Məmməd Əmin Rəsulzadə



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə17/25
tarix25.06.2018
ölçüsü0,54 Mb.
#51269
1   ...   13   14   15   16   17   18   19   20   ...   25

Birisi  çıxıb  fəhlələrə  “inqilabdan  əvvəlki  vəziyyəti  sizə  təmin  edərik,  bir 

Ģərtlə ki, bir daha tətil etməyin, deyirsə, bunlar bunu özlərinə böyük hörmət hesab 

edirlər”,  -  deyə  Leninə  xalq  arasındakı  əhval-ruhiyyəni  çatdırırdı.  Peterburjets  də 

ümidsizliyə  düĢərək  “nə  edək?”  -  soruĢan  gənclərə  “Plexanova  qayıtmalı”  deyə 

cavab verirmiĢ (Plexanov rus menĢeviklərinin tanınmıĢ lideri idi). 

Peterburjets  əvvəldən  yaxĢı  tanıdığı  Bakının  inqilabdan  sonrakı  əhvalı  ilə 

maraqlanırdı. Ġnqilabın - oranın məiĢətində nə kimi təbəddülat gətirdiyini soruĢur, 

ona lazım olan izahatı verirdik. Söhbət dönüb-dolaĢıb yoldaĢ Stalinin üstünə gəldi. 

Bizim müsahib: 

-  O,  -  dedi,  -  xoĢniyyətli  bir  inqilabçı  deyildir.  Onun  üçün  baĢlıcası  ideya 

deyil,  sadəcə,  hakimiyyətdir.  O,  idealist  sosialistlərdən  çox,  dəliqanlı  terroristlərə 

istinad etmək istər. BolĢevik inqilabını cığırından çıxaran bu  kimi demaqoqlardır. 

Görəcəksiniz, o, fəhlə sinfinin baĢına bəla olacaqdır. Nə cahpərəst, nə intriqan, nə 

qorxunc  adamdır  o,  bilməzsiniz.  Stalinə  görə  bombaçı  olmayan  birisi  həqiqi 

revolyusioner  ola  bilməzmiĢ,  heç  təsadüfi  deyil  ki,  ətrafını  bu  cür  qafqazlılarla 

doldurmuĢdur. 

Biz  Stalinin  hər  halda  baĢqaları  kimi  çox  da  Ģöhrət  sevən  bir  adam 

görünüĢündə 

olmadığına, 

xüsusi 


həyatında 

təvazökar 

davrandığına, 

fotoqrafiyalarının  belə  digər  komissarlar  kimi  heç  bir  yerdə  görünmədiyinə  iĢarə 

edincə, o, əlilə baĢı üzərindən bir jest edərək: - Eh... - dedi. - Ona görə ki, kifirdir. 

 

Bir cüt ayaqqabının verdiyi zövq 

 

Moskvaya  payızda  gəlmiĢdik.  QıĢ  üçün  yaxĢı  da  tədarüklü  deyildik.  Hələ 



mənim  ayaqlarım  demək  olar  yalın  idi.  Yayda  Azərbaycan  dağlarında  daĢıdığım 

“çust”  deyilən  incə  bir  ayaqqabı  daĢıyırdım.  Günlər  keçir,  havalar  soyuyurdu. 

Moskvanın sərt qıĢ günləri yaxınlaĢırdı. “Hərbi kommunizmin” Ģiddətli günlərində 

ayağa  bir  ayaqqabı  tapmaq  imkansızdı.  Bir  ayaqqabı  üçün  müraciət,  xahiĢ  etmək 

isə  heç  ağlıma  belə  gəlməzdi.  Bu  kimi  əskikliyə  dözəcək,  düĢdüyümüz  Ģəraitdə 

görülməsi mümkün olacaq iĢlərlə məĢğul olacaqdıq. 

“Rumyansev  muzeyi”  deyilən  Moskvanın  əski  mədəni  müəssisəsi 

yaĢadığımız  evin  yerləĢdiyi  məhəllədə  idi.  Burada  müəzzəm  bir  kitabxana  vardı. 

Oraya  getməyə  qərar  verdim.  Azərbaycan  tarixi  və  müxtəlif  mövzular  üzərində 

araĢdırmalar  aparırdım.  Yarıac,  yarıçılpaq  bir  vəziyyətdə  hər  Ģeyi  unutmuĢ, 

kitablara dalmıĢdım. 

QıĢ qar təpələri və dondurucu havası ilə bərabər gəldi. Yay çustu ilə günü-

gündən kitabxanaya getmək çətinləĢirdi. Bu çətinliyi əvvəl yanımda olan qalın yun 

corabı  geyməklə  qarĢıladım;  sonra  madam  Berzanovskinin  borc  kimi  verdiyi 

keçədən  “valenka”  dedikləri  çəkmə  iĢimə  yaradı.  Fəqət  havalar  bir  az  ilıqlaĢıb, 

qarlar  əriməyə  baĢlayınca  valenka  artıq  geyilməz  oldu.  O  zaman  təkrar 

Azərbaycandan  gətirdiyim  çust  ilə  qalın  yun  coraba  qayıtdım.  Fəqət  hər  gün 



tədqiqat  iĢindən  dönüncə  bu  corabı  gözəlcə  sıxıb,  ocaq  baĢında  qurutmaq  lazım 

gəlirdi. 

Nəyin  bahasına  olursa-olsun  bir  ayaqqabı  tədarük  etmək  artıq  zəruri 

olmuĢdu. Üstümüzdə qalmıĢ bir qızıl pul var idi. Bununla bəlkə də bir cüt ayaqqabı 

almaq mümkün idi. Fəqət ayaqqabı haradadır, yoxdur ki alasan. Bu arada amerikalı 

fəhlələrdən  bir  hissəsinin  Rusiyadakı  fəhlələrə  dağıtmaq  üçün  bir  gəmi  ayaqqabı 

gəldiyi xəbəri nəĢr edildi. Bir neçə gün sonra bu ayaqqabıların “suxarovka” deyilən 

bazarda satlığa çıxarılacağını öyrəndik. Bunlardan bir cütünü satın almaq ümidi ilə 

Məhəmməd  Əli  ilə  birlikdə  bazara  getdik,  üstümüzdəki  qızıl  istənilən  qiymətin 

əsasını təĢkil etmək üzrə idi, fəqət kifayət deyildi. Əsl dəyər təĢkil edən Ģeyləri də 

buna  əlavə  etməli  idik;  bu  dəyərli  əĢyadan  bir  neçə  iynə,  bir  az  tikiĢ  sapı  və  bir 

qədər  də  duz  vermək  lazımmıĢ,  bu  “əmtəələr”  o  dövrün  qızıldan  da  qiymətli 

valyuta  malları  idi.  ġükür  olsun  ki,  bu  “valyuta”  mallarından  bir  qədər  var  idi; 

verdik,  nəhayət,  ayaqqabıları  aldıq.  Böyük  bir  sevinc  içində  evə  dönürdük.  Mən 

öndə, Məhəmməd Əli arxada addımlayırdıq. Məhəmməd Əlinin səsini eĢitdim: 

- Bura bax, bu yürüĢ ancaq bayram hədiyyəsi alan uĢaqlarda olur! 



 

Məhəmməd Əlinin xüsusi qatarı 

 

Moskvada  Kommunist  Partiyasının  8-ci  qurultayı  açılırdı.  Bu  münasibətlə 



Rusiyanın  hər  tərəfindən  hökumət  mərkəzinə  nümayəndələr  gəlmiĢdi.  Qafqazdan 

da ən məĢhur kommunist liderləri gəlmiĢdilər. Bu arada KronĢtad qiyamı baĢlamıĢ 

və bu hadisə məmləkətin hər tərəfində diqqətə Ģayan təsir buraxmıĢdı. Üsyan az bir 

vaxtda dərhal yatırılmıĢsa da, Lenin bu hadisədən dərs alaraq “hərbi kommunizm” 

taktikasını  “nep”  deyilən  yeni  iqtisadi  siyasət  taktikasına  çevirmiĢdi.  Sovet 

siyasətində yeni bir dövr təĢkil edəcək bu hadisənin Azərbaycanda nə kimi təsirlər 

yaratdığını öyrənmək lazım idi; bu münasibətlə alınacaq tədbir və hərəkət xəttinin 

əsasını doğru olaraq təsbit edə bilmək üçün bu informasiyalara böyük bir ehtiyac 

var idi. 

Məhəmməd Əliyə dedim ki: 

-  YoldaĢ  Stalinlə  görüĢdüyümüz  zaman  Ġran  inqilabı  haqqındakı 

xatirələrimdən  bəhs  etdiyim  yadındadır.  O,  bunlara  aid  materialları  dərhal  dönüb, 

Bakıdan  gətirməni  istəmiĢdi.  Mən  iĢi  sonraya  saxladım.  Ġndi  əsl  vaxtı  gəldi. 

Qurultay  nümayəndələri  bu  günlərdə  Bakıya  qayıdırlar;  bir  yolunu  tapıb,  onlarla 

birlikdə Bakıya getsən fəna olmaz, vəziyyəti öyrənmiĢ olarsan. 

Məhəmməd  Əli  Ġran  inqilabı  haqqında  materialları  gətirmək  üçün  Bakıya 

gedəcək deyə məsələni Berzanovskiyə açırıq. Məsələ onu da maraqlandırdığından 

(bazar  günü  olmasına  baxmayaraq,  məsələ  təcili  olduğundan)  dərhal  telefonla 

məsələni  Stalinə  ərz  edir.  Stalin  dərhal  “Məhəmməd  Əli  yola  çıxsın”  deyə  əmr 

edir. Nümayəndələr bir az sonra, o axĢam yola çıxacaqlarından Berzanovski tələsik 

büroya  qaçır,  lazım  olan  kağızları  hazırlayır  və  xüsusi  olaraq  qoĢdurduğu 



Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə