Məmməd Əmin Rəsulzadə



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə19/25
tarix25.06.2018
ölçüsü0,54 Mb.
#51269
1   ...   15   16   17   18   19   20   21   22   ...   25

dostluq yaratdım. Bunlardan birinə ədəbi mətnləri oxumaqda yardım göstərmiĢdim. 

O, bir gün mənə: 

- Sizdən soruĢmadan bir iĢ eləmiĢəm; sizə bir akademiya payı təmin etdik, - 

dedi. 


Bütün  instituta  iki  akademiya  payı  –  “alimlərə  məxsus  ərzaq  təyinatı” 

varmıĢ. Payları bölüĢdürən  heyətdə  bizim professor da  sözü  keçən  üzvlərdən biri 

imiĢ.  Bizim  mənsub  olduğumuz  institut  professorlarından  bu  iki  paya  ona  qədər 

namizəd  varmıĢ.  Dostum  bu  paylardan  birinin  mənim  üçün  ayrılmasına  müvəffəq 

olubmuĢ. 

Ona təĢəkkür etdim. Akademiya payı deyib üstündən keçməyin. Kommunist 

inqilabının o hər tərəfdə qəhətlik doğuran bir zamanında ağ un, Ģəkər, çay, qəhvə, 

ət, yağ, çörək və sairədən ibarət bir ərzaq təyinatı tapmaq həddindən artıq qayani-

təĢəkkür  ikən,  bunu  dostluğun  həqiqi  bir  təzahürü  olaraq  almaq  həqiqətən  də 

təminedici bir Ģeydi. 

Yeni mənzil ilə yeni məĢğələ sürgündəki həyatımıza bir az fərəh gətirmiĢdi; 

yeni  tətbiq  olunan  “nep”  siyasəti  nəticəsində  Ģəhərlər  arasında  artan  xüsusi  gəliĢ-

gediĢlər  sayəsində  məmləkətdə  təmaslar  da  artırdı.  Maddi  cəhətdən  olduğu  kimi, 

mənəvi cəhətdən də nisbətən rahat bir nəfəs almağa baĢlamıĢdıq. 



 

Şərqşünaslar cəmiyyətinin sədri 

 

Bir  gün  Millətlər  Komissarlığının  baĢ  katibi  Braydo  görüĢmək  üçün  məni 



komissarlığa dəvət etdi. Təyin olunan saatda onunla komissarlığın komissara (yəni 

Stalinə) məxsus otağında görüĢdük. Məsələ demə nə imiĢ... 

Millətlər  Komissarlığı  ġərqi  öyrənmə  iĢlərilə  məĢğul  olacaq  elmi  bir 

cəmiyyət təĢkilinə qərar vermiĢdir. Rusiyanın tanınmıĢ ĢərqĢünaslarından təĢəkkül 

edəcək  bu  cəmiyyətdə  sovetlərdəki  millətlərin  elm  sahəsində  nüfuz  sahibi  olan 

nümayəndələri  də  iĢtirak  edəcək;  mən  də  bu  cəmiyyətin  sədrliyini  öhdəmə 

götürəcəyəmmiĢ. 

Bu  göstərilən  diqqətə  təĢəkkür  etməklə  bərabər,  belə  bir  cəmiyyətə  sədr 

olmayacağımı dedim. 

- Nə üçün? – dedi. 

-  Hər  Ģeydən  əvvəl  özümü  hər  kəsdən  daha  yaxĢı  tanıdığım  üçün.  Mən 

davamızla bağlı olaraq müəyyən qədər elmlə məĢğul olsan özümü, ad və san sahibi 

məĢhur alimlərin iĢtirak edəcəyləri səlahiyyətli bir elm müəssisənin sədri olacaq bir 

səlahiyyətdə görmürəm.  

Braydo israr etdi. 

- Lüzumsuz bir təvazökarlıqdır bu! – dedi. 

-  Xeyr,  söylədiyim  bir  həqiqətdir.  Sizinki  isə  mübaliğəli  bir  iltifatdır,  - 

dedim. 



Braydo  təkrar  israr  etdi.  “Əllamə”  olduğumu  mənə  isbata  çalıĢdı.  Mən  də 

belə  olmadığımı  söyləyib  durdum.  O,  yoldaĢ  Stalin  Sizdən  bu  vəzifəni  qəbul 

etmənizi Ģəxsən rica edir, deyə ən qüvvətli arqumentini iĢə saldı.  

Mən də: 


- Ona mənim tərəfimdən təĢəkkür edin, fəqət üzrümüzü də yetirin, - dedim. 

O, yenə israr etdi, təkrar Stalinin nüfuzunu istinad etdi. Baxdım ki, məsələ 

ciddi bir Ģəkil alır. Taktikamı dəyiĢdirdim: 

-  Mən  səlahiyyət  sahibi  dünyaca  məĢhur  ĢərqĢünasların  toplaĢdıqları  bir 

cəmiyyətə  sədr  olmaq  ədəbsizliyini  boynuma  götürə  bilmərəm,  fəqət  çox  arzu 

edilirsə, bu cəmiyyətdə sıravi bir üzv kimi iĢləyə bilmərəm bəlkə... – dedim. 

Braydo bu yumĢalmadan məmnun bir əda ilə dərhal:  

- YaxĢı, üzv olun, - dedi. 

- Fəqət bunun Ģərti var, - dedim. 

- Nədi o Ģərt? 

- Təsəvvür olunan cəmiyyətin nizamnaməsini bir kərə tədqiqə nə ehtiyac? 

-  Nə  olsa  da,  hər  nizamnaməni  nə  qədər  normal  olsa  da  bir  kərə  tədqiq 

etmək iĢə ciddiyətlə əhəmiyyət verən hər bir kəsin görəcəyi normal iĢdir, - dedim. 

- Nizamnamə yalnız bir nüsxədir, onu çoxaltmaq elə bir iĢ deyil, - dedim. 

- YaxĢı, - dedi, ayrıldıq. 

Bir  neçə  gün  sonra  nizamnamənin  istəyim  surəti  gəldi.  Tədqiq  etdim. 

Maddələrindən  birində  üzvlərin  51  faizi  Kommunist  Partiyası  nümayəndələrindən 

olmasının zəruri olduğunun yazıldığını gördüm.  

-  Hə!  –  deyə  dərin  bir  nəfəs  çəkdim  və  dərhal  son  qərarımı  Braydoya 

bildirdim; ġərqĢünaslıq cəmiyyətinə  üzv belə  olmayacağam,  -  dedim,  -  çünki bu, 

elmi deyil, siyasi bir cəmiyyətdir.  

 

Şərq millətləri kommunist universiteti professorluğu 



 

Braydonun təklifindən bir ay sonra Pereçistinski bulvardakı mənzilimizə üç 

gəncdən  ibarət  bir  heyət  gəlir.  Bu,  Moskvada  yeni  təsis  olunan  “ġərq  millətləri 

kommunist  universiteti”  tələbələri  adından  göndərilmiĢ  xüsusi  bir  heyətdir.  Bu 

universitet  ġərq  məmləkətlərində  kommunizmi  yaymaq  üçün  propaqandistlər 

yetiĢdirmək məqsədilə yaradılmıĢdır. Heyətin üç üzvündən biri bakılı, biri gəncəli, 

biri  təbrizli  idi.  Demək,  “bütün  Azərbaycan”  bizimlə  görüĢməyə  gəlmiĢdi.  Gənc 

yurddaĢlarımı əhəmiyyət və diqqətlə dinlədim. Onlardan biri nə  üçün gəldiklərini 

dedi. 

-  Universitetimizdə  “ġərq  ellərində  inqilab  hərəkatları”  kafedrası  boĢdur,  - 



dedi.  -  Buraya  təyin  edilmək  üçün  səlahiyyət  sahibi  bir  professor  axtarırlar.  Bir 

düĢündük-daĢındıq,  bu  kafedraya  Sizdən  daha  səlahiyyətli  bir  professor  tapılmaz 

qənaətinə  gəldik.  YoldaĢlar  bir  səslə  qərar  verdilər  və  bizi  Sizin  yanınıza 



göndərdilər.  Bu  müəllimliyi  qəbul  etmək  lütfünü  bizdən  əsirgəməmənizi  rica 

edirik. 


-

 

UĢaqlar,  gəldiyinizə  çox  məmnun  oldum.  Azərbaycanın  üç  mühüm 



mərkəzini  təmsil  edən  heyətinizə  müsbət  cavab  verə  bilməyəcəyimə  həqiqətən 

təəssüf etdiyimə sizi inandırıram. 

-

 

Cavabınız niyə müsbət olmasın? 



-

 

Olmaz, uĢaqlar, inciməyin, amma olmaz! 



-

 

Niyə olmaz? 



-

 

Olmaz, çünki müəllim ilə tələbə arasında hər Ģeydən əvvəl bir səmimiyyət 



olması  Ģərtdir.  Mənim  söyləyəcəklərimi  siz  daima  qeyd-Ģərtlə  qəbul  edəcək,  bu 

müsavatçı  əcəba,  hadisələri  doğrumu  izah  edir?  -  deyə  düĢünəcəksiniz.  Mən  də 

daima  mənim  söylədiklərimi  bu  kommunistlər  əcəba,  tam  bir  etimadla 

dinləyirlərmi?  -  deyə  düĢünəcəyəm.  Nə  məndən  sizə  yaxĢı  bir  müəllim,    nə  də 

sizdən mənə yaxĢı bir tələbə olmaz! 

 

Əfqanıstan səfarətini istiqbal 

 

Qapım döyülür, “gəlin” - deyirəm. Ġçəri tanımadığım birisi girir. 



-  Mən,  -  deyir,  -  Xarici  ĠĢlər  Komissarlığının  məmurlarındanam.  Stalin 

yoldaĢın tövsiyəsi ilə Çiçerin yoldaĢ məni Sizin yanınıza göndərdi. 

- Nə olub, xeyir ola?! 

- Əfqanıstan bir səfarət gəlir. Onları qarĢılamaq üçün onlara sovet hükuməti 

adından farsca xitab etmək lazımdır. Fars dilində isə Moskvada Sizdən yaxĢı bilən 

yoxmuĢ.  YoldaĢ  Stalin  bu  iĢ  üçün  yoldaĢ  Çiçerinə  Sizi  tövsiyə  etmiĢdir.  Bu  iĢi 

lütfən öhdənizə götürün. 

- Təəssüflər olsun, edə bilmirəm.  

Sovet  xariciyyə  məmuru  gözləmədiyi  bu  cavab  qarĢısında  özünü  itirdi. 

Çiçerin və Stalinin ricalarından  ibarət olan bir təklifi ġərq Dilləri Ġnstitutunun bir 

müəllimi hansı cəsarətlə rədd edir, - deyə düĢündüyünü ifadə edən bir heyrətlə: 

- Niyə?!  - deyir. 

Bu  “niyə”nin  cavabını  səmimi  olaraq  vermək  Bakıda  “Osobı  otdel”dəki 

müstəntiqə  cavab  verməkdən  daha  müĢküldür.  Ona  tərcümeyi-halımı  və  siyasi 

vəziyyətimi açıb söyləyəcək deyildim ki... 

-  Edə  bilmərəm,  heç  edə  bilmərəm,  -  deyib  dururdum.  Məmur  əl  çəkmir, 

mütləq rəddin səbəbini öyrənmək istəyir.  

- Adi bir mütərcim vəziyyətinə düĢmək istəmirəm, - deyirəm; baĢa düĢmür. 

- ġərqdən gələn müsafirləri Sovet hökuməti adından qarĢılamaq bir Ģərəfdir. 

Bu fürsətdən niyə istifadə etmək istəmirsiniz? - deyə israr edir. 

- Adi bir mütərcim olmaqda nə Ģərəf varmıĢ, - deyirəm. - Mən Xarici ĠĢlər 

Komissarlığının əfqan heyəti Ģərəfinə tərtib etdiyi bir ziyafət və ya qəbula rəsmən 

dəvət olunan müsafirlər arasında olsam və burada yoldaĢ Çiçerin mənə müsafirlərlə 



Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə