MəluMat kİtabçası “ kİno



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə6/19
tarix18.06.2018
ölçüsü0,58 Mb.
#49685
1   2   3   4   5   6   7   8   9   ...   19

Bu layihə haqqında eşidən kimi, iştirak 

etmək istədim. Mən, sözün əsl 

mənasında, yeni şeylər öyrənmək 

istəyirdim. Tədricən film çəkilişi, montaj 

işləri, kadrarxası səs kimi yeni 

kəlmələrin sehrli mahiyyətini öyrəndim. 

Mən televiziya proqramı, daha sonra 

sənədli filmlər hazırlamağın 

incəliklərini anlamağa və tədricən bu 

sahədə təcrübə əldə etməyə başladım. 

Mən hər şeylə – filmin ideyasının ətraflı 

şəkildə müzakirə edilməsi, baş 

qəhrəmanların tapılması və, ən 

önəmlisi, onları yaxından tanımaq 

prosesi ilə maraqlanırdım. 

Onların hər birinin danışmaq istədiyi 

çətin, şən və ya qəmgin hekayələri var 

idi. Biz hər cür insanlarla işlədik və 

onların hər biri filmlərdə özəl şəxsiyyət 

kimi canlandı. çəkiliş zamanı onlardan 

bəziləri öz hekayəsini mənə danışarkən 

kədərlənirdi və mən bəzən hisslərimi 

güclə cilovlayırdım. Bunlar “Bütün 

filmlər məhəbbət haqqındadır” filminin 

çəkilişində baş verirdi. Bu film mənim 

üçün çox əhəmiyyətli idi, çünki 

həyatımda ilk dəfə mən sevgi dolu 

xoşbəxt ailə həyatı və qarşılıqlı anlayış 

şəraitində öz erməni əri ilə Qarabağda 

yaşayan azərbaycanlı qadınla tanış 

oldum. Mən bu qadının gündəlik 

qayğıları, adətləri və baxışlarını 

öyrənmək məqsədilə onun həyatı 

haqqında daha çox məlumat almaq 

istəyirdim.

çəkilişə başlamazdan əvvəl mən qərara 

gəldim ki, bu film erməni və 

azərbaycanlı tamaşaçıları barışa 

çağırmalı və müsbət mənada onların 

qəlbinə toxunmalıdır. Mən filmdə hər 

hansı radikal mövqeyi və ya gərginliyi 

canlandırmaq, heç bir tərəfi 

günahlandırmaq istəmirdim. Mənim 

filmimdəki qadın qəhrəman bu 



lusİne Musaelyan

 

“BüTüN FİLMLƏR MƏHƏBBƏT HAQQıNDADıR” 



VƏ “eGO sTİLıNDƏ” FİLMLƏRİNİN MüƏLLİFİ

Kİno dİaloqları



18


istəklərimə tam uyğun gəlirdi. O, çox 

mehriban, səbirli və şəfqətli insan idi. 

Onun macəralarla dolu həyatında bir 

çox faciələrlə yanaşı, romantik sevgi 

hekayələri də var idi. Bütün bunları 

mənə danışarkən onun gözündəki 

qığılcımı görməmək mümkün deyildi. 

Film başa çatdıqdan sonra hiss etdim ki, 

mən daha yaxşı insan, yəni daha səbirli 

və mehriban olmuşam.

Bu, həmçinin çox xüsusi bir layihə idi, 

çünki biz azərbaycanlılarla birgə 

işləyirdik. Bu bizə onları daha yaxından 

tanımaq, Azərbaycanda nə baş verdiyi 

haqda əlavə məlumat almaq və oradakı 

media işçilərinin qarşılaşdığı müxtəlif 

problemləri öyrənmək imkanını verdi. 

Onlarla apardığım söhbətlər və 

müzakirələr Azərbaycan mətbuatı və 

jurnalistlərin işləmək tərzi haqqındakı 

təəssüratlarımın dəyişməsinə səbəb 

oldu. Bu mənə Azərbaycanda hansı 

səbəblərdən anti-ermənistan 

təbliğatının geniş vüsət almasının 

səbəblərini başa düşməyə kömək etdi 

və məcbur etdi ki, sahib olduğumuz 

nisbi azadlığın qədrini bilim. 

Münaqişədən söhbət açılana qədər 

bizim azərbaycanlılarla ünsiyyətdə heç 

bir problemimiz yox idi. elə ki bu barədə 

söhbət açılırdı, biz mübahisə etməyə 

başlayırdıq. Layihənin sonunda isə biz 

onlarla əlaqə saxlamadıq. şəxsən 

mənim üçün öz qonşularımızla dost 

olmaq və kolleqa kimi birgə işləmək 

böyük təcrübə idi. Amma təəssüf ki, 

azərbaycanlı dostlarım bu əlaqələri 

davam etdirməkdə mənim qədər 

maraqlı deyil.

 1-cİ hİssə



19

 1-Cı HıssƏ



19


Biz müvəqqəti sığınacaqlarda yaşayırdıq 

və şəraitimiz çox pis idi. Mən müxtəlif 

yerlərdə gecə gözətçisi işləyirdim. 

uşaqlarım məktəbi qurtardıqdan sonra 

mənə kömək etmədilər. Ərim əsirlikdən 

geri qayıtdıqdan sonra iş qabiliyyətini 

itirmişdi. Bizə həyatda qalmağa kömək 

edən yeganə şey qoz mürəbbəsi oldu. 

Hətta mən ilk dəfə qoz mürəbbəsi 

hazırlayarkən bizə bu qədər kömək 

edəcəyini təxmin etməmişdim. Amma 

həyatda bəzən bəxt insanın üzünə gülür. 

“Qozun möhkəmi” filmindən sonra hər 

şey dəyişdi. Əgər emma Balayan adlı 

jurnalist filmə baxmasaydı və məndən 

müsahibə götürməsəydi, bizim 

çətinliyimiz uzun müddət davam 

edəcəkdi. Onun məqaləsi çıxdıqdan çox 

keçmədi ki, stepanakertin İcra 

Hakimiyyətindən mənə zəng gəldi. 

Bizimlə söhbət etmək üçün mən və ərim 

İcra Hakimiyyətinə dəvət olunduq. Onlar 

bizə şəhərin mərkəzində mənzil 

verdikərini deyəndə özümü tamamilə 

itirdim və sevincimdən ağladım. Həmin 

anda ağlıma gələn ilk şey bu film oldu. 

Mən sanki dünən baş vermiş kimi çəkiliş 

heyətinin bizə gəlməsini çox yaxşı 

xatırlayıram. Mər hər zaman bir az 

utancaq olmuşam. Amma 

gözlənilmədən filmin rejissoru mənə 

yaxınlaşaraq fikrimi yayındırdı və mən 

kameraya çəkildiyimi unutdum. Mən 

özümü sanki ailə üzvlərimdən birinin 

qarşısında əyləşmiş kimi hiss edirdim və 

onunla söhbət etməyə başladım. 

İlk başda övladlarım bu ideyanın 

əleyhinə idi, çünki onlar istəmirdilər ki, 

sinif yoldaşları və dostları acınacaqlı 

şəraitdə yaşamağımızdan xəbər tutsun. 

Amma mən onlara burada utanmalı heç 

bir şeyin olmadığını dedim. Mən onlara 

başa saldım ki, biz oğurluq etmirik, 

sadəcə, gündəlik çörəkpulu qazanmağa 

çalışırıq. Mən həmçinin onlara dedim ki

əgər insanlar onların atasının başına 

gələnləri və necə əsir düşməsini 

bilsələr, müharibənin nəticələrinin nə 

qədər amansız olduğunu dərk 

edəcəklər. Mənim bu dediklərim öz 

nəticəsini verdi və övladlarım qoz 

mürəbbəsi satmaq ideyası ilə 

razılaşdılar. Mən onları inandırmaq 

üçün göstərdiyim səylərdən 

məmnunam, çünki indi başa 

düşürəm ki, buna 

dəyərmiş. Kim təxmin 

edə bilərdi ki, film 

bizim ailəmizin 

həyatını bu qədər 

dəyişdirəcək? 

Kaş filmlər 

həyatdakı 

bütün 


problemləri 

həll edə 

bilərdi! 

Bu filmlər hamımız – ermənilər və 

azərbaycanlılar üçün böyük əhəmiyyətə 

malikdir. İnsanlar başa düşməlidir ki, 

müharibə çoxsaylı itkilərə səbəb olur. 

Bir çox insan, o cümlədən öz 

torpaqlarını qoruyan gənc əsgərlər 

həlak olur, analar övladlarını torpağa 

basdırır, uşaqlar yetim qalır, qadınlar isə 

dul. Nəhayət, bu qonşu xalqların hər 

ikisi bu fani dünyada qonaqdır. Biz 

müharibə etməməliyik, əvəzində biz 

bir-birimizlə normal münasibət 

qurmağa cəhd etməliyik. 



Xalİdə arzuManyan

 

“QOzuN MöHKƏMİ” FİLMİNİN  



BAş QƏHRƏMANı 

Kİno dİaloqları



20

 NƏHAyƏT, Bu QONşu 

XALQLARıN HƏR İKİsİ Bu FANİ 

DüNyADA QONAQDıR. Bız 

MüHARİBƏ eTMƏMƏLİyİK, 

ƏVƏzİNDƏ Bİz BİR-BİRİMİzLƏ 

NORMAL MüNAsİBƏT 

QuRMAğA CƏHD eTMƏLİyİK.

   XALİDƏ  ARzuMANyAN, 

“QOzuN MöHKƏMİ” FİLMİNİN 

BAş QƏHRƏMANı 



Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə