Məmməd Əmin Rəsulzadə



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə7/25
tarix25.06.2018
ölçüsü0,54 Mb.
#51269
1   2   3   4   5   6   7   8   9   10   ...   25

əski  ġirvan  vilayətinin  mərkəzi  ġamaxı  civarında  Qafqaziya  sıra  dağları  ətəyində 

Lahıc deyilən bir yerdə gizlənmiĢdik. 

Bulunduğumuz  yer  bir  sui-təsadüf  nəticəsində  kəĢf  edilmiĢ,  yaxalanaraq 

Bakıya  geri  gətirilmiĢ  və  o  zaman  Çeka  deyilən  siyasi  polis  müəssisəsinin 

fövqəladə iĢlər Ģöbəsi olan “Osobı otdel”ə təslim edilmiĢdik. 

“Osobı  otdel”də  bizi  həbsxana  halına  gətirilən  əski,  böyük  bir  binanın  bir 

otağına qapadılar. Otaq deyib üstündən keçməyək. Zatən bu qoca binanın təsəvvür 

edilə biləcək adi bir otağı deyildi. Bayağı bir mətbəx idi. Alt qatda günəĢ görməyən 

qaranlıq bir mətbəx otağı. Yeri asfalt olan bu otaqda yataq və ümumiyyətlə, mebel 

namına  heç  bir  Ģey  yoxdu.  Üstümüzə  üzərimizdəki  yay  paltosunu  çəkə  bilsək  də 

altımıza döĢəyəcək bir Ģeyimiz yox idi. 

Ġlk  düĢüncəmiz  quru  asfalt  üzərində  yatmamaq  üçün  bir  çarə  aramaq  idi. 

Qaryola-filan  (çarpayı)  aramaq  əbəsdi.  Mən  də,  arkadaĢ  Abbasqulu  da  çarlıq 

dövrünün həbsxanalarını boylamıĢ adamlar idik. O zaman da asfalt zəmin üzərinə 

yataqlarımızı sərər, eləcə yatardıq. Fəqət indi sərəcək yataq da yoxdu. Qardiyanlara 

(gözətçilərə)  vücudumuzu  soyuq  yerdən  ayıracaq  bir  Ģey  bulunamazmı,  deyə 

maraqlandıq. Bir çarə bulundu. Həyətdə bir neçə yeĢik vardı. Bunları bizim ricamız 

üzərinə  Qızıl  Ordu  nəfərləri  dərhal  sökdülər  və  parçalarını  bizə  verdilər.  Bunları 

altımıza döĢəyərək eləcə yatdıq. 

Bir-iki gün iki yoldaĢ mətbəxin yeganə sakinləri idik, iki gün sonra “mətbəx 

ailəsi”  yeni  gətirilən  bir-iki  “müsafir”lə  də  bollaĢdı.  Bunlardan  Ģəhərdə  olub-

bitənlərdən bir dərəcə məlumatlandıq. Paytaxta gətirildiyimizin əhali üzərindəki ilk 

əks-təsirinə vaqif olduq. Bunlar bir tərəfdən üzücü, bir tərəfdən də sevindirici idi. 

Cəlladlığı  ilə  hər  tərəfə  qorxu  təlqin  edən  Pankratov  kimi  birisinin  müdir 

bulunduğu  “Osobı  otdel”  həbsxanasındakı  müqəddəratımız  hər  kəsi  əndiĢədə 

buraxır və mümkün olacaq hər cür fənalıqları önləmək üçün hər kəs əlindən gələn 

təsiri-icradan geri qalmırmıĢ. 

Mətbəxdə  bulunduğumuz  üçüncü  və  dördüncü  günü  idi.  Ġlk  dəfə  olaraq 

xarici  aləmlə  bir  növ  təmas  hasil  oldu.  Bizi  tutulduğumuz  yerdən  Bakıya  qədər 

ötürən  birisi  vardı.  Ġsmini  Zərgər  deyə  qeyd  edəcəyim  bu  adam  əskidən  Bakının 

baĢ caddələrindən birində zərgər mağazası tutardı. Ġndi bolĢeviklərin özəl (xüsusi) 

iĢlərinə  xidmət  edən  bir  vəzifədədir.  Ümumi  əfkar  onu  “bolĢevik  casusu”  deyə 

tanıyır.  Ġndi  bu  “casus”  bizi  mətbəxdə  ziyarət  edir.  Məqsədi  bizdən  bir 

“rekomendasiya”  almaqdır.  ġəhərdə  hər  kəs  onu  bizə  qarĢı  pis  rəftar  etməklə 

ittiham edirmiĢ. Halbuki bizimlə nə qədər yaxĢı rəftar etdiyinə Ģəxsən biz Ģahidik. 

Həm  də  buraya  bir  neçə  gün  sonra  sərbəst  buraxılacağımızı  muĢtuluqlamaq  üçün 

gəlibmiĢ.  Yalnız  bir  ricası  var,  hər  cür  dedi-qoduya  bir  xatimə  vermək  üçün  mən 

ona bir kağız verim və bu kağıza ondan məmnun olduğumu söyləyim, ta ki, o bunu 

onu  tənqid  edənlərə  göstərsin,  onun  bizə  pislik  deyil,  yaxĢılıq  yapmıĢ  olduğunu 

isbat  etsin.  Onu  təskin  etdim:  “Söylənənlərə  əhəmiyyət  vermə  -  dedim.  -  Madam 

ki, bir neçə gündən sonra hürriyyətə qovuĢacağıq, o zaman bir ziyafət verər, orada 



sizin  bizə  nə  qədər  yaxĢılıq  etdiyinizi  deyərik,  məsələ  bitər”.  Beləcə,  əcaib  bir 

Ģəkildə istənilən etibarnaməni rədd etdik. 

Eyni gündə bizə evdən bir paket içində yemək göndərilmiĢdi. Yeməklər bir 

qəzet  kağızına  bükülmüĢdü.  Bu  kağız  bir  neçə  gün  əvvəl  intiĢar  edən  türkcə 

“Kommunist” qəzetinin bir nüsxəsi idi. Bizim durumda olan bir adamın bu qəzeti 

nə cür bir ciddi cəhdlə oxuyacağını, Ģübhəsiz, təxmin edərsiniz.  Qəzetə dərhal bir 

göz  gəzdirdim.  Azərbaycan  Sovet  hökumətinin  sədri  dr.  Nəriman  Nərimanovun 

imzası ilə ilk səhifədə rəsmi bir məlumat vardı. Məlumatın xatirimdə qalan mətnini 

əslinə  yaxın  bir  Ģəkildə  burada  nəql  edirəm:  “Məmməd  Əmin  Rəsulzadəni 

vilayətlərdə hər cür təhlükədən qorumaq məqsədilə Sovet hökuməti onun paytaxta 

gətirilməsinə  qərar  vermiĢdir.  Burada  isə  həyatı  əmniyyət  altındadır,  əhalinin  bu 

xüsusda əmin olmasını və həyəcana düĢməməsini tövsiyə edirik”. 

Bu  xəbər  mətbəxə  gələn  yeni  “müsafir”lərin  anlatdıqlarını  təsdiq 

mahiyyətində  idi.  Əski  Zərgərin  əldə  etmək  istədiyi  “hüsni-hal  vəsiqəsi”  də 

bununla  bağlı  olacaqdı.  Sonralar  öyrəndiyimə  görə  bu  günlərdə  Ġran  məĢrutə 

hərəkatında  mənimlə  bərabər  çalıĢdığım  Heydər  xan  Əmioğlunun  da  böyük  bir 

əlaqəsi olmuĢdur. 

Heydər  xan  Ġranın  ən  yaxın  tarixində  mühüm  rol  oynamıĢ  qafqazlılardan 

biridir. O, Ġran məĢrutəçiləri arasında “Heydər xan Bombi” (Bombaçı Heydər xan) 

deyə  məĢhurdur.  Vaxtilə  Tehranda  Qacarlardan  Məhəmməd  Əli  Ģahın  baĢ  naziri 

məĢhur  irticaçı  Əminüddövləni  öldürən  fədai  Abbas  ağaya  bombanı  verən  o  idi; 

bunun  kimi  Təbrizdə  yenə  məĢrutiyyət  mücadilələri  əsnasında  Ģah  tərəfdarı, 

məĢhur  irticaçı  ġücaüddövləni  poçt  ilə  göndərdiyi  bir  “cəhənnəm  makinası”  ilə 

partladan  da  odur.  Bir  terrorist  və  bir  inqilabçı  olaraq  onun  mücahidlər  üzərində 

dərin  bir  nüfuz  və  təsiri  vardı.  O  zaman  Ġran  inqilab  hərəkatlarında  Ģah  tərəfdarı 

əski  rejimlərə  qarĢı  mücadilədə  yerli  tərəqqipərvər  və  məĢrutiyyətçilərə  yardım 

üçün  gələn  qafqazlı  ünsürlərlə  yaxından  əlaqəsi  olan  bu  Heydər  xan  indi  Bakıda 

olur  və  baĢındakı  bir  qrup  mücahidlərlə  Ġran  hərəkatlarına  iĢtirakla  əlaqədar  bəzi 

kombinasiyalar  düĢünürmüĢ.  Mənim  tutularaq  Bakıya  gətirildiyimi  xəbər  alınca, 

Ġrandakı  məĢrutiyyət  hərəkatı  zamanı  yaranmıĢ  dostluq  naminə  həmən  hərəkətə 

keçmiĢ,  baĢda  dr.  Nəriman  olmaq  üzrə  Sovet  Azərbaycanının  bütün  nüfuzlu 

Ģəxslərinə  baĢ  vuraraq,  “Məmməd  Əminin  baĢından  bir  tük  belə  əskik 

olmamalıdır!” demiĢdi. 

Anormal “mətbəx həyatı” yavaĢ-yavaĢ özünəməxsus bir forma alır. Saatlar 

saatı,  günlər  günü  qovalayır.  Gələn  yeni  “müsafirlərdən”  duyulan  cürbəcür 

söyləntilərdən  gündəlik  “həvadislər”  alır,  müqəddəratımızı  gözləyirik.  Bütün 

bunları və mətbəximizdə öz formasını alan hər Ģeyi burada təfsir etmək niyyətində 

deyiləm.  Buradakı  məhrumiyyətləri,  yemək  deyə  verilən  bulaĢıq  suyu  andıran 

Ģorbalar və  sairə  üzərində  də  durmaq istəmirəm. Mövzum  ümumi  xatirat  yazmaq 

deyildir.  Təfərrüata  yalnız  ələ  aldığım  əsl  mövzu  ünsürlərini  bir-birinə  bağlamaq 

surətilə təmas edirəm. 



Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə