Məmmədov Mahil İsa oğlu



Yüklə 0,74 Mb.
Pdf görüntüsü
səhifə23/27
tarix08.10.2017
ölçüsü0,74 Mb.
#3614
1   ...   19   20   21   22   23   24   25   26   27

 

91 

bir  maus  üçün  quraşdırma  və  test  aparmaq  üçün  proqram 

təminatını  təşkil  edən  xüsusi  "drayverləf  olur.  Bəzi  "ağılir 

mauslar "Paint Brust” tipli sadə şəkil çəkmək üçün proqramlara 

malik olurlar. 

Ardıcıl interfeysə malik olan "Microsoft” firmasının istehsal 

etdiyi  mausların  prosessora  öz  hərəkətləri  haqqında  məlumat 

vermək  üçün  3 bayt  formatından  istifadə edirlər.  "Mouse  Sys-

tem”  tipli  mauslar  isə  bu  məqsəd  üçün  5  baytlıq  formatdan 

istifadə  edirlər.  Ona  görə  də  belə  mauslar  bir-birini  əvəz  edə 

bilmirlər. 

8.1.3. Trekbol və Coystik 

Maus  ideyası  özünün  bir  sıra  müsbət  xüsusiyyətlərinə 

baxmayaraq, müəyyən çətinliklər də törədir. Onu stol üzərində 

hərəkət  etdirdikdə  kabeli  nəyəsə  ilişir  və  s.  Bu  problemləri 

aradan  qaldırmaq üçün  trekbol  adlanan  qurğu  kəşf  edilmişdir. 

Bu halda maus tərsinə çevrilir və mausun özü hərəkət etmir, biz 

yalnız barmağımızla kürəni hərəkət etdiririk. Trekbollar mausa 

nisbətən  daha  baha  olur  və  əsasən  tətbiqi  qrafiki  işlərdə, 

avtomatlaşdırılmış layihə sistemlərində geniş tətbiq edilir. 

Coystik  adətən  qol-dəstəkdir,  hansının  ki,  şaquli  vəziy-

yətdən meyletməsi kursorun monitorun ekranında uyğun istiqa-

mətdə  yerdəyişməsinə  gətirir.  Tez-tez  kompyuter  oyunlarında 

istifadə  olunur.  Bəzi  modellərdə  coystiklərdə  təzyiq  vericisi 

montaj  edilir.  Bu  halda  istifadəçi  dəstəyi  nə  qədər  qüvvətli 

sıxırsa, kursor displeyin ekranında o qədər cəld hərəkət edir.

 

 

8.1.4. Sensor paneli (Taçpad) 



İdarə  qurğularından  biri  də  ən  çox  noutbuklarda  istifadə 

olunan sensor paneli  və  ya taçpaddır (ing. touchpad – sensor 

sahə). 

Sensor  panelindən  barmağı  qurğunun  səthində  hərəkət 



etdirməklə  kursorun  ekranda  hərəkətini  təmin  etmək  üçün 

 

92 

istifadə olunur. 

8.1.5. Qrafiki planşet (digitayzer) 

Skanerdə olduğu kimi, qrafik planşet də iki əsas parametrlə 

xarakterizə  edilir:  işçi  sahənin  ölçüsü  və  seyrəklik  qabiliyyəti. 

Qrafik  planetlə  işləyən  zaman  nöqtəli  təsvirlə  deyil,  ayrı-ayrı 

xətlərdən istfadə edildiyi üçün seyrəklik qabiliyyəti də nöqtələrlə 

deyil, bir dyümə düşən xətlərlə (lpi – line per inch) ifadə olunur. 



8.1.6. Web-kamera 

Web-kamera vasitəsilə İnternetə videotəsvirlər çıxarılır. Bu 

zaman  ötürülən  təsvirin  seyrəklik  dərəcəsi  640x480  olur.  Bu 

qurğu Microsoft NetMeeting adlı səs və videomüraciət proqram 

təminatı ilə işləyir. Son illərdə istehsal edilən Web-kameraların 

əksəriyyəti  kompüterə  USB  portu  vasitəsilə  qoşulur  və  əlavə 

qida mənbəyi tələb etmir. 

8.1.7. Skaner 

Kağız üzərindəki istənilən informasiyanın oxunub, kompü-

terə  daxil  edilməsini  təmin  edir.  Skaner  fotoşəkil,  rəsm,  əl 

yazması, qəzet, jurnal, kitab və s. surətlərinin kompüterdə təkrar 

istifadə edilməsinə imkan verir. Ən geniş yayılmış iki tip skaner 

mövcuddur: əl ilə işləyən (hand-held) və stolüstü (desktop). 



Əl  ilə  işləyən  skaner  yığcam  qurğu  olub,  kifayət  qədər 

çevikdir  və bir  yerdən  başqa  yerə  aparmaq  nöqteyi-nəzərindən 

yararlıdır.  Təsviri  daxil  etmək  üçün  skaneri  təsvirin  üzərində 

sürüşdürmək lazımdır. Skanerin mətni əhatə etdiyi eni 4 dyüm 

(10 sm) olur, uzunluğu isə proqram təminatı ilə məhdudlaşır. 

Stolüstü  skanerlərə  çox  vaxt  səhifəlik,  planşet  və  ya 

avtoskaner deyilir. Bu skaner vasitəsilə 8,5 x 11 və ya 8,5 x 14 

dyüm ölçülü təsvirləri kompüterə daxil etmək mümkündür. 

downloaded from KitabYurdu.org




 

93 

Skanerin aktiv imkanları 1 dyümə düşən nöqtələrin sayı ilə 

(dpi – dot per inch) təyin olunur.  

 Bir qayda  olaraq,  təsvir  obrazları  kompüterdə  qrafiki  fayl 

şəklində  -  TIFF  (Tagged  Image  File  Format)  və  ya  PCX 

formatında saxlanılır. 

Skanerin əsasən aşağıdakı növləri vardır. 

Planşet skaner. Yalnız 1 vərəqi skan edən və surət çıxarma 

maşınlarını xatırladan qurğu. 

Sənəd  skaner.  Sənəd-skanerlərdə  əlavə  kağızötürücü  hissə 

olur,  çoxlu  kağız  qoyulur  və  sənədlər  avtomatik  dalbadal  skan 

olur. Bu skanerlər sürətli işləyirlər. 

Kitab  skaner.  Kitab-skanerlər  kitab,  jurnal,  qədim 

materiallar,  xəritələr,  çertyojlar  üçün  istifadə  olunur.  Bu 

skanerlərdə  kölgələr  düşmür  və  xüsusi  işıqlandırmaya  ehtiyac 

yoxdur. Bu cür texnologiya  vasitəsilə “işıqdan qorxan ” köhnə 

sənədləri  skan  etmək  olur.  Rulon  skaner.  Adından  göründüyü 

kimi uzun kağızları skan etmək üçündür. 

Barkod  skaner.  Bizim  dildə  ştrix-kod  skaner  deyilir, 

ticarətdə  istifadə  olunur.  Ştrix-  kod  müəyyən  məlumatları  ağ-

qara  zolaqlar  şəklində özündə  saxlayır  və  əmtəə  malın  üzərinə 

yapışdırılır.  Ştrix-kod  skaner  vasitəsilə  bu  məlumatlar 

kompyuterə və ya kassa aparatına ötürülür. Bu skanerlərin əl ilə 

daşınan və hərəkətsiz növləri olur. 

Baraban skaner. Baraban skanerlər şəkilləri keyfiyyətli skan 

etmək üçündür. Qiyməti yüksək olur. Poliqrafik məqsədlər üçün 

istifadə olunur. 

Pasport  skaner.  Adından  göründüyü  kimi  sənədlər  üçün 

istifadə olunur. Reproskaner. Reproskanerlərə şəkil skanerlər də 

deyilir, belə skanerlər böyük şəkilləri skan etmək üçündür. 

Slayd skaner. Slayd-skanerlər fotoqraflar və rəssamlar üçün 

münasib  olan  aparatdır.  Şəkillərin  neqativdən  kompyuterin 

yaddaşına verilməsi üçün istifadə olunur. 

3D skaner. Bu skanerlər həcmli obyekti skan edir və onun 

uçölçülü  modelini  yaradır.  3D  skanerin  foto-kameradan  fərqi 

ondadır  ki,  foto-kamera  2  ölçülü  formada,  skaner  isə  3  ölçülü 

formada yaddaşa götürür. 3D skaner obyekti müxtəlif tərəflərdən 

 

94 

skan edir və proqram təminatı müxtəlif fraqmentləri birləşdirir, 

bununla da rəqəmli yaddaşda 3D obyekt yaranır. 

Tibbi  skanerlər.  Tibbin  müxtəlif  sahələrində  müxtəlif  cür 

skanerlər istifadə olunur. Məsələn, ultra-səs müəyinədə, gözlərin 

yoxlanılmasında, maqnit-rezonans tomoqrafiyada və s. 

8.2. Çixiş qurğulari 

8.2.1. Monitor 

Monitor (displey) – kompüterə daxil edilən və kompüterdən 

alınan  mətn  və  qrafik  informasiyanı  əks  etdirən  qurğudur. 

Monitorun iki iş rejimi var: qrafik iş rejimi və mətn iş rejimi

Qrafik iş rejimi ekrana qrafiklərin, şəkillərin çıxarılmasını təmin 

edir,  mətn  iş  rejimi  isə  mətn  tipli  informasiyanın  ekrana 

verilməsi üçün nəzərdə tutulmuşdur. 

Monitorların növləri 

Hazrlanma texnologiyasına görə monitorlar əsasən 3 qrupa 

bölünür: 

 Elektron şüa borulu; 

 Maye-kristallı; 

 Plazma ekranlı. 

Yaxın vaxtlara qədər elektron-şüa borusu (EŞB) əsasında 

qurulmuş monitorlar ən geniş yayılmışdırlar. Belə monitorun iş 

prinsipi  adi  televizorun  iş  prinsipindən  heç  də  fərqlənmir. 

Bugünkü  gündə  EŞB-monitorlar  tam  təkmilləşdirilmiş  və 

qiyməti  çox  da  baha  olmayan  qurğulardır.  Onun  əsas  mənfi 

cəhəti – çəkisi və qabarit ölçüləridir. Bundan əlavə, güclü enerji 

sərfinə malikdirlər və istifadəçiyə zərərli şüalarla təsir edirlər. 

CRT monitorun əsas elementi elektron-şüa borusudur. Onun 

içəri  tərəfdən  ön  hissəsi  lüminoforla  -  üzərinə  cəld  elektronlar 

düşdükdə işıq şüalandıra bilən xüsusi maddə ilə örtülmüşdür. 

 Lüminofor üç əsas rəngin - qırmızı, yaşıl və göy rənglərin 

nöqtələr yığımı şəklində üstdən çəkilir. Bu rənglər ona görə əsas 

downloaded from KitabYurdu.org



Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə