bAyTArlıq
Elmi-praktik jurnal
32
Əzələ ağarması xəstəliyi körpə kənd
təsərrüfatı heyvanlarının, eləcə də balaqla-
rın endemik xəstəliyi olub, ürək və skelet
əzələlərində distrofik dəyişikliklərə və onla-
rın ağımsovlaşmasına, orqanizmdə mübadilə
proseslərinin kəskin pozulması nəticəsində
funksional, biokimyəvi və morfoloji dəyişiklik-
lərə səbəb olan ağırgedişli xəstəlikdir.
Əzələlərdə ağımtıl və boz rəngdə zolaqlara
təsadüf edildiyindən, xəstəlik əzələ ağar-
ması adını almışdır. Xəstəlik əsasən qışlama
dövrünün ikinci yarısında, 2 aylıqdan –
7 aylığadək balaqlarda müşahidə olunur.
Əzələ ağarması xəstəliyi ilk dəfə 1854-
cü ildə Polok tərəfindən buzovlar arasında
müşahidə edilmişdir. Sonra xəstəlik
İsveçrədə, Norveçdə, Danimarkada, Rumı-
niyada, Almaniyada, İngiltərədə, Avstrali-
yada, Kanadada, Fransada, ABŞ-da, Çində
və digər ölkələrdə, Müstəqil Dövlətlər Bir-
liyi ölkələrində isə 1920-ci illərdən öyrənil-
məyə başlanmışdır. Azərbaycanda əzələ
ağarması xəstəliyi ilk dəfə H.İ. Dilbazi
tərəfindən 1964-cü ildə Bərdə rayonunun
keçmiş «Moskva» kolxozunun camışçılıq
fermasında müəyyən edilmişdir.
Xəstəlik ən çox Kür-Araz və Xəzərətrafı
bölgələrdə yerləşən camışçılıq təsərrüfat-
larında müşahidə edilir və böyük iqtisadi
zərər verir. Qeyri-sağlam təsərrüfatlarda
xəstəliyə qarşı qabaqlayıcı tədbirlər aparıl-
madıqda xəstələnmiş körpələrin və cavanla-
rın 50-70%-i ölür. Sağalanlar isə boy inki-
şafından qalır. Xəstəliyin etiologiyası
müxtəlifdir. Dünyanın bir cox alimləri əzələ
ağarması xəstəliyinin baş verməsi səbəblərini,
yem payında Selen elementlərinin və E vi-
taminin çatışmaması ilə izah edirlər.
P.Kukuruçiyev, V.Leqantsova (1959);
K.Blester, P.Utts, V.Vud (1952) xəstəliyin
əmələ gəlməsini E vitaminin çatışmama-
sında görürlər. Bunu sübut etmək üçün
A.Qrant, V. Xartli, S.Drayk (1960) eksperi-
mental şəraitdə profilaktik məqsədlə E vita-
minini quzularda tətbiq etmiş, lakin tam
müsbət nəticə almamışlar, quzular arasında
xəstəlik baş vermişdir.
İ.Kaarde
(1963),
A. Kudryavtsev,
M. Andreyev, Q.Titov, S.Gerasimov (1963,
1964), M.Tutuşin, İ.Lenes (1964); P.Tarabrik,
V.Tartsmanoviç (1961), V.Verton, K.Kerov,
P.Çuşkov, B. Neqov (1961) körpə heyvan-
larda əzələ ağarması xəstəliyinin baş
verməsi səbəblərini yem payında selen ele-
mentinin çatışmaması ilə izah edirlər.
H.İ.Dilbazi (1974) xəstə və sağlam
kəlçələrin orqan və toxumalaında selenin
miqdarını müqayisəli şəkildə öyrənmişdir.
K.Briggs (1959), E.Kolb (1962), İ.Karde,
A. Kudryavtsev, M. Andreyev (1963, 1965)
UOT 619:616.34.17
bAlAqlArdA əzələ AĞArMASı xəSTəliyinin MüAlicə
və PrOfilAkTikASındA reviTAMin P
və yAlAMA dAŞının effekTliyi
Fərəcov A.F., biologiya elmləri namizədi
Azərbaycan Dövlət Baytarlıq Preparatlarına
Elmi Nəzarət İnstitutu
AÇAr SÖzlər: balaq, ağ əzələ, klinika, müalicə, profilaktika
keyWOrdS: calf, white musculature, clinic, treatment, profilaktikas
33
Elmi-praktik jurnal
bAyTArlıq
və başqa alimlərlə yanaşı H.İ.Dilbazi (1975)
əzələ ağarması xəstəliyinin müalicə sində se-
len preparatlarının tətbiqinin yüksək profi-
laktika və müalicəvi üstünlüyünü qeyd edir.
Tədqiqat aparılmış Neftçala rayonunun
camışçılıq üzrə ixtisaslaşmış «Yavər Bini
oğlu» kəndli (fermer) təsərrüfatında
xəstəliyin əsasən mart-aprel aylarında geniş
yayılması müşahidə edildi.
«Yavər Bini oğlu» fermer təsərrüfatında
150 baş camış vardır ki, bunun da 65 başı
ana camışlardır. Camışlardan hər il 60 başa
yaxın bala alınır. 1997-ci ildən 2005-ci ilə
kimi əzələ ağarması xəstəliyindən təsərrüfata
böyük iqtisadi zərər dəymişdir. Hər il doğu-
lan balaqların 40-50 %-i əzələ ağarması
xəstəliyinə tutulmuş və xəstələnənlərin 20-
30 %-i ölümlə nəticələnmişdir (cədvəl 1).
Müşahidələr nəticəsində müəyyən edilmiş-
dir ki, xəstəlik dövründə balaqlar arıqlayır,
ayaq üstə dura bilmir, yatdığı yerdən qaldır-
dıqda, yenidən yatır, tüklər pırpızlaşır, yemi
yatdığı yerdə qəbul etsə də, əksər hallarda boş
gövşəmələr edir. Ürək fəaliyyəti tezləşir,
tənəffüs ağırlaşır, əzələlər tonusdan düşür (1
dəq. – 150-165). Əksər hallarda, müa licə
aparılmadıqda xəstəlik ölümlə nəticələnir.
Müalicə məqsədilə müxtəlif vitaminlər,
mikroelementlərdən, ürək-damar sisteminin
fəaliyyətini tənzim edən dərmanlardan isti-
fadə etdikdə 70 %-ə yaxın balaqlarda sağalma
getsə də, sonradan inkişaf zəif olmuşdur.
Fermer təsərrüfatında balaqlar arasında
itkini azaltmaq məqsədilə 2006-cı ildən
başlayaraq Türkiyənin Reva şirkətinin is-
tehsal etdiyi Revitamin P (A.D.E+mineral
maddələr) və Yalama daşından həm müalicə,
həm də profilaktika məqsədilə istifadə edil-
Cədvəl 1
2000-2005-ci illərdə «yavər bini oğlu» kfT-da
xəstələnən balaqların hərəkət dinamikası
S
№
Məzmunu
Ölçü
vahidi
illər
2000
2001
2002
2003
2004
2005
1.
Xəstələrin sayı
baş
15
18
12
16
20
16
2.
Xəstəlikdən ölmüşdür
baş
3
5
3
5
5
3
3.
Ölüm
%
20
27
25
30
25
19
4.
Sağalmışdır
%
80
73
75
70
75
81
Cədvəl 2
revitamin
P-nin tərkibi
Hər kq-da vitamin və
mineralların miqdarı, mq-la
3 kq-lıq yalama
daşının tərkibi
3 kq-da olan mineral-
ların miqdarı, mq-la
Vitamin A
1.000.000. T.V
Maqnezium
90 000 mq
Vitamin D
3
200 000 T.V.
Sink
22 500 mq
Vitamin E
900 mq
Dəmir
15 000 mq
Fosfor
100 mq
Manqan
15 000 mq
Manqan
5.000 mq
Mis
3 000 mq
Sink
6.000 mq
Kobalt
300 mq
Dəmir
5.000 mq
Selen
300 mq
Mis
1.000 mq
Kobalt
10 mq
Selen
10 mq
Yod
80 mq