Məmməd Əmin Rəsulzadə



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə22/25
tarix25.06.2018
ölçüsü0,54 Mb.
#51269
1   ...   17   18   19   20   21   22   23   24   25

Bakıdan tanıyırdım. Moskvada onunla bir neçə dəfə görüĢmüĢdüm. Özünəməxsus 

orijinal bəzi fikirləri vardı. Bizi görər-görməz: 

- Siz burada nə gəzirsiniz, - dedi. 

Ona ayaqüstü izahat verəcək deyildik, təbii ki. 

- Sizə bir təklifmi etdilər? – deyə maraqlanırdı... 

- Yox canım. Sizdə bir söz var deyəsən, gələrsiniz, söhbət edərik, - dedim. 

Ayrıldıq. 

Ertəsi  gün  Sultan  Qaliyev  gəldi.  Partiya  dairələrində  sensasional  bir  xəbər 

yayılıbmıĢ. Sultan Qaliyev maraqlanıb soruĢur: 

-  Bu  doğrudurmu  ki,  dr.  Nərimanovu  (o  vaxt  Azərbaycan  Sosialist  Sovet 

Respublikası  Komissarları  ġurasının  sədri)  götürüb,  yerinə  Sizi  (yəni  məni) 

gətirəcəklər... 

- Yox canım, bunu hardan çıxartdınız?... 

- Kreml dairələrində belə danıĢırlar.  

-  Siz  ağlınızı  itirdinizmi?  Bu  Ģayiələrə  necə  olur  qulaq  asırsınız?...  Dr. 

Nərimanın yerinə bir müsavatçı olan Rəsulzadənin gətiriləcəyi necə bəhs mövzusu 

ola bilər? 

Bu  Ģayiələrin,  həqiqətən  əgər  varsa,  müəyyən  bir  məqsədlə  xüsusi 

uydurulub  yayıldığını,  Sultan  Qaliyevin  tez  inanan  adam  olduğuna  eyhamla  izah 

edirəm.  Fəqət  içimdən  bu  sensasiyalı  hadisə  ilə  bir  gün  əvvəl  Stalinlə  Kalininin 

arasında  iki  Azərbaycanın  birləĢdirilməsi  mövzusundakı  “zarafat”  arasında  hər 

halda bir münasibət aramağın əbəs olmadığı fikri də ağlıma gəlməmiĢ deyildir.  

 

Bir məqalənin macərası 

 

Əlifba  məsələsinin  Azərbaycanda  mübahisələrə  səbəb  olduğu  günlər  idi. 

Ərəb  hərfləri  tamamilə  götürülüb,  yerinə  latın  hərflərimi  qoyulsun,  yoxsa  ərəb 

hərflərinə  səsli  hərflər  əlavə  edilmək  surətilə  vı  əlifbanın  sadəcə,  islahı  iləmi 

kifayətlənilsin,  deyə  cəmiyyət  iki  zümrəyə  ayrılmıĢ,  hər  iki  tərəf  öz  tezisini 

müdafiə edirdi. O zaman Azərbaycanda maarif komissarı olan DadaĢ Bünyadzadə 

ərəb  əlifbasının  islahı  tezisini  müdafiə  edirdi.  Bu  tezis  ozamankı  Ģərtlər  və 

mülahizələrlə  Azərbaycan  vətənpərvərləri  və  türkçüləri  tərəfindən  də  müdafiə 

olunurdu.  DadaĢ  Bünyadzadə  Moskvaya  gəliĢində  məni  ziyarət  etmiĢ,  əlifba 

məsələsindəki  görüĢümü  bir  layihə  halında  yazmamı  xahiĢ  etmiĢ  və  bu  lahiyənin 

Azərbaycanda  müdafiəsini  Ģəxsən  üzərimə  götürəcəyini  vəd  etmiĢdi.  Mən  məsələ 

haqqındakı  görüĢlərimi  bir  məqalə  Ģəklində  Moskvada  Millətlər  Komissarlığı 

tərəfindən nəĢr olunan “Jizni nasionalnostey” qəzetində nəĢr etdirdim.  

BolĢeviklərin ərəb hərflərini latın hərfləri ilə əvəz etdirmək xüsusunda gizli 

və əsl fikirlərini bildiyimizdən (ki bu fikir sonradan həyata keçirilmiĢ, ərəb hərfləri 

öncə latın hərflərinə, sonra da rus hərflərinə təbəddül edilmiĢdir) bu məqalədə türk 

elləri arasındakı  mədəni əlaqələri tamamilə  kəsdirməmək  üçün  yazılanı daha asan 



oxutdura  bilmək  məqsədini  təmin  edən  inqilabçılara  haqqı  verirdim.  Məqaləni 

eynən  nəĢr edən bu qəzet sonunda özündən bir-iki cümlə əlavə etmiĢ  və bu əlavə 

cümlələrdə 

“əlifbanı” 

islah 

xüsusundakı 



fikirlərimizin 

kommunizmi 

müvəffəqiyyətlə yaymaq niyyətindən irəli “gəldiyi” də göstərilmiĢdir.  

Məqalənin  Azərbaycandakı  oxucuları,  təbii,  bu  fikrin  mənə  aid  olmadığını 

yaxĢıca anlamıĢlarsa da bu taktikanın nəyi gözə aldığı da Ģübhəsiz ki, sezmiĢdilər. 

bu münasibətlə qəzet idarəsi qarĢısında verdiyim bütün protestlər nəticəsiz qalmıĢ, 

göndərdiyim məktub da heç cür nəĢr edilməmiĢdir.  

 

Ənvər paşanın təklifi 



 

Hələ  Bakıda  “Osobı  otdel”in  “mətbəx”ində  müqəddəratımızı  acizanə 

gözləyib  qaldığımız  zaman  Sovet  hökumətinin  bütün  ġərq  millətləri  Avropa 

kapitalizmə qarĢı ayağa qaldırmaq üçün tədbirlər gördüyünə aid hər gün yeni-yeni 

məlumatlar alırdıq.  

Vaxtilə  Hindistanlı  Bərəkətulla  əfəndi,  tatar  məĢhurlarından  ƏbdürrəĢid 

Ġbrahimov  və  Musa  Begiyevin  Lenin  və  Stalinin  məĢhur  dekretlərini  müdafiə 

etmək  üçün  islam  dünyasına  etdikləri  xitablardan  xəbərimiz  vardı.  Bu  dəfə  isə 

Bakıda  məĢhur  ġərq  millərləri  qurultayı  toplanırdı.  Qurultaya  Rusiya  idarəsində 

olan  türk-müsəlman  millətlərdən  baĢqa  Rusiya  sərhədi  xaricindəki  inqilabçı 

ünsürlərin  nümayəndələri  də  gəlmiĢdilər.  günün  ən  sensiyalı  hadisəsi  Ənvər 

paĢanın da bu münasibətlə Bakıya gəlməsi idi. PaĢanın müsəlman əhali tərəfindən 

qarĢılandığına  dair  dastan  və  rəvayətlər  saxladığımız  həbsxananın  səskeçməz 

divarlarından nüfuz edərək bizə qədər gəlirdi. PaĢanın minmiĢ olduğu avtomobilin 

ətrafını  bürümüĢ  qələbəlikdən  hərəkət  etməz  bir  hala  gəldiyi,  əlini,  ətəyini, 

maĢınını öpənlər olduğunu hər kəsin “aman paĢam, nə zaman qurtaracayıq?” deyə 

ona xitab edildiyi kameradan-kameraya danıĢılırdı.  

ġərq millətləri qurultayında paĢaya söz verməmiĢ, əksinə keçmiĢdəki siyasi 

fəaliyyətini  acı-acı  tənqid  edən  bir  nitqlə  qarĢılamıĢlarsa  da,  lojada  görünər-

görünməz  bütün  qurultay  ayağa  qalxmıĢ,  onu  əzəmətli  bir  Ģəkildə,  gurultulu 

alqıĢlarla qarĢılamıĢlar. 

1918-ci ildəki məğlubiyyətlərdən sonra Ənvər paĢanın Rusiyada necə peyda 

olduğunun  təfsilatını  burada  anladacaq  deyiləm.  Yalnız  onunla  Moskvada  ikən 

görüĢümdə bolĢeviklərlə hansı məqsədlərlə təmasa gəlmiĢ olduğuna və bu təmasın 

nə kimi bir nəticə ilə bitdiyinə aid qeydlərimi birbaĢa və dolayısilə Stalinlə əlaqəsi 

olduğu üçün burada təsbit edəcəyəm. 

Moskvaya  gəlib  yerləĢdikdən  sonra  burada  iki  türk  nümayəndəliyinin 

olduğunu öyrəndik. Bunlardan biri Ankara hökumətini rəsmən təmsil edən Türkiyə 

nümayəndəliyi idi. Digəri isə türk missiyası (Turetskaya missiya) deyilən ikinci bir 

heyət  idi.  Bu,  əsl  Ġttihad  və  Tərəqqi  liderlərindən  Ənvər  paĢa  ilə  Camal  paĢanın 




Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə