MəluMat kİtabçası “ kİno



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə15/19
tarix18.06.2018
ölçüsü0,58 Mb.
#49685
1   ...   11   12   13   14   15   16   17   18   19

harut Mansuryan 

LAyİHƏNİN ƏLAQƏLƏNDİRİCİsİ 

(eRMƏNİsTAN), “İNTeRNyus 

eRMƏNİsTAN”DA TƏLİMçİ VƏ 

PRODüseR

ən sevimli filmi: “Qozun möhkəmi” 

“Mən qadın qəhrəmanı çox bəyəndim. O, necə də mətanətli qadındır”.

Biz adətən danılmaz həqiqət kimi 

uşaqlıqdan formalaşan inanclarımızı 

sual altına qoymağı xoşlamırıq. “Tarixi 

torpaqlar”, “ədalət uğrunda müharibə”, 

“qan və torpaq”, “tarixi ədalət” və digər 

bənzər ifadələr işimizi asanlaşdırır, 

çünki onlar bizi qaranlıq məqamları 

aydınlatmaq öhdəliyindən azad edir. 

“Kino dialoqları” layihəsi çərçivəsində 

filmlərin nümayişindən sonra aparılan 

müzakirələr adətən məhz bu tip 

ifadələrlə başlayırdı. Auditoriyadakı 

insanlar“dostları” ağ, “düşmənləri” qara 

rəngdə qiymətləndirən “vətənpərvər” 

ideyalar səsləndirir və şanlı tariximizdən 

qəhrəmanlıq hekayələri haqqında ətraflı 

danışırdı. Amma qarşılıqlı dialoqdan 

sonra onlar mütləq bildikləri həqiqətləri 

yenidən nəzərdən keçirməyə başladılar. 

İrəvanda film nümayişindən sonra gənc 

tamaşaçılardan birinin anası 

“İnternyus”-un ofisinə gələrək qızının üç 

gündür ki, “vətənpərvərlik nədir” kimi 

sadə bir suala cavab axtardığını dedi. 

Filmləri izləməklə o, hər zaman 

danılmaz qəbul etdiyi həqiqətlərdən 

şübhələnməyə başlamışdı. 

ermənistanın cənubundakı Qoris 

şəhərində film nümayişi zamanı 

auditoriyadakı gənc bir tələbə, deyəsən, 

gördüklərindən xeyli təsirlənmişdi: 

“Hal-hazırda mən nə düşünəcəyimi 

bilmirəm. Amma bildiyim tək bir şey var, 

o da ki, evə gedərək filmlər haqqında 

ətraflı düşünmək və öz ailəmə onlardan 

bəhs etməkdir. Mən elə düşünürdüm ki, 

münaqişə haqqında hər şeyi bilirəm, 

amma indi bundan o qədər əmin 

deyiləm”. 

Mən həmin tələbənin və ya İrəvandakı 

gənc qızın sonda hansı qənaətə 

gələcəyini deyə bilmərəm. Burada məni 

ən çox maraqlandıran məqam insanların 

həqiqəti axtarmaq istəyidir. Onların hər 

ikisi təbliğatı bir kənara qoyaraq, özləri 

sərbəst şəkildə məsələni anlamağa 

çalışırdılar.

Moderator işi çox maraqlıdır. siz 

auditoriya ilə mübahisə edə və ya nəyin 

doğru, nəyin yanlış olduğunu deyə 

bilmədiyiniz üçün bu iş sizə məhdud 

görünə bilər. Bununla belə, siz 

katalizator rolunu oynayırsınız. 

Auditoriyaya düzgün suallar verməklə 

aktivliyi artırmaq və müzakirələri 

sürətləndirmək sizdən asılıdır. Əgər siz 

buna müvəffəq olsanız, onlar rəsmi 

mövqelərindən əl çəkərək şəxsi 

düşüncələrini təzyiq altında qalmadan 

azad şəkildə ifadə edəcək və qarşı 

tərəflə dostyana müzakirələr aparmağın 

mümkün olduğunu anlayacaqlar. Mən 

insanlara hər zaman deyirəm ki, “düzgün 

cavablar axtarmayın, çünki onlar mövcud 

deyil. Bizə əvvəllər eşitdikləriniz barədə 

də danışmayın. Bizə əsl həqiqətdə nə 

düşündüyünüzü deyin”. 

Bu filmlərlə onların inanclarını dəyişib-

dəyişdirmədiyimizi deyə bilmərəm, 

amma mən onu bilirəm ki, təşkil 

etdiyimiz bütün seanslar və iştirak 

etdiyimiz müzakirələrdən sonra 

insanlara ən azından hamımıza mənfi 

təsir edən bütün mürəkkəb məsələlərə, 

o cümlədən münaqişəyə fərqli bucaqdan 

baxıb onların mahiyyətini anlamaq 

yollarını göstərdik. Bu mənim üçün 

irəliyə doğru atılmış ciddi addım idi. 



41

2-Cİ HİssƏ




laura bağdasaryan

 

LAyİHƏ TƏDQİQATçısı, “ReGİON” 



TƏHQİQATçı JuRNALİsTİKA 

MƏRKƏzİNİN DİReKTORu, İRƏVAN



ən sevimli filmi: “Qafqazlı qardaş qızı”  

“Qəhrəmanların səmimiyyəti xoşuma gəldi”.

ermənistanın müxtəlif bölgələrində 

auditoriyalar sadə erməni və 

azərbaycanlılardan bəhs edən 

hekayələrə müxtəlif cür reaksiya 

verdilər. Filmin baş qəhrəmanı 

azərbaycanlı olanda, onun dediklərinə 

inam və münasibət filmin harada 

nümayiş olunmasından asılı olaraq 

dəyişirdi. Məsələn, Azərbaycanla 

sərhədin yaxınlığında yerləşən Qafan 

şəhərinin gəncləri Aram Xaçaturyanın 

musiqisi sədaları altında erməniləri 

(internet oyununda) “öldürməyə gedən” 

“Download” filminin gənc qəhrəmanına 

mənfi münasibət bildirdilər. Onlar həmin 

gəncin səmimiyyətinə şübhə ilə 

yanaşdılar və əvvəlcədən 

təlimatlandırıldığını düşündülər.  

Digər tərəfdən, ermənistanın şimal 

rayonlarında və İrəvandakı auditoriyalara 

internet oyunlarından müharibənin 

mənasız olması haqda ibrət dərsi 

götürmək ideyası inandırıcı göründü.

Bəzi filmlərə bütün auditoriya yekdil 

münasibət bildirdi. ermənilərin çəkdiyi 

“Qafqazlı qardaşı qızı” filmini hamı 

bəyəndi. Armavir şəhərindən bir gənc 

oğlan dedi: “Bu film mənə çox təsir etdi. 

Mən bu kişinin (zinanın dayısını nəzərdə 

tutur) öz keçmiş evi və Qarabağdakı həyatı 

haqqında danışarkən necə titrədiyini 

gördüm. O, doğrudan da iztirab çəkir”. 

Qavar şəhərində bir qadın isə deyir ki, “o, 

sülhün gec-tez qalib gələcəyi, yəni erməni 

və azərbaycanlıların yenidən dostcasına 

birlikdə yaşayacağı haqda elə səmimi 

danışdı ki, adamın buna lap inanmağı 

gəldi!” Buna baxmayaraq, azərbaycanlı 

qəhrəmanın bu müsbət obrazı ümumilikdə 

Azərbaycan cəmiyyəti üçün istisna hal 

kimi qəbul olundu. “O, Azərbaycanda 

yaşamır və ermənilərin əleyhinə heç nə 

demədi. O, sadəcə, öz evi üçün darıxır. Biz 

Azərbaycandakıların nə düşündüyünü, öz 

aralarında bizim haqqımızda nə dediklərini 

bilmək istəyirik”. 

Həmçinin hal-hazırda Bakıda yaşayan 

Qarabağ qaçqını haqqında “çadırdan 

şuşa” adlı Azərbaycan filmi 

ermənistandakı bütün auditoriyalarda 

mübahisələrə səbəb oldu. Qoris 

şəhərində bir qadın belə fikirdə idi: “Bu 

kişi öz keçmiş qonşuları və tanışları 

haqqında hekayələr danışmaqla 

ermənilərə qara yaxdı. sonda isə o, 

şuşaya gedəcəyini və ermənilərlə 

dostcasına yanaşı yaşayacağını deməklə 

günahını yumağa çalışır. Əslində o bunu 

istəmir, o, çox aqressivdir”. Gümri 

şəhərindən olan digər qadın bu kişinin 

erməni qadınları haqqında danışdığı 

xoşagəlməz hadisələrdən xeyli 

qəzəblənmişdi. 

Gənc auditoriya ümumilikdə 

Azərbaycanın “Dirçəliş” və ermənisitanın 

“Tale qapını belə döyür” filmlərindəki 

müharibə veteranlarını bəyəndi. Hətta 

“Dirçəliş” filmindəki müharibə vaxtı 

görmə qabiliyyətini itirən veteran yenidən 

müharibəyə qatılmaq istədiyini desə də, 

bu onu auditoriyada nüfuzdan salmadı. 

“Ona müharibəyə qatılmaqla bağlı sualı 

veriləndə mən auditoriyanın necə 

reaksiya verəcəyini hiss edə bilirdim: 

onun “yaxşı” və ya “pis” adam olması 

verəcəyi cavabdan asılı idi. Əslində onun 

bu suala verəcəyi cavabın əhəmiyyəti yox 

idi. Hami bilir ki, əgər yenidən müharibə 

olarsa hər kəs, bütün vətənpərvər 

insanlar öz torpaqlarını qoruyacaq”. 

“Kino dialoqları” erməni və Azərbaycan 

auditoriyaları arasında əlaqə yaratmağa 

müvəffəq oldumu? Bu suala cavab verən 

gənc bir oğlan dedi ki: “əgər bu kimi 

filmlərdə, sadəcə, erməni və 

azərbaycanlıların bir-birilərilə necə yaxşı 

yola getməsi nümayiş olunarsa, onlar 

faydasız və maraqsız olacaq”. Onun 

fikrincə, erməni auditoriyası səmimiliyi 

erməni və azərbaycanlılar arasındakı 

süni dostluq görüntülərindən üstün tutur. 

Digər bir gənc tamaşaçı qeyd etdi ki: 

“Azərbaycanlılarla real dialoqa başlamaq 

üçün çox tezdir, çünki bu filmlər daha çox 

monoloqa oxşayır. Biz problemləri yalnız 

öz aramızda müzakirə edirik, amma bu 

da mühüm addımdır”.

Kİno dİaloqları



42


Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə