Məmməd Əmin Rəsulzadə



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə20/25
tarix25.06.2018
ölçüsü0,54 Mb.
#51269
1   ...   17   18   19   20   21   22   23   24   25

müzakirələrdə lütfən tərcümanlıq vəzifəsini qəbul etməyim üçün müraciət edərsə, o 

zaman baĢqa, bu bir Ģərəf iĢi sayıla bilərdi. BaĢqa cür bu iĢ olmaz. Məmur:

 

-  YaxĢı,  eĢitdiklərimi  ərz  etmək  üçün  gedim,  sonrasını  fikirləĢərik,  -  dedi 



getdi.

 

Bir  neçə  gün  sonra  Ġnstitutdayam.  Sizi  axtarırlar,  dedilər.  Baxdım  bizim 



xarici iĢlər məmuru.

 

-  Qapıda  Sizi  avtomobiliniz  gözləyir.  Çiçerin  yoldaĢ  Sizi  əfqan  elçilərinin 



gəlməsi  münasibəti  ilə  təĢkil  ediləcək  təntənəyə  dəvət  edir.  Ġndi  isə  heyət  üzvləri 

ilə öncədən tanıĢ olmaq məqsədi ilə dəvət olunmuĢ Ģəxslərdən bir qismi ilə bərabər 

stansiyaya getməliyik.

 

O  anda  məni  bir  narahatlıq  bürüdü,  “dilimin  bəlasınamı  düĢdüm?”  -  deyə 



içim sıxıldı. Fəqət bu anda maĢına minməkdən baĢqa bir yol yox idi.

 

Tanıdığım  məmurdan  baĢqa  maĢında  iki  məmur  da  var  idi.  Bunlar  mənə 



uzun-uzadı  əfqanlara  aid  istiqbal  proqramını  baĢa  salır,  bu  proqrama  görə  təĢkil 

olunacaq  qəbul  təntənələrinə  digər  Sovet  xadimləri  ilə  bir  səviyyədə  tutulacaq 

müsafir sifətilə iĢtirak edəcəyimi və yoldaĢ Çiçerinin də məndən mütərcimlik xahiĢ 

edəcəyini deyib dururdular. 

Bütün  bu

nları  tam  bir  sükutla  qarĢılayan  məni  narahat  edən  əsl  Ģey 

düĢdüyüm bu tələdən necə sıyrılıb çıxacağım düĢüncəsi idi. 

MaĢın  dayandı.  Stansiyaya  gəlmiĢdik.  Perronda  bir  az  duracaq, 

müsafirləri  gözləyəcəkdik.  Mərasimə  məsul  olan  adam  mənə  yanaĢdı, 

səfarət  heyətini  istiqbal  üçün  istifadə  olunacaq  sözləri  eynilə  tərcümə 

etməmi xahiĢ etdi. Mən əvvəlcə tanıĢ olduğum məmura: 

-

 



ġərtimiz bu deyildi, - dedim. 

O, yenidən heyrətlə: 

-

 

Niyə belə edirsiniz? - deyə vəziyyəti heç cür baĢa düĢmür. 



Nəhayət, səbrim tükəndi, ona: 

- Çətin də olsa, yoldaĢ Çiçerinin bir qəzaya uğrayaraq mühacir və ya 

sürgünə  göndərilmiĢ  bir  adam  vəziyyətinə  düĢdüyünü  fərz  edək.  Bu 

vəziyyətdə  o,  adi  bir  mütərcimlik  vəzifəsini  özünə  rəva  görərdimi?  - 

deyirəm. 

Məmur lap özünü itirir: 

-

 

Bu  nə  sözdür?  -  deyir  və  dərhal  enerjili  bir  jestlə  perronun  ta  o 



baĢında  duran  digər  yoldaĢları  ilə  danıĢmaq  üçün  addımlayır,  bu  əsnada 

içimdən bir səs: 

-

 

Nə durursan!.. - deyir. 



Tez perrondan çıxıb, hərəkət etməkdə olan tramvaya minirəm. Məni 

təhdid edən “Ģərəf”dən bu surətlə azad oluram. 




Səfarəti gətirən qatarın bir saata qədər gecikməsi məmurları müĢkül 

vəziyyətdən  qurtarır.  Ġnstitutdakı  dosentlərdən  birinin  cəlb  edilməsi  ilə 

istiqbal mərasimi birtəhər baĢ tutur. Bunu öyrənincə mənim də narahatlığım 

bir az azalır. 

Ertəsi  gün  Ġnstitutdakı  dostlar  məni  tələdən  qaçıb  qurtarmağım 

münasibəti ilə təbrik edirlər. 



 

Müsəlman qəhətzədələrinə yardım cəmiyyəti 

 

1921-ci  ildə  Ġdil  (Volqa)  çayı  çevrəsində  qorxunc  bir  qəhətlik  və 

aclıq olmuĢdu. Buralarda öz  əzizlərini yeyən insanların olması danıĢılırdı. 

Deyirdilər  ki,  qida  maddəsi  olan  torpağı  bölüĢdürə  bilməmək  üzündən 

kəndlilər  silahlanaraq  bir-birinin  üstünə  hücum  çəkmiĢlər...  Aclığın 

doğurduğu  səfalət  haqqında  bu  cür  tükürpədici  təfsilat  ağızdan-ağıza 

təkrarlanıb  gedirdi.  Ġnqilabi  hadisələr  və  vətəndaĢ  müharibəsinin  bir 

nəticəsi  olaraq  yaranmıĢ  bu  səfalət  üzündən  iyirmi  milyona  yaxın  adam 

ölüb 

getmiĢdi. 



Qəhətzədələrə yardım məqsədi ilə Moskvada yaĢayan bəzi ictimai xadimlər 

tərəfindən “Qəhətzədələrə ümumi yardım cəmiyyəti” adı ilə xüsusi bir təĢkilat təsis 

edilmiĢdi.  Bu  cəmiyyət  cürbəcür  vasitələrlə  ianələr  toplayır  və  aclıq  çəkən 

rayonlara xüsusi dəstələr göndərərək yardım edirdilər. 

Moskvada  yaĢayan  tatar  (müsəlman)  ziyalılarından  bir  qrupu 

qəhətzədələrdən  çoxunun  türk  və  müsəlman  əhalidən  ibarət  olduğunu  nəzərə 

alaraq,  “Qəhətzədələrə  yardım  cəmiyyəti”  adı  ilə  bir  komitə  təĢkili  üçün  rəsmi 

məqamlara  müraciət  etmiĢdilər.  Bu  məqsədlə  yazılmıĢ  müraciətlərini  Leninin 

katibi  cəsarətverici  bir  mehribanlıqla  qarĢılamıĢ,  fəqət  bu  kimi  məsələlərdə  söz 

sahibi olan yoldaĢ Stalinlə də bir kərə danıĢmaq lazım gəldiyini bildirmiĢdir. Stalin 

isə  o  zaman  Moskvada  deyilmiĢ,  yaxında  qayıdacaqmıĢ,  onda  bu  məsələ  üçün 

onunla görüĢmək gərək imiĢ. 

Qeyd olunan bu münasibətdən həvəslənən Moskvadakı müsəlman ziyalıları 

indi  görəcəkləri  iĢlərin  planını  çəkir;  Müsəlman  Komitəsi  adından  bütün  islam 

dünyasına  bəyannamələr  yayaraq  müsəlman  qəhətzədələrinə  yardım  üçün 

müsəlman  Ģəfqəti  naminə  din  qardaĢlarının  riqqəti  təhrik  olunacaq  və  nəticədə 

Hindistan, Misir, Türkiyə, Ġran, Əfqanıstan və sairə kimi məmləkətlərdən, Ģübhəsiz 

ki,  böyük  miqdarda  ianələr  gələcək,  zavallı  millətdaĢlarımızın  bu  surətlə  olsun 

ələm və iztirabları bir az da olsun azalacaqmıĢ. 

Moskva  müsəlman  ziyalıları  niyyətlərini  mənə  açdılar,  mənim  də  bu 

təĢəbbüsə  qoĢulmamı  istədilər.  Hətta  yaxında  Moskvaya  qayıdacaq  Stalinə 

müsəlman  ziyalıları  adından  göndəriləcək  heyətə  mənim  də  daxil  olmamı  arzu 

etdilər.  Onlara  xam  xəyallara  qapıldıqlarını  dedim.  DüĢünülən  bu  təĢkilata  Sovet 



hökumətinin  hər  Ģeydən  əvvəl  prinsip  baxımından  icazə  verməyəcəyini,  praktik 

məqsədlər üçün olsa belə insanlara din və millət fərqini əsas tutaraq yardım təĢkil 

etməyin kommunist internasionalizmi anlayıĢı ilə uyğun gəlmədiyini xatırlatdım. 

Onlar  mənim  nəzəriyyəçilik  etdiyimi,  məsələnin  isə  felən  həll  edilmiĢ 

olduğunu, iĢin indi yalnız Stalinlə bir dəfə görüĢməyə qaldığını, bunun sadəcə, bir 

formal məsələ olduğunu irəli sürdülər və mütləq mənim də Stalinin yanına gedəcək 

heyətin  tərkibinə  daxil  olmamı  israrla  tələb  etdilər  (Stalinlə  olan  münasibətimi 

mübaliğəli  surətdə  təsəvvür  edən  bunlar  mənim  bu  heyətə  girməmə  xüsusi 

əhəmiyyət verirdilər). Mən bu təĢəbbüsün müsbət bir nəticəyə varacağına inanmır, 

inanmadığım  və  öncədən  nəticəsiz  qalmağa  məhkum  olduğuna  Ģübhə  etmədiyim 

bir  təĢəbbüsdə  faktiki  iĢtirakda  da  bir  məna  görmürəm,  dedim.  Siz  madam  ki,  bu 

təĢəbbüsə giriĢmisiniz, iĢi axıra çatdırın, mənim bədbinliyim özünü doğrultmasa, iĢ 

müsbət bir nəticəyə vararsa, onda mən sizə söz verirəm, əlimdən gəldiyi qədər bu 

iĢə yardım edəcəyəm, - deyə təminat verdim. Heyət getdi. Stalinlə görüĢdü gəldi. - 

Necə oldu? - dedim. 

-Necə  olacaq,  əla!  Stalin  bizi  gözəlcə  qəbul  etdi.  Sizin  bədbinliyinizə 

qətiyyən  əsas  yoxdur.  Projelərimizi  (lahiyələrimizi)  çox  faydalı  və  müsbət 

qiymətləndirdi! 

- Ey?... 

- Yalnız bir dəfə də müsəlman kommunistlərdən soruĢaq, - dedi. 

- Müsəlman kommunistlər bu iĢin mümkün olmayacağını deyəcəklər, təbii, 

- dedim. 

Elə  də  oldu.  Qəti  cavabı  almaq  üçün  gedən  heyətə  Stalin  “böyük  bir 

təəssüflə”: 

- Müsəlman kommunistləri bu iĢin əleyhinədirlər, - demiĢdi. 

 

Azərbaycanı Azərbaycana bitişdirməlimi: 



 

Məhəmməd  Əli  küçədə  Bakıdan  yeni  gələn  Orconikidzeyə  rast  gəlmiĢ, 

Orconikidze Stalinin bizi görmək istədiyini və gəlsək Kremldə bizi qəbul edəcəyini 

demiĢdi. 

Orconikidze  qafqazlı  bolĢeviklərin  qocamanlarındadır.  Stalinin  əski 

mübarizə  yoldaĢı  idi.  Qafqazın  sovetləĢdirilməsində  mühüm  bir  rol  oynamıĢdı. 

Bəhs  etdiyimizi  dövrdə  də  böyük  komissarlıqlardan  birini  tutmuĢdu.  Stalinin  ən 

yaxın,  sevdiyi  və  təqdir  etdiyi  Ģəxslərdən  idi.  Məhəmməd  Əli  ilə  çarlığaqarĢı 

bərabər aparılan mübarizə dövründə tanıĢ olmuĢdular. Çar  polisinin təqibinə qarĢı 

Məhəmməd  Əli  onu  müəyyən  bir  vaxt  saxlamıĢdı.  Bir-biri  ilə  sənlə  danıĢırdılar. 

Dəvəti  qəbul  etdik.  Təsbit  olunan  gün  günorta  vaxtı  Kremlin  bayır  qapısındayıq. 

Məqsədimizi  dedik.  Gözətçi  bizi  baĢdan-ayağa  süzdü.  Ġçəri  zəng  etməyə  çox  da 

cəsarət  etmir,  tərəddüd  edirdi.  Kim  bilir  nə  düĢünmüĢdü.  Bu  əsnada  onu  ta 

Ġstanbuldan tanıdığım Kamo peyda olur. 




Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə