Mелиораtив щидроэеолоэийанын



Yüklə 6,75 Mb.
Pdf görüntüsü
səhifə65/74
tarix08.07.2018
ölçüsü6,75 Mb.
#53995
növüDərs
1   ...   61   62   63   64   65   66   67   68   ...   74

226 
 
Qeyd etmək lazımdır ki, natrium və maqnezium şorakətlərinin 
morfoloji  quruluşunda  müəyyən  səciyyəvi  fərqlər  mövcuddur.  Bu 
baxımdan,  natrium  şorakətləri  üçün  ən  səciyyəvi  əlamət  bütün 
profil boyu tozlaşmış (dispersləşmiş) kolloid hissəçiklərin hərəkəti 
sayəsində  nazik  yumşaq  qatın  və  bərkimiş  sütunvarı  strukturun 
yayılmasıdır. 
Maqnezium  şorakətləri  isə  diferensasiya  olunmuş  (qatlara 
ayrılmış)  monolit  sıxlığı  olan  profilə  malikdir.  Uducu  komplek-
sində  artıq  miqdarda  maqnezium  kationu  olan  torpaqlar  yüksək 
xususi muqaviməti ilə fərqlənərək suyu özündən çox zəif buraxır 
və quruduqdan sonra monolit bərk bir kütlə əmələ gətirdiyindən çox 
çətin becərilir.  Göstərilən  bu əlamətlər,  şorakət torpaqların  melio-
rasiya olunması üçün tədbirlər  sistemi hazırlayarkən mütləq nəzərə 
alınmalıdır. 
Şorakət  torpaqların  aşağıdakı  növləri  ayrılır: 
1)  çəmən-bataqlıq  şorakət  torpaqlar -  göllərin  ətrafında,  
yerlatı  suların  yer  səthinə  çox  yaxın  olduğu  sahələrdə  və  sət-
hi  artıq dərəcədə  nəmlənmiş  çəmən  torflu  bitki  örtüyü  altında  
əmələ  gəlir; 
2)  çəmən – şorakət  torpaqlar  çaybasar  sahələrdə  və  göl-
ətrafı çəmənliklərdə,  çəmən-şorakət  bitkilər  altında yeraltı  sula-
rın yer  səthindən  3 m –dən  az  dərinlikdə  olduğu  şəraitdə  əmə-
lə  gəlir; 
3) çəmən–bozqır şorakət  torpaqlar -  birinci  və  ikinci  çay-
basarüstü  terraslarda  yeraltı  suların  dərinliyi  3-6 m  olduğu  şə-
raitlərdə  əmələ  gəlir.  Bu  torpaqlar  arasında  daha  çox  tərki-
bində  xlorlu -  sulfatlı,  qismən  isə  sodalı - xlorlu -  sulfatlı  duz-
lar olan  növlərə  təsadüf  olunur; 
4)  bozqır  şorakət  torpaqlar  -  yeraltı  suların  çox  dərində 
(6-10 m  və  daha  çox)  olduğu  şəraitdə,  yüksək  suayırıcı   sa-
hələrdə  və  qədim  çay  yataqlarında,  dərələrdə  əmələ  əəlir.  Bu  
tip şorakət  torpaqların  əmələ  gəlməsi  dəniz  mənşəli  duzlu  ana  
süxurlarla  əlaqədardır.  Bu   şorakətliyə   daha  çox   şabalıdı  və  
qonur  torpaqlar  zonasında  rast  gəlinir. 


227 
 
Şorakət torpaqların əsas  morfoloji  əlamətlərindən  biri  bər-
kimiş    şorakət    qatın    çatlaması    nəticəsində    müxtəlif    formalı  
struktur  parçaların  əmələ  gəlməsidir. 
Respublikada  şorakət  torpaqların  iki  tipinə   təsadüf  olu-
nur  ki,  bunlar  da,  bir  qayda  olaraq, boz-qonur və  şabalıdı  tor-
paqlar  arasında  yayılmışdır: 
-çəmən–bozqır şorakət  torpaqlar  öz  uducu   kompleksində  
Na    kationunu    saxlamaqla    bərabər,    soda    duzlarının    (Na
2
CO
3
  
və  NaHCO
3
) olması,  yüksək  qələvi  reaksiya  və  zəif   şorlaş-
ma  dərəcəsi  ilə  səciyyələnir.  Kür – Araz  düzənliyində  çəmən – 
bozqır şorakət  torpaqlar  üst qatlardan başlayaraq,  karbonat  duz-
larının  yeni  törəmələri  ilə  zəngin  olur.  Torpaqda soda  və  kar-
bonat    duzlarının    olması    qrunt    sularının    təsiri    ilə    əlaqələn-
dirilir.  Bu  torpaqların  keyfiyyətini  yaxşılaşdırmaq   üçün  udul-
muş  Na  kationunun  artıq  hissəsini  uducu  kompleksdən  çıxar-
maq  və  soda  duzlarını  neytrallaşdırmaq  lazımdır; 
-  bozqır şorakət  torpaqlar  adətən  yeraltı  suların  dərində  
(6-10 m) olduğu  sahələrdə  əmələ  gəlir,  xlorlu – sulfatlı  duzlarla  
zəif  şorlaşma  və  qələvi  reaksiyalı  olması  ilə  səciyyələnir.  Bu  
torpaqların    şorakət    qatından    aşağıdakı    qatlarda    karbonat    və 
gipsə  də  təsadüf  olunur.  Belə    torpaqların    keyfiyyətinin    yaxşı-
laşdırılması  udulmuş  Na  kationunun  kompleksdən  çıxarılması  
ilə  həyata  keçirilir. 
 
 
3.4.Aerasiya  zonası  süxurlarında  şorakətləşməyə  qarşı  
mübarizə  tədbirləri 
 
Şorakət  torpaqların  münbitliyini   artırmaq  üçün  iki  üsul-
dan  istifadə  olunur: 
a)  kimyəvi    meliorasiya    üsulunda    torpağa  onun  uducu  
kompleksində olan Na  ionuna  və  qələvililiyinə  ekvivalent  miq-
darda    kimyəvi  meliorantlar  verilir; 


228 
 
b) aqrobioloji üsulda aqronomik və bioloji  tədbirlər komp-
leksi    tətbiq    edilir    (dərin    şum    və    plantaj    vasitəsilə    gips    və 
CaCO
3
  olan  qatlar cəlb olunur – bu  birləşmələrin  həll olunması  
təmin  edilir). 
Gips  və  tərkibində  gips  olan  meliorantlar  verməklə şo-
rakət  torpaqların  meliorasiyası  daha  çox  tətbiq  olunan  üsul-
dur. 
Hazırda bir sıra fəal meliorantlardan  istifadə  edilməsi  qay-
daları  işlənib  hazırlanmışdır  (K.H.Teymurov,  S.Ə.Eminov,  
İ.N.Şirinov). Bunlardan  turşu  məhlulları,  yeni  kompleks  birləş-
mələr,  CaCl
2
 ,  Ca(NO
3
)
2
 ,  qaja  və  turşunun  birlikdə  verilməsi   
və  s.  göstərilə  bilər. 
Məsələn,  təcrübə  göstərir  ki,  Qarabağ  düzənliyində  tor-
paqlara  kimyəvi meliorantın  (gipsin) verilməsi və yuma ilə  məh-
suldarlığının artırılması mümkündür.  Ən  səmərəli  yuma  norma-
sı  10-12  min  m
3
/ha   hesab  edilir.  Kimyəvi  meliorasiya  udul-
muş    kationların    nisbətini    nəzərə    çarpacaq    dərəcədə    dəyişir. 
Uducu  kompleksdə  Ca–n  miqdarı  artır,  Mq   və Na–n  miqdarı  
isə    azalır.    Gipsin    tərkibində    olan    Ca    suvarma    şəraitində  
udulmuş  Na–u   birinci  il  onun  ilkin  miqdarına  nisbətən  20-
27%  əvəz  edir. 
Son  zamanlar  şorakət  torpaqların  kimyəvi  üsulla  melio-
rasiyasının    iqtisadi    səmərəliliyini    artırmaq    məqsədilə    fosfo-
gipsdən (fosfogips  -  fosfor  turşusu  istehsalının   tullantısı  olub,  
tərkibi  əsasən  gipsdən  və  fosfor  turşusundan  ibarətdir)  istifadə  
edilməsi  nəzərdə  tutulmuşdur.  Fosfor  gübrəsi  istehsalı  texno-
logiyasından    asılı    olaraq,    fosfogips:  CaSO

·  2H
2
O    və    ya  
CaSO
4
  ·  0,5H
2
O    formasında    olur.  Fosfogips    turş    reaksiyalı  
olduğundan  (pH=2,5-3) xam gipsə nisbətən  suda  asan  həll  olur.  
Şorakət    torpaqlara    kimyəvi    meliorant    kimi    kükürd,        
FeSO
4
  və  kükürd  turşusunun  verilməsi  ilə də  meliorasiya  apa-
rılır. O  cümlədən,  sulfat  turşusunun  zəif  məhlulundan  da  isti-
fadə  olunur. 


Yüklə 6,75 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə