MəluMat kİtabçası “ kİno



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə5/19
tarix18.06.2018
ölçüsü0,58 Mb.
#49685
1   2   3   4   5   6   7   8   9   ...   19

 1-cİ hİssə

15

 Bız yANLış ANLAşıLMADAN 

çƏKİNMİR, AMMA ONuN 

DAHA KƏsKİN XARAKTeR 

ALMAsıNA DA yOL 

VeRMİRDİK. BeLƏ Kİ, 

NORMAL İNsANLAR KİMİ 

HAMıNıN MƏNAFeyİNƏ 

uyğuN HƏLL yOLLARı 

TAPMAğA çALışıRDıQ.

    NAİLƏ  BABAyeVA,  “8-Cİ 

KİLOMeTRDƏ” FİLMİNİN 

MüƏLLİFİ



Bu layihə başlayarkən dünyada bizim 

diqqətlərimizi Qarabağ problemindən 

yayındıracaq nəyinsə mövcud olduğuna 

inanmırdım. Biz görüşdüyümüz zaman 

hər kəs qəti şəkildə öz mövqeyini 

müdafiə edirdi. Biz bir-birimizlə sağlam 

dialoq qurmaq əvəzinə boş söhbətlər 

edirdik. Amma layihənin sonrakı 

mərhələlərində ilkin müsbət nəticələr 

əldə olundu. Nümayiş olunan ilk filmlərin 

hamısı Dağlıq Qarabağ haqqında 

olmasına baxmayaraq, biz onları kifayət 

qədər mehriban şəraitdə izlədik. Bu 

filmlər bizə bir-birimizlə ümumi 

mövzulardan danışmağa imkan verdi. 

Azərbaycanlılarla işləyərək mən bir 

daha hamımızın daxilindəki ədavət 

hissinin nə qədər kəskin olduğunu dərk 

etdim. Bəzən tərəflər ən sadə 

məsələlər üzərində belə razılığa gələ 

bilmirdi. Hər bir kadr, söz və mimika 

yanlış anlaşılmaya səbəb ola bilərdi. 

Bəzən çəkilişlərdən sonra aparılan 

müzakirələr həqiqi film çəkilişindən 

daha çox vaxtımızı alır, səbrimizi 

tükədirdi. Adətən filmin orijinal ideyası 

yanlış anlaşılmaya və ya aramızda 

inamsızlığın yaranmasına yol verməmək 

məqsədilə istər filmdən əvvəl, istərsə 

də film ərzində dəyişikliyə məruz 

qalırdı. Bəzən də əsaslı, lakin 

mübahisəli səhnələri filmdən 

çıxartdığımız üçün yekun nəticə arzu 

etdiyimiz kimi alınmırdı. 

“Qafqazlı qardaş qızı” buna ən yaxşı 

nümunədir. İlk başda bu film erməni və 

azərbaycanlılar tərəfindən birgə 

hazırlanmalı idi. Amma bütün mürəkkəb 

məsələlərin həll olunmasına rəğmən və 

hər şey yoluna qoyulduqdan sonra 

Azərbaycan tərəfi son anda bundan 

imtina etdi. Biz bunun səbəbini 

anlamadıq. Bu fakt, hətta film 

çəkilişində belə aramızda inamsızlığın 

mövcud olduğunu göstərirdi. 

Qarabağda yaşayan zina adlı 

azərbaycanlı qadın filmin baş qəhrəmanı 

idi. O, 16 ildir görüşmədiyi qohumlarını 

ziyarət etmək üçün ukraynaya gedir. 

Görüş zamanı qohumları arasında 

zinanın dayısı oğlu onu tanımır və əmin 

olmaq üçün iki saat onunla otaqda 

oturub zinaya Qarabağda keçirdikləri 

uşaqlıq illəri ilə bağlı suallar verir. 

Müxtəlif səbəblərdən “8-ci kilometrdə” 

adlı digər bir filmin birgə çəkilişi də baş 

tutmadı. Filmdə ermənistanda yaşayan 

ata və onun Azərbaycanda yaşayan 

qızının müharibə nəticəsində bir-

birindən ayrı düşməsindən bəhs olunur. 

Onların hər ikisinin filmə çəkilməsi və 

Gürcüstanın paytaxtı Tiflis şəhərində 

görüşdürülməsi planlaşdırılmışdı. 

Azərbaycanlı işçi heyəti sumqayıt 

şəhərində həmin qızı filmə çəkdilər, 

lakin mən onun İrəvanda yaşayan 

atasını filmdə iştirak etməyə razı sala 

bilmədim. Nəticədə, mən bənzər 

hekayəyə malik bir qadın tapdım və bu 

səfər filmin mövzusu öz qohumları ilə 

əlaqəni itirmiş, münaqişənin əks 

tərəflərinə mənsub iki qadın haqqında 

oldu. Lakin biz öncədən 

planlaşdırıdığımız dramatik qovuşma 

səhnəsini reallaşdıra bilmədik. 

Mənim üçün öz filmimi çəkmək 

möhtəşəm bir duyğu idi. Mən hər zaman 

insan yaradıcılığının istənilən növünü – 

musiqi, rəsm və ya film çəkməyi özünü 

ifadə etmə sənəti hesab etmişəm. 

Beləliklə, “Kino dialoqları” münaqişə ilə 

əlaqədar güzəştə getmək və mövqeyimi 

nəzərdən keçirmək baxımından maraqlı 

təcrübə oldu. 



arMİne Martırosyan

 

“QAçQıN VƏTƏNDAşLığı”; “QAFQAzLı 



QARDAş Qızı”; “8-Cİ KİLOMeTRDƏ” 

FİLMLƏRİNİN MüƏLLİFİ 

Kİno dİaloqları

16



şiddətli münaqişə və qeyri-sərbəst 

medianın qarışığından ibarət güclü 

təsirə malik kokteyl ədavətin xroniki hal 

almasına zəmin yaradır. 2005-ci ilin 

əvvəlində mən Tiflisdə ona yaxın 

azərbaycanlı və Qarabağ erməniləri ilə 

görüşdüm. Onlar 1988-ci ildə baş 

vermiş ilk erməni-Azərbaycan 

toqquşmalarını yaxşı xatırlamayacaq 

qədər gənc idilər. Bu görüşdə mən bu 

kokteylin məkrli yollarla sülhü necə 

əngəlləməsindən heyrətə gəldim. 

Buna baxmayaraq, onlar qarşı tərəfin 

insanlarına qəzəbli olsalar belə, 

bir-birləri ilə görüşməyə cəsarətli 

idilər. Cəsarət və qəzəb də spesifik 

kokteyldir. Onlar cəsarətli idilər, çünki 

öz ölkələrində mənfi obraza malik 

cəmiyyətin nümayəndələri ilə masa 

arxasında oturub danışıqlar aparırdılar. 

Həmçinin onlar qəzəbli idilər, çünki 

orada hər iki tərəf bir-birinə qarşı 

daxilindəki kinini boşaltmaq istəyirdi. 

Amma birlikdə bir neçə gün keçirdikdən 

sonra, bu gənclər bir-birlərini başa 

düşməyə və öz həmyaşıdlılarının digər 

tərəfdə necə yaşaması haqda məlumat 

almağa başladılar. Mənim şimali 

İrlandiyadan olan təcrübəli konfliktoloq 

həmkarım erməni və azərbaycanlıları 

bir-birindən fərqləndirməkdə çətinlik 

çəkirdi. Əslində, bu fərqlərin incəliyini 

dərk etmək məharəti “Kino dialoqları” 

layihəsinin məğzini təşkil edir. Qarabağ 

müharibəsi nəticəsində ayrı düşmüş 

xalqlar qarşı tərəf haqqındakı 

təsəvvürləri dəyişmişdir və gənclər 

bir-birləri haqqında barışmaz və adətən 

kin dolu ritorika eşidirlər. Müharibədən 

öncə bir-birlərini yaxşı tanıyan insanlar 

keçmişdəki əlaqələri süzgəcdən 

keçirərək xoş xatirələrdən imtina etmiş, 

mənfi sterotiplərləri isə saxlamışlar. 

Layihə ilə bağlı Bakı, İrəvan və 

stepanakertdən olan həmkarların 

dumanlı ideyaları tədricən 

aydınlaşmağa başladı. Gənclərə 

özlərindən, yaşadıqları cəmiyyətlərdən 

və narahatlıqlardan bəhs edən filmlər 

çəkməyə şans verməklə onlar üçün 

imkan yaradılır ki, bir-birləri ilə yeni 

dildə – dinamik təsvir dilində həm 

emosional, həm də dəyişən anlayışlar 

baxımından ünsiyyət qursunlar.

Bir neçə aydan sonra ilkin montaj 

işlərini izləmək üçün onlarla yenidən 

görüşdüyüm zaman otaqda əvvəlki 

gərginlik müşahidə olunmurdu. Hamısı 

olmasa da, onların bəziləri bir-biri ilə 

dostluq münasibətləri qurmuşdu. 

Filmlərə baxmaq və tənqidi mülahizələr 

etməklə onlar bir-birilərini sınağa 

çəkirdi. Bu kiçik qrup daxilində 

münaqişə haqqında film vasitəsilə 

aparılan dialoq idi. sonradan filmlər 

kiçik müəllif qrupunun əhatə 

dairəsindən çıxaraq geniş auditoriyaya 

nümayiş olunduğu zaman bu dialoqun 

miqyası da artdı.

Amma bu günün reallığında həmin 

müəlliflər öz işlərini qarşı tərəfin 

ölkəsində davam etdirmək imkanına 

malik deyil. Beləliklə, müəlliflərin 

iştirakı olmadan filmlər öz mesajlarını 

sərbəst surətdə izləyicilərinə 

çatdırmalıdır. Məhz bu amil izləyiciləri 

fərdi və ya kollektiv şəkildə aydın, 

nəzakətli və bəzən də məyusedici 

çoxsaylı suallar verməyə çağıran hazırkı 

kitabçanın nəşr olunmasını labüd etdi. 

Bu yolla “Kino dialoqları” layihəsi 

tərəflərin mövqeləri arasındakı kəskin 

fərqi azaltmaq məqsədilə iki xalq 

arasında dialoqun güclənməsinə nail 

olmağa çalışır.

Tiflisdəki ilk görüşdə ürəksıxıcı sükut 

mövcud idi. Amma təşəbbüskar gənc 

rejissor və onların məsləhətçilərinin 

mətanəti və yaradıcılığı sayəsində 

hazırda yüzlərlə erməni və azərbaycanlı 

öz aralarında aktiv şəkildə müzakirələr 

aparır. 


Jonathan cohen

 

“KİNO DİALOQLARı”  



LAyİHƏsİNİN RƏHBƏRİ  

(2005-2008)

 1-cİ hİssə

17



Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə