MəluMat kİtabçası “ kİno



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə2/19
tarix18.06.2018
ölçüsü0,58 Mb.
#49685
1   2   3   4   5   6   7   8   9   ...   19

kİno dİaloqları 

təşəbbüsü 

Bir-biri ilə yaxşı qaynaşmış, eləcə də rus 

dilli sovet mədəniyyətini paylaşan sadə 

erməni və azərbaycanlılar 1994-cü ildən 

sonra bü günədək davam edən “nə sülh, 

nə savaş” şəraitində aralarındakı 

əlaqəni itirdi. İndi yeni nəsil bir-birindən 

xəbərsiz böyüyür. Belə ki, əksər erməni 

və azərbaycanlı gənclərin bir-biriləri ilə 

faktiki olaraq heç vaxt görüşmək imkanı 

olmamışdır. Onlar bir-biriləri haqqında 

məlumatları əsasən öz ölkələrinin 

mediasından əldə edirlər. elektron 

media regionun əsas informasiya 

mənbəyidir və ciddi nəzarət altında 

qalmaqdadır. Bu cür mühitdə erməni və 

Azərbaycan cəmiyyətində qarşılıqlı 

soyuq münasibət və mənfi stereotiplər 

geniş vüsət almışdır. 

2006-cı ildə Böyük Britaniyanın “Barışıq 

Resursları” sülhməramlı qeyri-hökumət 

təşkilatı ermənilər və azərbaycanlılar 

arasında ünsiyyəti bərpa etmək cəhdi 

kimi “Kino dialoqları” təşəbbüsünü irəli 

sürdü. “Barışıq Resursları” bu 

təşəbbüsü birgə həyata keçirmək 

məqsədilə üç yerli media partnyoru ilə 

əməkdaşlığa başladı. Bunlar İrəvanın “n 

“İnternyus Media Dəstəyi – İnternyus 

ermənistan” (ınternews Media support, 

ınternews Armenia), Bakının “İnternyus 

Azərbaycan” İctimai Birliyi (ınternews 

Azerbaijan) və Dağlıq Qarabağın 

paytaxtında yerləşən “stepanakert 

Mətbuat Klubu” (stepanakert Press 

Club) idi. 

“Kino dialoqları”nın konsepsiyası media 

haqqında biliklərin artırılması, tərəflərin 

bir-biri ilə birbaşa ünsiyyət qurması, öz 

cəmiyyətləri haqqında geniş 

müzakirələr aparması məqsədilə filmlər 

çəkməklə gənc azərbaycanlılar və 

Qarabağ erməniləri üçün pəncərə 

yaratmaqdan ibarətdir. İştirakçılara 

kinematoqrafiya və sülh prosesinin bəzi 

mühüm aspektləri üzrə təlim keçirilir. 

“İnternyus ermənistan” və “İnternyus 

Azərbaycan”ın dəstəyi ilə onlar öz 

ideyalarını filmdə əks etdirir və peşəkar 

rejissorun köməkliyi ilə ilkin montaj 

işlərini aparırlar. Daha sonra onlar 

birlikdə filmləri izləmək və onların 

ətrafında tənqidi müzakirələr aparmaq, 

o cümlədən yekun montaj işləri üzrə 

razılığa gəlmək məqsədilə Gürcüstanın 

paytaxtı Tiflis şəhərində görüşürlər. 

Layihənin növbəti mərhələsində ən yaxşı 

filmləri nümayiş etdirmək məqsədilə biri 

2007-ci ildə (sarı üzlükdə), digəri isə 

2010-cu ildə (mavi üzlükdə) olmaqla iki 

DVD diski hazırlandı. Disklərdən 

birincisi, Londonun Müasir İncəsənətlər 

İnstitutunda (ınstitute of Contemporary 

Arts), ikincisi isə, ardıcıl olaraq 

ermənistan, Azərbaycan və Dağlıq 

Qarabağda nümayiş olundu. Filmlərdən 

bəziləri Cənubi Qafqaz və Mərkəzi 

Asiyanın regional televiziya kanallarında 

nümayiş olunub və onların hamısına 

» www.vimeo.com/channels/dtf

internet səhifəsindən baxmaq 

mümkündür. 

2010-cu ilin avqust ayından 2011-ci ilin 

noyabr ayına qədər “İnternyus 

ermənistan”, “stepanakert Mətbuat 

Klubu” və ikinci partnyor qismində 

“İnternyus Azərbaycan”la 

məsləhətləşmələr aparan Humanitar 

Araşdırmalar Cəmiyyəti (Bakı) region 

əhalisi üçün filmlərin nümayişi 

proqramını həyata keçirdi. ümumilikdə, 

bu filmlər 90 dəfədən çox nümayiş edildi 

və 2000 nəfər tərəfindən izlənildi. Hər 

bir nümayişdən sonra filmlərin mövzusu 

üzrə moderator vasitəsilə müzakirələr 

aparıldı, suallar verildi. Həmçinin 

“Barışıq Resursları” universitetlərdə, 

konfranslarda, o cümlədən London, Nyu 

york və Vaşinqtondakı diaspora 

yığıncaqlarında filmlərin nümayişini 

təşkil etdi. 2011-ci ilin oktyabr və noyabr 

aylarında stepanakert və Bakıda iki 

xüsusi film nümayişi baş tutdu. Bir neçə 

il bundan öncə filmdə baş qəhrəman 

rolunda çəkilən aktyorlar onu izləmək 

müzakirə etmək üçün dəvət 

olunmuşdu.

Biz ümid edirik ki, bu məlumat kitabçası 

ermənistan, Azərbaycan, Dağlıq 

Qarabağ və digər cəmiyyətlərin geniş 

auditoriyası tərəfindən sözügedən 

filmləri izləmək və müzakirələr 

aparmaq üçün faydalı resurs olacaqdır. 

Kİno dİaloqları



8


“ kİno  dİaloqlarının” 

təşkİlatçıları 

“İnternyus azərbaycan” İçtimai birliyi 

1997-ci ildə yaradılmışdır və 2002-ci 

ildən müstəqil ictimai birlik kimi 

fəaliyyət göstərir. “İnternyus 

Azərbaycan” jurnalistlər və müstəqil 

media şirkətləri üçün təlimlər təşkil 

edir, onlara köməklik göstərir. Həmçinin, 

təşkilat medianın bir sıra formalarından 

istifadə etməklə müasir sosial və siyasi 

problemlərə diqqət cəlb edir. “İnternyus 

Azərbaycan” uzun müddətdir ki, film 

vasitəsilə münaqişələr haqqında 

müqayisəli öyrənmə metodunu özünün 

əsas məşğuliyyətinə çevirib. Belə ki, bu 

təşkilat “İnternyus ermənistan”la 

əməkdaşlıq edərək Kipr, Bosniya, şimali 

İrlandiya, İspaniya, Cənubi Tirol və digər 

münaqişələr haqqında film çəkmişdir. 

eyni zamanda, “İnternyus Azərbaycan” 

və “İnternyus ermənistan” Cənubi 

Qafqazda yaşayan gənclərin həyat 

hekayəsindən bəhs edən məşhur 

“uşaqlar yolayırıcında” silsilə filmləri 

hazırlamaq məqsədilə “İnternyus 

Gürcüstan”la əməkdaşlıq etmişdir. 

Təşkilatın internet saytı:

» www.internews.az

“Kino dialoqları” dörd erməni və 

azərbaycanlı təşkilatın, habelə “Barışıq 

Resursları”nın əməkdaşlığı nəticəsində 

baş tutmuşdur. 

“İnternyus Media dəstəyi” qeyri-hökumət 

təşkilatı söz azadlığının təşviqi, habelə 

yeni və innovativ yanaşmalar vasitəsilə 

azad, müstəqil və plüralist məlumatiların 

hazırlanması və yayılmasına köməklik 

göstərmək məqsədilə 1995-ci ildən 

İrəvanda fəaliyyət göstərir. “İnternyus” 

jurnalistlər üçün təlimlərin təşkilinə, 

media sahəsində təhsilə, media 

nümayəndələrinə məsləhət və hüquqi 

yardımın göstərilməsinə, yeni media 

vasitələrinin təşviqinə, o cümlədən sosial, 

siyasi və etnik münaqişələrin 

transformasiyası üçün medianın 

gücündən istifadəyə böyük diqqət ayırır. 

“İnternyus” həmçinin gənclərlə işləyərək 

onlara jurnalistika sahəsində biliklərini 

təkmilləşdirməyə və müasir media dilini 

öyrənməyə köməklik göstərir. Bununla 

yanaşı, “İnternyus” televiziya və 

multimedia proqramları, eləcə də sənədli 

filmlər hazırlayır. Təşkilatın internet saytı: 

» www.in

ternews.am

 1-cİ hİssə

9

Bu LAyİHƏ BİR çOX MƏRHƏLƏDƏN 

İBARƏT OLDuğu üçüN BöyüK 

ƏHƏMİyyƏT KƏsB eDİR.... İşTİRAKçıLAR 

öz ARALARıNDA üNsİyyƏT QuRuR 

VƏ ONLARı BİR-BİRİNDƏN AyıRAN 

PROBLeMLƏRLİ MüzAKİRƏ eDİRLƏR. 

ONLAR HƏMçİNİN yARADıCıLıQLA 

MƏşğuL OLuR VƏ MeDİANİN 

MAHİyyƏTİNİ öyRƏNİRLƏR... DAHA 

sONRA ONLAR İCTİMAİyyƏTƏ TƏQDİM 

OLuNAN MƏHsuL yARADıRLAR.

 

   NOuNeH  sARQsyAN,  “İNTeRNyus 



eRMƏNİsTAN”ıN DİReKTORu


Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə