Məmməd Əmin Rəsulzadə



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə21/25
tarix25.06.2018
ölçüsü0,54 Mb.
#51269
1   ...   17   18   19   20   21   22   23   24   25

Kamonu  1911-ci  ildə  Ġstanbulda  çarizmdən  qaçan  bir  mühacir  həyatı 

yaĢayarkən  görmüĢdüm.  Bir  gün  Parisdən  gəlmiĢ,  Ġran  məĢrutə  inqilabçılarından 

birinin  tövsiyənaməsini  gətirmiĢdi.  Yanında  vaxtilə  Stalinin  Tiflisdə,  Erivan 

meydanında  qarət  etdiyi  dövlət  pullarından  100  manatlıq  bir  əskinas  vardı.  Bu 

əskinası  xırdalamaq  istəyirdi.  Ona  Sirkəçidəki  sərraflara  dəyməyi  məsləhət 

gördüm.  Getdi  pulu  xırdalaya  bildi.  Niyyəti  bir-iki  gün  Ġstanbulda  qalmaq,  sonra 

isə bir yol tapıb Qafqaza keçmək idi. Orada Türkiyə sərhədinə yaxın bir yerdə yurd 

salacaq, çarizm əleyhinə bir neçə terror aktı həyata keçirəcəkdi. 

Ertəsi  gün  qəzetlərdə  bolqariyalı  bir  komitəçinin  yaxalandığını  oxudum. 

Qəzetlərdəki təsvirdən  yaxalanan  “bolqar”ın bizim Kamo olacağını təxmin etdim. 

Dərhal  Ġttihad  və  Tərəqqi  mərkəzində  tanıdığım  yurddaĢım  prof.  Əli  bəy 

Hüseynzadənin  yanına  getdim.  Məsələni  danıĢdım.  Yaxalanan  adamın  bolqar 

çetəçiliyi  ilə  əlaqəsi  yoxdur,  bu,  Rusiya  çarizmindən  gizlənən,  qaçan  bir  təĢkilata 

mənsubdur, - dedim. ĠĢə müdaxilə etməsini xahiĢ etdim. 

Ġki gün sonra  bizim Kamo  gəldi.  Onu gündüz  həbsxanaya  salmıĢ, gecələri 

hotelə gətirirlərmiĢ, yaxĢı da rəftar edirlərmiĢ. Rus konsulxanası da onu daim tələb 

edib  dururmuĢ.  Bu  tələbi  rədd  etmiĢ  və  nəhayət,  azad  edərək,  həmin  anda 

Ġstanbuldan getməsini tələb etmiĢlər. o indi məmnun olub, təĢəkkür edir və yalnız 

bircə dərdinin olduğunu deyirdi:  

- Nə olar, bir təĢəbbüs də edin, bombalarımı da geri versinlər.  

- Bu artıq ağ olar, bombanı birtəhər taparsan, indilik hökumətin vəziyyətini 

pisləĢdirməmək üçün tezcə buradan çıx get, - dedim. 

Ġndi bu Kamo Kremlin qapısında bizə bələdçilik edir. 

Kamo dərhal telefonu götürdü. Ġçəri girmək icazəsini alaraq, bizi ta Stalinin 

aparatmanına qədər müĢayiət etdi. 

Stalin  bizi  yemək  otağında  qəbul  etdi.  Orconikidze  də  orada  hazırdı. 

Masada  çoxdan  görmədiyimiz  və  heç  bir  tərəfdə  tapılmayan  ağ  çörək,  nəfis 

Gürcüstan Ģərabı, qara Azərbaycanın kürüsü və sairə vardı. 

Həm  yeyir,  həm  də  danıĢırdı.  Söhbətin  təĢəbbüsü  Stalinin  əlində  idi.  Bir 

vaxt bizə xitabla: 

- Azərbaycanda bir az hökumət etdiniz. Fəqət çox dərin bir iziniz qalmıĢdır. 

Bu  izlə  hələ  də  mübarizədəyik.  Təmsil  etdiyiniz  ideyanın  təsirlərini  tamamilə 

aradan qaldırmaq üçün daha uzun zaman və daha çox iĢləmək lazımdır. Xüsusilə 

ziyalılar  millətçilik  ruhu  ilə  aĢılanmıĢdır,  -  dedi  və  sonra  üzünü  Ģəxsən  mənə 

çevirərək: 

- Sizcə, bu millətçilik təsirinin əsas amili nədir? Deyə soruĢdu. 

- Millətçilik deyilən baĢqa bir insan birliyinin öz varlığını müdafiədən baĢqa 

bir  Ģey  deyildir.  Fərdlərlə  müdafieyi-nəfs  təbii  və  qanuni  olduğu  kimi  milli 

kollektivin öz özəlliklərini müdafiəsi də təbii bir hadisədir, - dedim. 

-  Yox,  -  dedi,  -  məsələ  daha  çox  bəsitdir.  Millətçilik  deyilən  hadisə  yerli 

ziyalıların öz mənfəərlərini qısqanmaqdan baĢqa bir Ģey deyildir, - dedi. 



Bu əsnada otağın birindən o birinə telefon baĢına keçən Kalinin (ozamankı 

Sovet Ġttifaqı prezidenti) peyda oldu.ə Stalin dərhal ona: 

-  YoldaĢ  Kalinin,  Azərbaycanı  Azərbaycana  birləĢdirmək  istəmirsiniz?!  – 

deyə xitab etdi. O isə dayanmadan əli ilə sərt bir jest edərək: 

-  Yox, yox, istəmirəm, - dedi. 

Bu dialoq hər halda o vaxtlar Qafqaz Azərbaycanı kimi Ġran Azərbaycanının 

da  sovetləĢdirilməsi  planlarından  bəhslə  ortada  dolaĢan  söyləntilərin  çox  da 

səbəbsiz  olmadığına  bir  dəlildi.  Bu,  dialoq  məsələsinin  hər  necəsə  Sovet  yuxarı 

dairələrində müzakirə edilmiĢ olduğunu göstərirdi. 

 

Əcaib insandır Rəsulzadə 

 

Yemək bitdikdən sonra çay içən vaxt bir küncə oturduq. Stalin mənə: 



-

 

Braydonun  təklifini  qəbul  etməmisiniz.  ġərqi  tədqiq  cəmiyyətinə  niyə 



getmək istəmədiniz? - dedi. 

-

 



O,  elmi  deyil,  siyasi  bir  cəmiyyətdir.  Üzvlərinin  kommunist  çoxluğuna 

sahib olması Ģərtdir, - dedim. 

-

 

Əsla, - dedi, - o maddə Sizin deyil, mürtəce rus professorlarının əleyhinə 



yönəlmiĢ bir maddədir. 

Birinci çay stəkanını boĢaldıb, ikincisinə keçdiyimiz zaman Stalin daha bir 

təklif  etdi:  Kamenevin  idarəsində  Rusiya  inqilab  hərəkatını  tədqiq  edən  bir 

cəmiyyət  vardır.  Tədqiqlərini  nəĢr  etmək  üçün  bu  cəmiyyət  bir  jurnal  da  çıxarır. 

Siz  bu  jurnalın  redaksiyasına  girsəniz,  Ģəxsən  Sizin  üçün  də  yaxĢı  olar. 

Sovetlərdəki  türk  elləri  bölməsini  öhdənizə  götürər,  redaksiya  adından  müxtəlif 

yerlərə  tədqiqat  səfərlərinə  çıxarsınız.  Bu  surətlə  dolayısilə  müsavatçı  fikirlərinizi 

yayar və yerlərdə özəklər də təsis edərsiniz, - dedi. Üzünə mənalı-mənalı baxdım, 

içimdən  Azərbaycan  xalq  Ģivəsilə  aldada  bilməzsən  mənasına  gələn  “Keçəl  suya 

getməz!” təbirini təkrarlayaraq Stalinə “yeni iltifatı” üçün təĢəkkürlə dedim ki: 

-  Mən  özünə  sadiq  bir  adamam.  Nə  özümü,  nə  də  baĢqalarını  aldatmaq 

istəyirəm.  Zahirdə  məsləki,  xasiyyəti  müəyyən  olan  bir  redaksiyaya  daxil  olub, 

batində baĢqa bir məqsəd güdmək əlimizdən gəlməz. 

Stalin bu cavabdan sonra Orconikidzeyə döndü: 

-  Əcaib  insandır  bu  Rəsulzadə.  Ġdealizm  ona  mane  olur.  Aciz-aciz  oturub 

durur. Heç bir arzu, heç bir ehtiyac ərz etmir, - dedi. 



 

Sensasiyalı hadisə 

 

Kremldən  ayrıldığımız  zaman  Stalinin  otağının  yerləĢdiyi  koridordan 



çıxarkən  tatar  kommunistlərindən  Sultan  Qaliyevə  rast  gəldik.  Sonradan  milli 

təmayülçü  suçu  ilə  töhmətləndirilərək  edama  məhkum  olan  Sultan  Qaliyevi  lap 




Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə