Məmməd Əmin Rəsulzadə



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə10/25
tarix18.04.2022
ölçüsü1,06 Mb.
#85569
1   ...   6   7   8   9   10   11   12   13   ...   25
M.Ə.Rəsulzadə
Eliade Mircha SHamanizm. Arhaicheskie tehniki ekstaza Litmir.net bid92527 2d962, 766399(meqale), 52dcd652ed495cc2ce9feffd932b1850
AZƏRBAYCAN TURANDA 
 
1  —  Azərbaycanlıların  özlərini  tanımaları.  2  —  Rus  istilasının  faydalı 
tərəfi. 3— Azərbaycanlıların Türkiyəyə müraciəti. Türkiyənin arzusu, Azərbaycan 
türklərinin  hüsni-qəbulu.  4.  —  Rusiya  inqilabı:  əsrimiz  Siyavuş  gördü  —  Azər-
baycan Cümhuriyyəti. 
Bir  çox  zaman  azərbaycanlılar  öz  türklüklərini  və  türk  soyundan 
gəldiklərini  bilməyərək  xalis  iranlı  kimi  özlərini  hiss  etdilər.  İranlı  kimi  düşünüb 
iranlı kimi yaşadılar. Bu, o zaman idi ki, bütün Türk aləmi az-çox İran təsirində idi, 
o  zaman  idi  ki,  sultan  Səlim  farsca  şerlər  yazıb  oxuyur,  az  qalırdı  bunu  rəsmi  dil 
elan etsin. 
Azərbaycanlılar öz mənliklərini və çox mühüm xarakterilərini unutduqları 
zaman  bir  çox  səciyyələrini  itirsələr  də,  bunun  müqabilində  bəzi  xasiyyətlər 
qazanmışdılar.  Nəticədə  türklərin  məşhur  mətanəti  ilə  farslığın  məlum  tez  bir-
ləşməsini özündə toplamışdı. 
                                                                                                                                      
 
25
 
Azərbayan  nağıllarında keçən bir nağıl qəhrəmanı (Arasoğlu)  
Azərbaycan türk aşıq folklorunda bir məqam adı.   
(Arasoğlu). Azərbaycan klassik musiqisində bir məqam. (Arasoğlu) 
 


31 
 
Azərbaycan  xalqında  xoşbəxt  bir  həyat  yaşatmaq  üçün  tarixə  lazım  olan 
sağlam  bir  türk  qanı  və  canı  mövcud  olduğu  kimi  bu  zəmində  pöhrələyəcək 
gəlişmə  fidanın  daha  ziyadə  verimli  etmək  üçün  peyvənd  vəzifəsini  görəcək  əski 
bir İran irfanı vardı ki, saçı ağarmış əsrlərin əlində çox təcrübələr keçmişdi. 
Qəzavü-qədər tarixi türklərdən də, farslardan da üz çevirdi. Türk hilalının 
parladığı üfüqlərə şimal buludları gəldi: İran aslanı gəzən dağlara Moskva qartalı 
qondu. 
Şimali Azərbaycan rus idarəsinə keçdi. Rusların çox məşhur bir ata sözü 
var:  «Evsiz  pis  ölməz».  Rus  istilasının  xeyri  bu  oldu  ki,  azərbaycanlılar  özlərini 
ictimai  bir  vücud,  xüsusi  mədəniyyət  toxumlarını  daşıyan  bir  cəmiyyət,  yəni 
ruslardan ayrı bir millət olduqlarını hiss etməyə başladılar. 
Rus  süzgəzindən  keçsə  də,  özlərinə  keçən  Avropa  elm  və  texnikasının 
təsiriylə Azərbaycan  Şərqin qorxu və dedi-qodularından  silkinərək yaxşı bir həyat 
əsəri göstərir, doğru yolu tapır, böyüyüb inkişaf edirdi. 
Azad  düşünən  bir  ideologiyanın  səhər  parıltısında  olan  bu  irəliləmə 
yetişən  cəmiyyətin  həyata  susamış  gülər  üzü,  dünyada  yaşamaq  üçün  çox  parlaq 
ümidləri hekayə edən geniş alnı, istiqbala saf və aydın bir baxışla baxan şəhla göz-
ləri  ilə  əski  Şərq  şübhə  və  məkrinin  Südabəsini,  İran  sxolastikasının  yaprıxmış 
mühitini  rahat  buraxmır,  ismətli  bir  həyat  yoldaşı  arayan  bu  təzə  gözəli  özünün 
qocalmış ehtirasına qurban etmək istəyirdi. Fəqət Gənc Azərbaycan Cümhuriyyəti 
öz  bakir  sosial  həyatını  bu  düşkün,  çılğın  eşqə  təslim  etmədiyindən  lənətləndi, 
kafirlikdə  suçlandısa  da,  əsrin  texniki  və  tərəqqipərvər  elmindən  böyük  yardım 
görüb, bu müqəddəs oda girərək özünün məsum və qayğısız olduğunu isbat etdi. 
İran-Turan  savaşlarında  haqsız  yerə  axan  qanların  ən  sonuncu  təzahürü, 
şiəlik  məsələsi  üzündən  icraedilmiş  Osmanlı-İran  müharibələri  idi.  Bu  savaşların 
bəyənilməmiş  nəticəsi  olan  məzhəb  nifrətini  ortadan  qaldırmaq  üçün  ilk  təşəbbüs 
iki  Azərbaycanda  qaldırıldı.  Bu  xüsusda  məclislər,  toplantılar    təsis  olundu,  çox 
yaxşı   nəticələr də  hasil  oldu. 
Bu, Südabəliyin məftun ehtirası bulunan İran üləmasında çox bəyənilməz 
görüldü. Bunları hər növ irəliləməyi məhv edən İranın təsirli mühiti bir çox müasir 
görüşlü  kişilər  müstəsna  olmaqla  Azərbaycanda  meydana  çıxan  mütərəqqi  və 
müasir axınları təqib etməkdən məhrum edirdi. Oradan Arazın  bəri   tərəfinə yaxşı   
inkişaf    etmiş      axını      təqdir  edən  münəvvərlər  deyil,  mərsiyə  və  mövludxanlar, 
dərviş və falçılar şəklində bir sürü nifrət başları gəlirdi. 
Əsrimizin  Siyavuşu  üçün  İrandan  ümidi  kəsərək,  Türkiyəyə  müraciətdən 
başqa bir çarə qalmamışdı. 
Türkiyə Vyana qapılarına qədər sürdürdüyü cəngavərlikdən bezərək, artıq 
taleyin  döndüyünü  görmüş,  yorğun  bir  halda  İstambul  divarlarına  dayanmışdı. 
Əfrasiyaba  bilikli  sosioloqlar  təqbir  edərək  özünə  demişdilər  ki:  «sənin  istiqbalın 
artıq Qərbdə deyil, Şərqdədir.  Kökündən uzaqlaşdığın üçün zamanın bağ qayçısı 


32 
 
həddindən  fəzlə  uzanan  budaqlarını  kəsir  ki,  sən  ixtiyarlaşmayıb  öz  kökün  üzə-
rində yaşarasan. 
Sənin istiqbalın nə Rum eli, nə Hicaz, nə də İraqda-Türküstündadır, fəqət 
sənin  yolunun  üzərində  əski  Turanın  göbəyində  Azərbaycan  adında  bir  gənc  igid, 
dəliqanlı  var.  Yeni  Turanın  açarı  ondadır.  Onunla  öncə  anlaşılmazlıq  yaratsan, 
öncə onun könlünü qırıb özünə bir zərər versən, bütün imkanların hədər, əməllərin 
xarab, taxtın da bərbad olar». 
Belə  bir  röyanın  nəşəsiylə,  o,  ümidlə  təhlükə  arasında  qalmış  adam 
vəziyyətində idi. Azərbaycanın özünə ilticasını, o, öz məfkurəsi üçün bir nemət, bir 
bəxşiş  kimi  qəbul  etdi.  Yeni  Azərbaycan,  Türk  ocağı  ilə  türk  yurdu  tərəfindən 
layiqincə qarşılandı. 
Şairlər  zövqünü,  qəzetlər  nəfsini  oxşadılar,  adına  «Altun  dastanı» 
yazdılar,  Turanın  «İsmi-Əzəmi»  olan  qeybdəki  Qızıl  Almanı  gətirəcək  Tomris 
xanımın Bakıdan yetişəcəyinə kahinlik etdilər.
26
 
Mütəfəkkirlər ruhunu  cilalandırdılar. İstambulun, bir çox  əsrlər tarixlərlə 
diqqətli olduğu  üçün, qəflətlə həyata  keçirə bilməyəcəyi bir çox  müşkül islahatın, 
daha  əlaqəsiz  mühit  yetişdirəcək  Azərbaycanda  daha  qolaylığa  tətbiq  olunacağını 
söylədilər.  Neft  rəngində  qızıl  fontanlara  malik  olan  bu  yerin  zəngin  bir  sərvət 
gücüylə çox rifah və inkişafa gedəcəyini yazdılar. 
Azərbaycan  Gəncliyi  saf  və  səmimi  bir  niyyətlə  Türk  öyrətmənlərinin 
tələbəsi  oldu.  Çox  keçmədi  ki,  Namiq  Kamal-Məhəmməd  Hadini,  Əbdülhaq 
Hamid-Hüseyn  Cavidi,  Məhəmməd  Əmin  də  Əhməd  Cavadı  oğulluğa  qəbul 
etdilər. 
Azərbaycan məfkurəsi Türk millətpərvərliyinin məfkurəsi ilə izdivac etdi. 
Yeni  Azərbaycan  özünü  «ismətli  Südabə»nin  ehtiraslı  qucağından  «iffətli 
Firəngiz»in vüsal hərəminə ataraq dadlı-dadlı yaşadı. 
Turançılıq,  türkçülük  ədəbi  məsləki  Türkiyə  ilə  Azərbaycanı    bir-birinə   
bağlayan      ən      davamlı      bir      bağ,    mətanətli  bir  ip  idi.  Turançılıq  məfkurəsi 
doğulunca millət beynəlmiləl islamiyyətçilik və federasiyon formullarını çıxarmış, 
sosialogiyada da  «Türkləşmək, İslamlaşmaq  və Müasirləşmək»  kimi  üç ayaqlı bir 
şüar ortaya atmışdı. İstambul yurdçuları bu şüarları nəzəri şəkildə yaymaqda ikən, 
Azərbaycan  Turançıları  bunu  siyasi  bir  fəlsəfə  kimi  qəbul  edərək  qurduqları  milli 
siyasi partiyanın prinsipi elan etdilər.
27
 
                                                           
26
 
«Altun dastan», Ziya Gökalp.
 
27
 
«Müsavat»  partiyasının  çap  orqanı  olan  «İstiqlal»  qəzetinin  şüarı  «Türkləşmək, 
İslamlaşmaq, Müasirləşmək» idi. 
 


33 
 
Adı çəkilən siyasi məsləkin yoluna görə, insanlıq millətin sayı nisbətincə 
hökumətlərə  bölünərək,  bundan  sonra  Dünya  Federasyonu  vücuda  gətirməlidir. 
Fəqət, bunun oluşmasında əvvəl müştərək din və mədəniyyət sahibi olan millətlər 
arasında,  dolayısıyla  müsəlmanlar  arasında  bütün  müsəlmanları  bir  məkanda 
birləşdirən  «İttihadi-islam»  ola  bilməz.  «İttihadi-islam»  (İslam  birliyi)  mümkün 
olmayacaq bir xəyal, bir utopiyadır. Biləks—bütün türklərin, bütün farsların, bütün 
ərəblərin  ictimai  bir  vücud  kimi  birləşmələri  həm  mümkün,  həm  də  istənilən  bir 
haldır.  Müsəlman olan  millətlər bir  millət  və  bir  hökumət  halına  gəldikdən  sonra 
ittihad deyil, islam ittifaqı ola bilər. Fəqət belə siyasi bir ittifaq mövcud olmasa da, 
mədəni əlaqə vardır , ola bilməlidir. 
Bütün  türklər  öz  aralarında  böyük  dünya  federasyonuna  qədəm  olmaq 
üzrə  bir  federasyon  yapmalıdır.  Yeni  Turan,  mədəni  birlik  üzərində  təsis  edilib 
ancaq  gələcək  birər  Türk  hökumətlərinin  federasyonu  şəklində  təsəvvür  oluna 
bilər. 
Azərbaycan da bu gələcək Turan silsiləsinin mühüm bir halqasıdır. 
Rus  istilası,  Turan  üçün  həqiqi  bir  «Ergenokon»  olmuşdu.  Türklər   
özlərini   qurtaracaq   «Börteçine»ni   gözləyirdilər.
28
 
Dünya  müharibəsi  nəticəsində  Rusiyada  zühur  edən  inqilab  Turanlıların 
«Börteçinə»si  olacaqdı.  Turançıların  yol  göstəricisi,  möhtərəm  Ziya  Gökalp  bəy 
müharibənin  hələ  əvvəlində  bu  gözləməyə  tərcüman  olmuş,  qabaqcadan  demişdi 
ki: 
«Rusiya dağılıb viran olacaq, 
Türkiyə böyüyüb Turan olacaq. 
 
Gözləmə  sanki  doğru  çıxdı.  «Ergenokon»  divarı  yarıldı.  Rusiya 
imperatorluğu  parçalandı.  Türk  hökumətlərinin,  eləcə  də  Azərbaycanın  mövcud 
siyasətinin düşüncədən feliyyətlə varmaq sırası gəldi. 
 
                                                           
28
 
Əski Türk yazısında «Qurtuluş» əfsanəsi məşhurdur. Bu əfsanəyə görə Çin ilə 
aparılan bir savaşma düşmən təqibindən qaçan türklər bir ala ceyranın ardınca uca dağlarla 
çevrələnmiş  bir  ovalığa  çəkilmişdilər.  Bunlar  burada  iki  yüz  il  qalmış,  doğub-törəyib 
çoxalmışdılar.  Özlərinə  dar  gələn  bu  yurddan  bir  tərəfə  çıxmaq  istəmişdilərsə  də,  yol 
tapmamışdılar.  Nəhayət,  çobanın  biri  bir  gün  qurd  görmüş,  onu  təqib  edərkən  qurdun  bir 
dəlikdən  çıxdığını  anlamışdır.  Çoban  gördüyü  bu  əcaib  nağılı  danışdıqdan  sonra  qurdun 
girdiyi dəliyin istiqamətində gələn əhalinin arasından bir dəmirçi çıxmış, dağın dəmir filizli 
olmasını  kəşf  et-miş,  odun toplayıb  od  qalamış,  dağı  əridərək  yol  açmış,  mühasirədə  olan 
türklər  bu  yoldan  çıxaraq  yer  üzünə  yayılmışlar.  Bu  əfsanəni  nəzm  edən  Gökalp  bəy 
Ergenokon  yurdun  adı,  Börteçinə  qurdun  adı  deyə  yuxarıda  yazdığımız  adların  bu  günkü 
türkcəyə tərcüməsini göstərmişdir. 
 


34 
 
Fəqət  rusluq  buna  hələ  imkan  vermir,  qırıb-tökür,  Yaxır,  yıxır  ―Marat‖
29
 
deyə  yaxıb  kül  edən  bir  yanğın  çıxarırdı.  Azərbaycanlılara  bir  tör-töküntü  bir 
«xarabazar» hazırlayırdı.
30
 
Türkiyə, himayəsinə aldığı Azərbaycanı tam vaxtında qurtarmağa girişdi. 
Bakını Azərbaycan qatillərindən təmizləyərək özünə verdi. 
Əsrimizin Siyavuşu zəmanəmizin Turan baş komandanı tərəfindən özünə 
təlmin  olunan  bu  gözəl  və  zəngin  parçada  tikinti  və  məskən  salma  başladı. 
Əsrimizin  «Siyavuş  gərd»i-nin  təməlləri  quruldu.  Azərbaycan  Cümhuriyyəti 
təşəkkül etdi. 
 
 

Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə