MəluMat kİtabçası “ kİno



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə8/19
tarix18.06.2018
ölçüsü0,58 Mb.
#49685
1   ...   4   5   6   7   8   9   10   11   ...   19

çəkiliş zamanı biz əsirlərin dəyişdirildiyi 

yerə, cəbhə xəttinə getdik. Birdən, sanki 

dünən baş veririmiş kimi, keçmişdəki 

hadisələr, minomyot və snayper atəşi, 

özüm də az qala əsir düşdüyüm vaxtlar 

xəyalımda canlandı. Hadisələrin tam 

təfərrüatını xatırlamıram. Amma 

dəyişdirə bildiyimiz hər bir erməni və 

azərbaycanlı hələ də tez-tez yuxuma girir. 

Bir sülhpərvər insan kimi mənim üçün 

insanlara müharibənin dəhşətlərini 

anlatmaq vacibdir. İnsanlar şahmat 

fiqurları deyil. Onlar bir anda öldürülə

əsir və ya itkin düşə bilən canlı 

varlıqlardır. Mən qarşıma bu ideyanı 

filmdə canlandırmaq vəzifəsi 

qoymamışdım. Mənim bu məsələyə 

münasibətim həmişə belə olub. Mən 

belə düşünürəm, belə hiss edirəm. 

Müharibədə qaliblər olmur. zənnimcə, 

münaqişə yalnız sülh yolu ilə həll 

olunmalıdır. Biz bir daha qanın 

tökülməsinə imkan verməməliyik. 

Bu filmə çəkilmək təklifi gələndə, öncə 

razılaşmadım. Amma sonradan 

düşündüm ki, tarix həqiqəti o dərəcədə 

təhrif edir ki, nəticədə insanlar əslində 

nəyin baş verdiyini anlaya bilmirlər. Mən 

fikirləşdim ki, bu film məsələyə aydınlıq 

gətirmək, o cümlədən konkret fakt və 

hadisələrdən danışmaq üçün şans olacaq. 

“Düşmənim mənim, dostum mənim” 

hər iki tərəfdən əsir və girovların 

mübadiləsi ilə məşğul olan insanlar 

haqqında çəkilmiş nadir filmlərdəndir. 

İnsanlar filmə müxtəlif reaksiya verə 

bilər, amma bu həyatda hər zaman 

qarşılaşdığımız təbii haldır, elə deyilmi? 

Mən müharibə dövründə əsir, girov və 

itkin düşmüş insanlarla məşğul olan 

Qarabağ dövlət komissiyası haqqında 

danışmaq istədim. 1993-97-ci illərdə 

əsirlərin mübadiləsi komissiyasının 

sədr müavini idim. Həmin dövrdə biz 

500-dən artıq əsiri dəyişdirə bildik. 

Onlardan 300 nəfərinin təhvil 

verilməsində şəxsən özüm cavabdeh 

idim. Tanrı onların həyatını xilas etdi və 

mənin köməkliyimlə onların mübadiləsi 

baş tutdu. Həmin dövrdə Qarabağ və 

Azərbaycan arasındakı mövcud əlaqələr 

sayəsində öz vəzifəmizi yerinə 

yetirməyə müvəffəq olduq. Bizim üçün 

böyük əhəmiyyətə malik olan həmin 

əlaqələr hazırda mövcud deyil. Buna 

baxmayaraq, bizim birlikdə həll etməli 

çoxsaylı problemlərimiz var. Vətəndaş 

cəmiyyəti səviyyəsində əlaqələrin 

qurulması çox vacibdir. Amma bu 

əlaqələr dövlət səviyyəsində olsaydı, 

daha yaxşı olardı. Hal-hazırda aramızda 

sərhəd var, amma siz dərindən 

düşünsəniz nə çəyirtkə, nə də ki, yanğın 

sərhəd tanıyır, elə deyilmi? 

Münaqişənin başlamasından bəri 

formalaşan düşmən obrazından 

qurtulmaq üçün biz hər iki tərəfdən 

cəmiyyətdə iş aparmalıyıq. Bunu etmək 

üçün bir-birimizə daha çox maraq 

göstərməli, bir-birimizi daha çox 

öyrənməliyik. 

albert voskanyan

 

“DüşMƏNİM MƏNİM, DOsTuM 



MƏNİM” FİLMİNİN QƏHRƏMANı

 1-cİ hİssə



23

BİR-BİRİMİzƏ DAHA çOX 

MARAQ GösTƏRMƏLİ, 

BİR-BİRİMİzİ DAHA çOX 

öyRƏNMƏLİyİK. ’

ALBeRT VOsKANyAN

“DüşMƏNİM MƏNİM, 

DOsTuM MƏNİM” FİLMİNİN 

QƏHRƏMANı



hİssə 2

FİlMlərİn nüMayİşİnİn təşkİlİ

Bİz ADƏTƏN DANıLMAz HƏQİQƏT 

KİMİ uşAQLıQDAN FORMALAşAN 

İNANCLARıMızı suAL ALTıNA 

QOyMAğı XOşLAMıRıQ. 




Filmlərin nümayişinin uğurlu alınması, o 

cümlədən rahat izlənməsi üçün yüksək 

səviyyəli texniki hazırlıq böyük rol oynayır. 

İctimaiyyət üçün film nümayiş etdirərkən 

onların diqqətini cəlb etmək çox vacibdir. 

Filmin nümayişi elə təşkil olunmalıdır ki, 

tamaşaçılar ondan həzz alsın və ideyasını 

dərk edərək, nümayişdən sonra 

müzakirələr aparsın. Bu baxımdan, 

nümayişin hər bir mərhələsindən 

auditoriya məmnun qalmalıdır.

yerİn seçİlMəsİ 

Filmi nümayiş etdirmək üçün düzgün yer 

seçilməli və ora öncədən baxış 

keçirilməlidir. Əgər müəyyən 

səbəblərdən bunu etmək mümkün 

deyilsə (məsələn, həmin yer sizdən çox 

uzaq yerləşirsə), nümayişi təşkil etmək 

üçün sizə köməklik göstərə biləcək yerli 

tərəfdaşlara müraciət etmək lazımdır. 

Əgər siz filmin nümayişi üçün təklif 

olunan müxtəlif yerləri görmədən 

seçməli olsanız, onların şəkillərini xahiş 

edin. Film nümayişi üçün kinoteatr, teatr, 

məktəb, gənclər təşkilatı, otel və ya 

kafelərdən istifadə etmək olar. Nümayiş 

hər yerdə, hətta kiçik kəndlərdə belə 

təşkil oluna bilər. Bununla belə, 

nümayişin təşkili üçün hər zaman ideal 

məkan tapmaq mümkün olmur.

Filmin nümayiş ediləcəyi yeri seçərkən 

aşağıdakıları nəzərdən keçirin:

»  

Filmin nümayiş olunacağı yer tələb 

olunan sayda tamaşaçı tutmaq 

imkanında olmalı və orada kifayət 

qədər oturacaq olmalıdır; 

»  

salonun temperaturu fəsilə uyğun 

olmalıdır, çünki tamaşaçılar müəyyən 

müddət ərzində orada oturmalı 

olacaqlar;

»  

salonda hava sərbəst dövr etməli və 

ya kondisionerlər mövcud olmalıdır;

»  

salonda ekran və ya ekran kimi 

istifadə olunacaq səth olmalıdır;

»  

Əgər nümayiş üçün ekranı özünüzlə 

gətirəcəksinizsə, əmin olun ki, onun 

quraşdırılması üçün kifayət qədər yer 

var;

»  

ştepsellər sizə lazım olan yerlərdədir;



»  

Film izləyərkən işıqların 

söndürülməsi, müzakirələr zamanı isə 

yenidən yandırılması mümkün 

olmaldır.

avadanlıq 

Tövsiyə edilir ki, komandanız ən azı iki 

nəfərdən ibarət olsun. Onlardan biri 

zəruri texniki biliklərə malik olmalıdır. 

Nümayiş üçün aşağıdakı avadanlıq tələb 

olunur:


»    

DVD pleyer və ya DVD disk oxuya bilən 

dizüstü kompyuter. Kompyuterdə 

filmləri həmçinin usB yaddaş 

kartından oxutmaq olar; 

»    

səsi tələb olunan keyfiyyətdə yayan 

səs gücləndiriciləri;

»    

DVD pleyer və ya dizüstü kompyuterə 

qoşulan proyektor;

»    

Film nümayişi üçün ekran və ya ağ 

rəngli düz səth;

»    

4 girişli uzadıcı şnur və üç girişli 

ştepsel;

»    

Bütün qurğular üçün kabellər;



»    

Filmlərin yazılması üçün DVD disklər 

və ya digər müvafiq daşıyıcılar. 

Gözlənilməz problemlərlə üzləşməmək 

üçün filmlərin əlavə nüsxəsini 

kompyuterin yaddaşında və ya çıxarılıb 

taxıla bilən disklərdə, həmçinin DVD 

disklərdə saxlamaq lazımdır.

Film nümayişindən əvvəl bütün 

qurğuların işlək vəziyyətdə olduğunu 

mütləq yoxlamaq lazımdır. Bəzən çox 

faydalı olduğu üçün özünüzlə vintaçan, 

bıçaq və izolyasiya lenti götürün. 

Tamaşaçılar gəlməzdən yarım saat 

əvvəl salon nümayiş üçün tam hazır 

vəziyyətə gətirilməlidir. Əgər 

mümkündürsə, yüngül qəlyanaltı (çay, 

qəhvə, peçenye və ya meyvə) təşkil edin. 

Bu, tamaşaçıların fasiləyə çıxmasına və 

bir-birləri ilə daha səmimi mühitdə 

danışmasına şərait yaradır. eyni 

zamanda, yüngül qəlyanaltı psixoloji 

maneələri dəf etməyə və filmdən sonra 

müzakirələri daha açıq şəkildə 

aparmağa kömək edə bilər.

teXnİkİ aspektlər 

Kİno dİaloqları



26


Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə