MəluMat kİtabçası “ kİno



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə17/19
tarix18.06.2018
ölçüsü0,58 Mb.
#49685
1   ...   11   12   13   14   15   16   17   18   19

Kİno dİaloqları

46

 Bu FİLMLƏR BİzƏ BİRLİKDƏ 

İşLƏMƏyİN MüMKüN 

OLDuğuNu GösTƏRDİyİ  

üçüN BöyüK ƏHƏMİyyƏTƏ 

MALİKDİR.

ANAHİT DANİeLyAN, 

ƏLAQƏLƏNDİRİCİ

 



anahİt danİelyan, əlaqələndırıcı  

(dağlıq qarabağ) 

“sTePANAKeRT MƏTBuAT KLuBu”NuN JuRNALısTı 



ən sevimli filimləri: “Qozun möhkəmi”  “8-ci kilometrdə” 

“Mən bu filmləri çox bəyənirəm”.

Biz bu filmləri Qarabağın demək olar ki

bütün bölgələrində nümayiş etdirdik. Biz 

öz qarşımıza məqsəd qoymuşduq ki, 

filmlərin nümayişini ucqar ərazilərdə, 

həmçinin əsas şəhər və kəndlərdə təşkil 

edək. Biz seansları müxtəlif yerlərdə – 

məktəb, incəsənət klubları və 

kinoteatrlarda təşkil etmişik. Bir dəfə yay 

düşərgəsində filmləri açıq havada 

nümayiş etdirdik. 

İlk başda bu növ film nümayişlərinin 

müharibədə birbaşa iştirak etmiş 

tamaşaçı auditoriyasının kəskin etirazına 

səbəb olacağını düşünürdük. Amma il 

yarımdan çoxdur ki, biz filmləri nümayiş 

etdirirdik və bu dövr ərzində insanların 

əslində həm Azərbaycan, həm də erməni 

filmlərinə baxmağa maraq göstərdiyini, 

nümayişdən sonra isə aparılan qızğın 

müzakirələrə qatılmaqdan zövq aldığını 

müşahidə etdik. 

İlk öncə auditoriyanın növünü və yaş 

qrupunu nəzərə almaqla göstərəcəyimiz 

filmi müəyyənləşdirirdik. Biz hər zaman 

iki tərəfin də filmlərini nümayiş etdirirdik. 

seansdan sonra aparılan müzakirələr 

adətən çox qızğın keçirdi və bir çox 

hallarda filmin mövzusundan xeyli kənara 

çıxırdı. Hamı ən mürəkkəb məsələni – 

Qarabağ münaqişəsinin həll yollarını 

müzakirə etmək istəyirdi. Bu səbədən, 

bəzən tədbirdən əvvəl planlaşdırdığımız 

suallar və müzakirə etmək istədiyimiz 

məqamlar arxa planda qalırdı. 

Auditoriyada bəzən filmdəki 

qəhrəmanlarla eyni taleyi yaşamış 

tamaşaçılar da olurdu. Belə ki, onlar və 

ya onların qohumları filmlərdəki 

qəhrəmanlar kimi həyatda çətin seçimlər 

etmək məcburiyyətində qalmışdılar. Bu 

xüsusilə də, qarışıq nikahda olan və ya 

əsir götürülən insanlara aid idi. 

ümumilikdə, Qarabağ auditoriyası “Kino 

dialoqları” layihəsinə müsbət münasibət 

göstərdi. Müzakirələrdə iştirak edənlərin 

əksəriyyəti hesab edirdi ki, bu filmlərdə 

qarşı tərəfdə insanların nə düşündüyü, 

keçmişə və gələcəyə baxışları həqiqətə 

uyğun şəkildə təsvir edilib. Onlar 

həmçinin bu filmləri azərbaycanlı 

tamaşaçılara Qarabağdakı həyatın 

reallıqlarını göstərmək baxımından 

əhəmiyyətli hesab edirdilər. Bununla da 

azərbaycanlı tamaşaçılar deyilənlərin 

əksinə olaraq Qarabağdakı insanların 

vəhşi olmadığını, müharibədən sonra 

burada həyat səvviyəsinin yüksəldiyini, 

infrastrukturun bərpa olunduğunu 

görəcəklər. 

Məsələn, “Düşmənim mənim, dostum 

mənim” kimi filmlər olduqca qarışıq 

hisslərin yaranmasına səbəb oldu. Belə 

ki, müharibə əsir və girovları ilə necə 

rəftar olunduğunu bilmək onlara ağır 

gəlirdi. Xüsusilə də əvvəllər əsir və girov 

həyatı yaşayan insanlar bu mövzuda 

ətraflı danışmaq istəmirdi. 

Film münaqişənin hər iki tərəfinin bəhs 

etdiyi hadisələrdən ibarət olmasına 

baxmayaraq, auditoriya onu bitərəf kimi 

qəbul etməkdə çətinlik çəkirdi. Onlar 

narahat idilər ki, azərbaycanlı əsirlərin 

danışdıqları hadisələr ermənilərin daha 

təcavüzkar olması barədə təəssürat 

yaradacaq.

Qarabağın əksər əhalisi öz evlərində 

Azərbaycan telekanallarına baxa bilir. 

Bəzi tamaşaçılar qeyd etdi ki, 

Azərbaycan filmlərindəki bəzi 

qəhrəmanların dediklərində həmin 

kanallarda yayımlanan rəsmi müharibə 

ritorikasını seziblər. Onlar narahat idilər 

ki, bu cür ritorika daimi sülhü daha da 

əlçatmaz edir. 

Bəzən mənə “Kino dialoqları” layihəsinin 

məqsədi haqqında sual verirlər. Mən bu 

suala belə cavab verərdim: zənnimcə, bir 

vaxtlar Qarabağda heç kim bu növ 

filmlərə baxmağa hazır deyildi. Amma 

indi vəziyyət dəyişib və insanlar qarşı 

tərəf haqqında məlumat almağa maraq 

göstərirlər. Vaxtıilə müharibə aparmışıq, 

amma indi biz bir-birimizlə danışmaq və 

birlikdə işləmək yollarını tapmalıyıq. 

zənnimcə, birlikdə yaşamaqdan 

danışmaq üçün hələ çox tezdir. Bunun 

baş verməsindən öncə görüləcək çoxlu 

işlər var. Amma bu filmlər bizə birlikdə 

işləməyin mümkün olduğunu göstərdiyi 

üçün böyük əhməyyətə malikdir. 



47

 2-Cİ HİssƏ




Kİno dİaloqları

48


      “KİNO  DİALOQLARı” 

LAyİHƏsİ DAğLıQ QARABAğ 

MüNAQİşƏsİNİN TARİXİNƏ ADİ 

İNsANLARİN Gözü İLƏ BİR 

BAXışDıR.

3-cü hİssə

MəluMat Mənbələrı



İzahlı lüğət

de Fakto / de yure 

De fakto dövlət: bir sıra dövlətçilik 

əlamətlərinə malik olmasına 

baxmayaraq, beynəlxalq ictimaiyyət 

tərəfindən rəsmən tanınmayan dövlət. 

De yure dövlət: digər dövlətlər 

tərəfindən tanınan və onlarla diplomatik 

əlaqələr qura bilən dövlət.



avropa bİrlİyİnİn Xüsusİ 

nüMayəndəsİ (european unıon 

specıal representatıve)

Avropa Birliyi tərəfindən Cənubi Qafqaz 

kimi xüsusi bölgələr və mövzularla 

məşğul olmağa səlahiyyət verilən xüsusi 

nümayəndə. 

keçİd statusu (ınterıM status)

Münaqişənin həll olunması üçün baza 

prinsipləri üzrə ilkin müqavilənin 

imzalanması ilə yekun sülh 

müqaviləsinin imzalanması arasındakı 

dövr ərzində Dağlıq Qarabağ 

hökumətinin beynəlxalq səviyyədə 

tanınmasını nəzərdə tutan status. Bəzi 

məqamları hələ də müzakirələrin 

mövzusu olmasına baxmayaraq, bu 

termini “de fakto” statusundan “de yure” 

statusuna keçid mərhələsi kimi də qəbul 

etmək olar. 

Məcburİ köçkünlər

Münaqişə nəticəsində öz evlərini tərk 

etmək məcburiyyətində qalan, lakin 

ölkənin beynəlxalq səviyyədə tanınmış 

sərhədlərini keçməyən insanlar nəzərdə 

tutulur. 



laçın dəhlİzİ

Dağlıq Qarabağı ermənistanla 

birləşdirən və Laçının ərazisindən keçən 

dəhliz. ermənilərin bu dəhlizdən 

keçməsinə zəmanətin verilməsi ideyası 

Madrid Prinsipləri çərçivəsində 

müzakirə olunur. 

azad edİlMİş ərazİlər 

Bu termindən adətən erməni 

mənbələrində istifadə edilir və 

ermənistanın nəzarətindəki Dağlıq 

Qarabağ ətrafında yerləşən ərazilərə aid 

işlədilir. Onlara bəzən “təhlükəsizlik 

zonası” və ya “bufer zonası” da deyirlər. 

təMas Xəttİ

ermənistan və Azərbaycan silahlı 

qüvvələri arasındakı 160 km 

uzunluğunda ön cəbhə xətti. 



Madrİd prİnsİplərİ

ermənistan-Azərbaycan arasındakı 

hazırkı danışıqların bünövrəsini təşkil 

edən baza prinsipləri və ya ideyalar 

toplusu. Bu prinsiplər ermənistan və 

Azərbaycan xarici işlər nazirləri 

arasında keçirilmiş çoxsaylı görüşlər 

-“Praqa Prosesi” nəticəsində 

formalaşmış və 2007-cı ildən etibarən 

müxtəlif formalarda müzakirə 

olunmuşdur. Əsas təkliflər ərazilərin 

boşaldılması, sülhməramlı qüvvələrin 

yerləşdirilməsi, məcburi köçkünlərin 

geri qayıtması, Laçın rayonunda dəhlizin 

yaradılması və Dağlıq Qarabağın statusu 

ilə bağlı referendumun keçirilməsindən 

ibarətdir. 

dağlıq qarabağ

Əsasən keçmiş Dağlıq Qarabağ Muxtar 

Vilayətinin (DQMV) tərkibindəki ərazilərə 

şamil edilir. Əhalisinin əksəriyyəti yerli 

ermənilərdən ibarət olan bu muxtar 

vilayət 1923-cü ildə Azərbaycan sovet 

Respublikasının sərhədləri daxilində 

yaradılıb. 1989-cu ildə Dağlıq Qarabağda 

189.000 nəfər (erməni 76.9%, və  

azərbaycanlı 21.5%) yaşayırdı. ermənilər 

Dağlıq Qarabağı orta əsrlərdəki adı ilə 

Artsax və ya Dağlıq Qarabağ 

Respublikası (özünü keçmiş DQMV 

ərazisində suveren hakimiyyət elan 

etmiş və ətraf rayonlara qoşunlar 

vasitəsilə nəzarət edən de fakto dövlət) 

adlandırırlar. Azərbaycanlılar isə bu 

ərazini “Dağlıq Qarabağ” adlandırırlar. 



avropa təhlükəsİzlİk və 

əMəkdaşlıq təşkİlatı (atət) 

Avropa Təhlükəsizlik və Əməkdaşlıq 

Təşkilatı Minsk qrupu vasitəsilə Qarabağ 

münaqişəsində vasitəçilik edir. 

Təşkilatın ermənistan və Azərbaycan da 

daxil olmaqla 57 üzvü var. Danışıqlarda 

vasitəçilikdən savayı ATƏT təmas 

xəttində monitorinqlər aparır və bəzən 

də Dağlıq Qarabağ ətrafındakı rayonlara 

məsələn, məskunlaşdırma məsələsi 

kimi bir sıra vacib məsələlərlə bağlı fakt 

araşdırıcı missiyalar göndərir. 



Mınsk qrupu

ermənistan və Azərbaycan prezidentləri 

arasında aparılan danışıqlarda 

vasitəçilik üçün yaradılan diplomatik 

qrup. Minsk qrupuna Fransa, Rusiya və 

Amerika Birləşmiş ştatlarının 

nümayəndələri olan üç həmsədr 

rəhbərlik edir. 



İşğal edİlMİş ərazİlər

Bu termindən istifadə edərkən 

Azərbaycanda ermənistanın nəzarətində 

olan Dağlıq Qarabağ və onun ətrafındakı 

ərazilər nəzərdə tutulur. Beynəlxalq 

ictimaiyyət tərəfindən bu termin adətən 

erməni silahlı qüvvələrinin nəzarət 

etdiyi Dağlıq Qarabağ ətrafındakı 

ərazilərə aid edilir. 

paket həll planı

1990-cı illərdə Dağlıq Qarabağ 

münaqişəsinin həll olunması üçün təklif 

edilən üsullardan biridir. Bu yanaşma 

status da daxil olmaqla, bütün mühüm 

problemlərin eyni zamanda həll 

olunmasını nəzərdə tuturdu. 

Kİno dİaloqları



50


Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə