Məmməd Əmin Rəsulzadə



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə12/25
tarix25.06.2018
ölçüsü0,54 Mb.
#51269
1   ...   8   9   10   11   12   13   14   15   ...   25

Nə üçün mane olduğunu belə izah etdi:

 

-  Ġranı  sovetləĢdirməyə  baĢlamaq  yanlıĢ  bir  hərəkətdir.  Orada  nəinki 



cümhuriyyət, konstitusiyalı bir monarxiya rejimini möhkəmləndirmək belə kifayət 

qədər  mütərəqqi  bir  iĢdir.  Sosializm  və  kommunizm  prinsiplərini  oralarda  tətbiqə 

giriĢmək macəraçılıqdan baĢqa bir Ģey deyildir, - dedi. 

-  YaxĢı,  Ġran  üçün  təsbit  etdiyiniz  bu  taktikanı  niyə  Azərbaycana  tətbiq 

etmirsiniz,  demirəm;  çünki  bilirəm  burada  Bakı  kimi  bir  sənaye  mərkəzi  və 

proletariat  hərəkatı  vardır,  deyəcəksiniz.  Bəs  Türküstan?  Ona  nə  deyirsiniz; 

oradakı  Ģərait  Ġrandakı  Ģəraitə  bənzəmirmi?  Niyə  “Ġran  taktikasını”  oraya  tətbiq 

etməyəsiniz? Stalin bir az düĢündü: 

-  Necə də olsa, Türküstanda rus məktəblərindən çıxmıĢ ziyalılar var, - dedi. 

-  Bu cavab heç də marksist bir izah olmadı, elə deyilmi? - deyə etiraz etdim. 

Mübahisəni dərinləĢdirmədi. 

 

Rus-alman əməkdaşlığı 

 

O  zamankı  vətəndaĢ  müharibəsi  və  inqilabi  hadisələrin  cürbəcür  səhnə  və 

məsələlərinə  təmas  edən  Stalin  xarakterik  bəzi  hekayələr  danıĢır  və  cümlələr 

iĢlədirdi. 

Dünya inqilabı tezisi söhbətlərin ana mövzusu idi. O, dünya inqilabının baĢ 

tutması üçün rus-alman əməkdaĢlığına fövqəladə əhəmiyyət verirdi. Bu baxımdan 

Ropolloda  bağlanmıĢ  müqaviləni  öyürdü.  Bu  müqaviləyə  görə  rus  inqilabi 

imkanları ilə Almaniya yaradıcı qüvvələri arasında səmimi bir ittifaqın yaradılması 

lazım idi; Rusiyanın dünyanı doyurmağa kifayət edəcək sərvətləri ilə Almaniyanın 

texniki istedad və qabiliyyəti bir araya gəlincə dünya inqilabının müvəffəqiyyətinin 

qarĢısını  ala  biləcək  bir  qüvvə  tapılmaz;  Lenin  indi  tətbiq  etmək  istədiyi  beĢillik 

planla Rusiyanın kənd təsərrüfatını Almaniyanın möhtac olduğu yeyinti məhsulları 

ilə təmin edəcək bir hala gətirmək əzmindədir, - deyirdi. 

 

İngilislərə qarşı nifrət 

 

Dünya  inqilabını  qısır  salan  və  dolayısı  ilə  müstəmləkə  və 

yarımmüstəmləkə  halında  olan  bütün  millətlərin  azadlıq  və  qurtuluĢlarına  əngəl 

olan dünyada bir qüvvə varsa, o da Ġngiltərə imperializm qüvvəsidir, - deyirdi. 

Söhbət  buraya  gəlincə  Stalinin  səsi  sərtləĢdi  və  intiqam  qığılcımı  saçan 

parlaq gözləri ilə uzağa baxaraq: 

- Mənim vicdanımda 59 ingilisin qanı vardır. Yumruğu bükülü əlini havaya 

qaldıraraq, bunları Ģəxsən öz əlimlə öldürmüĢəm. Ġndi polkovnik Stoks deyilən bir 

əclaf var, o da bir əlimə keçsə, ürəyim of deməz, o saat gəbərdərəm, - deyir. 

Stalinin hiddət və nifrətlə andığı bu “əclafı” Ģəxsən tanıyıram. Onunla 1911-

ci  ildə  Tehranda  tanıĢ  olmuĢdum.  O  zaman  orada  “Ġrani-nou”  qəzetinin  baĢ 



redaktoru  idim.  Avropa  üsulunda  Ġranda  ilk  dəfə  olaraq  təsis  olunan  bu  gündəlik 

demokratik  qəzet  getdikcə  artan  rus  nüfuzunun  intriqaları  ilə  bağlanırdı.  O 

günlərdə  Amerikadan  Ġranın  maliyyəsini  islah  məqsədi  ilə  gələn  məĢhur  Morqan 

ġusterlə etdiyim siyasi müsahibənin qəzetdə dərc edilməsinə görə  Rusiya səfaratı 

məni  Ġrandan  xaricə  atdırmaq  üçün  təĢəbbüs  etmiĢdi.  Dünya  mətbuatı  bizim 

müqəddəratımızla  yaxından  maraqlanırdı.  O  cümlədən  Parisdən  çıxan  “Siyeql” 

qəzetinin Tehrana gəlmiĢ xüsusi redaktoru “Ġrani-nou” qəzeti ilə mənə həsr edilmiĢ 

böyük  bir  reportajdərc  etmiĢdi.  O  zamankı  Ġran  xarici  iĢlər  naziri  yaxın  dostum 

mərhum  Hüseyn  xan  Nəvvab  mənim  Ģərəfimə  verdiyi  axĢam  yeməyinə  indi  Ġran 

senatının  sədri  olan  digər  dostum  Seyid  Həsən  Tağızadə  kimi  Ģəxslərlə  birlikdə 

“Telmis”  qəzetinin  müxbiri  ilə  ingilis  səfirliyinin  hərbi  attaĢesi  Stoksu  da  dəvət 

etmiĢdi. Stoks Ġrandakı irtica qüvvələrini müdafiə edən Rusiya siyasətinin əzmkar 

müxalifətlərindəndi.  

Daha sonra Stoksla görüĢmüĢdük. Birinci dünya müharibəsində qalib gələn 

müttəfiqlər  adından  Azərbaycanda  olan  ingilis  iĢğal  qüvvələri  komandanı  general 

ġatelvortun Ģtabında siyasi müĢavir idi. 

Stalinin adını hiddət və təhdidlə çəkdiyi Stoks elə bu Stoks idi. 

 

İngilis-rus rəqabəti 

 

Söhbət  bir  aralıq  bolĢeviklərin  təqib  etdikləri  və  edəcəkləri  ġərq  siyasəti 



üstünə  gəlmiĢdi.  Bu  məsələdə  görüĢlərini  izah  edərkən  Stalin  çarlar  dövründəki 

məĢhur  ingilis-rus  rəqabətilə  indiki  ingilis-rus,  onun  təbiri  ilə  ingilis-sovet 

münasibətlərinin bir-birindən radikal Ģəkildə ayrıldıqlarını anladaraq: 

-

 



O  zaman  iki  yırtıcı  qarĢı-qarĢıya  durmuĢdular;  indi  isə  (bir 

müstəmləkəçiyə qarĢı bir xilaskar durur, deyəcəyini sezərək, sözünü tamamlamağa 

fürsət vermədən): 

-

 



Ġndi isə iki xilaskar durur, - dedim. 

Fəqət  Allah  bizi  bu  xilaskarlardan  saxlasın,  düĢmənlərlə  biz  özümüz 

bacararıq, anlamındakı rus zərb-məsəlini təkrar etdim. 

 

İran haqqında xatirələrim 

 

Söz dönüb-dolaĢıb yenə Ġran üstünə gəlmiĢdi. Bu münasibətlə mən Ġrandakı 



məĢrutə  hərəkatında  iĢtirakımla  bağlı  orada  gördüyüm  hadisələrə  toxunan 

xatirələrimi  danıĢırdım;  o  cümlədən  təxminən  1911-ci  ildə  Ġrandan  sürgün 

edildikdən sonra Ġstanbulda Ġran inqilabı haqqında təəssüratlarımın bir qismini nəĢr 

etdirdiyimi, digər qisminin isə nəĢr edilməmiĢ qaldığını söylədim. 

Stalin  dərhal  maraqlandı,  bunları  Moskvada  nəĢr  edək,  bizim  üçün  çox 

maraqlı olar, - dedi. 

-

 

Yazılar yanımda yoxdur, Bakıda qaldı, - dedim. 




Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə