MəluMat kİtabçası “ kİno



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə18/19
tarix18.06.2018
ölçüsü0,58 Mb.
#49685
1   ...   11   12   13   14   15   16   17   18   19

sülhMəraMlı qüvvələr

sülh müqaviləsini həyata keçirimək və 

ona nəzarət etmək səlahiyyəti verilmiş 

hərbi, polis və mülki şəxslərə şamil 

edilir. sülhməramlı qüvvələrdən istifadə 

Madrid Prinsipləri çərçivəsində aparılan 

danışıqlar zamanı təklif olunub. 

reFerenduM

Müəyyən mövzu və ya mövzularla bağlı 

bütün seçicilərin rəyinin öyrənilməsini 

nəzərdə tutan səsvermə prosesidir. 

Madrid Prinsipləri kontekstində bu 

termin ərazinin statusu ilə bağlı Dağlıq 

Qarabağda yaşayan və Dağlıq 

Qarabağdan olan əhalinin gələcəkdə 

mümkün səsverməsini nəzərdə tutur.

qaçqın

Münaqişə nəticəsində öz evini tərk 

etmək məcburiyyətində qalan və ölkənin 

beynəlxalq səviyyədə tanınmış 

sərhədlərindən kənara çıxan şəxs. 

ərazİlərın boşaldılMası

Madrid Prinsipləri Dağlıq Qarabağ 

ətrafındakı ərazilərin boşaldılmasını 

nəzərdə tutur. Bununla belə, ərazilərin 

boşaldılma vaxtı və bu prosesin 

nizamlanması məsələləri danışıqların 

predmeti kimi qalır. 

Gerİ qayıtMaq hüququ

Beynəlxalq hüquqda məcburi 

köçkünlərin geri dönmək, hazırda 

yaşadıqları cəmiyyətə inteqrasiya etmək 

və ya digər yerə köçmək arasında seçim 

etmək hüququ var. Geri qayıtma hüququ 

Madrid Prinsiplərində nəzərdə 

tutulmuşdur. 



təyİnİ-Müqəddərat

Millətlərin öz siyasi statusunu seçmək 

hüququnu nəzərdə tutan beynəlxalq 

hüquq prinsipidir. 



şauMyan

Dağlıq Qarabağın sərhədləri kənarında 

yerləşən və ona şimaldan həmsərhəd 

olan Azərbaycan rayonunun adıdır. 

Müharibədən öncə rayon əhalisinin 

əksəriyyəti ermənilərdən ibarət 

olmuşdur. 

şuşa

Keçmişdə Dağlıq Qarabağın paytaxtı 

olmuş bu şəhər DQMV ərazisində yeganə 

şəhər idi ki, münaqişədən öncə 

azərbaycanlılar orada üstünlük təşkil 

edirdilər. 1989-cu ildə əhalisi 17.000 

nəfərdən ibarət idi. 2005-ci ildə şəhər 

əhalisinin sayı təxminən 4.300 nəfər 

təşkil etmişdir və onların əksəriyyəti 

Bakıdan, eləcə də Azərbaycanın digər 

rayonlarından məcburi köç etmiş 

ermənilərdir. ermənilər bu şəhəri “şuşi” 

adlandırır. 

Mərhələlİ həll planı

1990-cı illərdə Dağlıq Qarabağ 

münaqişəsinin həll olunması üçün təklif 

edilən planlardan biridir. Bu yanaşma 

status haqqında yekun qərar 

verməmişdən öncə müxtəlif 

problemlərin mərhələli şəkildə həll 

olumasını nəzərdə tuturdu. 



stepanakert

Azərbaycanlıların Xankəndi 

adlandırdıqları qədim kəndin yerində 

inşa edilən bu şəhər 1923-cü ildən 

Dağlıq Qarabağın paytaxtıdır. 

ərazİ bütövlüyü 

sərhədlərin güc yolu ilə dəyişdirilməsini 

tanımayan beynəlxalq hüquq prinsipidir. 

 3-Cİ HİssƏ



51


tez-tez verİlən 

suallar 

“kino dialoqları” layihəsini kim 

maliyyələşdirir?

“Kino dialoqları” layihəsi bir neçə il 

ərzində “Böyük Britaniya Münaqişələrin 

çözülməsi Fondu”un Böyük Britaniya 

hökumətindən aldığı qrant hesabına 

maliyyələşdirilib. 2010-cu ildən sonra 

layihə “Dağlıq Qarabağ münaqişəsinin 

sülh yolu ilə həll olunması üçün Avropa 

Tərəfdaşlığı” (ePNK) çərçivəsində 

Avropa Birliyinin qrantları hesabına 

maliyyələşdirilib.

“kino dialoqları” filmlərinin 

nümayiş hüququna görə ödəniş tələb 

edirsinizmi?

Xeyr, nə “Kino Dialoqlarının” DVD 

diskləri, nə də həmin filmlərin nümayiş 

hüququna görə heç bir ödəniş tələb 

olunmur. Bununla belə, hazırkı 

kitabçanın və DVD disklərinin sayı 

məhduddur.

“kino dialoqları” layihəsi davam 

edəcəkmi?

Bəli, layihənin davam etdirilməsi 

planlaşdırılır. Belə ki, 2011-ci ildə “Kino 

dialoqları” layihəsi çərçivəsində yeni film 

çəkildi. Türk, erməni və azərbaycanlı 

rejissorlar tərəfindən birgə çəkilən bu 

yeni filmin adı “sərhədsiz xatirələr” 

adlanır. Həmin rejissorlardan bəziləri 

hazırkı kitabçadakı filmlərin müəllifidir. 

Film haqqında ətraflı məlumatı “Barışıq 

Resursları”nın internet səhifəsindən 

(www.c-r.org/MwB) əldə edə bilərsiniz. 



Filmlərin mövzusunu kim müəyyən edir?

Filmin mövzusunu bu layihə üçün seçilən 

gənclərin özləri müəyyən edir. Burada 

“Barışıq Resursları”nın rolu, sadəcə, 

prosesi dəstəkləməkdən ibarətdir. 

siz birgə film çəkilişlərinə necə nail 

olursunuz?

Hər yeni çəkiliş ərəfəsində bütün 

iştirakçılar kollektiv müzakirələr 

aparmaq üçün Gürcüstanda görüşürdü. 

Onlar qrup şəklində lentə alınacaq 

hekayələri müəyyən edir, hər tərəfdən 

filmləri çəkəcək məsul şəxsləri təyin 

edirdilər. Hər iki tərəfdən olan müəlliflər 

ilkin plan üzrə razılığa gəlir və lentə 

alınacaq hekayənin onlara aid olan 

hissəsini çəkmək üçün öz ölkələrinə 

qayıdırdılar. Növbəti mərhələdə onlar 

yenidən Gürcüstanda görüşür, çəkilmiş 

hissələri izləyir və onları vahid filmdə 

birləşdirmək üçün müzakirələr 

aparırdılar. yekun redaktə işləri 

“İnternyus Azərbaycan” və ya “İnternyus 

ermənistan” tərəfindən aparılırdı. Hər 

silsilədə filmlərin yarısı bir tərəfdən, 

digər yarısı isə o biri tərəfdən redaktə 

edilirdi.

“kino dialoqları” filmləri ermənistan, 

azərbaycan və dağlıq qarabağın hansı 

bölgələrində nümayiş olunub? 

2010-cu ilin avqust ayından 2011-ci ilin 

noyabr ayına qədər Avropa Birliyinin 

dəstəyi ilə “Kino dialoqları” filmləri üçün 

90 seansın təşkil edilməsini nəzərdə 

tutan proqram hazırlandı. Proqrama 

uyğun olaraq film nümayişlərinin otuzu 

Azərbaycanda, otuzu ermənistanda və 

otuzu Dağlıq Qarabağda təşkil edildi. Hər 

seansdan sonra müzakirələr aparıldı. 

ermənistan, Azərbaycan və Dağlıq 

Qarabağın əksər əsas rayon və 

şəhərlərində 3.200 nəfərdən artıq insan 

bu filmlərin seanslarına qatılmışdı. Bu 

haqda daha ətraflı məlumatı Barışıq 

Resursları təşkilatının veb-saytından 

əldə edə bilərsiniz. 

ümumilikdə neçə film çəkilib? 

ümumilikdə 35 film çəkilib. Filmlərdən 

bəzilərinin çəkilişi hələ də davam 

etməkdədir və ümid edirik ki, “Kino 

dialoqları”nın növbəti mərhələsində 

nümayiş olunacaq. 



Filmlərə hansı internet səhifədən  

baxa bilərik? 

“Kino dialoqları” filmlərinə “Vimeo”-nun 

www.vimeo.com/channels/dtf internet 

səhifəsindən baxa bilərsiniz.



bu filmlərə dövlət rəsmiləri baxıbmı? 

“Kino dialoqları” filmləri ermənistan və 

Azərbaycanın xarici işlər nazirliyi və 

prezident aparatlarının əməkdaşlarına 

paylanılıb. Bu filmlər, həmçinin Dağlıq 

Qarabağın rəhbərliyinə də təqdim 

olunub.

siz obyektivliyi necə görürsünüz?  

bu layihədə tarazlıq təmin edilibmi?

Dağlıq Qarabağ münaqişəsinin hər iki 

tərəfi tarazlığa müxtəlif cür yanaşır və 

adətən tərəflər onların mövqelərini 

istədikləri kimi təcəssüm etdirməyən 

layihələri “tarazlıq” ideyasından istifadə 

edib tənqid edirlər. “Kino dialoqları” 

layihəsində biz təkcə say baxımından 

deyil, eyni zamanda keyfiyyət baxımından 

da tarazlığı qorumağa çalışmışıq. Bu o 

deməkdir ki, çəkilmiş filmlərin sayı 

baxımından tarazlığı dəqiq şəkildə 

qorumaq mümkün olmamışdır. Bununla 

belə, hər iki tərəfin önəm verdiyi əsas 

mövzulara diqqətləri müvafiq və 

mütənasib qaydada cəlb etmək üçün 

əlimizdən gələni etmişik. 

nə üçün siz xüsusi olaraq dağlıq 

qarabağ erməniləri ilə işləyirsiniz?

ermənistan və Azərbaycan arasında 

dialoqun qurulmasına yönəlmiş əksər 

təşəbbüslərin diqqəti əsasən bu iki 

ölkədə cəmləşir. Bu da Dağlıq Qarabağ 

əhalisini bir çox sülhməramlı 

layihələrdən, o cümlədən rəsmi sülh 

prosesindən kənarda qalmasına səbəb 

olur. Biz hesab etdik ki, Dağlıq Qarabağ 

əhalisi sülh prosesində öz sözünü demək 

üçün platforma tapmalıdır, çünki 

istənilən yekun sülh müqaviləsinin əldə 

olunmasında əsas rolu bu əhali oynayır. 

Kİno dİaloqları



52


Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə