Mелиораtив щидроэеолоэийанын



Yüklə 6,75 Mb.
Pdf görüntüsü
səhifə62/74
tarix08.07.2018
ölçüsü6,75 Mb.
#53995
növüDərs
1   ...   58   59   60   61   62   63   64   65   ...   74

217 
 
hələsində  torpaqda  duz  məhlullarının  və  uducu  komplekslərin  
sıxışdırılıb  çıxarılması  və  ya  dəyişkən  natrium  və  maqneziu-
mun  udulması,  gips  və  karbonat  turşusunun hesabına sulfatların 
və bikarbonatların yeni  əmələgəlmələri ilə mübadilə reaksiyaları baş 
verir. 
Qrunt suları yer  səthinə yaxın yerləşdikdə (1-2 m), onların ka-
pillyarlarla  yuxarı  qalxması  hesabına  torpaq  alt  qatlardakı  duzları 
mənimsəyir  -  duzların  alt  qatlara  doğru  axınının  qarşısı  alınır.  İsti 
hava    şəraitində  buxarlanmanın  təsirindən  torpağın  üst  qatlarında 
duzlar bərpa  olunur. 
Şorlaşmaya  məruz  qalmış  torpaqda  kənd  təsərrüfatı  bit-
kilərinin  becərilməsi  təcrübəsi  göstərmişdir  ki,  bu  torpaqlarda 
duzadavamlı bitkilərin əkilməsi iqtisadi cəhətdən sərfəlidir və həm də 
torpaqların meliorasiyasını təmin edir. 
Şorlaşmış torpaqların meliorasiyası dövründə kənd təsərrüfatı 
bitkilərinin  becərilməsi  arzuolunandır.  Çünki  bitkilər  meliora-
siyanın  aparılmasını  asanlaşdırır, onların məhsulu isə çox vaxt meli-
orasiyaya çəkilən  xərci  ödəyir.  Bitkilərin  hər il becərilməsində  vacib 
olan  şumun  aparılması  faydalıdır,  belə  ki,o  torpağın  üst  qatının 
yumşalmasına  səbəb  olur  və  müvəqqəti  də  olsa  torpağın  sukeçirmə 
qabiliyyətini artırır.  
Suvarılan  torpaqların  şorlaşması  ilə  mübarizə  məqsədi  ilə 
aparılan  təcrübə  işlərinin  nəticəsi  göstərmişdir  ki,  torpaqların  bir 
yuma mövsümündə duzsuzlaşdırılmasının  mümkün olmadığı hallar-
da, xüsusi duz mənimsəyici bitkilərin əkilməsi məqsədəuyğundur. Bu, 
hətta yüksək dərəcədə şorlaşmış torpaqların duzsuzlaşma prosesinin 
davam  etməsinə  imkan  verir,  təkrar  şorlaşma  təhlükəsini  aradan 
qaldırır,  yüksək  qələviliyi  kənarlaşdırır,  torpaqların  strukturunu 
yaxşılaşdırır. 
Yuma  nəticəsində  duzların  miqdarı  azaldıqdan  sonra,  tor-
paqda  onların  sonrakı  azalmasına  nail  olmaq  üçün  duzadavamlı 
bitkilərin  becərilməsinə  keçid  əlverişlidir.  Yuma  xarakterli  suvar-
malar  aparmaqla  torpaqların  meliorativ    vəziyyətinin  yaxşılaşdı-
rılmasına nail olmaq olar. Bunun ardınca qışda, torpağın bitkidən 


218 
 
azad  olduğu    dövrdə  arat  və  ya  cari  yuma  aparılmalı,  sahə  əkinə 
hazırlanmalıdır. 
Təsərrüfatlarda  bitkilərin  bir-birini  əvəz  etməsi  həm  melio-
rasiya, həm də aqrotexniki cəhətdən məqsədəuyğundur. Araşdırmalar 
göstərmişdir ki, bir tarlada eyni bitki uzun müddət beçərilərsə, onun 
məhsuldarlığı getdikcə azalır. Məsələn, şəkər çuğunduru, yonca və s. 
bitkilərin  məhsuldarlığının  getdikcə  azalması  məlumdur.  Dənli 
bitkilər  orta mövqe tutur. Pambıq,  qarğıdalı, kartof  və başqa kənd 
təsərrüfatı  bitkiləri  dəyişdirilməyə  zəif  həssasdır  və  bitkilər  yüksək 
aqrotexniki səviyyədə və düzgün qulluq olunduqda bir neçə il ardıcıl 
becərilə bilər. Respublika ərazisində suvarılan torpaq sahəsində üzvi 
və mineral  gübrələrin tətbiqi ilə növbəli əkində pambıq  bir  tarlada 
4-6 il ardıcıl əkilə bilər. 
Növbəli əkində bitkilərin bir-birini düzgün əvəz etməsinin va-
cibliyi əsas 3 aqrotexniki tələbatdan irəli gəlir:  bitkilərin yerləşdiyi 
torpaqların  fiziki  xassələrinə  təsir  xüsusiyyətləri;  bitkilərin  qida-
lanma  xüsusiyyətləri;  kənd  təsərrüfatı  bitkilərinin  alaq  otlarına, 
ziyanverici və xəstəliklərə qarşı müxtəlif münasibəti. 
Kənd  təsərrüfatı  bitkilərinin  qida  maddələrinə  olan  tələbatı 
əsasən  bitkinin  növündən  və  məhsuldarlığından  asılıdır.  Eyni  
bitki  bir  tarlada  uzun  muddət  beçərildikdə,  munasib  gübrələnmə 
sistemi tətbiq edilməzsə, torpağın qida rejimi əlverişli olmur. 
Bitkilərin  bir-birini  əvəz  etməsi  zəruriliyinin  birinci  səbəbi 
bitkilərin kök sisteminin dərinliyi və gücü, kök sisteminin qida mad-
dələrini çətin həll olunan birləşmələrdən mənimsəmə qabiliyyəti və 
bitkilərin torpaq muhitinə munasibəti ilə müəyyən edilir. 
Paxlalı  bitkilər  özlərindən  sonra  torpaqda  başqa  bitkilərə 
xeyirli  olmayan  zəngin  azot  saxlamaq  qabiliyyətinə  malikdir.  Mə-
lumdur  ki,  bitkilər  özlərindən  sonra  torpaqda  müəyyən  miqdarda 
öz köklərinin qalıqları halında üzvi maddələr saxlayır, torpağı qida 
maddələri  ilə  zənginləşdirir,  torpağın  su-fiziki  xassələrini  yaxşılaş-
dırır.  Alaq  otları,  ziyanvericilər  və  xəstəliklərlə  mubarizədə  kənd 
təsərrüfatı bitkilərinin əkin dövriyyəsinin, bitkilərin bir-birini əvəz 
etməsinin  tətbiqinin əhəmiyyəti  böyükdür.  Dəyişdirilmədən  uzun 


219 
 
muddət  ərzində  eyni  bitkinin  bir  tarlada  becərilməsi  davam  etdi-
rilərsə,  tarladakı  torpaq  sahəsində  becərilən  bitkiyə  xas  olan  alaq 
otları bitir. Yazlıq dənli bitkilər alaq otlarına daha çox məruz qalır 
və  bu  səbəbdən  məhsuldarlığı  aşağı  düşür.  Alaq  otları  ilə  müba-
rizədə  ən  səmərəli  usul  cərgələrarası  bitkilərin  aralarındakı  torpaq 
sahələrinin  aqrotexniki  müddətdə  beçərilməsi  və    digər  beçərmə 
sisteminin  tətbiqidir.  Torpağın  aqrotexniki  fonu  yüksək    olduqca 
kənd  təsərrüfatı  bitkilərinin  sələfləri  üzrə  məhsuldarlığında  nizam-
lama bir o qədər asan olur. 
Payızlıq  buğdanın  və  payızlıq  çovdarın  yaxşı  sələfləri  - 
noxud,  paxlalı  bitkilərdən  yemlik  paxlalılar,  erkən  kartof  və 
yoncadır.  Onları  arpadan  sonra  da  becərmək  olar.  İstehsalat 
təcrübələri  göstərmişdir  ki,  payızlıq  bitkiləri  siderat  və  təmiz 
herikli  sahələrdə  əkmək  iqtisadi  cəhətdən  əlverişli  deyildir.  Pa-
yızlıq  buğdanı  və  arpanı  növbəli  əkində  qarğıdalı,  şəkər  çuğun-
duru, kartof və başqa bitkilərdən sonra əkirlər. 
Növbəli əkində cərgələr arası şumlanan bitkilərin (qarğıdalı, 
şəkər  çuğunduru,  kartof,  pambıq  və  s.)  əkilməsinə  xüsusi  diqqət 
yetirilir.  Qarğıdalı  bitkisi  torpaq  şəraitinə  və  aqrotexnikaya  öz 
sələflərindən  daha  çox  tələbkar  hesab  edilir.  Buna  baxmayaraq, 
qarğıdalı  növbəli  əkində  yaxşı  sələfli  bitkilərə  -  cərgələrarası 
şumlanan  bitkilərə  aid  edilir.  Qarğıdalını  yüksək  aqrotexniki 
şəraitdə bir yerdə bir neçə il ardıcıl beçərmək mümkündür. Pam-
bığın  ən  yaxşı  sələflərinə  yoncanı,  cərgələrarası  şumlananları, 
taxıl-paxlalıları, taxıl altında sideral bitkiləri aid etmək olar. Şəkər 
çuğundurunu  növbəli  əkində  qarğıdalı,  payızlıqlar,  paxlalılar, 
kartof,  payzlıq  buğda  və  arpadan  sonra,  kartofu  -  payızlıqlar, 
yonca,  taxıl,  paxlalılar  və  yazlıq  taxıl  bitkilərindən  sonra,  noxud 
və  paxlalıları  isə  –  cərgələrarası  şumlanan,  payızlıqlar,  yazlıq 
buğda və arpadan sonra əkmək tövsiyə olunur. 
Tərəvəz  növbəli  əkində  aşağıdakı  bitkilərin  bir-birini  əvəz 
etməsi  qəbul  edilmişdir:  1)paxlalılar;  2)kələm;  3)  xiyar  və  pomi-
dor;  4) erkən kartof;  5) soğan və sarımsaq;  6) çuğundur və kök. 


Yüklə 6,75 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə