Məmməd Əmin Rəsulzadə



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə15/25
tarix25.06.2018
ölçüsü0,54 Mb.
#51269
1   ...   11   12   13   14   15   16   17   18   ...   25

bu  xüsusda  çox  da  ümidverici  bir  halda  olmadığına  iĢarə  etməklə  təmin  edirdik; 

Sovet sistemində insanın bir fərd və bir Ģəxsiyyət olaraq ortadan qaldırıldığını irəli 

sürürdük. 

 

Millətlər məsələsi 

 

Stalinin  qızğınlıqla  mübahisə  açdığı  məsələlərdən  biri  də  milli  məsələ  idi. 



BolĢevik  partiyasının  milli  məsələ  sahəsindəki  nəzəriyyəsi  və  praktikası  üzrə 

mütəxəssisi sayılan Stalinin bir də Millətlər komissarı olması təsadüfi idi?.. 

MenĢeviklərin  milli  məsələdəki  taktikasını  Ģiddətlə  rədd  edən  Stalin 

Avstriya  sosialistlərindən  Otto  Bauerin  müəyyən  bir  əraziyə  bağlı  olmadan  milli-

personal  (milli-mədəni)  muxtariyyət  prinsipinə  dayanan  sistemini  Ģiddətlə  tənqid 

edir.  Bir  millət  üçün  yalnız  mədəni  iĢlərdən  ibarət  bir  muxtariyyətin  qətiyyən 

kifayət  etməyəcəyini,  millətləri  təmin  edən  Ģeyin  hər  Ģeydən  öncə  özlərini  Ģəxsən 

idarə  etməkdən  ibarət  olmasını  deyir.  Rusiya  daxilindəki  millətlər  üçün  milli-

personel  deyil,  milli-territorial  (milli-ərazi)  bir  muxtariyyətin  qəbul  edilməsi 

lüzumunu irəli sürür. 

Sovet  hökumətinin  iĢ  baĢına  gələr-gəlməz  nəĢr  etdiyi  məĢhur  dekreti  dəlil 

kimi göstərirdi. 

Fəqət  mən  nəzəriyyədə  “dekretləĢmiĢ”  olan  prinsipə,  praktikada  çox  da 

riayət  edilmədiyinə  və  bunun  ən  yeni  misalı  olaraq  müqəddəratına  Ģəxsən  sahib 

olmaq istəyən Azərbaycanın qüvvə tətbiq edilərək sovetləĢdirildiyinə iĢarə edərkən 

o: 


-

 

Əsasında Ģayani-təqdir olan təyini-müqəddərat hüququ mütləq deyil, fəhlə 



inqilabının baĢ mənafeyinə tabeli bir hüquqdur, - dedi. 

-

 



Bu  kimi  Ģərtə  aid  qeydlərlə  ən  mükəmməl  prinsipləri  praktikada 

güddükləri  məqsədlərin  tam  əleyhinə  olan  nəticələrə  çıxarması  mümkündür,  - 

cavabını verdim. 

Stalinlə  bu  söhbət  mənə  1917-ci  ilin  mayında  Moskvada  Rusiya 

Müsəlmanları  Qurultayında  olan  mübahisələri  xatırlatdı.  Orada  mən  Rusiyanın 

milli-territorial  muxtariyyətlərə  ayrılması  prinsipini  müdafiə  edir,  Əhməd  bəy 

Salkov isə Rusiyanın mərkəzi demokrat bir hökumət halında qalaraq millətlər üçün 

yalnız milli-mədəni iĢlərlə məhdudlaĢdırılan “milli-personal bir muxtariyyət” tələb 

edirdi.  Nəticədə  qurultay  əksəriyyətlə  bizim  istiqlal  tezisimizdən  çıxan  milli-

territorial  muxtariyyət  tələb  edən  qərar  layihəsini  qəbul  etmiĢdi.  Qurultaydakı  bu 

mübahisələri sözgəliĢi danıĢdığım zaman Əhməd Salkov haqqında Stalin: 

-  Məqsədsiz, rusofil bir menĢevik deyilmi?  - dedi. - Və biz də bu günlərdə 

inqilab hazırlığı ilə məĢğul idik, - deyə əlavə etdi. 

 

 

 



Müəmmalı bir hadisə 

 

Səfərimiz  Türkiyə-sovet  münasibətlərinin  çox  gərgin  bir  dövrünə  təsadüf 



etmiĢdi. Kamalçı Türkiyədən Moskvaya bir heyət göndərilmiĢdi. Heyət Moskvada 

müzakirələr apardığı vaxt Ankara hökumətinin o zamankı xarici iĢlər naziri Bəkir 

Sam  bəyin  Fransada  imzaladığı  birtərəfli  müqavilə  sovetlərin  narahatlığına  səbəb 

olmuĢdu; Türkiyəyə göndərilməkdə olan hərbi sursat göndərilməsi dayandırılmıĢdı. 

Bu  münasibətlə  Ankara  ilə  Moskva  arasında  yazıĢmalar  davam  edir,  dalbadal 

alınan teleqramlarda Stalinin mülahizəsinə müraciət olunur, onun fikri soruĢulurdu. 

Moskvadan  gələn  narahatlıqlarla  dolu  bu  təcili  teleqramları  Berzanovski  ona 

göstərdikcə Stalin: 

-  Ziyanı yox, gözləyərlər, - deyə cavab verirdi.  

Əhəmiyyətli  teleqramların  yağmaqda  olduğu  bu  günlərdən  birində  salon-

vaqon rəisi Davidov bizim yanımıza gəldi: 

-  YoldaĢ Stalin sizi o biri vaqona köçürmək istəyir, hazırlaĢın, - dedi. 

Bu  zərurət  nədən  doğdu?  Davidovdan  bir  Ģey  soruĢmadıq.  Hər  halda  bu 

yaxĢı bir əlamət deyildi, narahatlıq içində baĢımıza nələr gələcəyini acizanə Ģəkildə 

gözləyirdik.  ġeylərimizi  yığdıq;  hər  saat  yerimizi  dəyiĢməyə  hazır  bir  vəziyyət 

aldıq... 

Xəbər  günorta  verilmiĢdi.  AxĢama  qədər  bir  hadisə  olmadı.  Gecəni 

narahatlıqla keçirdik. Səhər oldu. Davidov bir neçə dəfə gəldi-getdi, bir Ģey demir. 

Öz-özümüzə  “təhlükə  sovuĢdu”  deyirik,  amma  xəbərin  səbəbini  heç  cür  izah  edə 

bilmir, maraq içində gözləyirdik. Məsələni Berzanovski və ya Stalindən soruĢmağa 

da münasib görmürük. Nəhayət, zehinlərimizi müəmma ilə yox, hazırkı vəziyyətlə 

məĢğul  etməyə  baĢladıq,  özümüzü  bizi  bezdirən  həĢəratlardan  kupeni  təmizləmək 

iĢi ilə məĢğul etməyə üstünlük verdik. 

Hadisənin  nədən  ibarət  olduğunu  sonra  bildik.  Ġrəlidə  anladacağım  kimi 

Moskvada  onunla  bir  tavan  altında  yaĢadığımız  Davidov  bir  gün  bizə  danıĢdı. 

Yolda gələrkən sizi baĢqa kupeyə köçürəcəkdik, sonra bundan vaz keçdik, səbəbini 

bilirsinizmi? - dedi və izah etdi: 

-

 



Berzanovski  gəlib,  Stalinə  Türkiyə  məsələsi  üzrə  teleqramlar  gəlir-gedir, 

Rəsulzadələr  də  dəftərxana  vaqonunda,  iĢin  məxfi  tərəfi  pozulur,  demiĢdi.  Stalin 

bundan sonra mənə sizi baĢqa bir kupeyə köçürmək əmri vermiĢdi. Sonra məndən 

Rəsulzadələr  özlərini  necə  aparır  deyə  soruĢdu.  Mən  də  çox  təmkinli  və  sakit 

insanlardır,  yeməklərini  yeyib,  sonra  öz  kupelərinə  çəkilir,  baĢqa  heç  bir  Ģeyə 

qarıĢmırlar, dedim. 

-

 

Mən  onları  yaxĢı  tanıyıram.  Onları  rahat  burax.  Yerlərində  qalsınlar,  - 



dedi. 

 

 




Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə