Məmməd Əmin Rəsulzadə



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə2/25
tarix25.06.2018
ölçüsü0,54 Mb.
#51269
1   2   3   4   5   6   7   8   9   ...   25

1915-ci  ildə  I  Dünya  müharibəsi  əsnasında  Bakı  hərbi  qubernatoru 

tərəfindən  həbs  edilmiĢ  və  1917-ci  ildə  hərbi  məhkəməyə  verilmək  üzrə  ikən 

Rusiyada zühur edən inqilab üzündən azad olunmuĢdur. 

1917-ci ildə Milli Azərbaycan “Müsavat” Xalq Partiyası birləĢmiĢ qurultayı 

ilə  eyni  ildə  Bakıda  toplanan  Qafqaz  Müsəlmanları  qurultayında  Qafqaz  ilə 

Azərbaycanın  Rusiyadan  ayrılaraq  muxtar  və  müstəqil  olmaları  tezisini  müdafiə 

etmiĢ;  eyni  ilin  mayın  10-da  Moskvada  toplanan  Rusiya  Müsəlmanları 

qurultayında Rusiyanın milli dövlətlərə parçalanmasını istəyən bir qərar layihəsini 

qəbul etdirmiĢdir. 

Bundan  sonra  Tiflisdə  toplanan  Mavərayi-Qafqazın  Rusiyadan  ayrılmasını 

tələb elmiĢ və bu tələb 1918-ci ilin fevralında qəbul olunmuĢdur. 

1918-ci  il  mayın  26-da  Maverayi-Qafqazın  parçalanması  üzündən 

Azərbaycan  Milli  ġurası  1918-ci  il  mayın  28-də  Azərbaycan  cümhuriyyətinin 

istiqlalını  elan  etmiĢ  və  bu  Ģuranın  sədri  sifətilə  M.Ə.Rəsulzadə  Osmanlı 

hökumətilə  bir  müqavilə  imzalamıĢdır.  Bu  müqaviləyə  görə  türk  ordusu  bolĢevik 

istilası altında olan Bakının qurtuluĢu üçün Azərbaycan silahlı qüvvələrinə yardım 

etmiĢdir. 

* * * 


Cümhuriyyənin  rus  bolĢevikləri  tərəfindən  istilasından  sonra  (27  aprel 

1920) M.Ə.Rəsulzadə  həbs olunur. Həbsdə  ikən Stalin onu ziyarət edir. Nəticədə 

Moskvaya  aparılır  və  orada  iki  il  göz  dustağı  olur.  1922-ci  ildə  Fin  körfəzi 

üzərindən  qaçaraq  Avropaya  çıxır,  oradan  Ġstanbula  gəlir  və  burada  nəĢriyyat  və 

siyasi fəaliyyətini davam etdirir. 

Dövri və davamsız nəĢriyyatla bolĢevik siyasətini, xüsusən kommunistlərin 

ġərq  siyasətini  ifĢa  edir.  Sovet  intriqaları  ilə  diplomatik  demarĢları  nəticəsində 

Ġstanbulu  tərkə  məcbur  qalınca  o  öz  çalıĢmalarını  Avropaya  köçürür.  Burada 

“Promotey”  cəmiyyətində  (Rusiya  məzlum  millətlərinin  birləĢmiĢ  cəbhəsi)  və 

1934-cü  ildə  Qafqaz  konfederasiyası  paktını  imzalayan  Qafqaz  Millətləri 

Birliyində  çalıĢır.  Rusiya  məzlum  millətlərinin  müĢtərək  orqanı  olub  Parisdə 

fransızca  intiĢar  edən  “Promotey”  jurnalında  müntəzəm  məqalələr  dərc  etdirir 

(1928-1939). 

Ġkinci dünya  müharibəsi onu  dörd il yaĢadığı  VarĢavada  yaxalayır. PolĢalı 

dostları  ilə  birlikdə  Buxarestə  gəlir.  Almaniyanın  Sovet  Rusiyası  ilə  baĢlanan 

müharibəsi  əsnasında  Almaniya  Xarici  ĠĢlər  nümayəndəsi  fon  ġulenberqin  (sonra 

Hitlerə  sui-qəsd  hadisəsində  iĢtirakına  görə  öldürülən)  dəvəti  ilə  1942-ci  ildə 

qafqazlı  digər  millətlərin  nümayəndələri  ilə  birlikdə  Berlinə  gəlir.  Qafqazın  və  o 

cümlədən  Azərbaycan cümhuriyyətinin  müqəddəratı ətrafında  müzakirələrə giriĢir 

və  nasistlərin  millətlərin  istədiklərini  anlamaq  qabiliyyətindən  məhrum 

olduqlarına,  Almaniya  hökumətinin  Azərbaycan  xalqının  haqlarını  tanımaq 

istəmədiyinə və milli qurtuluĢ hərakatının gərəkliyinə hörmətsiz olduqlarına qənaət 




gətirərək,  Almaniya  siyasəti  haqqındakı  mənfi  düĢüncələrini  5  avqust  1943-cü  il 

tarixli bir memorandumda bəyan edərək Berlini tərklə Buxarestə qayıdır. 

1944-cü  ildə  bolĢeviklər  Buxarestə  yaxınlaĢınca  hadisələr  onu  Qərbə 

çəkilməyə  məcbur  edir.  Ġsveçrəyə  getmək  üçün  viza  almaq  imkanında 

olmadığından  Ġsveçrə  sərhədinə  yaxın  Freyburq  1/B  Ģəhərinə  gəldi.  1944-cü  ilin 

oktyabr  ayında  bu  Ģəhər  qorxunc  hava  hücumuna  məruz  qaldığından  o,  mərkəzi 

Almaniyaya  sığınmağı  məcbur  etdi.  24  aprel  1945-ci  ildə  Amerika  iĢğal 

məntəqəsində  olur.  Nəhayət,  1947-ci  ilin  sentyabrında  Türkiyəyə  gələ  bilir  və  o 

zamandan  bəri  Ankarada  yaĢayır.  Türk  ensiklopediyasında  çalıĢır.  1951-ci  ildə 

Türkiyə Cümhuriyyəti Milli Təhsil nəĢriyyatında “Azərbaycan Ģairi Nizami” adına 

kapital  bir  əsəri  çap  edilmiĢdir.  Sovet  Rusiyası  və  Azərbaycan  mövzularına  dair 

müxtəlif məqalə və risalələr nəĢr olunur. Kommunizm əleyhində və Qafqaz davası 

lehindəki inadlı mübarizəsini davam etdirir.  

 

“Dünya”, 21 may 1954-cü il 

 

 



 


STALİNLƏ İXTİLAL XATİRƏLƏRİ 

 

Stalinə  nekroloq  yazanlardan  biri  məqaləsinə:  “Fantastik 

adamın  fantastik  karyerası  bitdi;  73  il  əvvəl  Qoridə  fəqir  bir 

pinəçi  ailəsində  doğulmuĢ  oğlan  Kremldə  dünyanın  ən  böyük 

imperatorluğunun  ən  böyük  diktatoru  olaraq  öldü”  -  deyə 

baĢlayır.  

Həqiqətən də bəĢəriyyətin yaĢadığı bütün dünya tarixində 

Ġosif  Vissarionoviç Cuqaçvili - Stalindən daha mütləq hökmdar 

yoxdur.  Mühüm  dərəcədə  onun  Ģəxsi  fəaliyyətilə  yaradılmıĢ 

Sovet rejimindən daha totalitar bir rejim dünyada mövcud olmamıĢdır.  

Dövrümüzün  tarixini  yazanlar  tarixin  bu  ən  böyük  müstəbidi  haqqında 

cürbəcür hökmlər verəcək, onun allahlaĢdırılan Ģəxsiyyətini müxtəlif mövqelərdən 

təhlil  edəcəklər.  Fəqət  biz  onu  bir  küll  olaraq  ələ  almaq  niyyətində  deyilik.  Ən 

qorxunc rus çarlarına nəsib olmayan bir iqtidarla 30 ilə yaxın bir müddətdə Sovet 

imperatorluğundakı  iki  yüz  milyon  insanın  müqəddəratına  hökm  edən,  yer 

kürəsinin  üçdə  birini  kontrolu  altına  almıĢ,  bütün  dinləri  inkar  edən  kommunist 

dininin  bir  peyğəmbəri  sayılan,  totalitarlar  totalitarı  bir  rejimin  ən  böyük 

nümayəndəsi Stalini, onun necə bir demaqoq, bir diplomat, bir diktator və neçə bir 

terrorist,  bir  ixtilalçı  (inqilabçı),  bir  marĢal,  bir  generalissimus,  fironlara, 

Neronlara,  Çingizlərə  rəhmət  oxutduran  bir  tiran,  bir  qızıl  çar  olduğunu  azad 

millətlər  cəmiyyətində  bilməyən  bir  kimsə  yoxdur.  Bilinənləri  təkrar  etmək 

istəmirik. 

1905  və  1917-ci  illərdə  Rusiya  Ģərtləri  daxilində  ortaya  çıxan  sosialist 

cərəyanlarına mənsub ixtilalçılar arasında adi bir Ģəxsiyyət olub, çox da əhəmiyyət 

verilməyən  Stalinin  mumiyalanmıĢ  cəsədi  indi  Marksdan  sonra  kommunizmin 

ikinci peyğəmbəri Leninin mumiyalanmıĢ cəsədi yanında yatır. 

Leninizm  marksizmin  bir  təfsiri  olaraq  meydana  gəlmiĢdi;  stalinizm  hər 

ikisini  təkmil  etmiĢ  bir  sistemdir.  Hitlerin  nasional-sosializm  formulunu  çevirib 

sosial-nasionalizm  halına  qoyan  stalinizmi  yaxĢıca  qavraya  bilmək  üçün  Stalinin 

fantastik  Ģəxsiyyətini  haqqıyla  anlamaq  lazımdır.  Bunu  yapa  bilmək  üçün 

tarixçilərin Stalin haqqında yazılan xatirələri, nəql olunan təəssüratları və anladılan 

müĢahidələri  material  olaraq  gözdən  keçirmələri lazım gələcəkdir. 

Stalinizmin  meydana  gəlməsinin  xarakterik  cizgilərini  əslinə  yaxın  bir 

Ģəkildə  təsvir  edə  bilmək  üçün  hər  kəsin  özünə  görə  gördüyü  və  anladığı 

“Stalin”lərin qarĢılaĢdırılmasında, Ģübhəsiz, böyük bir fayda vardır. 

Eyni dövrdə, eyni Ģərtlər daxilində, eyni nəslə mənsub olaraq yaĢayan, dürlü 

zamanlarda,  dürlü  Ģərtlər  altında  Stalinlə  bu  və  ya  baĢqa  Ģəkildə  təmasa  gəlmiĢ 

bulunan  bir  adam  sifətilə  xatirələrimin  ona  aid  olan  qismini  nəĢrə  qərar  verdim. 

Çarlıq  rejiminə  qarĢı  mücadilə  Sovet  istilası  və  əsarəti.  Moskva  yolunda, 



Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə