Məmməd Əmin Rəsulzadə



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə13/25
tarix25.06.2018
ölçüsü0,54 Mb.
#51269
1   ...   9   10   11   12   13   14   15   16   ...   25

-

 

Məhəmməd Əli elə indi geri dönsün, materialları gətirsin, - dedi. 



-  Hələlik  qalsın,  birdəfəlik  Moskvada  yerləĢdikdən  sonra  baxarıq,  lazım 

olarsa, Məhəmməd Əli oradan da Bakıya gələ bilər, elə deyilmi? - dedim. 



 

Sultan Məhəmməd Fateh 

 

Stalin bizə bolĢevik partiyasının ona vermiĢ olduğu bir  mövzunu iĢləməklə 

məĢğul  olduğunu  danıĢırdı.  O,  dövlət  və  inqilab  iĢlərindən  boĢ  vaxtlarında 

“Leninizmin  əsasları”  mövzusunu  araĢdırmaqla  məĢğul  idi.  Bu  münasibətlə 

ideoloji və tarixi bəzi məsələlər ətrafında söhbət etməyi sevirdi. Bir gün mənə: 

-

 



Mamed Saltan kimdir? - dedi. 

-

 



Mamed Saltanmı? Bu adı harada gördünüz? - deyə soruĢdum. Yadına sala 

bilmədi. 

Plexanovda görmüĢ olduğunu sonradan baĢa düĢdüm. Demə Mamed Saltan 

dediyi Ģəxs Sultan Məhəmməd Fateh imiĢ. 

Rus  çarlığının  qurucusu  olmaqla  bərabər  çar  mütləqiyyətinin  də  ideoloqu 

sayılan MüdhiĢ Ġvan (Ġvan Qroznı) üçün Presvetov tərəfindən Sultan Məhəmməd 

Fatehin idarəsini xülasə edərək yazılmıĢ bir əsər vardır. Rus sosial-demokratlarının 

məĢhur  ideoloqu  Plexanov  Rusiya  tarixinə  aid  yazdığı  əsərində  bu  kitabdan 

iqtibasla  “Mamed  Saltan”dan  bəhs  etməkdədir.  Stalinin  heç  cür  tanımadığı  və 

öyrənmək istədiyi “Mamed Saltan” elə bu idi: Sultan Məhəmməd Fateh! 



 

Müdhiş İvan bir idealdır 

 

MüdhiĢ  Ġvan  Stalinin  dünya  görüĢündə  çox  kök  salmıĢ,  nümunəvi  bir 



simadır.  O,  bir  dövlətin  ancaq  terrorun  iĢləndiyi  metodlarla  yaradıla  biləcəyinə 

inanır.  Qurucu  bir  dövlət  adamının  ən  təsirli  istifadə  etdiyi  silah  terrordur. 

Mərkəzdən qaçan qüvvələri bir mərkəz ətrafında birləĢdirmək üçün, onun fikrincə, 

Ġvanın  etdiklərindən  baĢqa  bir  hərəkət  qabil  deyildir.  Tarixin  inkiĢaf  amili  xalq 

deyilən  amorf  kütlə  deyil,  inqilabçı  əqəliyyət  (azlıq)  zümrəsidir.  Bu  zümrə 

məqsədə  çatmaq  üçün  müəyyən  bir  plan  qurar,  kütləni  bu  plana  uyğunlaĢdırmaq 

üçün onu zorlayar. Dünyanın bütün inqilabçıları belə etmiĢlər. Stalinə görə MüdhiĢ 

Ġvan da bir növ inqilabçı idi. 

Mən  terrorun  bir  sistem  olaraq  faydalı  olduğunu  düĢmənin  doğru 

olmayacağını  izah  etmək  istədim.  Fransa  inqilabından  bəzi  misallar  gətirməyə 

baĢladım.  

O, bir az dinlərdi və: 

-  Yox,  -  dedi,  yanılırsınız,  terrorun,  hələ  kütləvi  terrorun  tarixindəki  rolu 

mühümdür.  Biz  bolĢeviklər,  təbii  ki,  Ģəxsi  terroru  qəbul  etmirik.  Bunun  faydası 

yoxdur.  Bu,  eserlərin  sistemidir.  Fəqət  kütləvi  terror  baĢqa,  onu  qəbul  və  tətbiq 

edəcəyik. Bunun faydası isə Ģübhəsizdir, - deyə davam etdi. 




-  Bir  adamı  öldürməkdən,  əlbəttə,  bir  Ģey  çıxmaz;  bir  çox  adamı  birdən 

öldürmək ki, kütləvi bir təsiri olsun, - dedi və əlavə etdi: “Biz tərbiyə etmək üçün 

xalqa kütlə halında təlim verəcəyik, bu təlimatımıza asanlıqla uymaları üçün onları 

lazım gəlsə kütlə halında cəzalandıracağıq”. 

 

Demokratiya məfhumuna nifrət 

 

Kütlənin  məntiqlə  qandırılacaq  bir  Ģey  olmadığını  isbat  etmək  üçün  o 

vaxtilə Tiflisdə menĢeviklərdən Xomeriki ilə öz arasında olan bir macəranı danıĢdı. 

- Mən, - dedi.  - Rusiya Sosial-Demokrat Fəhlə Partiyası Mərkəzi Komitəsi 

tərəfindən  (komitənin  baĢında  Lenin  dururdu)  göndərilmiĢdim.  Xomeriki  də  eyni 

Sosial-Demokrat  Partiyasının  Tiflis  TəĢkilatı  Mərkəzinin  nümayəndəsi  idi. 

Əksəriyyəti  fəhlələrdən  ibarət  olan  yerli  partiyaçılar  kütləsi  qarĢısında  mərkəzi 

komitə  ilə  yerli  təĢkilatın  iki  nümayəndəsi  sifəti  ilə  mənimlə  Xomeriki 

görüĢlərimizi izah etdik. Bir həftə tamam mübahisə etdik. Bir neçə dəfə  mən, bir 

neçə dəfə də Xomeriki öz tezislərimizi müdafiə etdik. Nəhayət, münaqiĢələrdən bir 

nəticə  almaq  lazım  gəlirdi.  Bir  qərar  layihəsini  mən,  bir  qərar  layihəsini  də 

Xomeriki  qələmə  alaraq  iclasa  təqdim  etdik.  Ġki  qərar  layihəsindən  birini  səs 

çoxluğu  ilə  qəbul  etməli  idilər.  Halbuki  nə  oldu.  Müvəqqəti  olaraq  ikimizin  də 

iclasdan bayıra çıxmamızı tələb etdilər. Bir az sonra iclas yenidən baĢlandı və bizi 

də çağırdılar. Nə qədər versələr bəyənərsiniz: 

-  Xomeriki  yoldaĢı  çox  sevirik,  illərdir  bizə  baĢçılıq  edir,  onunla  bərabər 

iĢləmiĢik.  Koba  yoldaĢ  da  mərkəzi  komitənin  müvəkkilidir,  onu  da  çox  sevirik. 

DüĢündük-daĢındıq; ən yaxĢısı bu iki yoldaĢı bir otağa salaq, qarĢılıqlı anlaĢmaya 

gəlsinlər, ikisini də təmin edən bir formul tapsınlar, biz də onu qəbul edək, - deyə 

qərar verdilər. 

Bu hekayəni danıĢdıqdan sonra Stalin bizə xitabla: 

-  Xomerikiyə bu da sənin demokratiyan! dedim, - deyir. 

Demokratiyaya  nifrətini  və  inqilabçı  əqəliyyət  prinsipinə,  diktatorluğa 

bəslədiyi simpatiyanı ifadə edən daha bir misal gətirək. 

Rusiya inqilabının əvvəllərində “proletariat” sinfini idealizə etmək bir moda 

idi.  Proletariata  əl  dəyilməz,  proletariat  nə  edərsə  ona  təhəmmül  olunur,  müğayir 

Ģərtlər  ortaya  ataraq  tətil  edərsə  də  onu  zorla  iĢlətmək  olmaz  kimi  düĢüncələr 

xüsusilə  sosialist  partiyalar  tərəfindən  demaqoji  bir  surətdə  “proletar  əfəndilərə” 

təlqin  olunmuĢdu.  Fəhlə  sinfinə  bu  təlqini  aĢılayanların  baĢında  Ģəxsən 

bolĢeviklərin özləri dururdu. Elə bizimlə ilk tanıĢlığında Ģəxsən Stalin də bu sinfi 

seçilmiĢ, qabaqcıl bir sinif deyə öymüĢdü. 

“Ağ”lara  qarĢı  mübarizə  əsnasında  Volqa  boyunda  bir  gəminin  yükünü 

boĢaltmaq  lazım  gəlmiĢ,  sahildəki  fəhlələr  iĢləmək  istəməmiĢlər;  Stalin  o  saat 

onların içindən 20 adamlıq ilk partiyanı dərhal güllələtmiĢ, gəminin boĢaldılmasını 

təmin etmiĢdi. Bunu bizə böyük bir iftixarla danıĢırdı. 



Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə