Məmməd Əmin Rəsulzadə



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə10/25
tarix25.06.2018
ölçüsü0,54 Mb.
#51269
1   ...   6   7   8   9   10   11   12   13   ...   25

-

 

 Bura bax, adamı qaranlıq bir mətbəxdə saxlayırsınız, dərhal onu münasib 



bir otağa köçürün və ailəsinə də onunla görüĢmək imkanı verin, - deyə əmr etdi. 

Ayrıldıq,  gözətçi  bizi  təkrar  mətbəxə  gətirdi.  Məhbus  dostlarını  sevinc 

içində idilər. Abbasqulu arkadaĢımın isə Ģadlığı intəhasız idi. 

Belə ha, demək bu gediĢ “xərclənmə” gediĢi deyilmiĢ!.. 

 

Xüsusi otaq 

 

Ġki-üç saat sonra gözətçi təkrar gəldi. “ƏĢyanızı yığın, yoldaĢ Pankratov Sizi 



münasib bir otağa köçürmək haqqında əmr verdi”, - deyir. 

Mətbəxdəki  dostlarıma  təkrar  bir  hüzn  və  əndiĢə  gəlir.  Bu  hiylə  olmasın 

deyə  düĢündükləri  üzlərinin  ifadəsindən,  gözlərinin  baxıĢından  bəllidir.  Mən 

dostlarımdan  çox  da  ayrılmaq  istəmirəm,  amma  rədd  etmək  də  yaxĢı  düĢməz. 

Baxaq görək sonrası necə olur... Dostlarımla vidalaĢır, gedirəm; gözətçi əĢyalarımı 

arxasına alıb, dalımca gəlir. 

Məni  Pankratovun  özünün  yaĢadığı  mənzilin  yanında  qapısı  müĢtərək 

balkona çıxan xüsusi bir otağa gətirirlər. Çıl-çılpaq olan bu otağın mətbəxdən fərqi 

yerinin  taxta  olması  və  bir  də  çarpayı  yerini  tutan  taxtadan  bəsit  bir  çarpayının 

olmasıdır. 

Payızın  sonları  olduğundan  otaqda  isitmə  sistemi  olmadığından  insanın 

iliklərinə iĢləyən soyuq bir hava var idi. Mətbəxdə heç olmasa əlimizə keçən taxta 

parçalarını,  qəzet  və  sair  kimi  kağızları  yandırır,  bir  az  da  olsa  isinirdik.  Əlavə 

olaraq orada maddi istilikdən baĢqa mənəvi bir hərarət də var idi; bir icma halında 

yaĢayır, dərdləĢirdik. 

Gecəni bu soyuq tənhalıqda keçirərək sabah erkəndən bir fürsətlə balkonun 

kənarına  gəldim  və  oradan  özümün  salamat  olduğumu  göstərdim.  Sevinclərini 

uzaqdan bildirdilər. Abbasqulu hava öpüĢləri göndərirdi. 

Bir  gün  belə  tənhalıqda  keçdi.  Ertəsi  gün  məni  rəfiqəmlə  görüĢdürdülər. 

Evdəki  və  Ģəhərdəki  vəziyyəti  ondan  öyrəndim.  Ona  da  vəziyyəti  söylədim  və 

Stalinlə  olan  söhbətin  xülasəsini  bildirərək,  dostların  nə  düĢündüklərini  və  nə 

tövsiyə etdiklərini öyrənib, gəlməsini istədim. 

Beləliklə, dostlarla aramızda bir  əlaqə yaranmıĢ oldu. Bu vasitə ilə Ģəhərdə 

olub-keçənlər  haqqında  əməlli-baĢlı  məlumat  ala  bildim.  Bizim  tutularaq  Ģəhərə 

gətirilməmizin  ümumi  bir  həyəcan  doğurduğunu,  rəsmi  hökumət  xəbərinin  bu 

həyəcanı  sakitləĢdirmək  məqsədilə  belə  bir  diplomatik  əda  ilə  yazılmıĢ  olmasının 

səbəblərini  öyrəndim.  Dostum  Heydər  xan  Əmioğlunun  mənim  xatirimə  etdiyi 

cəsuranə  demarĢın  təfsilatını  xəbər  aldım.  Dostlar  Moskvaya  getməyimi  daha 

münasib bilirlər. Çünki burada qalmaq təhlükəli imiĢ, hər cür sürprizlərə hər zaman 

məruz qala bilərəmmiĢ. 



 

 


Vəziyyətimizin aydınlaşmasını istəyirəm 

 

Bir-iki  gün  də  keçdi.  Stalinin  bizə  vəd  etdiyi  “azadlıqdan”  bir  əsər-əlamət 



yoxdur...  ƏndiĢəm  artır.  Vəziyyəti  aydınlaĢdırmaq  üçün  ağlıma  bir  tədbir  gəlir. 

Pankratovla görüĢürəm; ona: 

- ĠĢim, münasibətlərində qətiyyət və aydınlıq sevən bir partiyanın əlindədir. 

YoldaĢ Stalinə  çatdırın:  vəd etdiyi azadlıq  mənə  həqiqətən  rəva  görülübsə, bu  nə 

zaman  gerçəkləĢəcək?  Bu  bir;  sonra  mənim  iĢimlə  əlaqədar  Məhəmməd  Əli  ilə 

Abbasqulu  da  tutulmuĢlar.  Bunların  da  mənimlə  bərabər  azad  olunmasını  rica 

edirəm. Sonra, Moskvaya getməli olsam, orada tamamilə sərbəst ola biləcəyəmmi? 

“Mənim iĢim” təbirini xüsusi vurğu ilə dedim. Çünki dostum Abbasqulu ilə 

bərabər  həbs  edildiyimi  bilirsiniz;  Məhəmməd  Əli  də  son  dəfə  bizimlə  əlaqə 

saxladığı üçün həbs edilmiĢdir. Bundan baĢqa ta çarlığa qarĢı mübarizə illərindən 

bəri  sıx  əlaqələrlə  bir-birimizə  sıx  bağlı  idik.  Məhəmməd  Əli  də  Abbasqulu  kimi 

müxtəlif vaxtlarda gizli fəaliyyət sahələrində birgə məsuliyyət daĢıyan yoldaĢlarım 

olduğu kimi milli hərəkatın son illərində də mənimlə eyni sırada olmuĢdu. 1911-ci 

ildə  Bakıda  “Müsavat”  firqəsinin  təĢəkkülündə  bu  iki  dost  mərhum  Nağı 

oğullarından Nağı ilə birlikdə gizli təĢkilatın ilk üçlüyünü təĢkil etmiĢdilər. 

Pankratov xahiĢimi Stalinə çatdıracağını deyir, ayrılmaq üzrə ikən mümkün 

edə bilərsə, məni təkrar mətbəxə köçürməsi üçün əmr verməsini xahiĢ edirəm: 

-

 



 Mənə  ayırdığınız  otaq,  Ģübhəsiz,  daha  təmiz,  havalı  və  müstəqildir, 

təĢəkkür  edirəm;  fəqət  orada  yoldaĢlarımla  birlikdə  bir  yerdə  idim,  məni  təkrar 

yoldaĢlarımın yanına qovuĢdurmaq lütfünü əsirgəməyin, - dedim. 

-

 



 YaxĢı, - dedi, ayrıldıq. 

Təkrar  mətbəxdəyəm.  Məhbus  yoldaĢlarımla  bir  neçə  günlük  ayrılıq 

həsrətini  ortadan  qaldırır,  duyduqlarımız  (eĢitdiyimiz)  yeni  hadisələri  bölüĢdürür, 

dərdləĢirdik. 



 

Yoldaş Stalin inciyib 

 

Gözətçi  Pankratovun  məni  təkrar  çağırdığını  xəbər  verir,  gedirəm.  “Osobı 



otdel” Ģefi ciddi əda ilə: - YoldaĢ Stalin Sizdən inciyib, - deyir. 

Diqqət kəsilirəm. Üzümdəki sualı sezən Pankratov davam edərək Stalinin: 

-

 

 YoldaĢ  Rəsulzadənin  etimadsızlığını  haradan  qazandıq.  Mənim  vədimə 



niyə Ģübhə edir?! - sözlərini çatdırdıqdan sonra cavab gözləmədən Stalinin adından 

bunları deyir: 

-

 

 Mən  bir  neçə  gün  də  buradayam.  Siz  (yəni  mən)  mənimlə  bərabər 



Moskvaya  gedəcəksiniz.  Sizi  Moskvaya  gedəcəyimiz  gün  sərbəst  buraxacaqlar. 

Ġstəsəniz  ailənizi  də  Özünüzlə  götürə  bilərsiniz.  Moskvada  tamamilə  sərbəst 

olacaq,  həm  mənim,  həm  də  Sovet  hökumətinin  himayəsində  olacaqsınız.  Ailəniz 



Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə