Mелиораtив щидроэеолоэийанын



Yüklə 6,75 Mb.
Pdf görüntüsü
səhifə67/74
tarix08.07.2018
ölçüsü6,75 Mb.
#53995
növüDərs
1   ...   63   64   65   66   67   68   69   70   ...   74

232 
qaya  parçası,  çaqıl-çınqıl  çöküntülərindən  və  eynicinsli  gillərdən 
ibarətdir. 
Qurutma aerasiya zonasının qalınlığını artırır. 
Suvarılan və qurudulan torpaqlarda qrunt sularının rejim və 
balansı  təbii  və  təsərrüfat  amillərinin  birgə  təsiri  altında  forma-
laşır. 
Hər bir hidrodinamik və iqlim zonasında təbii hidrokimyəvi 
şəraiti dəyişən bir və ya bir neçə lokal amil qeyd olunur: 
-süxurların  və  qrunt  sularının  müasir  və  ya  qədim  dəniz 
şorlaşması; 
-duzlu  ana  süxurlar,  onların  denudasiyası  və  denudasiya 
məhsullarının akkumulyasiyası; 
-qrunt  sularının  yüksək  minerallaşmaya  malik  təzyiqli 
sularla zəif qidalanması; 
-qrunt sularının qələvililiyinin artması. 
4.2. Geosüzülmə quruluşunun xəritələnməsi 
Geosüzülmə  quruluşunun  xəritələnməsi  üçün,  hər  şeydən 
əvvəl, suvarılan ərazinin sulu təbəqələrin inkişafına görə eynitipli 
sahələri  ayrılmalıdır.  Çünki  rayonlaşdırma  zamanı  ən  iri  tak-
sonomik  vahid  birtəbəqəli,  ikitəbəqəli,  çoxtəbəqəli  və  təbəqəsiz 
sistemlər ayrılır. Belə bölgünün əsasında müxtəlif tipli drenajların 
tətbiqinin  məqsədəuyğunluğu  haqqında  fikir  söyləmək  mümkün-
dür.  Məsələn,  yaxşı  ayrılan  sulu  təbəqə  olduqda,  layihələndirmə 
zamanı  müntəzəm  şaquli  drenajın,  iki  və  daha  çox  sulu  təbəqə 
olduqda isə şaquli drenajın yerləşdirilməsinin bir neçə variantının 
müqayisəli tətbiqi məqsədəuyğundur. Təbəqəsiz sistem sahələrin-
də yalnız horizontal drenajın tətbiqi effektlidir. 
Geosüzülmə  sistemi  tərkibində  sulu  kompleksin  quruluşu-
nun  tip  sxemləri,  həmin  xəritəyə  aid  eksplikasiyada  hər  tip  sxem 
üzrə  parametrlərin  əsas  qiymətləri  göstərilir.  Daha  dəqiq  məlu-
matlar isə xüsusi cədvəl şəklində verilir. 


233 
Azərbaycanda  Şimali  Muğanın  ərazisində  geosüzülmə 
sxemini nəzərdən keçirək  (1994)  (şək.41). 
Şimali  Muğan  ərazisində  yalnız  ikitəbəqəli  sistem  yayıl-
mışdır  ki,  bu  da  bir-,  iki-,  üç-,  və  çoxlaylı  quruluşa  malikdir, 
uyğun olaraq, II-1, II-2, II-3 və II-n kimi göstərilir. 
İkitəbəqəli  birlaylı  (II-1)  süzülmə  sistemi  sulu  horizontun 
litoloji  quruluşuna  görə  bir  (II-1-a),  ikitəbəqəli  ikilaylı  sistem  isə 
üç (a, b, c) modifikasiyaya malikdir. 
Birinci modifikasiyada (II-1-a) sulu horizont qumlarla qarı-
şıq  çaqıl-çınqıl  çöküntülərindən  ibarətdir  və  əsasən  Araz  çayının 
gətirmə konusu sahəsində rast gəlir. Bu tip sxem yeraltı su axını-
nın nəqli və qismən isə pazlaşması zonasında yerləşir. 
II-2-a  modifikasiyalı  süxurlarda  qrunt  suyu  horizontu  qum-
lardan ibarətdir. Bu sxem yeraltı su axınının pazlaşması və qismən 
isə su səthinin qalxması zonasında yerləşir. 
 II-2-b  modifikasiyalı süxurlarda sulu horizont qum qarışığı 
ilə  gil  və  gilli  qum  süxurlarının  növbələşməsindən  ibarətdir.  Bu 
süxurlar  yeraltı  suların  boşalması  və  su  səthinin  qalxması  zona-
sında rast gəlir. 
II-2-c  modifikasiyalı süxurlarda sulu horizont qum, gil   və  
gilli  qumların növbələşməsindən ibarətdir. Bu süxurlar da yeraltı 
suların boşalması və su səthinin qalxması zonasında rast gəlir. 
İkitəbəqəli üçlaylı sistemdə (II-3) üst lay qalınlığı 12-15 m 
olan gillərdən, alt lay isə qumlardan ibarətdir, ayırıcı layın qalın-
lığı 40-50 m-dir. Bu sistem yeraltı suların boşalması və su səthinin 
qalxması zonalarının qovuşduğu sahələrdə yerləşir. 
İkitəbəqəli çoxlaylı (II-n) süzülmə sistemi Kür çayı boyunca 
yeraltı suların boşalması zonasında yerləşir. Litoloji tərkibinə görə 
sulu  qat  bir  modifikasiyaya  malikdir:  II-n-a.  Bu  modifikasiyada 
sulu  horizont  gil  aralayları  olan  çaqıl-çınqıl  çöküntülərindən 
ibarətdir.   


234 
a


235 
b
c
Şəkil 41.  Şimali Muğanın sxematik  geosüzülmə  xəritəsi  (a),  xəritənin  
eksplikasiyası  (b),    hidrogeoloji  profil (c)  (E.A.Məmmədova, 2014): süxurların  
litoloji  tərkibi:  1- çınqıl,   2 - qum,   3 - gilli  qum,   4 - qumlu gil,   5 – gil;  6 - QSS, m. 


236 
4.3. Hidrogeoloji-meliorativ rayonlaşdırmanın  prinsipləri 
Hidrogeoloji-meliorativ  rayonlaşdırma  axtarış  və  kəşfiyyat 
prosesində  alınmış  məlumatları  ümumiləşdirir  və  yeraltı  suların 
rejiminin proqnozu və meliorasiyanın layihələndirilməsi üçün əsas 
hesab olunur. 
Meliorativ  sistemlərin  layihələndirilməsi  mərhələsindən, 
hidrogeoloji  şəraitin  mürəkkəbliyindən  və  meliorasiya  olunan 
torpaqların  sahəsindən  asılı  olaraq,  aşağıdakı  miqyaslarda  rayon-
laşdırma aparılır: 
-irimiqyaslı - 1:50000-1:25000  və  daha iri
-ortamiqyaslı -  1:200000-1:100000; 
-kiçikmiqyaslı - 1:500000  və  daha  kiçik. 
Hidrogeoloji-meliorativ 
rayonlaşdırmanın 
prinsipləri 
V.A.Kovda, 
M.M.Krılov,  A.Q.Vladimirov,  N.A.Kenesarin, 
V.A.Qeyns,  D.M.Kats, 
N.N.Xodcibayev,  N.V.Roqovskaya, 
V.Q.Tkaçuk,  Ə.K.Əlimov,  E.A.Məmmədova,  Ç.C.Gülməm-
mədov, S.Ə.Əliyev  və b. işlərində öz əksini tapmışdır. 
Şimali Muğanın hidrogeoloji-meliorativ rayonlaşdırma sxe-
mini nəzərdən keçirək (2014) (cəd.44). 
Ən böyük taksonomik vahid ərazinin struktur-tektonik quru-
luşuna  görə  ayrılan    „əyalət”  qəbul  edilmişdir.  Şimali  Muğanın 
bütün ərazisi Alp qırışıqlıq sisteminə daxildir. 
İqlimin  tipini  nəzərə  almaqla  „yarıməyalət”  rayonlaşdırma 
vahidi ayrılmışdır ki, bu da yalnız mülayim-isti-yarımsəhra iqlimi 
ilə xarakterizə olunur. 
Ayrılan  növbəti  vahid  „zona”  olub,  ərazinin  hidrodinamik 
şəraitini  xarakterizə  edir.  Şimali  Muğanın,  demək  olar  ki,  bütün 
ərazisində qrunt suyu səviyyəsi təzyiqli su səviyyəsindən yuxarıda 
yerləşir. 
Drenajların hesabi sxemlərinin seçilməsi, drenlərarası məsa-
fənin  təyini  və  bu  məsələlərin  həllində  ərazinin  geosüzülmə  və 
horizontların  quruluşu  üzrə  rayonlaşdırılmasının  əhəmiyyətini 


Yüklə 6,75 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə