Mелиораtив щидроэеолоэийанын



Yüklə 6,75 Mb.
Pdf görüntüsü
səhifə73/74
tarix08.07.2018
ölçüsü6,75 Mb.
#53995
növüDərs
1   ...   66   67   68   69   70   71   72   73   74

254 
 
təsərrüfatına  yararlı  qeyri-suvarılan  torpaqların  meliorativ  şə-
raiti    yaxşı    olan    suvarılan    torpaqlar    dövriyyəsinə    gətirilməsi,  
qeyri-kafi şəraiti  olan  torpaqların  meliorativ tədbirlər  aparmaq-
la istifadəsinə  nail  olmaqdan  daha  asan, qısamüddətli və  ucuz  
başa  gələn  yoldur. 
Şirvan  düzənliyinin  qeyri-kafi  suvarılan  sahələrinin  me-
liorativ  vəziyyətinin    xarakteristikasını    müqayisə    etsək    görərik  
ki,    1982-ci    ildə  87,32      min    ha    torpaq    sahəsinin    qeyri-kafi 
vəziyyətdə  olmasının  səbəbi  0,1 min  ha-da  qrunt  suyu  səviy-
yəsinin  buraxıla  bilən  həddən  yüksək  olması,  1,6  min  ha  sa-
hədə  torpağın  orta  və  yüksək  dərəcədə  şorlaşması  olmuşdusa,  
qalan  85,6 min ha-da  həm  qrunt  suyu  səviyyəsinin  yer  səthinə  
yaxın  yatımı,  həm  də  torpağın  orta  və  yüksək  dərəcədə  şor-
laşması  olmuşdur. Lakin keçən 30  ildən (1982-2012) sonra  77,3 
min  ha  torpağın qeyri-kafi  meliorativ  vəziyyətinin əsas  səbəbi  
19,1 min  ha  sahədə  qrunt  suyu  səviyyəsinin  yer  səthinə  yaxın  
yatımı,  20,7  min ha  sahədə  torpağın  yüksək  şorlaşma  dərəcə-
si,    37,5    min   ha    sahədə   isə    həm    qrunt    sularının  yer  səthinə 
yaxın yatımı,  həm  də  torpağın  yüksək  şorlaşma  dərəcəsidir. 
Qeyri-kafi  şəraitdə  olan  torpaq  sahələri  daha  çox  Kür-
dəmir  rayonunda  -  21,1 min ha (ümumi  suvarılan  torpaqların  
40%-ni  təşkil  edir),  Zərdab  rayonunda - 14,9 min ha (45,4%),  
Ağsu  rayonunda  13 min  ha  (35%)  və  Ağdaş  rayonunda  10,6  
min ha  (30,7%)  təşkil  edir. Torpaqların hidrogeoloji-meliorativ 
vəziyyətinin    ən    yaxşı    göstəriciləri    Qəbələ,  Şamaxı    rayonları  
ərazisində  -  100%,  Göyçay    və    Ucar    rayonlarının    hər    birinin  
ərazisində    8,9    min    ha    olmaqla,    ümumi    ərazinin    müvafiq  
olaraq,  33,8  və  35,7%-ni  təşkil  edir. 
Faktiki    materialların    analizi    göstərir    ki,    hazırda  Şirvan  
düzənliyinin suvarılan  torpaqlarının  qeyri-kafi  meliorativ  vəziy-
yətinin  əsas  səbəbi yeni  suvarma  sahələrinin  mənimsənilməsi,  
suvarma    rejiminə    riayət    edilməməsi,    suvarmanın    bəsit  üsul-
larının    tətbiqi,  əksər    sahələrdə  drenajın  olmaması,  bəzən    isə  
onun  qeyri-səmərəli  fəaliyyətidir. Baş   Şirvan   magistral  kana-


255 
lının, o  cümlədən, onun  üzərindəki  körpülərin,  nasos  stansiya-
larının  və  digər  hidrotexniki  qurğuların  rekonstruksiyası,  ka-
nalın  təmizlənməsi,   yatağının genişləndirilməsi  Şirvan  düzən-
liyinin    suvarılan    torpaqlarının  qənaətbəxş  meliorativ    vəziyyə-
tinin  saxlanılmasına  zəmanət  ola  bilər. 
44 saylı  şəkildə  Baş  Şirvan  kollektoru  əks  olunmuşdur. 
Ərazinin  64,5  min  ha  orta  və  güclü  şoranlaşma  müşa-
hidə  olunan  drenləşmiş  suvarılan  torpaqlarında  əsaslı  yumanın  
aparılması    vacibdir;      67,4    min    ha    zəif    şoranlaşmaya    malik  
sahələrdə  isə  cari  yumanın  aparılması  kifayətdir. 
45 saylı  şəkildə şoran  torpaqlar  əks  olunmuşdur.   
46  saylı    şəkildə  Yuxarı    Şirvan    kanalının    yamaclarının  
texniki  vəziyyətinin  qeyri-qənaətbəxş  olduğu  hissəsi, 47 şəkildə 
isə  Yuxarı    Şirvan    kanalının    texniki    vəziyyətinin    qənaətbəxş  
olduğu  hissəsi  əks  olunmuşdur. 
Şəkil  44.    Baş    Şirvan    kollektorunun 
bir    hissəsinin    qeyri-
qənaətbəxş vəziyyəti. 


256 
Şəkil  45.   Şirvan  düzənliyində  şoran  torpaqlar. 
Şəkil 
46. Yuxarı  Şirvan
kanalının 
yamaclarının 
texniki 
vəziyyətinin  qeyri-qənaətbəxş  olduğu  hissəsi. 


257 
Şəkil 47.  Yuxarı Şirvan  kanalının  texniki  vəziyyətinin  qənaətbəxş 
olduğu  hissəsi. 
Şirvan    düzənliyinin    1    ha  suvarılan    sahəsinə    il    ərzində  
6,0-6,0  min  m

 suvarma  suyu  verilir.  Demək  olar  ki,  bütün  
suvarma  kanalları  torpaq  yatağa  malikdir  və  bu  səbəbdən  il  
ərzində  602 mln. m
3  
(və  ya  bütün suvarma  sularının 31-36% -i) 
su  itkiyə  sərf  olunur. Təcrübə  göstərir  ki,  torpaq yatağa  malik 
kanallar borularla əvəz olunarsa və  ya  kanalların  yatağına  beton  
üzlük  çəkilərsə,  suvarma  sularına 20-30 %  qənaət  olunar  ki,  
bu da  qrunt  sularının  səviyyəsinin  qalxmasının və  təbii  ki,  tor-
pağın  meliorativ  vəziyyətinin  pisləşməsinin  qarşısını  alar.  
Aparılan    tədqiqatlar    göstərir    ki,  ümumilikdə    təsərrüfat-
daxili  suvarma  sistemlərinin  vəziyyəti  qeyri-qənaətbəxşdir. Ka-
nallarda    intensiv    su    itkisindən    əlavə,    bəzi    hissələrdə  onların  
dibi lillənmiş, deformasiyaya uğramışdır,  bütün  bunlar  isə  onun  
suyu  normal  axıtmasına qismən  mane  olur. 
Suvarma  sistemlərinin  hər  il  cari  bərpası  və  rekonstruk-
siyası qrunt suyu  səviyyəsinin  kritik  qiymətdən  yuxarı  qalxma-


258 
 
masına və  bununla  əlaqədar  olaraq,  torpağın  meliorativ  vəziy-
yətinin  yaxşılaşmasına  səbəb  olur. 
Kollektor-drenaj    sisteminin    ayrı-ayrı    hissələrində    onun  
qamış  bitkilərindən  və  lillənmədən  təmizlənməsi,  şorlaşmaya  
meyilli  sahələrdə suvarma  rejiminə  riayət  olunması  torpaqların  
təkrar  şorlaşması  riskini  azaldır. 
Beləliklə, Şirvan düzənliyinin suvarılan torpaqlarının  hidro-
geoloji-meliorativ   vəziyyətinin  müqayisəli  analizi  göstərir  ki,  
bütövlükdə  ərazinin  hidrogeoloji-meliorativ  vəziyyətində  tədri-
cən  yaxşılaşma  müşahidə  olunur.   
48  saylı    şəkildə  Şirvan    düzənliyində  yenicə  meliorasiya  
olunmuş və  əkin dövriyyəsinə  daxil  edilmiş  suvarılan  sahə  əks  
olunmuşdur. 
48  saylı    cədvəldə  Şirvan    düzənliyi  üzrə    suvarılan    tor-
paqların  meliorativ  şəraitinin  müqayisəli  təhlili  göstərilmişdir.   
Cədvəl 48  
Şirvan  düzənliyi üzrə  suvarılan  torpaqların  meliorativ  
şəraitinin  müqayisəli  təhlili 
  
Torpaqların hidrogeoloji-
meliorativ  vəziyyəti 
1982-ci  il 
2012-ci  il 
Ümumi  suvarılan  sahə: 
o cümlədən: 
198,5 min  ha 
 
231,2  min  ha 
 
-melioratitv  cəhətdən  yaxşı  9,8%   (19,5 min ha) 
14,6%    (33,7 min ha) 
-melioratitv  cəhətdən  kafi  
46,2% (91,7 min ha) 
 52,0% (120,2 min ha) 
-melioratitv cəhətdən  qeyri-
kafi   
44,0% (87,3 min ha) 
33,4%    (77,3 min ha) 
 
Qeyd  etmək  lazımdır  ki,  suvarılan torpaqların meliorativ 
vəziyyətindəki    keyfiyyət  dəyişikliyi  nəzərdə  tutulan  meliorativ-
istismar  tədbirlərinin    (cari    yuma,  hamarlama,  kollektor-drenaj  
sisteminin  yenidən qurulması və  təmiri  və  s.)  həyata  keçiril-
məsi, yeni  suvarılan  sahələrin istismara  verilməsi  ilə  əldə  edil-
mişdir  (şək.49).  
 


Yüklə 6,75 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə