MəluMat kİtabçası “ kİno



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə9/19
tarix18.06.2018
ölçüsü0,58 Mb.
#49685
1   ...   5   6   7   8   9   10   11   12   ...   19

Müzakirələr moderatorun aparıcılığı ilə 

keçirilir. eyni zamanda, moderator 

müzakirə aparma qaydalarını və onlara 

auditoriya tərəfindən riayət olunmasını 

təmin edir. Münaqişənin sülh yolu ilə 

həll olunmasına dəstək verən şəxs kimi 

siz öz rolunuzu və məqsədinizi yaxşı 

dərk etməlisiniz. Belə ki, sizin 

davranışınız, danışıq tərzi və tonunuz bu 

məsələni necə anladığınızdan asılıdır. 

Moderator kimi sizin əsas vəzifəniz 

insanlara film, o cümlədən Qarabağ 

münaqişəsinin səbəb olduğu problemlər 

və hazırkı vəziyyətdən çıxış yolları 

haqqında şəxsi rəylərini ifadə 

etmələrinə şərait yaratmaqdır. 

Auditoriyaya maksimum səviyyədə 

sərbəstlik verin və elə bir ab-hava yaradın 

ki, iştirakçılar özlərini sərbəst ifadə edə 

bilsin. İnsanlara öz fikirlərini ifadə etmək 

üçün sakit şərait lazımdır. siz öz şəxsi 

mövqeyinizi bildirməməli, fikirlərinizi 

müzakirə iştirakçılarına zorla qəbul 

etdirməməli və ya eyham etməməlisiniz. 

sizin vəzifəniz kiməsə nəy isə öyrətmək 

və ya təzyiq etmək deyil; siz yalnız 

müzakirələrin bitərəf aparıcısısınız. 

Auditoriyanı canlandırmaq üçün 

suallardan istifadə edin. Biz filmlər 

barədə ümumi və hər bir film barədə 

ayrıca doqquz-on sual hazırlamağı təklif 

edirik. Təbii ki, bu rəqəm mütləq deyil, 

siz istənilən vaxt onların sayını artıra və 

ya azalda bilərsiniz. 

Adətən, iştirakçıların sorğu-suala 

başlaması yeni sualların yaranmasına 

səbəb olur. Müzakirələrin aparılma 

qaydalarını əvvəlcədən müəyyən 

etməlisiniz. Hər kəsdən mobil 

telefonlarını söndürməyi xahiş edin. 

Daha sonra, danışmaq üçün hər kəsə 

müəyyən vaxt verin ki, vaxtdan səmərəli 

istifadə edəsiniz. çıxışların 5 dəqiqədən 

artıq davam etməsinə yol verməyin. 

Mümkün qədər hər kəsin öz fikrini 

deməsinə şərait yaradın. Bunu edərkən, 

aktiv iştirakçıların təşəbbüsü ələ 

almasına və uzun monoloq söyləməsinə 

imkan verməyin. 

Adətən auditoriyada müzakirələrin 

aparılma tonunu diktə edən, digərlərinin 

danışmasına və ya öz fikirlərini ifadə 

etməsinə mane olan qeyri-rəsmi aparıcı 

peyda olur. Bu qeyri-rəsmi aparıcı 

müzakirələri özbaşına idarə etməyə 

cəhd edə bilər. Belə hallarda moderator 

kimi siz vəziyyəti nəzarət altına almağı 

bacarmalısınız. siz onun sözünü bəzən 

nəzakətli şəkildə kəsməklə, bəzən də 

müxtəlif mövqeyə sahib şəxslərə söz 

verməklə buna nail ola bilərsiniz. 

Əvvəldən axıra kimi siz bitərəf mövqedə 

qalmalı, mübahisə etməməli, özünüzdən 

çıxmamalı və səsinizi 

yüksəltməməlisiniz. 

FİlMlərİn nüMayİşİnİn təşkİlİ

Moderatorlar hər bir film nümayişinə və 

aparılan müzakirələrə yaxşı 

hazırlaşmalıdır. Hazırlaşmaq üçün 

aşağıdakıları oxuyun:

»  

“Kino dialoqları” layihəsi haqqında 

məlumat;

»  

Filmin müəllifləri və baş 

qəhrəmanlarının müsahibləri və 

yazıları;



» 

Hər bir filmin qısa təsviri.

Moderator kimi siz əvvəlcədən bütün 

filmlərə baxmalısınız. Əgər 

mümkündürsə, müəlliflərlə əlaqə 

yaradaraq filmin necə çəkilməsi, baş 

qəhrəmanların hekayəsi haqqında ətraflı 

məlumat alın. siz müxtəlif, bəzən də 

gözlənilməz suallara cavab verməyə 

hazır olmalısınız. “Kino dialoqları” 

layihəsi üçün geniş sosial və siyasi 

müzakirə zəmini hazırlamaq məqsədilə 

siz Qarabağ münaqişəsi, onun tarixi, 

sülh prosesi haqqında məlumatlı 

olmalısınız. Əks halda bəzi iştirakçılarda 

sizə qarşı şübhə və ya əndişə yarana 

bilər. Bu kitabçaya sizə kömək edəcək 

resurslar, məsələn münaqişə, ilə bağlı 

siyasi lüğət daxil edilmişdir.

Nümayişlər əvvəldən axıra kimi bütün 

mərhələləri əhatə edən plana əsasən 

təşkil olunmalıdır.

Məsələn,

1. 

Giriş sözü;



2.  

Layihə və filmlər haqqında qısa 

məlumat;

3.  

Auditoriyanın diqqətini mövzuya cəlb 

etmək və marağı artırmaq üçün bir-iki 

sualın verilməsi;



4. 

İlk filmin nümayişi;



5. 

Müzakirələr;



6. 

İkinci filmin nümayişi;



7. 

Müzakirələr;



8. 

Fasilə (əgər mümkünsə);



9. 

üçüncü filmin nümayişi;



10. 

Müzakirələr;



11. 

yekunlaşdırma;



12. 

Müzakirələrdən kənar söhbətlər.



Müzakİrələrİn aparılMası

2-Cİ HİssƏ



27


Həmçinin ilk öncə filmlərin hamısına 

baxmaq və daha sonra onlar haqqında 

ümumi müzakirələr aparmaq 

mümkündür. seçim edərkən auditoriyanın 

istək və tələblərini nəzərə alın. Bəzən 

improvizasiyalar müsbət nəticə verir və 

moderator kimi siz buna hazır olmalısınız. 

FİlMlərİn seçİlMəsİ

Bir seansda üç film nümayiş etdirə 

bilərsiniz. Biz hər seansda bir erməni, 

bir Azərbaycan və bir müştərək filmin 

nümayiş etdirilməsini məsləhət 

görürük. Əgər siz auditoriyanın 

yorulduğunu hiss etsəniz, iki filmdən 

sonra nümayişi dayandıra bilərsiniz. Bu 

seçimlə siz layihənin mahiyyətinə, yəni 

münaqişə tərəflərinin baxışları əsasında 

formalaşan dialoqa xələl gətirmədən 

nümayiş olunan filmlər arasında balansı 

qoruya bilərsiniz. 

spesİFİk audİtorİya üçün FİlMlər

Auditoriyanın tərkibindən asılı olaraq, siz 

filmlərin seçim prosesində dəyişikliklər 

edə bilərsiniz.



Gənclər üçün baş qəhrəmanları gənclər 

olan “Eqo stilində” və “Download” filmləri 

məsləhət görülür. 

əgər sizin auditoriyada məcburi 

köçkünlər varsa, “Qaçqın vətəndaşlığı”, 

“Qafqazlı qardaş qızı”, “13 il sonra” 

filmlərini məsləhət görürük. 

əgər auditoriyada qadınlar üstünlük 

təşkil edirsə, “Qozun möhkəmi” və “8-ci 

kilometrdə” filmləri məsləhət görülür.

əgər auditoriyada veteranlar varsa, 

“Dirçəliş” və “Tale qapını belə döyür” 

filmləri məsləhət görülür.

Aşağıdakı siyahı ardıcıllıq baxımından 

tərtib edilib və tövsiyə edilir ki, filmlər 

bu qaydada göstərilsin, lakin heç bir 

halda bu ardıcıllıq məcburi xarakter 

daşımır. erməni və Azərbaycan filmləri 

arasında balansın qorunmasından 

savayı filmlərin seçimi ilə bağlı heç bir 

qayda yoxdur. Filmləri seçərkən sizdə 

auditoriya və rayonun xüsusiyyətləri 

haqqında olan məlumatlara və 

intuisiyanıza güvənin. 

» 

 “Böcəkyeyənlər”/”Qarabağ 

nağılı”/”Kamança-namə”

» 

 “13 il sonra”/ “Qaçqın vətəndaşlığı”/ “8-ci 

kilometrdə”

» 

 “Download”/ “Katarsis”/ “Eqo stilində”

» 

 “Bütün filmlər məhəbbət haqqındadır”/ 

“Çadırdan Şuşa”/ “Spektr”

» 

 “Tale qapını belə döyür”/”Dirçəliş”/ 

“Düşmənim mənim, dostum mənim” 

audİtorİyanın seçİlMəsİ

Moderator və təşkilatçılar film 

nümayişlərinə müxtəlif yaş, cins və 

peşələrdən olan insanları cəlb edə 

bilərlər; digər tərəfdən, auditoriya 

müəyyən qruplardan, məsələn, gənclər, 

qadınlar, məcburi köçkünlər və s. ibarət 

ola bilər. Auditoriya seçiminə müxtəlif 

yanaşmalar fərqli nəticələr verir, amma 

siz hər bir müzakirənin məqsədini dəqiq 

müəyyən etməlisiniz, çünki bu sizə düzgün 

auditoriyanı seçməkdə kömək edəcək. 

Film nümayişində iştirak könüllü şəkildə 

olmalıdır. eyni zamanda, filmlər onu bir 

yerdə izləməyə maraq göstərən insanlar 

üçün təşkil edilir. İnsanları film izləməyə 

məcbur etməklə hər hansı müsbət 

nəticəyə nail olmaq mümkün deyil. çünki 

bu şəraitdə insanlar izlədikləri filmlərlə 

bağlı öz fikrini açıq ifadə etməyəcək və 

sərbəst surətdə müzakirələr 

aparmayacaq. 

Müzakirələrin rahat aparılması üçün 

auditoriyada tamaşaçı sayının 25 

nəfərdən artıq olmaması məsləhət 

görülür. Müzakirələrin vaxtı hər zaman 

məhdud olur, amma müxtəlif baxışları 

öyrənmək üçün hər kəs danışmalıdır. 

Auditoriya daxilində tamaşaçıların 

bir-birləri ilə sərbəst və açıq ünsiyyət 

qurmasına səy göstərin. 

Təkrarçılığa və müzakirələrin 

səngiməsinə yol verməmək üçün film 

nümayişi və müzakirələrin vaxtı (fasilə 

nəzərə alınmaqla) üç saatdan artıq 

olmamalıdır. Münasib bildiyiniz vaxtda 

diskussiyaları dayandıraraq, yarımçıq 

qalmış məsələlərin müzakirəsini 

ertələyin. Beləliklə, danışmaq istəyən, 

lakin buna nail olmayan insanların 

narazılığını önləməklə, onların əsas 

problemlərə olan marağını növbəti 

görüşə qədər qoruya bilərsiniz. 

Əgər mümkündürsə, nümayişin təşkil 

olunduğu ictimai mərkəzlərdə DVD 

disklərinin nüsxələrini saxlayın. 

özünüzlə fotokamera gətirməklə film 

nümayişi və ondan sonra aparılan 

müzakirə prosesinin şəkillərini çəkin. Bu 

şəkillər gələcəkdə sizin üçün faydalı ola 

 MüNAQİşƏNİN süLH yOLu İLƏ 

HƏLL OLuNMAsıNA DƏsTƏK 

VeRƏN şƏXs KİMİ sİz öz 

ROLuNuzu VƏ MƏQsƏDİNİzİ 

yAXşı DƏRK eTMƏLİsİNİz. 

BeLƏ Kİ, sİzİN DAVRANışıNız, 

DANışıQ TƏRzİ VƏ TONuNuz 

Bu MƏsƏLƏNİ NeCƏ 

ANLADığıNızDAN AsıLıDıR.

Kİno dİaloqları



28


Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə