Məmməd Əmin Rəsulzadə



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə6/25
tarix25.06.2018
ölçüsü0,54 Mb.
#51269
1   2   3   4   5   6   7   8   9   ...   25

Bundan  sonra  H.M.  bəyin  müqaviməti  qırılır  və  həmən  arkadaĢlarına 

dönərək: 

-  Biz pas, deyir. 

Mahiyyətinə  qısaca  təmas  etdiyim  bu  dövrdə  mən  Bakıda  maarif  yayan 

“Nicat” cəmiyyətinin rəyasətində bulunurdum. Bu, rəsmi icazə ilə fəaliyyət yapan 

bir  cəmiyyət  idi.  Onun  pərdəsi  altında  siyasi  fəaliyyətdə  bulunan  gizli  bir  qrup 

gizlənirdi.  Bu  qrup  çarlığa  qarĢı  konspirasiya  yapan  bütün  ixtilal  partiyası  və 

qrupları ilə təmas halında idi. 

Günün  birində  bolĢevik  partiyası  maliyyə  komisyonuna  mənsub  üzvlərdən 

bir neçəsi mənə müraciət etdi: 

-  MüĢtərək bağ gəzintisi yapaq, siz rəsmi ünvanınızı verir, biz də Ģəhərdə və 

cəmiyyət  içində  nüfuzu  olan  məĢhur  xanım  və  bəylərdən,  tanınmıĢ  aktyor  və 

aktrisalardan mürəkkəb bir dəstə ilə bağ gəzintisinin baĢarılı olmasını təmin edərik, 

dedi. 


Nəticədə:  “Necə  olur-olsun,  gəliri  aramızda  börüĢdürərik”  təklifində 

bulundu. 

O dövrdə bu kimi kombinasiyalar adi iĢlərdəndi. Bunun heyrət ediləcək bir 

tərəfi  yoxdu.  Ġdarədəki  yoldaĢlarla  görüĢdüm.  Hamısı  çarlıq  əleyhdarı  adamlar 

olduğundan  təklifi  iyi  qarĢıladılar.  Hərəkətə  keçildi.  Bağ  gəzintisi  baĢlandı. 

Bakının  məĢhur  vali  bağçasında  tərtib  olunan  bu  bağ  gəzintisi  üç  gün  davam 

edəcəkdi.  Gəzintinin  ilk  günü  baĢarılı  oldu.  YaxĢı  gəlir  əldə  edildi.  Bu  temp  ilə 

davam edəcək olursa, gəzintinin tam bir gəlir verəcəyi hər dürlü Ģübhənin xaricində 

idi. Ġkinci gün də gəzinti eyni temp ilə davam etdi. 

Bu  arada  Ģərikimiz  maliyyə  komisyonu  üzvlərindən  Serebryakov  mənə 

müraciət edir: “Kobanı tanıyırsan, onu Bayıl həbsxanasından (Bakının Bayıl burnu 

deyilən xəlicində üç tərəfi su olan bir həbsxana qalası ki, bir zaman mən də bunun 

sakinlərindəndim)  qaçırmaq  istəyirik,  deyir.  Bağ  gəzintisinin  baĢarılı  olduğu  və 

yaxĢı hasilat verəcəyi Ģübhəsizdir. Bizim hissəmizə düĢəcək gəlir hesabına yoldaĢ 

Kobanın (yəni Stalinin) qaçırılmasını finansə etmək üzrə gəzintinin müdiri sifətilə 

200  rubləlik  bir  avans  versəniz  minnətdar  olarıq”,  deyir;  iĢin  təcili  olmasını  da 

Kobanın iki gün sonra gedəcək məhbuslar kəfiləsi ilə göndərmək zərurəti ilə izah 

edir. “Hər ehtimala qarĢı bəklədiyimiz nəticə aldığımız avansı qapamayacaq olsa, 

hissəmizə  düĢən  açığı  dərhal  ödəməyi  təəhhüd  edirik”,  deyə  təminat  verməyi  də 

ihmal  etmir.  Məsələni  yoldaĢlara  deyirəm:  istənilən  avansı  verməkdə  bir  maneə 

görülmür. 

Bağ  gəzintisinin  üçüncü  günü  kassadakı  pulun  hamısını,  lotereya  üçün 

zərgərlik mağazalarından borc edilmiĢ gümüĢ əĢya qalıqlarını və sairəni toplayaraq 

gəzintinin  baĢ  qadın  müdiri  madam  Baykova,  “maliyyə  komisyonu”  üzvü  və 

“Nicat”  cəmiyyəti  idarə  heyəti  üzvlərindən  bir  yoldaĢla  birlikdə  nəticəni  bir 

hesabat halında təsbit etmək üzrə madamın evinə doğru hərəkət edirik. Qubernator 

iqamətgahının yanında bulunan Ģəhər bağçasından aralanmıĢ, elə yan küçələrindən 



birinə dönmüĢdük ki, əli silahlı banditlər arabalarımıza hücum edir, kassa pulu ilə 

gümüĢ əĢyanı alır, üstəlik madamın bilərzikləri ilə sırğalarını da çəkib qeyb olurlar. 

Təxmin  edəcəyiniz  bir  həyəcan  və  təəssür  içində  madamın  evinə  gəlirik; 

normal protokol yapacağımıza polis zəbti hazırlamaq lazım gəlir. 

Bağ  gəzintisi  gözlənilmədən  bir  fiasko  ilə  nəticələnmiĢdi.  Bizim  Ģəriklər 

indi  zərərləri  qapamaq  deyil,  aldıqları  200  rubləlik  avansı  belə  qaytarmaq 

niyyətində deyillər. Bu gün-sabah deyə məsələni boyunlarından atırlar. 

ĠĢin  arxası  var:  Soyğunçuların  bizzat  bolĢeviklər  partiyasına  mənsub 

terroristlər olduğu qüvvətlə söylənilir. 

Lenin  iĢ  baĢına  gəlincə  çarlığın  millətlərarası  bütün  borclarını  ləğv  etmiĢ 

ikən,  1903-cü  ildə  Rusiya  Sosial-Demokrat  Partiyasının  konqresini  finansə  etmək 

üçün  yapılan  borcu  dərhal  ödəmiĢ,  “Ġnqilab  öz  borcunu  ödəyər!”  deyə 

lovğalanmıĢdı. 

Ya bizim 200 rublə... 



 

AZƏRBAYCAN CÜMHURİYYƏTİNİN 

BOLŞEVİKLƏR TƏRƏFİNDƏN İŞĞALI 

 

1917-ci  ildə  hökumət  rəisi  Lenin  və  millətlər  komissarı  Stalinin  imzalarını 

ehtiva  edən  bir  bəyannamə  ilə  Sovet  hökuməti  Rusiya  imperatorluğu  daxilində 

bulunan böyük-kiçik bütün millətlərin öz müqəddəratlarını və istərlərsə Rusiyadan 

ayrılaraq özlərinə məxsus müstəqil bir dövlət də qura biləcəklərini təmin edirdi. 

Təntənəli  Ģəkildə  ifadə  olunmuĢ  bu  aydın  deklarasiyaya  rəğmən,  28  may 

1918-ci ildə milli istiqlalını elanla hakimiyyət haqqına malik milli bir dövlət halına 

gələn  Azərbaycan  xalq  cümhuriyyətinin  hüdudları  Moskvadan  göndərilən  Qızıl 

Ordu  hissələri  tərəfindən  zorlanmıĢ,  27  nisan  (aprel)  1920-ci  ildə  məmləkət  qızıl 

rus hissələri tərəfindən istila edilmiĢdi. 

Cümhuriyyət  hüdudları  (sərhədləri)  üstün  qüvvələrlə  keçilmiĢ,  hər  cür 

müqavimət  hərəkatları amansız surətdə basdırılmıĢdı. Qızıl Ordunun aktiv yardımı 

ilə məmləkət sovetləĢdirilirdi. Yəni sözdə Sovet Azərbaycanı cümhuriyyəti ünvanı 

mühafizə  edilirdisə,  iĢdə  demokratik  milli  bütün  müəssisələr  ortadan  qaldırılır; 

liderlər  təqib  olunur,  qızıl  istila  terroru  hər  tərəfi  qovururdu.  Fövqəladə  ixtilal 

məhkəməsi  mənasına  gələn  “Çrezvıçayka”  cəza  makinəsi  (maĢını)  durmadan 

çalıĢır (iĢləyir), gözdə bulunan bütün münəvvərlər biri-biri arxasından yaxalanaraq 

zindanlara  atılır,  bir  qismi  də  əlli-ayaqlı  ortadan  qeyb  olurdular.  Qızıl  qasırğa 

devirmədik milli bir müəssisə, kəsmədik bir Ģəxsiyyət buraxmırdı. 

 

Bakıda “Osobı Otdel” həbsxanasında 

 

Bu  Ģərtlər  daxilində  bir  müddət  saxlandıqdan  sonra  əski  mücadilə 



arkadaĢlarımdan  mərhum  Kazımzadə  Abbasqulu bəylə  bərabər Bakını tərk etmiĢ, 


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə