yuma normasının birinci hissəsi verildikdən sonra, 6-10 gün 
muddətində  su  torpağa  hopub  asan  həll  olan  duzları  məhlula 
çevirir və altdakı qatlara sıxışdırır, qrunt sularının səviyyəsi aşağı 
düşür,  suyun    sonrakı  hissəsinin  hopması  üçün  daha  çox  sərbəst 
torpaq həcmi qalır. Yuma bu qayda ilə aparıldıqda, hər dəfə ləkin 
10 sm qalınlıqda suya basdırılması hesabı ilə, 1000 m
3
/ha-dan bir 
qədər  artıq  norma  ilə  su  verilir.  Belə  yuma  drenaj  olmayan 
sahələrdə  də  aparıla  bilər,  lakin  bu  halda  qrunt  suyu  səviyyəsi 
üzərində  daha  ciddi  nəzarət  olmalıdır  ki,  gələcəkdə  kənd  tə-


210 
 
sərrüfatı  bitkilərinin  səpininə  maneçilik  törənməsin  və  torpağın 
təkrar şorlaşması  baş verməsin. 
Drenaj  şəraitində  fasiləli  yuma  gilli-qumlu  və  qumlu-gilli 
torpaqlarda  tətbiq  edilməlidir.  Bu  torpaqlarda  sürətlə  süzülən    su 
duzları həll edib özü ilə aparır. 
Fasilə  verdikdə  isə  torpaqla  su  daha  çox  təmasda  olur, 
sərbəst torpaq həcmi tez yaranır, suyun  kapillyarlarla yuxarı qalx-
ması azalır. Bu halda fasilə  4-6 sutkaya  qədər azaldıla bilər. 
Gilli  torpaqlarda  isə  yumanın  əvvəlindən  sonuna  kimi  sahə 
su altında fasiləsiz yuyulmalıdır, bu halda sudan səmərəsiz istifadə 
şəraiti aradan qalxır, duzların yuyulma muddətinin artması təhlü-
kəsi olmur. Ümumiyyətlə, yuma zamanı ləklərdə suya basdırılma-
mış lokal yerlərinxırda təpələrin və kəltənlərin olmasına yol ve-
rilməməlidir, çünki belə yerlərdə suyun buxarlanması nəticəsində 
torpaqda duz  toplanır. 
41  saylı    cədvəldə    ləkdə  10  sm  hündürlükdə  su  layını 
saxlamaq  şərti  ilə  yer  səthinin  mailliyindən  asılı  olaraq,  ləklərin 
ölçüləri verilmişdir. 
Cədvəl  41 
Ləkdə 10 sm hündürlükdə su layını  saxlamaq şərti ilə yer 
səthinin mailliyindən asılı olaraq ləklərin ölçüləri 
 
Qeyd: tarlanın  sahəsinin səthinin  mailliyini  müəyyən  etmək üçün  rayon  
Yer quruluşu xidmətinin məlumatlarından istifadə edilməlidir. 
 
 
Səthin 
mailliyi 
 
 
 
Ləklə-
rin 
uzun-
luğu və 
eni, m 
 
 
 
Ləklərin 
sahəsi, 
ha 
 
 
Praktiki əlverişli olan ölçülər 
Maillik 
Ləklərin 
uzunluğu və 
eni, m 
Ləklərin 
sahəsi, ha 
0,0005 
0,0010 
0,0015 
0,0020 
0,0025 
0,0030  
200 
100 
67 
50 
40 
33 
 
4,0 
1,0 
0,45  
0,25  
0,16  
0,11  
 
0,0010  
0,0010-0,0013 
0,0013-0,0020 
0,0020-0,0025 
0,0025-0,0033 
0,0033-0,0040 
 
 
100  
75 
50 
40 
30 
25 
1,0 
0,56 
0,25 
0,16 
0,09 
0,06 


Yüklə 6,75 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə