Mелиораtив щидроэеолоэийанын


 Aerasiya  zonası  süxurlarında  şorlaşmaya  qarşı



Yüklə 6,75 Mb.
Pdf görüntüsü
səhifə57/74
tarix08.07.2018
ölçüsü6,75 Mb.
#53995
növüDərs
1   ...   53   54   55   56   57   58   59   60   ...   74

201 
 
3.2.
 Aerasiya  zonası  süxurlarında  şorlaşmaya  qarşı  
mübarizə  tədbirləri 
 
Suvarılan  torpaqların  şorlaşmasına   qarşı  əsas  mübarizə  
tədbirləri  aşağıdakılardır: meliorativ-istismar  (torpaqların  yuyul-
ması);    aqrotexniki    (çoxlu    duz    tələb    edən    bitkilərin  (yonca, 
arpa,  pambıq) əkilməsi);  hidrotexniki  (kollektor-drenaj    şəbəkəsi-
nin  qurulması). 
KDŞ  tikilənə  qədər  torpağın  1,5-2,0 m – lik  üst  qatında  
şoranlaşma  müşahidə  olunursa  və  onun  faizlə miqdarı  buraxıla  
bilən  həddən  yüksəkdirsə,  bu  zaman   ərazidə  KDŞ  tikilir  və  
torpaqda  əsaslı  yuma  işi  aparılır.  Yuma  üçün  verilən  su  tor-
paq    qatındakı      duzları    həll    edir    və    KDŞ    vasitəsilə    həmin  
duzlar    su  ilə  birlikdə  sahədən  kənarlaşdırılır. 
Şoran  torpaqların  yuyulması  zamanı  yuma  norması  düz-
gün  seçilməlidir.  Bu  məqsədlə,  yuma  aparılması  nəzərdə  tutu-
lan   ərazidə  duz  planalması (aerofotoplanalma)  işləri  aparılır,  
eyni şorlaşmaya  malik  sahələr  ayrılır  və  bu  sahələrin  hər  biri-
nə  uyğun  yuma  norması  təyin  edilir.  Məsələn,  1  m – lik  tor-
paq    qatında  yuma    norması    V.R.Volobuyevə    görə    aşağıdakı  
kimi  hesablanır: 
 
0
1
lg
S
S
N


    ,                             (32) 
 
Burada:  N -  yuma  norması,  m
3
/ha ;   S
 
-  torpaqda  ilkin  
şoranlaşma, %  ;  S
0
 -  torpaqda  buraxıla  bilən  şorlaşma,  %  ;  

  -  torpağın  mexaniki  tərkibindən,  duzvermə  qabiliyyətindən  
və    şorlaşmanın    növündən    asılı    olan    əmsaldır    və    0,62-3,30  
qəbul  edilir. 
S.F.Averyanov    yuma    normasının    hesablanması    üçün  
aşağıdakı  düsturu  təklif  etmişdir: 
 


202 
 
m
x
t
D
A
N
)
(



   ,                           (33
'

 
Burada:  N  -  yuma  norması,  (ləkdə su  layının  qalınlığı) 
m;  A -  buraxıla  bilən  (P
0
)  və  ilkin  (P)  şorlaşma  dərəcələrinin  
nisbətindən  asılı  olan  əmsaldır,  qiyməti  cədvəldən  götürülür;  
x -  yuyulacaq  torpaq  qatının  qalınlığı,  m;  t -  yumanın  davam-
etmə müddəti,  sut.;  

-  konvektiv  diffuziya  əmsalıdır,  m
2
/sut. 

-    konvektiv    diffuziya    əmsalının    qiyməti    respublika-
nın  ayrı-ayrı  bölgələri  üzrə  hesablanmışdır:  Şirvan  düzənliyi  -   
0,027  –  0,045   ;    Qarabağ  düzənliyi    -     0,035  –  0,055 ;   Cənubi  
Muğan düzənliyi  -   0,020 – 0,035 ;  Şimali  Muğan düzənliyi  -  
0,070 – 0,150 ;  Mil düzənliyi  -  0,030 – 0,060 . 
Torpaqların  meliorasiyası    yalnız  duzların   yuyulub   apa-
rılması    ilə    bitmir.    Yumadan    sonra    torpaqlara    yüksək    aqro-
texniki  qulluq  etməklə  onların münbitliyini  artırmaq  lazımdır.  
Çünki  yumadan  sonra  torpağın  üst  qatındakı  qida  maddələri  
müəyyən  dərəcədə  azalır  və  torpağın  strukturu  pozulur.  Belə   
neqativ    halları   aradan    qaldırmaq    üçün    torpağa   yüksək    miq-
darda  gübrə  verilməli  və  növbəli  əkin  sistemi  tətbiq  edilmə-
lidir. Qeyd  etmək  lazımdır  ki, payızlıq  arpa  və  yonca  xüsusi  
melioratitv    əhəmiyyətə    malikdir.    Belə    ki,    yonca    küllü  
miqdarda   yaşıl  kütlə  verir  ki,  bunun  üçün  də  çoxlu  su  sərf  
olunur.  Bu  bitki  torpağın  üst qatındakı   suyu  tez  mənimsəyir,  
suyun    torpağa    hopması    prosesini    intensivləşdirir,    şaxəli    kök  
sistemi  vasitəsilə  alt  qatların suyundan  da  istifadə  edir,  belə-
liklə  də  Ca  – u  alt  qatlardan  üst  qata  qaldırır.  Bu  bitki  bəzi  
duzların  zərərli  təsirini  zəiflədir,  bəzi  duzların  isə  suda  həll  
olması  prosesini  intensivləşdirir.  Yonca  bitkisinin  müsbət  tə-
siri, sahə hətta  digər  bitkilər  altında  istifadə  olunduqda  da,  4-5  
il  özünü  büruzə  verir. Ona  görə  də  yumadan  sonrakı  birinci  
il  payızlıq arpa, sonra isə  həmin  sahədə  yonca  əkilməlidir.  Üç-
illik  yoncadan  sonra  sahədə  3  il  ardıcıl  olaraq  pambıq  əkil-
məli  və  bundan  sonra  növbəli  əkin  sistemi  tətbiq  olunmalıdır.   


203 
 
Qeyd  etmək  lazımdır  ki,  çəltik  duzadavamlı  bitkidir  və  
bu    bitkini    becərməklə    şoran    torpaqları    fəal    kənd    təsərrüfatı  
dövriyyəsinə cəlb  etmək  olar.  Çəltiyin  əkilməsi  meliorativ  təd-
bir    hesab  edilir    (çəltik    torpaqdakı    duzları    mənimsəyir    və  
şorlaşmanı  zəiflədir).  
Məlumdur  ki,  respublikada  dövlət,  bələdiyyə  və  xususi 
mülkiyyətə verilən torpaq  formaları mövcuddur. 
Əsaslı  yumaya  ehtiyacı  olan  torpaqlar  əsasən  dövlət  və 
bələdiyyənin    tabeçiliyindədir.  Xususi  mülkiyyətə  verilən  torpaq-
lar  isə  kənd  təsərrüfatı  ücün  nisbətən  yararlı  olduğundan  və 
fermerlərin texniki imkanı olmadığından həmin torpaqlarda əsaslı 
yuma  aparılması  tələb  olunmur  və  bu  torpaqların  yararlı    hala 
salınması ücün aşağıdakı tədbirlər həyata kecirilməlidir: 
-yuma  təsirli  vegetasiya  suvarmalarının  tətbiqi  (bu  tədbir 
həyata  kecirildikdə  suvarma  norması  adi    suvarma    normasından 
5-30 % artıq  götürülməlidir); 
-sahələrdə əkinin  olmadığı payız-qış fəsillərində qış və yaz 
aratlarının kecirilməsi; 
-torpaqda cari yumanın aparılması. 
Cari  yuma  aqrotexniki  tədbir  olub,  torpağın  bitki    kökü 
yerləşən  1-1,5  m-lik  üst  qatındakı  artıq  duzların  yuyulmasını  və 
kənd  təsərrüfatı  bitkiləri  toxumunun  cücərməsini  təmin  etmək 
ücün  həmin  qatda  səpinqabağı  nəmlik  yaradılmasını  təmin  edir. 
Beləliklə, cari yuma torpaq qatının müəyyən    dərinliyndəki asan 
həll  olan  duzları  yuyub    alt  qatlara  və  drenə  aparır.  Kənd  təsər-
rüfatı  bitkiləri  becərilərkən  duzların  torpaqda  toplanması  duzlu 
sularla  suvarma  aparılması  və  yer  səthindən  intensiv  buxarlanma 
nəticəsində  torpaq  məhlulunun  kapillyarlarla  yuxarı  qalxması 
nəticəsində  baş  verə  bilər.  Duzların  toplanması  həm  də  əvvəllər 
əsaslı  yumanın    keyfiyyətsiz  aparılması  nəticəsində    ola  bilər. 
Deməli,  cari    yumada  əsas  məqsəd  kənd  təsərrüfatı  bitkiləri  al-
tında  istifadə  üçün  ayrılmış  torpaqlardakı  artıq  duzları  yumaq, 
yuyulma  dərinliyini  daha  da  artırmaq,  duzları  daha  dərin  qatlara 
aparmaqdan  ibarətdir.  Bu  məsələ  adətən  bir  necə  il  muddətində 


Yüklə 6,75 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə