MəluMat kİtabçası “ kİno



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə7/19
tarix18.06.2018
ölçüsü0,58 Mb.
#49685
1   2   3   4   5   6   7   8   9   10   ...   19

Hər şey “İnternyus Azərbaycan”nın mənə 

zəng etməsi ilə başladı. Belə ki, onlar 

həmtəsisçisi olduğum “Dalğa” gənclər 

təşkilatı haqqında çəkiləcək filmdə 

iştirak etməyimi xahiş etdilər. Biz bu 

barədə öz kollektivimizlə birgə müzakirə 

apardıqdan sonra razılaşdıq. Biz 

İnternyusun heyəti ilə doğrudan da, yaxşı 

yola gedirdik. Onlar bizlərdən kiminsə 

Qarabağ münaqişəsindən birbaşa əziyyət 

çəkib-çəkmədiyini soruşanda bir neçə 

nəfərin adını dedim, amma sonradan 

özümün də həmin kateqoriyadan 

olduğumu anladım. Nə qədər qəribə olsa 

da, görüşdüyüm insanların əksəriyyəti 

məni məcburi köçkün kimi tanımır. 

Beləliklə, “İnternyus Azərbaycan” filmin 

mənim haqqımda çəkilməsini təklif etdi 

və mən buna öz razılığımı verdim. 

Məlumdur ki, sənədli film faktlara 

söykənməlidir. Bununla belə, mən 

bilirdim ki, haqqında danışmaq istədiyim 

bəzi faktlar inandırıcı görünməyə bilər. 

İnsanlar mənə, mənim dostlarıma, 

davranışlarıma və həyat tərzimə 

baxanda məni normal insanlardan 

fərqləndirmir. Əslində isə, həyatda məni 

qeyri-adi edən bir çox hadisələrlə 

üzləşmişəm və onları səsləndirməkdə 

tərəddüd edirdim. Belə ki, biz filmə 

çəkilərkən öz-özümə sual verirdim: 

“Mən digər ölkələrin insanlarını bütün 

danışdıqlarımın doğruluğuna və 

həqiqətən də baş verdiyinə necə inandıra 

bilərəm?” Ən pisi isə o idi ki, filmdə məni 

həyatda əzilən yazıq insan kimi 

görməyinizi istəmirdim. Bu səbəblərdən 

adətən öz keçmişimin təfərrüatları 

barədə danışmağı xoşlamıram. Bununla 

belə, mən söz verdiyim üçün həmin 

hadisələri danışmalı oldum. Ancaq etiraf 

edirəm ki, heysiyyətim keçmişdə baş 

verən bəzi məqamları açıqlamağa imkan 

vermədi. zənnimcə, taleyimizə yazılan 

çətinliklərin öhdəsindən nə qədər tez 

gəlsək, bir o qədər tez həyatımızı 

istədiyimiz kimi qura bilərik.

Bu filmi mənim üçün əhəmiyyətli edən 

iki səbəb var. Birincisi, film unutmaq 

istədiyim hadisələri yada salır; ikincisi 

isə, mənə atamı xatırladır. Biz film 

çəkməyə başlayarkən atam 

xəstələnmişdi və mən rejissor elcan 

Məmmədovdan xahiş etdim ki, onu da 

filmə çəksin. O bunu etdi, amma film 

başa çatarkən atam artıq dünyasını 

dəyişmişdi... 

Mən əminəm ki, real hadisələr maraqlı 

ssenarilərin yaranmasına səbəb olur və 

ən yaxşı hekayələr həyatda yaşadığımız 

qeyri, adi hadisələrdən qaynaqlanır. “Biz 

nə istəyirik?” filminin çəkilişində iştirak 

edən hər kəsə öz təşəkkürümü 

bildirirəm və ümid edirəm ki, bu filmi 

izləyən hər kəs sülh tərəfdarı olacaq. 

rəhİM hacılı

 

“Bİz NƏ İsTƏyİRİK?” FİLMİNİN 



BAş QƏHRƏMANı

 1-cİ hİssə



21


“İnternyus” mənə keçmiş dostum Albert 

Voskanyanla birgə müharibədə əsir 

düşmüş və girov götürülmüş insanlara 

həsr olunan filmdə iştirak etməyi təklif 

etdi. Düzünü desəm filmdə çəkilməyə 

əmin deyildim. Mən bu barədə aparılan 

ictimai müzakirələrə hər zaman 

ehtiyatla yanaşıram və bu səbəbdən 

uzun müddət düşünməli oldum. 

Filmin, sadəcə, bizim itkin düşən 

insanlarla bağlı gördüyümüz işləri deyil, 

həmçinin Albertlə mənim aramızda adi 

insani münasibətlərimizi və birlikdə 

necə işlədiyimizi göstərəcəyini biləndə 

rahatlaşdım. Bax bunu edə bilərdim. 

Amma filmin ilk səhnəsindən razı 

qalmadım. Mən sülh prosesinin müsbət 

nəticələnəcəyinə inanıram və 

tolerantlığın əhəmiyyətini anlayıram, 

amma rejissor məni Qarabağ 

müharibəsi dövründə qətlə yetirilən 

azərbaycanlıların xatirəsinə ucaldılmış 

abidədə – şəhidlər Xiyabanında filmə 

çəkmək istəyirdi. Havanın yağmurlu və 

küləkli olmasına baxmayaraq, biz 

yüksəkdə yerləşən şəhidlər Xiyabanına 

qalxdıq. ssenariyə əsasən küləkli və 

yağışlı havada xiyaban boyunca 

gəzişməli idim və iki kinooperator məni 

filmə çəkirdi. Amma həm soyuq hava, 

həm də müharibədə ölən insanların 

şəkilləri diqqətimi yayındırırdı. Mən 

filmin rejissorundan çəkilişlərin başqa 

yerdə aparılmasını və diqqətimi 

cəmləmək üçün əlavə vaxt verməsini 

xahiş etdim. Film hazır olduqdan sonra 

məlum oldu ki, rejissor da şəhidlər 

Xiyabanında aparılan çəkilişlərdən 

məmnun olmayıb. Bunu eşidəndə rahat 

oldum. Bu, bizə əlimizdə olan səhnələri 

təkmilləşdirməyə və sayını artırmağa 

imkan verdi. 

Mən Albertlə ilk dəfə 2000-ci ildə 

görüşdüm. O öz işinin peşəkarıdır və 

özünə dost bildiyi hər kəs üçün əlindən 

gələni edər. Birgə işləyərkən, xüsusilə 

də ermənistan və Qarabağa səfər 

etdiyim zaman mən bunun canlı şahidi 

olmuşam. Amma əsir və girovların 

problemi mənim üçün tamamilə yeni bir 

sahə idi. Mən daha çox insan hüquqları 

və məcburi köçkünlük problemləri ilə 

məşğul olduğum üçün əsirlikdən sağ 

qurtularaq evə qayıdan insanlarla ciddi 

maraqlanmamışdım. Keçmiş müharibə 

əsirləri ilə əldə etdiyim təcrübə bəs 

etməyə bilərdi. 

Bu filmdə mən göstərmək istəyirdim ki, 

xalqlarımız arasında sülhü bərqərar 

etmək və problemləri humanistcəsinə 

həll etmək üçün hər kəsin daxili 

potensialı var. Mən filmin müəlliflərinə 

öz minnətdarlığımı bildirirəm, çünki 

onlar beyinlərə həkk olunmuş düşmən 

obrazını silmək və cəmiyyətin bəzi 

qrupları arasında geniş yayılmış miflərə 

“yox” demək üçün bizim 

münasibətlərimizi model kimi istifadə 

etməyə müvəffəq oldular. 

Biz bu düşmən obrazının erməni və 

azərbaycanlılar arasında əsrlər boyu 

mövcud olmuş dostluğa necə xələl 

gətirdiyini nümayiş etdirmək istəyirdik. 

Filmin orijinal adının 

dəyişdirilməməsindən məmnun qaldım, 

çünki bu ad tamaşaçılarda hələ filmə 

baxmazdan əvvəl istər-istəməz müəyyən 

assosiasiyalar yaradır. Mən əminəm ki, 

bu filmə baxarkən hər bir tamaşaçı 

dostluq və nifrət, dost və düşmən 

haqqında özü üçün nəticə çıxaracaq.

əvəz həsənov

 

“DüşMƏNİM MƏNİM, DOsTuM 



MƏNİM” FİLMİNİN QƏHRƏMANı

Kİno dİaloqları



22


Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə