Məmməd Əmin Rəsulzadə



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə11/25
tarix25.06.2018
ölçüsü0,54 Mb.
#51269
1   ...   7   8   9   10   11   12   13   14   ...   25

burada  qalmalı  olsa,  o  da  Azərbaycan  Sovet  Hökumətinin  himayəsində  olacaq. 

YoldaĢlarınız Məhəmməd Əli ilə Abbasqulu da sizinlə bərabər gedəcəklər. 

Nəticəni  evə  və  onların  vasitəsi  ilə  yoldaĢlara  çatdırdım.  Yolçuluğa 

hazırlaĢır, hərəkət gününü gözləyirik. 



 

Tam yerinə yetirilməyən vədlər 

 

Gözlədiyimiz tarix gəldi. Azadlıq günü azadlıq saatına çevrildi. Məhəmməd 

Əlini saxladığı baĢqa bir həbsxanadan “Osobı otdel”ə köçürdülər, mənimlə birlikdə 

azad etdilər. Fəqət Abbasquludan xəbər yoxdur. Ona icazə verməmiĢlər. 

Məhəmməd  Əli  ilə  birlikdə  ikimiz  də  evə  gəldik.  Mənim  olmadığım  vaxt 

doğulmuĢ iki aylıq oğlum  Azər  yatırdı.  Atasının öpüĢündən oyanan uĢaq ağlayır. 

Onun və digər ailə üzvlərinin və bu anda evə toplaĢan yaxın qohumların üzüntüləri 

və  xeyir-duası  içində  vidalaĢaraq,  qapıda  gözləyən  maĢına  minir,  vağzal  yoluna 

çıxırıq. 

Dükan-bazarı  bağlı,  dərin  bir  hüznə  dalan  Bakının  səssiz,  həzin 

küçələrindən  keçirik.  Vağzala  gəldik.  Moskva  qatarı  gözləyir.  Stalinin  gedəcəyi 

salon-vaqona  mindirildik,  baĢda  Stalin  olmaqla  böyük  sovet  xadimlərindən  Serqo 

Orconikidze,  Budu  Midivani  (Ankarada  milli  Gürcüstan  hökumətinin  elçisi  olan 

Semyon Midivaninin doğma qardaĢı) və baĢqaları burada idi. Stalin bizi qarĢılayır. 

-  Yerli  kommunistlər  Abbasqulunu  sizinlə  bərabər  göndərmək  istəmədilər. 

nədənsə onun əleyhinə böyük hiddət var, - deyir. 

Bir az sonra doktor Nəriman Nərimanov gəlir, bizimlə salamlaĢır və dərhal: 

-  Abbasqulu hanı? - deyə soruĢdu. Abbasquluya icazə vermədilər deyirik. 

O, tam bir heyrət içində: 

-

 



Hm.., biz onun da getməsini demiĢdik... - deyir. 

-

 



Siz ola bilsin ki, demiĢdiniz, amma olan oldu, icazə vermədilər... 

 

 



 


MOSKVA YOLUNDA 

 

Bir  az  sonra  iĢğalçıların  Ģaqraq  qəhqəhələri,  yerlilərin  də  həzin  və   

mütəəssir baxıĢları arasında qatar hərəkət edir. Moskva yolundayıq. Normal Ģərtlər 

daxilində beĢinci gün Moskvada olmalı qatar indi ən azı on beĢ gün yol gedəcək. 



 

Dərbənd divarları nə üçün çəkilmişdir 

 

Ġlk  stansiya  olan  Dərbənddə  bir-iki  gün  qalmaq  lazım  gəlir.  Stalin 

məiyyətilə bərabər TemirxanĢuraya (indi Buynaksk) gedəcək, orada Dağıstan sovet 

muxtariyyətinin təĢkili mərasimində iĢtirak edəcək. Onu müĢayiət edənlər arasında 

o  zaman  Moskvada  intiĢar  edən  “Vostok”  (ġərq)  jurnalının  məĢhur  müdir  və 

mühərriri Mixayloviç (əvvəllər Volontyor adını daĢıyan inqilabçı bir emiqrant) da 

var.  Bu  imza  ilə  “Bakinski  raboçi”  qəzetində  çıxan  məqalədə  tarixi  Dərbənd 

divarlarına  aid  bir  yazı  dərc  edilmiĢdi.  Hələ  Sasanilər  zamanında  çəkilmiĢ,  sonra 

ərəblər  zamanında  təmir  olunmuĢ  bu  divarlar,  Mixayloviçin  məqaləsinə  görə, 

cənubdan  gələn  təcavüzlərə  qarĢı  yaradılmıĢ  bir  sədd  olaraq  təqdim  edilirdi. 

Uzaqdan  görünən  Dərbənd  divarlarına  baxmaqla  bu  məqalənin  həqiqətə  uyğun 

olmadığını  anladım.  Stalin  dərhal  gözlərilə  aradı  və  bir  az  o  tərəfdə  baĢqaları  ilə 

söhbət etməkdə olan Mixayloviçi çağırdı:  

-  Qulaq  as,  -  dedi.  -  Sən  özünü  tarixçi  hesab  edirsən,  bax  Rəsulzadə  nə 

deyir. Dərbənd divarları cənuba deyil, Ģimala qarĢı yaradılmıĢ bir sədd imiĢ... 

 

Salon vaqonda kimlər vardı 



 

Stalinin  salon-vaqonuna  bağlanmıĢ  dəftərxana  vaqonunda  bizə  bir  kupe 

ayrılmıĢdı. Bu vaqonda bizdən baĢqa vaxtilə PolĢanın kiçicik qəsəbələrinin birində 

silah  zavodunda  dəzgahdar  iĢləmiĢ,  indi  Stalinin  dəftərxana  müdiri  olan 

berzanovski rus aristokratlarından dul bir qadınla evli idi. Bu qadın əri ilə bərabər 

dəftərxana  katibliyi  vəzifəsini  daĢıyırdı.  Yanında  əvvəlki  ərindən  8  yaĢlarında  bir 

qızı da var idi.  

Bizim kupenin yanındakı kupeni də əvvəllər Peterburqda (sonra Leninqrad) 

pinəçilik edən vaqon bələdçisi, simpatik Davidov iĢğal etməkdə idi.

 

Dəftərxana  vaqonu  bizim  üçün  eyni  zamanda  vaqon-restoran  idi. 



Yeməyimizi Berzanovski ailəsi və Davidovla birlikdə elə burada yeyirdik.

 

Uzun  sürən  yolçuluğumuzun  yeknəsəq  olduğunu  söyləsək  həqiqətə  çox  da 



uyğun  olmaz.  Hər  səhər  qalxanda  kupeni  taxtabitilərdən  təmizləmək  tualetimizin 

zəruri  iĢlərindən  idi.  Bununla  belə  dəftərxana  süfrəsində  aylarla  çəkdiyimiz 

sıxıntının  əvəzini  çıxır,  Azərbaycanın  qara  kürüsünü  qırmızı  vaqonda  öz  halal 

malımız kimi yeyirdik.

 

 



Stalinin xatirələri 

 

Yolçuluğun verdiyi fürsətlərdən istifadə edərək Stalin bizi arabir öz salon-



vaqonuna  çağırırdı.  Bəzən  də  dəftərxana  vaqonuna  gələrək  oradakılarla  ordan-

burdan danıĢırdı.

 

Bəzən  madam  Berzanovskinin  qızı  ilə  söhbət  edər,  zarafatyana  “sən  Dədə 



Vilsonun  14  maddəsini  bilirsənmi?  -  deyə  “lətifə”  danıĢar,  bəzən  də  öz  sərgüzəĢt 

və  macəralarına  aid  xatirələr  söylərdi.  ġimalda  sürgündə  olduğu  eskimoslar 

arasında balıq ovu ilə dolandığı və bu iĢdə istifadə etdiyi üsul sayəsində yerlilərdən 

daha  müvəffəqiyyətli  olması  səbəbindən  onların  nəzərində  az  qala  kəramət  sahibi 

bir  övliya  kimi  göründüyündən  və  odur  ki,  Ģəxsiyyətinin  sitayiĢ  edildiyindən  açıq 

bir  zövqlə  bəhs  edirdi.  Stalin  eskimosların  gözündə  hər  Ģey  imiĢ;  xəstələnəndə 

onun yanına gəlirlərmiĢ; o da verdiyi bəzi sadə həb və tozlarla yüngül xəstəliklərin 

qarĢısını alırmıĢ. Bir gün eskimos dilbərlərindən birisi müalicə üçün onun yanına 

gəlibmiĢ;  müayinə  əsnasında  cinsi  bəzi  vəziyyətlər  alıbmıĢ.  Stalin  əhəmiyyət 

verməyib.  Halbuki  bu  dilbər,  zəkası  ilə  eskimoslar  arasında  məĢhur  olan  bir 

qəhrəmandan hamilə qalmaq istəyirmiĢ...

 

Eskimoslar  arasında  görünən  bu  cinsi  toleransa  müqabil,  sözü  Qafqaz 



millətlərindəki erotik əxlaqın ciddiyyətinə gətirən Stalin Dağıstanda təzəcə verdiyi 

edam  əmrini  bizə  danıĢır.  Kommunist  Partiyasının  inqilab  sahəsində  xidmətləri 

olmuĢ,  sınanmıĢ  üzvlərindən  biri  komissar  vəzifəsindən  sui-istifadə  edərək,  dağlı 

bir qızın namusuna toxunubmuĢ; Stalin onun ən böyük cəza ilə cəzalandırılmasını 

əmr  edib.  Partiya  və  sovet  xadimləri  bu  yoldaĢın  dəyər  və  xidmətlərini  nəzərə 

alaraq Stalinin  yanında  onun  üçün zəmanət  vermiĢ,  fəqət o, “qətiyyən olmaz, elə 

indi  xalqın  gözü  qarĢısında  edam  ediləcək”  demiĢdir;  çünki  “müsəlman  xalqı  bu 

xüsusda  göz  yummağı  qətiyyən  bağıĢlamaz!”  Dağlardakı  “adətlərə”,  buradakı 

“namus” anlayıĢına hörmət hökumətə etibar baxımından əsasdır.

 

 



İrana tətbiq olunan siyasət 

 

Yolboyu  söhbətlərdə,  təbii  ki,  hər  cür  mövzulara  toxunulur  və  əsasən 

Qafqazda  cərəyan  edən  hadisələrlə  bağlı  olaraq  bir  qrup  tanınmıĢ  Ģəxslərin 

oynadıqları  rollardan  və  xarakterlərindən  bəhs  açılırdı.  Qafqazdakı  Ģərait  və  o 

zamankı  hadisələrdən  xəbəri  olanlar  üçün  maraqlı  olması  Ģübhə  doğurmadığına 

baxmayaraq,  dünya  əfkari-ümumisini  çox  o  qədər  də  ilgiləndirməyən  bu 

təfərrüatdan  sərf-nəzər  edərək,  yolboyu  edilən  söhbətlərdə  toxunulan  mövzuların 

yalnız ən mühümlərini burada qeyd edəcəyəm.

 

Stalin bir gün Ġrana qarĢı tətbiq edilən siyasət məsələlərinə toxundu.



 

-  Mən Bakıya gələndə, - dedi, - baxdım ki, bizimkilər Ġrana hücum planları 

hazırlayırlar.  Dərhal  mane  oldum  (o  zaman  Azərbaycanın  sovetləĢdirilməsindən 

sonra  yerli  bolĢeviklər  Ġranın  Gilan  vilayətinə  hücum  edərək  Ġran  hökuməti  ilə 

ixtilafa düĢmüĢdülər).

 



Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə