Mелиораtив щидроэеолоэийанын



Yüklə 6,75 Mb.
Pdf görüntüsü
səhifə61/74
tarix08.07.2018
ölçüsü6,75 Mb.
#53995
növüDərs
1   ...   57   58   59   60   61   62   63   64   ...   74

214 
 
min  ha  şorlaşmış  torpaq  sahəsindən  62  min  ha  -  da  yuma  apa-
rılmalıdır. Mövcud suvarılan torpaqların 600 min ha - da muxtəlif 
intensivliyə  malik  drenaj  tikilmişdir.  Kollektor-drenaj  şəbəkəli 
suvarılan  torpaqlar  Muğan  –  Salyan    düzənliyində  211  min  ha, 
Şirvan  düzənliyində  149  min  ha,  Mil-Qarabaq  düzənliyində  174 
min  ha  təşkil  edir.  Yumaya  ehtiyacı  olan  suvarılan  şorlaşmış 
torpaqlar əsasən drenləşdirilmişdir. 
Göründüyü    kimi,  çəltiyin  əkilməsilə  torpaqda  duzsuzlaş-
manın surətləndirilməsinə  şərait yaranır. Çəltik əkinini meliorativ 
tədbir  kimi  qəbul    etməklə,  onun  becərilməsini  iki  istiqamətdə 
aparmaq mümkün hesab edilir:  
1) mühəndis sistemli çəltik əkininin tətbiqi; 
2)şorlaşmış  torpaqlarda  meliorativ  tədbir  kimi  çəltik  əki-
ninin  tətbiqi. 
Hər iki halda 1-2 il müddət üçün muvəqqəti yuma şəbəkəsi 
qurulur  və  həmin  şəbəkə  torpağın  duzlardan  təmizlənməsinə 
xidmət  edir.  Təşkilat-təsərrüfat  xüsusiyyətli  çəltikbecərmə  işləri-
nin  bu  istiqamətdə  həll  edilməsi  şoranlaşmaya  qarşı  mübarizə 
tədbirlərinin  güçləndirilməsi  yolunda  real  addım  sayılmaqla,  tor-
paqların yuyulmasına təminat verir. 
 Azərbaycan  Elmi-Tədqiqat  Hidrotexnika  və    Meliorasiya 
İnstitutu  Elm-İstehsalat  Birliyi  1959-cu  ildən  başlayaraq,  respub-
likanın  bir  çox  rayonlarında  (Ucar,  Yevlax,  Biləsuvar,  Salyan, 
Saatlı,  Sabirabad  və  s.)  şorlaşmış  torpaqların  yararlı    hala  salın-
masında çəltik əkinindən istifadə etmişdir. İnstitutun əməkdaşları 
aparılmış  təcrübə-istehsalat işlərinin  nəticələri  əsasında  şorlaşmış 
torpaqların meliorasiyasında çəltik əkininin tətbiqi üzrə tövsiyələr 
hazırlamış və müvafiq nazirliklərə göndərmişlər.  
Muşahidələr  göstərir  ki,  ağır  mexaniki  tərkibə  malik, 
süzülmə  qabiliyyəti  çox  zəif  olan  Şirvan  düzənliyinin  şorlaşmış 
torpaqlarında  bir  sıra  təsərrüfatlar  bütün  illərdə  çəltik  əkini  ilə, 
qismən  də  olsa,  məşğul  olmuşlar.  Lakin  qeyd  etmək  lazımdır  ki, 
bu    təsərrüfatlarda  çəltik  əkini  ibtidai  üsulla  aparılmışdır.  Əkin 
sahəsinin hidrogeoloji və torpaq-meliorativ şəraiti nəzərə alınma-


215 
 
mış, mövcud mühəndisi qurğulardan səmərəli istifadə edilməmiş-
dir.  Hətta  tövsiyələrə  zidd  olaraq,  drenaj  olmayan  sahələrdə  də 
çəltik becərilmişdir. 
Drenləşmiş şoran torpaqlarda aparılan meliorativ tədbirlərin 
çəltik  əkini  ilə  əlaqələndirilməsi  torpaqlarda  duzsuzlaşma  prose-
sini  sürətləndirir  və  torpaqların  zərərli  duzlardan  tam  azad  olma-
sını  təmin  etməklə,  onların  meliorativ  mənimsənilmə  dövrünü 
qısaldır. 
Torpaq  islahatlarının  aparıldığı  şəraitdə  respublikanın  bir 
sıra aran rayonlarında çəltik əkininə yenidən başlanılmışdır. Çəltik 
əkilməsinin  hazırkı  dövründə  iki  cəhət  prinsipial ələmiyyətə  ma-
likdir: 
1.  Çəltik  əkini  drenajsız  sahədə  aparıldıqda  ətraf  ərazinin 
meliorativ  vəziyyətinin  pisləşməsinə,  əsasən  torpağın  şorlaşma-
sına səbəb olur. Bu fikir, nəinki respublikada, həmçinin yaxın və 
uzaq  xariçi  ölkələrdə  aparılmış  çoxsaylı  tədqiqat  işləri  ilə  təsdiq 
edilmişdir; 
2.  Drenləşdirilmiş  sahələrdə  çəltiyin  suvarma  texnikası  və 
texnologiyası,  rejimi  mükəmməl  olmadığından  suvarma  suyun-
dan  səmərəsiz  istifadə  olunur,  onun  əsas  hissəsi  kollektor-drenaj 
şəbəkəsinə axıdılır, sonuncunun iş rejimi pozulur və nəticə etibarı 
ilə  yenə  də  torpaqların  meliorativ  vəziyyətinin  pisləşməsinə  gəti-
rib çıxarır. 
Uzun  illər  aparılmış  təçrübələr  nəticəsində  Azərbaycan 
Elmi-Tədqiqat  Hidrotexnika  və    Meliorasiya  İnstitutu  Elm-İsteh-
salat Birliyində çəltik əkilməsinin mütərəqqi və ehtiyatlara qənaət 
olunan  texnologiyası  hazırlanmışdır.  Bu  texnologiya  tətbiq 
olunarkən  çəltik  ləkində  suyun  hərarətini  tənzimləmək  və  qə-
ləviliyin artmasının qarşısını almaq üçün əlverişsiz olan səthi axın 
drenaj  axınının  hesabına  ləğv  edilir.  Bu,  sudan  qənaətlə  və  sə-
mərəli  istifadə  edilməsinə,  səpinin  və  biçinin  mexanikləşdiril-
məsinə,  torpaqların  meliorativ  vəziyyətinin  yaxşılaşdırılmasına, 
məhsuldarlığın 5-10 % artırılmasına, kollektor-drenaj şəbəkəsinin 
normal istismarına və s. təminat verir. 


216 
 
Yuxarıda deyilənləri nəzərə alaraq, belə bir qənaətə gəlmək 
olar  ki,  respublikada  çəltik  əkininin  aparılması  drenajsız  şəraitdə 
(xüsusi ilə Kür-Araz düzənliyində) qəti qadağan edilməlidir. Dre-
naj  olan  sahələrdə  isə  çəltik  əkininin  tövsiyə  olunan  yeni  texno-
logiya ilə aparılması vacib hesab edilir. 
Respublikanın  Cənubi-Muğan,  Şirvan  və  Mil-Qarabaq  dü-
zənliklərində  yeni    yaradılmış  fermer  təsərrüfatları  öz  daxili  su 
ehtiyatları hesabına çəltik əkininə başlamışlar.  
Çəltik  əkini  verilən  tövsiyələr  əsasında  aparılarsa,  həm  tə-
sərrüfatın  iqtisadi  səmərəliliyi  yüksələr,  həm  də  suvarılan  şor-
laşmış  torpaqlar  tezliklə  yararlı  hala  düşərək,  mövcud  əkin  döv-
riyyəsinə daxil olar.  
Nəzərə  almaq  lazımdır  ki,  zəif susızma və duzvermə qabi-
liyyətli  ağır  mexaniki  tərkibli  torpaqlarda  yumanın    aparılması 
uzun vaxt tələb edir, ağır zəhmətlə başa gəlir, torpaqların duzsuz-
laşma  prosesinin  özü  isə  olduqca  ləng  gedir.  Təklif  olunan 
texnologiya  isə  ehtiyatlara  qənaət  etməklə  həyata  keçirilir.  Çəltik 
əkininin  beçərilməsində  suvarma  və  kollektor-drenaj  şəbəkələ-
rində  heç  bir  dəyişiklik  tələb  olunmur  və  onların  normal  istis-
marına heç bir ziyan  olmur. 
Meliorasiyanın  müasir  elmi  səviyyəsində  və  texnikanın  
mövcud  şəraitində  duzların  torpaqdan  təmizlənməsinin  ən  sə-
mərəli  üsul su  ilə  yumadır.  Şorlaşmış  torpaqların  su  ilə   yu-
yulması yaxşı  və  fasiləsiz  işləyən  drenaj  şəraitində  xüsusi  me-
liorativ    tədbirlərlə    həyata    keçirilir.    Şorlaşmış    torpaqların    su  
ilə  yuyulub duzlardan  təmizlənməsi  mürəkkəb  prosesdir. 
İlkin  yuma  suyu  torpaqda  müxtəlif  formada  kristalllaş-
mış, suda tez həll olan duzları həll edir. Sonra diffuziya - osmotik  
cərəyanlarla  torpağın  struktur   aqreqatlarının  kapillyarlarından,  
sorbləşmiş  su  pərdələrindən  duz  məhlullarını  sıxışdırıb  çıxarır,  
onları  torpağın bitki  kökü  yerləşən  qatından daha  dərin  qatları-
na  aparır.  Torpaqda  olan  natriumun  sulfatları  və  karbonatları  
suda  həllolma  qabiliyyətinə  görə  natrium-  və  kalsium  xlorid-
lərdən və maqnezium-sulfatdan geri  qalır. Yumanın sonrakı  mər-


Yüklə 6,75 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə