Məmmədov Mahil İsa oğlu


  ucuz  materiallarla  (rəngli  lent  və  kağız



Yüklə 0,74 Mb.
Pdf görüntüsü
səhifə25/27
tarix08.10.2017
ölçüsü0,74 Mb.
#3614
1   ...   19   20   21   22   23   24   25   26   27

 

99 

ucuz  materiallarla  (rəngli  lent  və  kağız)  işləməyi  təmin  edir, 

həm  standart  formalı  kağızdan,  həm  də  rulon  tipli  kağızdan 

istifadə etməyə imkan verir. 

Printerin başlığı 9, 18 və ya 24 iynəli ola bilirlər. Printerin 

modelləri  arasında  həm  geniş  karetkalı  (A3-  formatı),  həm  də 

ensiz  karetkalı  (format-A4) modellərə  rast  gəlinir.  Yüksək  çap 

keyfiyyəti NLQ (Near Letter Quality - tam makinə keyfiyyətinə 

yaxın) rejimində işləyən 9 iynəli printerlərdə, həm də LQ (Letter 

Quality  -makinə  keyfiyyətli)  24  iynəli  printerlərdə  əldə  edilir. 

Bir  qayda  olaraq,  müasir  printerlər  "rezident”  və  ya  yüklənən 

miqyaslı  şriftlərlə  təmin  olunurlar.  Bu  sahədə  Epson,  Star, 

Micronics, 

Okidata 


firmalarının 

məhsulları  daha 

çox 

yayılmışdır. 



Şırnaqlı  printerlər.  Bu  printerlər  mürəkkəblə  işləyir. 

Şırnaqlı  printerlər  matris  tipli  zərbəsiz  işləyən  çap  qurğularına 

aid edilə bilərlər. 

Termoprinterlər. Bu üsulla təsviri kağıza çap etmək üçün 

kağızın  ayrıca  götürülmüş  hər  hansı  bir  hissəsi  qızdırılır.  Belə 

halda kağız  müəyyən  nazik  termohəssas örtüklə  örtülür.  Lokal 

qızdırma  zamanı  həmin  örtüyün  təsviryaradıcı  birinci 

komponenti əvvəlcədən rəngsiz rənglə qarışaraq kağız üzərində 

görünən  ləkə  yaradır.  Ümumiyyətlə,  bu  üsulla  müxtəlif 

rənglərdə  çap  etmək  mümkündür.  Bir  qayda  olaraq,  çap  vaxtı 

qara rəngli təsviri təmin edən örtük daha yüksək temperatur və 

çap başlığınmm böyük təzyiqini tələb edir. 

Lazer  və  LED  (Light  Emitting  Diode)  printerləri.  Bu 

printerlərdə quru toz hissəciklərindən istifadə edilir. Quru toz 

kağız  üzərində  yerləşdirilən  “toner”dən  ibarətdir.  Lazer 

printerinin  əsas  hissəsi  yarımkeçirici  lazer  olan  fotohəssas  çap 

barabanı  və  optik-mexaniki  sistemdir.  LED  printerlərində  isə 

yarımkeçirici lazeri xırda işıq diodları əvəz edir. 



Çap rənginə görə isə printerlər 3 qrupa bölünür: 

 

Ağ-qara printerlər;  



 

Rəngli çap funksiyasına malik olan ağ-qara printerlər (bu 

modelə matrisli və şırnaqlı printerlərdə rast gəlinir); 

 

Rəngli printerlər.  



 

100 

Çoxfunksiyalı  qurğular.  Bir  gövdədə  birləşən  printer, 

skaner,  surət  çıxaran  (kseroks),  bəzi  hallarda  isə  faks 



çoxfunksiyalı qurğu  və ya “kombayn” adlanır. “Kombayn”ın 

tərkibində olan qurğular üçün heç bir standart olmur: məsələn, 

printer  çox  vaxt  şırnaqlı,  bəzi  halda  isə  lazer  ola  bilər  və  s. 

Nəzərə  almaq  lazımdır  ki,  bu qurğu  sıradan  çıxdıqda, biz  eyni 

zamanda 3-4 qurğudan məhrum olmuş oluruq. 

8.2.3. Plotter 

Plotter  mürəkkəb  sxemlərin,  qrafiklərin,  keyfiyyətli  rəngli 

təsvirlərin  kağız  üzərinə  böyük  dəqiqlik  və  yüksək  sürətlə 

çıxarılması  üçün  nəzərdə  tutulmuş  qurğudur.  Ondan  adətən 

konstruktor və layihə bürolarında, reklam işləri ilə məşğul olan 

təşkilatlarda istifadə olunur.  



8.2.4. Akustik sistemlər (səsucaldıcılar) 

Akustik sistemlər audioinformasiya ilə işi təmin edir. Buna 

səs ucaldıcıları, qulaqcıqları, mikrofonu aid etmək olar. Akustik 

sistemlər 2 cür olur: daxili və xarici. 

 

8.3. Rabitə qurğuları və verilənlərin ötürülməsi 

8.3.1. Modem 

downloaded from KitabYurdu.org




 

101 

Rabitə  qurğularından  telefon  kanalı  vasitəsilə  İnternetə 

qoşulmaq  üçün  istifadə  edilir.  Onların  tipik  nümayəndəsi 

modemdir.  



Modem  –  kompüterin  İnternet  şəbəkəsinə  qoşulmasını 

təmin  edən  qurğudur.  Bu  qurğu,  kompüter  və  telefon  xətləri 

arasında  rəqəmli  elektrik siqnallarını  analoq  siqnallarına  və  ya 

əksinə  avtomatik  çevirir.  Bu  çevrilmə  onunla  əlaqədardır  ki, 

kompüter  rəqəmli  siqnallarla  işlədiyi  halda,  telefon  analoq 

siqnallarla  işləyir.  Texnikada  rəqəmli  siqnalların  analoq 

siqnallarına 

çevrilməsinə 



modulyasiya

əks 


prosesə 

demodulyasiya deyilir.  

Modemin buraxma qabiliyyəti iki parametr: informasiyanın 

ötürülmə  sürəti  və  informasiyanın  tutumu  ilə  səciyyələndirilir. 

İnformasiyanın  ötürülmə  sürəti  bod  ilə  ölçülür.  Yəni  əgər 

modem  saniyə  ərzində  analoq  siqnallarının  xarakteristikasını 

2400  dəfə  dəyişirsə,  deməli  onun  informasiyanı  xəttə  ötürmə 

sürəti  2400  boddur.  İnformasiyanın  tutumu  isə  analoq 

siqnallarının sayı, yəni bit ilə təyin edilir. 

Modemlər  istifadə  olunan  kompüterlərin  tiplərindən  asılı 

olaraq  daxili  (sistem  blokun  daxilində  yerləşdirilir)  və  xarici 

(ayrıca qurğu kimi kompüterə qoşulur) olurlar.  

Modemlər 3 yerə bölünür: 

1.  Dial-up modemlər; 

2.  ADSL modemlər; 

3.  3G modemlər. 

Demək olar ki, bütün modemlər faksların funksiyalarına da 

malikdirlər. 

Faks  —  telefon  şəbəkəsi  ilə  təsvirin  faksimil  ötürülməsi 

qurğusudur. "Faks" adı çap vasitələri ilə qrafiki orijinalın (imza, 

sənəd və s.) dəqiq surətini çıxarma mənasını  verən "faksimile" 

(latınca  fac  simüe  —  oxşarını  düzəlt)  sözündən  törəmişdir. 

Verilənləri  faks  kimi  ötürə  və  ala  bilən  modern  faks-modem 

adlanır. 

 

 



 

 

102 



 

 

downloaded from KitabYurdu.org




Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə