Məmməd Əmin Rəsulzadə



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə18/25
tarix25.06.2018
ölçüsü0,54 Mb.
#51269
1   ...   14   15   16   17   18   19   20   21   ...   25

komissarlıq  xizəyi  ilə  gələrək  bizi  də  evdən  götürür.  Birlikdə  stansiyaya  gəlirik. 

GecikmiĢik. Nümayəndələri aparan qatar on dəqiqə əvvəl hərəkət edibmiĢ... 

Ġndi nə olacaq? - deyə Berzanovski böyük bir qüssə ilə stansiya Ģefinə: 

-  Bu  necə  ola  bilər,  yoldaĢ  Stalin  əmr  edib,  yoldaĢ  Məhəmməd  Əli  bu 

qatarla gedəcəkdi?.. 

Stansiya Ģefi: 

-  YoldaĢ direktor, üzülməyin, hələ ki, gec deyil, əlacı var. Qatar iki stansiya 

irəlidə  su  almaq  üçün  yarım  saata  qədər  gözləyəcək;  xüsusi  bir  lokomotivlə  bir 

vaqonu elə indi yola salarıq, yoldaĢ onunla gedər, nümayəndə qatarına yetiĢər. 

Berzanovski: 

-  Bravo,  yoldaĢ  Ģef!..  -  deyə  dərin  bir  nəfəs  aldı.  On  dəqiqə  sonra 

“Məhəmməd  Əlinin  xüsusi  qatarı”  hərəkət  etdi,  arxasınca  bir  də  onu  gözləsinlər 

deyə bir teleqram vuruldu. 

Kontr-revolyusioner  müsavatçı  Məhəmməd  Əlini  aralarında  Orconikidze, 

dr.  Nəriman  Nərimanov,  Qorxmazov,  Ter-Mikaelyan  və  sairləri  kimi  bolĢevik 

baĢçıları  olan  8-ci  Kommunist  Partiyası  nümayəndələrini  aparan  xüsusi  qatar 

gözləyib durmalıdır; çünki... 

YoldaĢ Stalinin əmri icra ediləcək!.. 

Məhəmməd  Əli  getmiĢ,  bir  müddət  Bakıda  qalmıĢ,  vəziyyət  haqqında 

dolğun  məlumatlarla  yüklü  olaraq  geri  dönmüĢ,  fəqət  səyahətinin  “əsl  mövzusu 

olan” materialları tapıb gətirə bilməmiĢdi. 

Əslində biz xatırlatmadıqca bunları axtaran da yox idi. 



 

Abbasqulu Butırkadan çıxır 

 

Kommunist  Partiyası  mərkəzi  bürosundan  Berzanovskiyə  telefon  edib, 



Rəsulzadəni  dostu  Abbasqulu  Kazımzadə  axtarır  deyiblər.  Dərhal  getdik. 

Dostumuzu yanımıza gətirdik... Ġndi üçümüz - mən, Məhəmməd Əli və Abbasqulu 

-  bir  otaqda  yaĢayırıq.  Abbasqulu,  xatırlayarsınız,  Stalinin  mənə  verdiyi  ilk  sözə 

görə  Moskvaya  bizimlə  bərabər  gələcəkdi.  Son  dəmdə  ona  bu  “Ģərəfi”  vermək 

istəmədilər.  Yerli  kommunistlərin  ona  qarĢı  xüsusi  bir  nifrəti  vardı.  Ġdeoloji 

mübarizə  illərində  onlan  ən  çox  pozan,  məğlubiyyətə  uğradan  o  olduğundan  onu 

mütləq incitmək və hər cür həqarətlə “alçaltmaq” istəyirdilər. 

Abbasqulunu  Moskvaya  canilərə  məxsus  adi  sürgün  eĢolonunda 

göndərmiĢdilər;  həbsxanadan-həbsxanaya  keçə-keçə  o,  nəhayət,  Moskvanın 

Lubyanka deyilən meydanındakı məĢhur Butırka zindanına salınmıĢdı. Bir müddət 

burada da “staj” keçdikdən sonra qapıları açmıĢ, onu küçəyə atmıĢdılar. 

Abbasqulunu  bir  iĢə  qoymaq  lazım  gəlirdi.  Onun  üçün  Berzanovskinin 

bələdçiliyi  ilə  yenə  Stalinin  yanına  getdik,  bu  zaman  o  Millətlər  Komissarlığı, 

qısaca  Narkomnats  (rusca  Narodnıy  komissariat  nasionalnostey  sözlərinin  baĢ 

hərflərindən ibarətdir) Nazirliyi Xalq komissarı (naziri) idi. 



Millətlər Komissarlığı nazirinin otağında görüĢdük. Əvvəllər məĢğul olduğu 

dəftərxana məmulatı ticarətinə münasib olaraq Abbasquluya yeni yaranmaqda olan 

komissarlığında  təchizat  məmurluğu  verilməsi  üçün  Stalin  Berzanovskiyə  təlimat 

verdi. 


 

Türkiyəyə gedə bilərəmmi? 

 

Abbasqulunun iĢi ilə əlaqədar görüĢdüyüm əsnada Stalin: 



- Necə yaĢayır, nə düĢünür, nə edirsiniz? - deyə hal-əhval tutdu. 

-

 



Xırda-mırda iĢlərlə, gündəlik həyat zərurətlərilə məĢğulam, - dedim. 

-

 



Həyat deyilən Ģey əslində elə xırda-mırda iĢlərdən ibarətdir, hər halda bir 

perspektiviniz vardır, - dedi. 

-

 

Moskvada qaldıqca bir perspektivim yoxdur, - dedim. 



-

 

Bəlkə Türkiyəyə gedəsiniz? - dedi. 



-

 

Hm.„  - deyə bir az düĢündüm, sonra,  - bəli,  - dedim.  -  Artıq Türkiyə ilə 



tam  anlaĢmıĢ  vəziyyətdəsiniz...  Bəlkə  də  mənim  oraya  getməyimə  bir  maneə 

yoxdur.  Ġcazə  versəniz  bundan  məmnuniyyətlə  istifadə  edərəm,  nə  deyirsiniz?..  - 

deyə cavab verdim. 

-

 



Stalin  dərhal  qalxdı.  Bığlarını  buraraq  otağın  içində  o  tərəf  -  bu  tərəfə 

gedərək... 

-

 

Bu qərardan vaz keçin, - dedi. 



-

 

Qərar  deyilən  bir  Ģey  yoxdur,  bu  fikri  indicə  mənə  əslində  siz  təlqin 



etdiniz, - dedim. 

-

 



Yox, təlqin etməmiĢ olum, - dedi. 

Məsələ  aydınlaĢdı.  Moskva  yolunda  ikən  müəyyən  ideoloji  nümayəndələri 

olan müxaliflərə qarĢı Sovet hökumətinin mərhəmət göstərdiyindən hətta Ukrayna 

Ģeflərindən  Verniçenkoya  xaricə  getmək  üçün  izhar  etdiyi  arzunu  təmin  edərək 

rəsmən icazə verilmiĢ olduğundan danıĢan Stalinin artıq bunu bir daha təcrübədən 

keçirmək  niyyətində  olmadığı  məlum  oldu  (bolĢeviklərin  Ukrayna  haqqındakı 

tədbirlərini təqdir edən Verniçenkonun xaricə çıxdıqdan sonra fikrini dəyiĢdirərək 

sovet dövlət adamlarına qarĢı  müxalif bir Ģəkildə danıĢmasından bəhs edən  Stalin 

təcrübədən keçmiĢ bir iĢi ehtimal ki, bir daha təcrübə etmək niyyətində deyildi). 

 

Yeni mənzil, yeni məşğələ 

 

“Təchizat  məmuru”  Abbasqulu  dostumuzun  təĢəbbüsü  ilə  üçümüzə 



Millətlər  Komissarlığının  idarəsində  Pereçistenski  bulvarda  yerləĢən  binada  iki 

otaqdan  ibarət  yeni  bir  mənzil  ayrıldı.  Bu  arada  ġərq  Dilləri  Ġnstitutunda  (sabiq 

Lazarev Ġnstitutu) fars və rus dilləri müəllimliyinə təyin olundum. Bu təyinatı mənə 

həmin  institutun  müdirliyinə  təyin  olunmuĢ  tatar  ziyalılarından  tanıĢım  Ġsməti 

təmin  etmiĢdi.  Az  bir  vaxtda  buradakı  ĢərqĢünaslarla  yaxĢı  münasibətlər,  hətta 



Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə