Mелиораtив щидроэеолоэийанын



Yüklə 6,75 Mb.
Pdf görüntüsü
səhifə60/74
tarix08.07.2018
ölçüsü6,75 Mb.
#53995
növüDərs
1   ...   56   57   58   59   60   61   62   63   ...   74

211 
 
Yuma,  bir  qayda  olaraq,  muvəqqəti  arxların  başlanğıcında 
yerləşmiş  ləklərin  su  ilə  doldurulması  ilə  başlayıb,  yuxarıdan 
aşağıya  doğru  olan  istiqamətdə  davam  etdirilir.  Yuma  norması 
verildikdən  sonra  sahədən  sipərlər,  suvarıcı  borular,  ləklərə 
suvericilər və s. avadanlıq aradan  götürülür və gələn yuma möv-
sümündə istifadə etmək üçün saxlanılır.  
Arat  aqrotexniki  tədbir  olaraq,  torpaqda  səpinqabağı  nəm-
liyin  yaradılması,  həşəratlara  qarşı  mubarizə  və  s.  məqsədlərlə 
aparılmaqla  bərabər,  həm  də  şorlaşmış  torpaqlarda  duzların  mü-
əyyən  dərəcədə  yuyulmasını  da  təmin  etməlidir.  Ayrı-ayrı  təsər-
rüfatlarda aratın norması, tətbiqinin vaxtı və davametmə müddəti, 
onun  aparılma  texnologiyası,  torpağın  şorlaşma  dərəcəsinin  də-
yişməsi  haqqında  məlumatlar  qabaqcadan  müəyyənləşdirilməli-
dir.    Adətən  aratın  aparılma  norması  1200-1800  m
3
/ha  arasında 
qəbul  edilir. 
Şorlaşmış  torpaqların  mənimsənilməsi  probleminin    həlli  
zamanı  iki  məsələnin  araşdırılması  vacibdir:  a)  torpağın  hesabi 
qatında  bitki  üçün  zərərli  olan  duzların  artıq  miqdarının  kənar 
edilməsi məqsədi ilə yuma normasının təyin edilməsi; b) istismar 
dövründə  torpaqların  təkrar  şorlaşmasının  qarşısını  alan  tədbir-
lərin  işlənilməsi  üçün  duzların  miqdarının  dəyişmə  istiqamətinin 
müəyyən edilməsi. 
İstismar  dövründə  arid  zona  üçün  torpaqların  təkrar  şor-
laşmasına  qarşı  mubarizə  məsələsi  kifayət  dərəcədə  işlənib 
hazırlanmış  kompleks  aqromeliorativ  və  hidrotexniki  tədbirlər 
sistemini  əhatə  edir.  Bununla  belə,  istismar  dövründə  torpaqda 
əlverişli  meliorativ  fonun  yaradılması  və  saxlanılması  bu  təd-
birlərin  hər  bir  konkret  şəraitə  uyğun  olaraq  dəqiqləşdirilməsini 
tələb edir. Bu da oz növbəsində istismar dövründə torpağın su-duz 
rejiminin tənzimlənməsi ilə əldə edilir. Torpağın su-duz rejiminin 
tənzimlənməsi  ilə  muxtəlif  dövrlərdə  məşğul  olmuş  alimlər  V.A. 
Kovda (I960), V.A. Baron (1967), V.M. Leqostayev (1967), V.R. 
Volobuyev (1975), N.Q. Minaşina (1978), D.M. Kats (1975), S.F. 
Averyanov  (1978)  və  başqaları  belə  bir  nəticəyə  gəlmişlər  ki, 


212 
 
şorlaşmış  və  duzlardan  təmizlənmiş  torpaqlardan  drenaj  fonunda 
muvəffəqiyyətlə  istifadə  olunması  üçün  rayonun  hidrogeoloji-
meliorativ  şəraitini  nəzərə  almaqla,  yuma  təsirli  vegetasiya  su-
varmaları tətbiq etmək lazımdır. 
Müəlliflər  tərəfindən  təklif  olunan  yuma  təsirli  vegetasiya 
suvarma  rejimləri  müxtəlifdir  və  tədqiqat  rayonunun  təbii-təsər-
rüfat şəraitindən asılıdır. 
Daşkənd  konfransının  (1965-ci  il)  qərarlarında  torpaqların 
şorlaşmasına  qarşı  mübarizədə  təklif  olunan  yuma  təsirli  vege-
tasiya  suvarmaları  kimi,  adi  suvarma  normasının  10-30%  artıq 
götürülməsi  nəzərdə tutulmuşdur. 
Mənimsəmə  dövründə  təkrar  şorlaşma  təhlükəsinin  aradan 
qaldırılması  üçün  hər  bir  konkret  təbii  şəraitdə  tətbiq  ediləcək 
yuma təsirli vegetasiya suvarmalarının vaxtı və normaları əsaslan-
dırılmalıdır. Bu məqsədlə, respublikanın  tədqiqatçıları tərəfindən 
əvvəllər  İmişli  rayonu  ərazisində  tədqiqatlar  aparılmışdır.  Həmin 
tədqiqatlar  aşaqıdakı  kimi  qurulmuşdur:  mənimsəniləcək  ərazidə 
yuma  aparılmışdır.  Mənimsəmənin  əvvəlində  torpağın  ilkin  şor-
laşması  buraxıla  bilən  həddə    yaxın    olmuşdur.  Ərazidə  drenaj 
tikilmişdir və suvarma elə aparılmışdır ki, torpaqda nəmlik bütün 
illərdə  optimal  hədlərdə  dəyişir.  Bu    halda  həmin  ərazidə  su 
rejiminin qərarlaşmış, başqa sözlə hər il eyni  həcmdə təkrarlanan 
olduğunu qəbul  etmək olar. Belə bir su rejimi fonunda torpaq və 
qrunt  suları  arasında  olan  nəmlik  mübadiləsinin  qiymətindən  və 
istiqamətindən  asılı  olaraq  torpaqda  daim  artmaqda  olan  duzsuz-
laşma və ya təkrar şorlaşma baş verə bilər. Bu proseslərdən han-
sının  getməsini    müəyyənləşdirmək    üçün  S
son
/S
baş
.  nisbətindən 
istifadə  olunmuşdur;  burada:    S
baş. 
-  vegetasiya  dövrünün  əvvə-
lində hesabi qatdakı duz ehtiyatı;  S
son
. - vegetasiya dövrünün so-
nunda hesabi qatdakı duz ehtiyatıdır. 
Müəyyən    olunmuşdur  ki,  əgər  mənimsəmənin  birici  ilinin 
sonunda    S
son
/S
baş
  <1  olarsa,  bu  azalma  kiçik  sürətlə  də    olsa, 
sonrakı  illərdə  də  davam  edəcəkdir.  Əgər  birinci  ilin  sonunda 
S
son
/S
baş
  >1  olarsa,  bu  proses  gələcəkdə  də  davam  edəçəkdir.  Bu 


213 
 
nisbətin  vahidə  bərabər  olan  halında  isə,    yəni    S
son
/S
baş
  =1 
olduqda, duz ehtiyatının çox az miqdarda azalması prosesi müşa-
hidə olunacaqdır. Bunları nəzərə almaqla torpaqlarda mənimsəmə 
dövründə  təkrar  şorlaşma  təhlükəsini    aradan  qaldırmaq  üçün  
S
son
/S
baş
 

0,9   olması   lazımdır. 
Məlum olduğu kimi, kənd təsərrüfatı bitkilərinin becərilməsi 
həmin  bitkilərin  torpağın  suya  və  qida  maddələrinə  olan  tələ-
batından  asılıdır.  Məhz  ona  görə  də  kənd  təsərrüfatı  bitkiləri 
torpaqda  olan  duzlarla  münasibətinə  görə  duza  zəif  davamlı,  orta 
davamlı  və  davamlı  kimi  növlərə  ayrılır.  Çəltik  bitkisi  duza 
davamlı bitkilər qrupuna daxildir. 
Respublikanın,  yaxın  və  uzaq  xarici  ölkələrin  təcrübəsi 
göstərir  ki,  bulanıq  olmayan  suvarma  suyunun  kifayət  qədər 
mövcud  olduğu  şəraitdə,  torpağın  şorlaşması  xüsusiyyətlərindən 
və duzların keyfiyyət tərkibindən asılı olaraq, suya basdırma üsulu 
ilə  becərilən  çəltik  bitkisi  0,05  %-dən  1,5  %-ə  və  daha  yüksək 
şorlaşmaya davam gətirir. Başqa sözlə desək, şorlaşmış torpaqları 
olan böyük əraziləri çəltik beçərilməsilə məhsuldar istifadə etmək 
olar.  Belə  torpaq  sahələrinin  çəltik  bitkisi  altında  becərilməsinin 
böyük  əhəmiyyəti vardır. 
Çox  az  məhsuldarlığa  malik  olan  suvarılan  şorlaşmış 
torpaqların çəltiyin köməyi  ilə fəal kənd təsərrüfatı dövriyyəsinə 
cəlb olunması şorakətli kompleksə malik torpaqların məhsuldarlı-
ğının  yüksəldilməsinə,  şorlaşmış  torpaqların  meliorasiyası  və 
mənimsənilməsinə güclü təkan verə bilər və bununla da suvarılan 
torpaqların səmərəli istifadəsi təmin olunar. 
Hazırda  respublikanın  suvarılan  torpaqlarında  becərilən 
kənd  təsərrüfatı  bitkilərinin  məhsuldarlığının  artırılmasında  şor-
laşmaya  qarşı  mübarizə  tədbirlərinə  böyük  ehtiyac  vardır.  Son 
illərin  məlumatlarına  görə,  respublikanın  suvarılan  torpaqlarının 
180  min  hektarında  meliorativ  yuma  aparılması  tələb  olunur.  O 
cumlədən, Muğan-Salyan ərazisi üzrə 144 min ha şorlaşmış torpaq 
sahəsindən  52  min  ha,  Mil-Qarabaq  ərazisində  148  min  ha 
şorlaşmış  torpaq  sahəsindən  44  min  ha,  Şirvan    ərazisi  üzrə  141 


Yüklə 6,75 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə