Məmmədov Mahil İsa oğlu



Yüklə 0,74 Mb.
Pdf görüntüsü
səhifə22/27
tarix08.10.2017
ölçüsü0,74 Mb.
#3614
1   ...   19   20   21   22   23   24   25   26   27

 

87 

← - kursoru 1 simvol sola keçirir 

→ - kursoru 1 simvol sağa keçirir 

↑ - kursoru 1 sətir yuxarı qaldırır 

↓ - kursoru 1 sətir aşağı salır 

Home - kursoru sətrin əvvəlinə keçirir 

End - kursoru sətrin sonuna keçirir 

PageUp - sənədi 1 ekran boyu yuxarı qaldırır 

PageDn - sənədi 1 ekran boyu aşağı salır 

Bununla yanaşı, bu düymələri Ctrl-la birgə istifadə etdikdə, 

funksiyaları dəyişir: 

Ctrl + ← - kursoru 1 söz sola keçirir 

Ctrl + → - kursoru 1 söz sağa keçirir 

Ctrl + ↑ - kursoru 1 abzas yuxarı qaldırır 

Ctrl + ↓ - kursoru 1 abzas aşağı salır 

Ctrl + Home - kursoru sənədin əvvəlinə keçirir 

Ctrl + End - kursoru sənədin sonuna keçirir 

Ctrl + PageUp - sənədi 1 səhifə yuxarı qaldırır 

Ctrl + PageDn - sənədi 1 səhifə aşağı salır 

4)  Rəqəm  klaviaturası  –  bu  düymələrdən  hesablama 

zamanı  kalkulyator  kimi  istifadə  edilir,  yalnız  NumLock 

düyməsi  aktiv  olan  zaman  rəqəmlərlə  işləmək  mümkündür. 

Adətən  klaviaturanın  sağ  hissəsində  yerləşir.  Həmçinin  bu 

düymələrdən hərfin kodunu bilərək, onu ALT düyməsini basılı 

saxlamaqla daxil etmək üçün istifadə etmək olar. 



5)  Xüsusi düymələr 

Bu  düymələrin  də  funksiyaları  müxtəlifdir.  Xüsusi 

düymələrə aşağıdakılar aiddir: 

Caps Lock – klaviaturanı, əlifbanın böyük hərflərinin daxil 

edilməsi rejiminə keçirir. 



Enter – dialoq pəncərəsində aktiv düymənin sıxılması üçün 

istifadə olunur (adətən bu aktiv düymə OK olur). Mətn yığdıqda 

isə  abzasın  bitməsi  və  yeni  abzasın  başlanması  üçün  istifadə 

edilir. 


Ecs (Escape) – bu düymədən adətən hər hansı bir əməliyyatı 

ləğv  etmək,  onun  yerinə  yetirilməsini  dayandırmaq,  cari  iş 

rejimində proqramdan çıxmaq üçün istifadə olunur.  

 

88 



BackSpace (←) – kursordan solda yerləşən simvolu pozur. 

Bu  düymə  vasitəsilə  həmçinin  qovluq  pəncərəsində  əvvəl 

açılmış  qovluğa  qayıtmaq  da  mümkündür  (Back  düyməsinə 

uyğun olaraq). 



Del (Delete) – kursordan sağdakı simvolu pozur. 

Ins  (Insert)  –  simvolların  daxil  edilməsi  rejimlərinin 

dəyişdirilməsi  üçün  nəzərdə  tutulub.  Bu  düymə  aktiv  olduqda 

mətnin  daxil  edilməsi  zamanı  kursordan  sağdakı  simvollar 

avtomatik olaraq yeni simvollarla əvəz edilir. 



Spacebar  (probel)  –  boş  yer  daxil  etmək  üçün  istifadə 

edilən, üzərində heç bir yazı olmayan düymədir. 



Num Lock – rəqəm klaviaturasını aktivləşdirir. 

Pause  –  proqramın  yerinə  yetirilməsini  müvəqqəti  olaraq 

dayandırır. 



PrntScrn  –  ekranın  təsvirini  mübadilə  buferinə  göndərir, 

Alt düyməsi ilə birgə basıldıqda buferə yalnız aktiv pəncərənin 

təsviri göndərilir. 



Shift  +  PrntScrn  –  ekranın  təsvirini  çapa  vermək  üçün 

istifadə edilir. 



Tab – mətn redaktorunda kursorun yerinin bir neçə mövqe 

dəyişdirilməsi üçün istifadə edilir. Windows-da mausun kömək-

liyi  olmadan  pəncərənin  elementlərinə  keçid  üçün  istifadə 

olunur. 


Scroll lock – kursorun mövqeyi dəyişməz qalmaqla ekranı 

müxtəlif  istiqamətlərdə  hərəkət  etdirməyə  imkan  verir.  Bu 

düymə müxtəlif proqramlarda müxtəlif təyinata malik ola bilər. 

Ctrl, Shift  Alt düymələri klaviaturanın digər düymələri 

ilə  kombinasiyada  işlədilir  və  bu  düymələrin  təyinatını 

dəyişdirmək üçün nəzərdə tutulub. 

downloaded from KitabYurdu.org




 

89 

 

Şəkil 8.2. Klaviaturanın ümumi quruluşu 

 

Klaviaturanın  tərkibində  daxili  mikrokontroller  (idarə  qur-



ğusu) vardır, hansı ki, aşağıdakı funksiyaları yerinə yetirir: 

• daxil  edilən  siqnalı  oxuyaraq  və  düymənin  ikilik  skan-

kodunu hasil edərək ardıcıl olaraq düymələrə sorğu göndərir; 

• klaviaturanın işıq indikatorlarını idarə edir; 

• nasazlıqların daxili diaqnostikasını həyata keçirir; 

• klaviaturanın 

giriş-çıxış 

portu 


vasitəsilə 

mərkəzi 


prosessorla qarşılıqlı əlaqəni həyata keçirir. 

Klaviatura daxili buferə - daxil edilən simvolların yerləşdiyi 

kiçik  ölçülü  aralıq  yaddaşa  malikdir.  Buferin  həddən  artıq 

dolması  halında  düymənin  basılması  səs  siqnalı  ilə  müşayiət 

olunacaq  - bu o deməkdir  ki,  simvol  qəbul  edilməyib.  Klavia-

turanın  işinə  BlOS-a  «tikilmiş»  xüsusi  proqramlar,  həmçinin 

azərbaycan və rus hərflərinin daxil edilməsinin mümkünlüyünü, 

klaviaturanın  iş  sürətinin  idarə  edilməsini  və  s.  təmin  edən 

klaviatura drayveri yardım edir. 

8.1.2. Maus (manipulyator)  

Maus – hamar səth üzərində hərəkət etdirildikdə, kursorun 

da  ekranda  həmin  istiqamətdə  hərəkətini  təmin  edən,  üzərində 

 

90 

iki,  ya  üç  düymə  olan  qurğudur.  Maus  və  trekbol  vasitəsilə 

informasiya kompüterə daxil edilir. Sol düymə əmrləri vermək, 

sağ düymə isə kontekst menyunu açmaq üçün istifadə olunur. 

1968-ci  il  dekabrın  9-da  Duqlas  Engelbartın  hazırladığı 

manipulyator  nümayiş  etdirilib.  Qurğunu  Duqlasın    komanda-

sının üzvü Bill İnqliş yığmışdı. 

 

  

 Engelbartın nümayiş etdirdiyi  kompüter “maus”u ağacdan 



hazırlanaraq  yalnız  bir  düymədən  ibarət  olub.  Qurğu  mətn 

redaktəsi  funksiyasına  malik  olan  və  hiperistinadlarla  işləyə 

bilən “NLS” sistemində nümayiş etdirilmişdi. 

Maus  interfeysinin  proqram  təminatının  ən  geniş  yayılmış 

standartları bunlardır: 

-  Microsoft firmasının mausu ( Microsoft Mouse) - 2 idarə 

düyməsinə malikdir. 

-  "Maus”  sistemli  (Mouse  System  Mouse)  -  3  idarə 

düyməsinə  malikdir  (3-cü  düymə  adətən  1-ci  düymənin 

funksiyalarını təkrar edir). 

Mausun seyrəklik xüsusiyyəti 200,400, 600,900 dpi olur. 

Mausu  kompyuterə  qoşmaq  üçün  3  üsul  mövcuddur: 

Stolüstü IBM -lə uyğunlaşan bütün kompyuterlər üçün ən geniş 

yayılmış  üsul  kompyuterin  ardıcıl  portu  vasitəsi  ilə  mausun 

kompyuterə qoşulmasıdır. II üsul şin interfeysli mausların (bus-

mouse) qoşulması üçün xüsusi lövhə tələb edir. III üsul isə PS/2 

üslubunda olan mauslardır. 

Mausun quyruğunda DB-9 tipli kontaktlar sistemi olur. Hər 

downloaded from KitabYurdu.org



Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə