Məmməd Əmin Rəsulzadə



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə16/25
tarix25.06.2018
ölçüsü0,54 Mb.
#51269
1   ...   12   13   14   15   16   17   18   19   ...   25

MOSKVADA İKİ İL 

 

Bakıdan  ayrılalı  on  beĢ  gün  olurdu.  Moskva

 

ətrafına  gəlmiĢdik.  Harada 



yerləĢəcəyimizi düĢünürdük.  Yəni bir  məchulatla qarĢılaĢırdıq. Stalin  münasib bir 

yer  müəyyənləĢənəcən  vaqonda  qalmağı  münasib  hesab  etdi.  Bu  məqsədlə  aĢpazı 

da vaqonda saxladılar. Bir manevr ilə vaqon əsas yoldan aralanaraq, yan yollardan 

birinə verildi. Sonra bizi vaqonla birlikdə təmirxanalardan birinə apardılar. Gecəni 

orada  keçirdik.  Səhər  tezdən  çəkic  zərbələri  bizi  yuxudan  oyatdı.  Demə, 

vaqonumuz  təmir  edilirmiĢ.  Üç  gün  bu  Ģəraitdə  yaĢadıq.  Dördüncü  gün 

Berzanovski  Davidovu  göndərib,  bizi  öz  evinə  apardı.  Burada,  Davidovun  da 

olduğu mənzildə bizə bir otaq ayrılmıĢdı. 

Bu, Stalinsayağı bir iĢ idi; həm hörmət göstərilmiĢ, öz katibinin mənzilində 

bizə bir otaq ayrılmıĢ, həm də bütün hərəkətlərimiz daimi bir nəzarət altına alınmıĢ 

olurdu. Göz dustağı elə bu qədər olur. 

 

Hərbi kommunizm dövrünün Moskvası 

 

Ġqamətgahımız  müəyyən  olunduqdan  sonra  zəruri  formal  iĢlər  görülmüĢ, 



bizə  “Raboçaya  knijka”  -  “ĠĢçi  dəftəri”  deyilən  bir  Ģəhadətnamə  verilmiĢdi.  Bu 

dəftər sayəsində biz ümumi yemək yerlərindən birinə qeyd olunur, oradan Ģorba ala 

bilirdik.  Aldığımız  bu  Ģorbanın  Bakının  “Osobı  otdel”  deyilən  həbsxanasında 

aldığımız  Ģorbadan  fərqi  yox  idi.  Onun  qədər  bir  bulanıq  suya  bənzər  və  eyni 

qoxunu  verərdi.  Bu  bulaĢıq  suyu  almaq  üçün  sıraya  durur,  qapıdan  içəri  girərkən 

bir  dəmir  boĢqabla  bir  qaĢıq  alır,  böyük  bir  səbir  və  itaətlə  ta  böyük  qazanın 

baĢında  duran  Ģorbaçıya  qədər gəlirdik. Ġtaətlə  uzadılan boĢqaba  bir çömçə  Ģorba 

tökülüncə,  sıradakı  yerimizi  eyni  itaətlə  gözləyən  bir  baĢqasına  tərk  edərdik.  Bu 

mərasim  günorta  vaxtı  hər  gün  təkrar  olunurdu.  Səhər  və  axĢam  yeməklərini  isə 

hamı kimi biz də öz imkanlarımızla hazırlamaq məcburiyyətində idik. Bu məqsədlə 

bəzən  ərzaq  mərkəzlərindən  alına  bilən  təyinatdan,  bəzən  də  çox  sıx  bir  təqib 

altında olan qara bazardan istifadə edə bilirdik. 

Moskvanı  ilk  dəfə  1917-ci  ilin  mayında  görmüĢdüm.  Bu  dəfəki  isə 

Moskvaya  ikinci  gəliĢim  idi.  O  zaman  beĢ-on  gün  üçün  Rusiyada  müsəlman-türk 

ellərinin  ən  yaxın  tarixində  mühüm  bir  yeri  olan  Müsəlman  qurultayında  iĢtirak 

üçün  gəlmiĢ  olduğumdan,  bu  qurultayın  müzakirələrinə  dalmıĢ,  Ģəhəri  görmək 

fürsəti  çox  da  tapa  bilməmiĢdim.  Ġndi  isə  vaxtımız  boldur.  Moskvada  qalmağı 

bizim üçün daha münasib görmüĢdülər. 

Ortodoks  kilsəsinin  sitayiĢinə  nail  olan  əski  Moskof  çarlarının  paytaxtında 

indi  hər  cür  din  və  məbədləri  inkar  edən  kommunist  inqilabının  liderləri 

hökmrandır.  ġəhərin  hər  tərəfində  ilk  gözə  çarpan  Ģey  bu  liderlərə  aid  olan 

fotoqrafiyalardır. Bunlar arasında Lenin və Trotskinin fotoqrafiyaları birinci sırada 

gəlir.  Qəzetdəki  məqalələr,  xalqa  xitab  edən  nitqlər,  müxtəlif  nəĢriyyatlarda  çap 



olunan  kliĢelər  də  ilk  sırada  bu  iki  liderə  aiddir.  Bunlardan  sonra  Zinovyev, 

Kamenev,  Çiçerin,  Radek,  Tomski,  Lunaçarski,  Ġoffe,  Frunze  və  sairə  kimi 

Ģəxsiyyətlərin  isim  və  fotoqrafiyalarına  rast  gəlmək  olur.  Adı  az  çəkilən,  hələ 

fotoqrafiyasına  adətən  heç  yerdə  təsadüf  olunmayan  birisi  varsa,  o  da  Stalindir. 

Partiyanın baĢ katibi, Rabkin deyilən fəhlə-kəndli müfəttiĢi camaat arasında adətən 

tanınmır.  Hələ  tamamilə  təĢəkkül  etməmiĢ  olan  Millətlər  Komissarlığından 

(Narkomnats) heç kimin xəbəri yoxdur. 

Ġlk günlərdə hamının kiçik və adi gördüyü bu üç müəssisənin irəlidə bütün 

rəqiblərini ortadan qaldırmaq üçün MüdhiĢ Ġvanı örnək bir hökmdar deyə idealizə 

edən  Stalinə  diktatorluğunu  təsisdə  çox  yaramıĢ  olduğunu  hadisələr  bizə 

göstərmiĢdir. 

Ölümündən  bir  neçə  il  əvvəl  qocaman  büstünü  Himalay  dağlarında  bir 

qüllənin  baĢına  qoydurub,  oradan  idarə  etdiyi  Yevraziyanın  geniĢ  sahələrinə 

qürurla  baxan  və  istisnasız  həyatın  hər  sahəsində  öz  damğasını  görməkdən  zövq 

alan  Stalin  o  günlərdə  kölgədə  qalmağı,  Lenindən  sonra  bütün  hakimiyyəti  ələ 

keçirmək taktikası baxımından anlaĢılan, zəruri iĢ hesab etmiĢdi. 



 

Üzdən də çirkindir 

 

1920-ci ildə Stalinin Moskva mühitində nə kimi bir Ģöhrətə malik olduğunu 



xarakterizə  edən  bir  təsadüfü  burada  göstərmək  istəyirəm.  Moskva  küçələrində 

gəzərkən  əvvəllər  tanıdığım  bir  fəhləyə  rast  gəldim.  Bu  hələ  1904-cü  ildə  Bakıda 

tanıĢ  olduğum  Peterburjest  adlı  ziyalı  bir  fəhlə  idi.  Bakıda  bolĢevik  fraksiyasına 

mənsub bir sosial-demokrat idi. Bakı fəhlələri arasında nüfuzu vardı. Xeyirxah və 

fədakarlığı  ilə  tanınmıĢ  bir  adamdı.  Peterburjest  görüĢdüyümüzə  çox  məmnun 

oldu.  Bizi  dərhal  evinə  apardı;  evli  imiĢ;  bir  çay  düzəltdirib,  bizi  qonaq  etdi. 

Mənim  Bakıda  tutulmağım  və  Pankratovun  sədrliyi  ilə  bir  komissiya  tərəfindən 

istintaq  edilməyimin  təfsilatını  bilirdi.  Bunu  elə  həmin  komissiya  üzvlərindən 

Moskvaya  gəlmiĢ  olan  birisindən  öyrənmiĢdi.  Həmin  adamın  anlatdığına  görə 

mənim  günlərim  sayılmıĢ  imiĢ.  Haqqımda  Moskvaya  verilən  raportda  edamım 

tələb  olunurmuĢ.  Fəqət  oraya  “Stalin  yoldaĢ  gəlincəyə  qədər  saxlayın”,  -  deyə 

teleqram vurulubmuĢ... 

Peterburjets  bizə  bu  surətlə  “keçmiĢ  olsun”  dedikdən  sonra  “Oktyabr” 

inqilabından keçən dövr ərzində yaranmıĢ vəziyyəti təhlil etməyə baĢladı. Özünün 

Lenin  ilə  arabir  görüĢdüyünü  dedi:  “Lenin  yoldaĢ,  -  dedi,  -  rəsmi  hökumət  və 

partiya müəssisələri xaricində, iĢlərdən Ģəxsən məlumat almaq üçün inandığı köhnə 

dostlarından  bəzilərinə  müĢahidə  eləmək  -  izləmək  vəzifəsi  tapĢırırmıĢ. 

Peterburjets də Leninin “göz”lərindən biri imiĢ. O bu “göz”lük vəzifəsini qərəzsiz 

surətdə  ifa  edərək  Lenin  yoldaĢı  daima  məlumatla  təmin  edir;  hərbi  kommunizm 

rejiminin dəyiĢdirilməsinin lüzumunu daima ona deyirmiĢ. 




Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə