“Mən fəxr edirəM ki, AzərbAycAnlıyAM!”



Yüklə 2,85 Mb.
Pdf görüntüsü
səhifə27/32
tarix14.07.2018
ölçüsü2,85 Mb.
#55507
1   ...   24   25   26   27   28   29   30   31   32

bAyTArlıq

   Elmi-praktik jurnal

56

1.  Для модернизации ветеринарной службы в Азербайджанской Республике важно 

развивать частную ветеринарную службу и для этого как один из первоочередных задач 

должны быть созданы общественно-профессиональные организации ветеринарного 

назначения.

2.   Для  создания  общественно-профессиональных  организаций  должны  быть 

разработаны законодательные акты основанные на современный мировой опыт. 

SuMMAry 

Abdulaliyev G.H.

reGıOnAl feATureS Of PrıvATe veTerınAry ServıceS

It has been learned comparatively characteristic of the public veterinary professional 

organizations in Azerbaijan, Turkey and Countries of European Union and the following 

results were achieved:

1. For modernisation of the veterinary service in the Azerbaijan Republic development of 

private veterinary service is important and first of all for the benefit of that veterinary public 

professional organizations should be created .

2. For the creation of public professional veterinary organizations legislative acts should 

be prepared on the basis of modern world experience.

ədəbiyyAT

1. “Türk Veteriner Hekimler Birliği Mevzuatı”. Ankara, 2006, 120 səh.

2. Official Journal of the European Union 27.12.2006, L 376/36 . Directive 2006/123/

EC of the European Parliament and of the Council of 12 December 2006 (on services in the 

internal market), 33 page.

3. Məmmədov S.  Avropaya inteqrasiya edən Azərbaycanda peşə təşkilatları və özünüidarə 

qurumları . Bakı, 2009, 11 səh.



57

Elmi-praktik jurnal   



bAyTArlıq

klozantin  baytarlıq  preparatı  Rusiya 

Federasiyasındakı  «farmbiomed»  elmi-



bioloji  Mərkəz-MMc  (Moskva  şəhəri) 

tərəfindən istehsal olunur. 

Preparat  təsiredici  maddəyə  görə  5,  10 

və 20 %-li inyeksiya məhlulu şəklində bu-

raxılır. 

Tərkibi:  Preparatın  100  ml-nin  tərkib 

inqredientləri,  onların  təyinatı  və  miqdarı 

cədvəl 1-də göstərilmişdir.

Klozantin 5 %, 10 % və 20 %-li inyek-

siya  məhlulu  xarici  görünüşcə  açıq  sarı 

rəngdən  tünd  sarı  rəngə  qədər  çaları  olan 

şəffaf mayedir.

Klozantin  inyeksiya  məhlulunun  təsire-

dici  maddəsi  salisilanilidlər  qrupuna  aid, 

baytarlıqda  çox  geniş  tətbiq  edilən  geniş 

spektrli  antiparazitar  təsirə  malik  maddə  – 

klozanteldir. 

Klozantelin 

molekula 

düsturu 

c

22

H

14

cl

2

i

2

n

2

O

2

-dir.  Molekula  kütləsi 

663,08-dir.  Kimyəvi  adı:  N-[5-xlor-4-[(4-

xlorifenil) sianometil] – 2 – metil-fenil] – 2 

– hidroksi - 3,5- diyodobenzamid-dir. Xar-

ici görünüşcə ağ və ya sarımtıl rəngli, iysiz, 

amorf  tozdur.  Suda  həll  olmur,  propileng-

likolda,  dimetilformamiddə,  dime tila seta-

middə həll olur. Ərimə dərəcəsi 217,8°C-dir 

(parçalanmaqla). Sıxlığı 1,2 q/sm

3

-dur. 


Klozantel  barədə  ilk  məlumat  1977-

ci  ildə  Cansen  M.A.  və  Spido  V.K.  tərə-

findən  verilmişdir.  Hal-hazırda  Klozantel 

preparat ları  dünyanın  bir  çox  ölkə lərində, 

o  cümlədən  Azərbaycanda  baytarlıq 

təcrübəsində çox geniş tətbiq edilir. 



farmakoloji  xüsusiyyətləri.  Klozantel 

Haemonchus  spp.,  Nematodirus  spp., 

Trichostrongylus spp., Ostertagia spp., Oe-

sophaqostomum  radiatum,  Bunostomum 

spp.,  Chabartia  avis-  daxil  olmaqla 

nematodların  sürfə  və  cinsi  yetkin  forma-

larına,  trematodlardan  Fasciola  hepatica, 

klOzAnTin AnTiPArAziTAr bAyTArlıq PrePArATıdır

İbrahimov İ. P., biologiya elmləri namizədi 

Azərbaycan Dövlət Baytarlıq Preparatlarına Elmi

Nəzarət İnstitutu 

AÇAr SÖzlər: balaq, ağ əzələ, klinika, müalicə, profilaktika

keyWOrdS:  buffaloes  in  the  age  of  one  yea,  white  muscle,  glinic,  treatment, 

prophylaxis

Cədvəl 1 

İnqredientlərin adı

Təyinatı

5 %-li, q

10 %-li, q

20 %-li, q

Klozantel

təsiredici maddə

5,0

10,0


20,0

Novokain


Anestetik

1,0


1,0

1,5


Polivinilpirrolidon

Prolonqator

1,0

1,0


1,0

Benzil spirti

Stabilizator

3,5


3,5

3,5


Distillə edilmiş su

Həlledici

16,0

16,0


16,0

Etil spirti

Həlledici

30,0


30,0

30,0


Polietilenoksid-400

Həlledici

100 ml-ə dək



bAyTArlıq

   Elmi-praktik jurnal

58

Fasciola  gigantica-ya,  Hipoderma  bovis, 

Hipoderma lineatum mozalan sür fələrinə və 

iri və xırda buynuzlu heyvanlarda para zitlik 

edən Oestrus ovis-ə qarşı fəaldır.

Klozantel prepartaları əsasən iri və xırda 

buynuzlu  heyvanlarda  endo-  və  ekto  para-

zitlərin  müalicə  və  profilaktikası  məqsədi 

ilə  işlədilir.  Lakin  ədəbiyyatda  onların  at-

larda  (Guerrero  J.  et  all.,  1983)  və  hətta 

dəvələrdə  də  (Qudah  K.M.  et  all.,  1999) 

tətbiq  edildiyi  göstərilir.  Lakin  tərkibində 

klozantel olan preparatların keçilərdə tətbiq 

eidlməsi məsləhət görülmür (Anon, 1990).

Bir  sıra  tədqiqatçıların  (Dzakula  N., 

Rapic.D,  Zukovic.M.,  1984;  Cankovic  M. 

et all., 1986) göstərdiklərinə görə klozantel 

preparatları  trematodlardan  Dikroselilərə 

qarşı,  Rolfe  P.F.,  Boray  J.C.,  (1987),  Dor-

chies  P.  (1988),  Rolfe  P.F.,  Boray  J.C. 

(1993) qeyd etdiklərinə görə isə Parafistom-

lara qarşı zəif təsir göstərir. 

Başqa  salisilanidlər  kimi  klozantel  də 

parazit  orqanizmində  oksidləşmə  yolu  ilə 

fosforlaşdırma  və  elektronların  ötürülməsi 

proseslərini  pozaraq  parazitin  məhvinə 

səbəb olur. 

Parenteral  yolla  yeridilmiş  preparat 

inyeksiya  yerindən  tez  sorularaq  orqan  və 

toxumalara yayılır. Klozantelin qanda mak-

simal  konsentrasiyası  preparat  inyeksiya 

edildikdən 12 saat sonra müşahidə edilir.

Buzovlara  əzələ  içərisinə  2,5  mq/kq 

dozada  vurulmuş  klozantel  ən  əvvəl  böy-

rəklərdə  aşkar  edilmişdir.  Preparat  veril-

dikdən  14,  28  və  42  gün  sonra  qaraci-

yərdə  dəyişikliyə  uğramamış  klozantelin 

miqdarı  müvafiq  olaraq  1,54;  1,43  və  0,56 

mq/kq;  böyrək lərdə  2,84;  2,93  və  1,39 

mq/kq;  piydə  2,08;  1,97  və  2,36  mq/kq 

və  əzələlərdə  0,67;  0,70  və  0,29  mq/kq 

olmuşdur.  Sağmal  inəklərə  klozantel  vu-

rulduqda  onun  südlə  ixrac  edilməsi  uzun 

müddət  davam  edir  (FAO/BST-nin  40-cı 

məruzəsi, 1991).

Davarlara  5  mq/kq  dozada  vurulmuş 

klozantelin  dəyişikliyə  uğramamış  miqdarı 

28  gündən  sonra  qaraciyərdə,  böyrəklərdə, 

piy  və  əzələ  toxumasında  müvafiq  olaraq 

0,7;  1,2;  0,4  və  1,1  mq/kq  olmuşdur.  İri 

buynuzlu  heyvanlarda  olduğu  kimi  xırda 

buynuzlu  heyvanlarda  da  az  miqdarda 

meta bolizmə  uğrayır.  Davarların  qaraciyə-

rində  aşkar  edilmiş  klozantelin  qalıq  miq-

darının 61-71 %-ini dəyişikliyə uğramamış 

klozantel, qalan hissəsini isə 2 izomer: 3 – 

və 5-monoyodoklozantel təşkil etmişdir. İri 

buynuzlu heyvanlarda isə qaraciyərdə meto-

bolitin əsasını yalnız 3 – monoyodoklozan-

tel təşkil etdiyi müəyyən edilmişdir. 

İri  və  xırda  buynuzlu  heyvanlarda  klo-

zantel  az  miqdarda  fekali  ilə  klozantelin 

sulfat konyuqat törəməsi şəklində ixrac olu-

nur.  Klozantin  iri  buynuzlu  heyvanlara  10 

və 20 %-li 5 və 15 mq/kq (t.e.m) dozada və 

xırda  buynuzlu  heyvanlara  7,5  və  2,25  mq 

dozada  dəri  altına  vurulduqda  heyvanların 

davranışında,  yem  qəbul  etməsində,  nəb-

zində,  tənəffüsündə  və  bədən  temperatura-

sında  heç  bir  dəyişiklik  müşahidə  edilmə-

mişdir (Novik T.S., Radionov A.A., 2004).

Klozantinin  10  və  20  %-li  məhlulunu 

terapevtik  dozada  əzələ  içərisinə  və 

dərialtına  vurduqda  iri  və  xırda  buynu-

zlu  heyvanlarda  ağrı  reaksiyası  baş  ver-

mir.  İri  buynuzlu  heyvanların  20-40  %-də 

dəri altına vurulmuş 10 və 20 %-li preparat 

şişkinlik şəklində və palpasiya zamanı ağrı 

verən  yerli  reaksiyaya  səbəb  olur.  Lakin 

heç  bir  müalicə  müdaxiləsi  edilmədən  bu, 

7 günədək öz-özünə keçib gedir.

Toksikoloji  xüsusiyyətləri.  Klozantel 

DÜSТ 12.1.007-76 üzrə 3-cü sinif təh lükəli 

maddələrə aiddir. 

Erkək  və  dişi  siçanlar  üçün  oral  yolla 

verilmiş klozantelin LD

50

 göstəricisi müva -



fiq  olaraq  331  və  453  mq/kq-dır.  Bu  gös-

tərici əzələ içərisinə yeridildikdə hər 2 cins 

üçün 56,8 mq/kq olmuşdur.



Yüklə 2,85 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə