Məmməd Əmin Rəsulzadə


Həbsxanada Stalinlə başbaşa



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə8/25
tarix25.06.2018
ölçüsü0,54 Mb.
#51269
1   ...   4   5   6   7   8   9   10   11   ...   25

Həbsxanada Stalinlə başbaşa 

 

“Mətbəx”in yeni “müsafir”lərindən Ģəhərdə olub-bitənlər haqqında məlumat 



alırdıq. Bunlar Ģəhərdə “Padvalyon” adında gizli bir cəmiyyətin kəĢf edildiyindən 

bəhs edirdilər. “Padval” rusca bir sözdür, zirzəmi deməkdir. Qızıl Ordu tərəfindən 

yeni  iĢğal  olunan  Bakıda,  burada  qalan  türkiyəli  əski  mühacir  zabitlərindən  bir 

qismi  ilə  limanda  olan  matroslar  arasında  guya  ki  bir  anlaĢma  olmuĢ,  bunlar 

yerlilərdən bir qismi ilə sözləĢərək, hökumətə qarĢı qiyam hazırlayırmıĢlar. 

“TəĢkilat” üzvlərinin görüĢ yeri Ģəhərin əski Nikolay, sonra Parlament, indi 

də Kommunist küçəsi deyilən böyük küçəsində zirzəmidə yerləĢən bir dükan imiĢ. 

Bu  münasibətlə  onlara  zirzəmiçilər  mənasına  gələn  “padvalyon”  deyirmiĢlər. 

“Padvalyonçuların”  nə  üçün  həbs  edildikləri  haqqındakı  yarı  ciddi,  yarı  zarafat 

hekayələrini  böyük  əlaqə  ilə  dinləyirdik  ki,  qapı  açıldı.  Gözətçi  içəri  girdi.  Mənə 

xitab  edərək,  yoldaĢ  Rəsulzadə  (məhbuslara  da  yoldaĢ  deyə  xitab  olunurdu), 

arxamca gəlin, dedi. 

Saat 17 idi, axĢamın bu gec saatlarında kameradan bu Ģəkildə götürülənlər, 

adətən gedər, bir daha dönməzdilər. Bu, “xərclənməyə” götürülən bir saatdır. 

Baxdım dostlarıma bir hüzn gəldi. Hələ arkadaĢ Abbasqulunun rəngi qaçdı, 

məlul  və  məhzun  gözlərilə  mənə  baxdı.  Zorla  zəbt  olunan  bir  həyəcanla 

qucaqlaĢdıq. Ondan uzun və nəticəsi məchul bir səfərə çıxırmıĢ kimi ayrıldım. O, 

titrək bir səslə xeyir-dua  verir, mən də ona  əhəmiyyət  vermə, qorxma deyə təsəlli 

verirdim. 

Mən  öndə,  gözətçi  də  arxada  gedirik.  Qaranlıq  koridorlardan  keçdik  (neft 

mərkəzi olan Bakıda  neft qıtlığı  üzündən qənaət olsun deyə adətən  gecələr lampa 

yandırılmaz).  Bu  yolun  çox  da  yabançısı  deyildim.  Bir  dəfə  yenə  bu  koridorla 

Pankratovun hüzuruna aparılmıĢdım. Burada bir heyət məni istintaq etmiĢdi. Hiss 

etdim ki, yenə Pankratovun yanına aparılıram. 

Gəldik.  Elə  buradır.  Ġki  həftə  əvvəl  istintaq  edildiyim  otaq.  Gözətçi  qapını 

açdı. Girdim. Masanın arxasında ayaq üstə duran Pankratovun yanında uca boylu 

Qızıl Ordu uniformasında birisi mənə diqqətlə baxır. 

Zabit məni qarĢılamaq məqsədilə iki addım irəli gəldi, əlini uzadaraq: 

-

 

 YoldaĢ Rəsulzadə, tanıdınızmı (bir az pauza ilə), Stalin, - dedi. 



-

 

 Bəli, tanıdım (bir az dayandıqdan sonra), Koba, - dedim. 



Dayanmağımda bir məna var idi, mən rus sovet komissarı “Stalin” deyilən 

zatı tanımırdım. Mənim tanıdığım Qafqaz ixtilalçısı bir “Koba” vardı. Stalin həmən 

Pankratova müraciətlə, bizi buraxın, dedi. 

Pankratov çıxdıqdan sonra mənə: 

-

 

 Çətin günlərdə bərabər çalıĢdıq, indi isə toqquĢduq, - dedi. 



-

 

 Dünya belədir, hər Ģey ola bilər, - dedim. 



-

 

 Dosyenizi gördüm, vəziyyətiniz də çox pisdir, - dedi. 



Mən bir ləhzə gözünün içinə baxdım. 


-   “Müsavat”  partiyasına  mənsub  olmaq  töhmətilə  iĢçilərin  qruplar  halında 

güllələndiyi  bir  yerdə  bu  firqənin  lideri  qalaraq  vəziyyətinin  yaxĢı  olacağını 

düĢünəcək  qədər  sadə  deyiləm.  Fəqət  bu  pisliyin  dosyedən  çıxdığına  inanmıram, 

çünki vəziyyətimin pisliyini isbat edəcək bir dosyedən xəbərim yoxdur. 

Stalin mövzunu əlüstü dəyiĢdirdi. 

- Mən bunun üçün gəlmədim, - dedi. - Buraya gəlincə məhbus olduğunuzu 

öyrəndim.  Sizinlə  görüĢəcəyimi  yalnız  dr.  Nərimana  söylədim,  -  dedikdən  sonra 

sözünə  davam  etdi.  -  Buradakılar  (yerli  kommunistləri  nəzərdə  tutaraq)  Sizdən 

qorxurlar, bir qismi “Müsavat” rəisi öldürülməlidir deyir, bir qismi də  yox, ömrü 

olduqca həbsdə qalsın, təklifi edir. Fəqət mən bu iki ehtimalın heç birini Sizə rəva 

görmürəm.  Siz  əski  mübarizə  yoldaĢısınız.  Ziyarətimin  yeganə  səbəbi  də  budur. 

Çar  istibdadına  qarĢı  mücadilələrinizi,  sizin  inqilabi  hərəkatdakı  rolunuzu  və 

əhəmiyyətinizi  bilirəm.  Bu  inqilab  üçün  gərəkli  bir  Ģəxsiyyət  olduğunuzu  təqdir 

edirəm.  Siz  nə  öldürüləcək,  nə  də  ömrü  boyu  həbsxanalarda  çürüdüləcək  bir 

insansınız.  Məncə,  Sizə  azadlıq  verilməlidir:  istəsəniz  burada  qalın,  istəsəniz 

mənimlə bərabər Moskvaya gedək - ki bunu mən Sizə Ģəxsən tövsiyə edirəm, çünki 

buradakılar  Sizi  rahat  buraxmayacaqlar  və  zühur  edəcək  hər  hansı  bir  hadisəni 

bəhanə  edərək,  Sizi  məsuliyyətə  çəkəcəklər  -  istəsəniz  dünyanın  seçdiyiniz  hər 

hansı  bir  tərəfinə  gedin,  bir  sözlə,  azadsınız.  DüĢünün,  daĢının,  bəlkə  də  bizimlə 

əməkdaĢlıq yaratdınız!.. 

Stalinin  “Rusiya”dan  bəhs  açan  rəsmi  “müqəddimə”dən  əski  “mücadilə 

dostluğundan”  bəhs  edən  səmimi  bir  söhbət  ədasına  çevrilən  bu  ifadəsinə  eyni 

Ģəkildə cavab vermək lazım idi. 

-

 



 Bu  qədər  hadisə  olub-bitdikdən  sonra  “əməkdaĢlıq”  müzakirə  mövzusu 

ola bilməz, yoldaĢ Koba, - dedim. 

-

 

 Bəli,  haqlısınız,  biz  1918-ci  ildə  buraya  ġaumyanı  göndərməyəcəkdik,  - 



dedi. 

Bu  cümlə  ilə  nəyə  iĢarə  edildiyi  izah  edilməzsə,  ən  yaxın  Azərbaycan 

tarixinin  təfərrüatına  vaqif  olmayan  oxucular  məsələni  yaxĢı  anlamazlar.  Bunun 

üçün bir az təfsilat verim: 

ġaumyan  Sovet  hökuməti  tərəfindən  inqilabın  ta  əvvəlində  Qafqaz 

fövqəladə  komissarlığına  təyin  olunmuĢ  kommunist  bir  erməni  idi.  Hələ 

bolĢeviklərin əlində olmayan Qafqaza fövqəladə komissar təyin olunan bu adama 

eyni zamanda  ġərqi Anadoluda  hənuz  rus orduları iĢğalı altında  olan vilayətlərdə 

Böyük Ermənistan təĢəkkülü məqsədilə bir referendum təĢkil etmək vəzifəsi də bir 

dekretlə  bu  ġaumyanın  öhdəsinə  buraxılmıĢdı.  1905-ci  ildən  bəri  tanıdığım 

ġaumyan 1918-ci ilin baĢlarında Bakıda mənimlə görüĢərək öz missiyasından bəhs 

etmiĢ  və  “Müsavat”  firqəsinə  əməkdaĢlıq  təklifində  bulunmuĢdu.  Bizdən  hüsni-

qəbul  görməyən  ġaumyan  sonra  Tiflisə  getmiĢ,  orada  gürcü  menĢeviklərinin 

Ģiddətli bir müxalifətilə qarĢılaĢaraq təkrar Bakıya qayıtmıĢ və burada eyni ilin 31 




Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə