“Mən fəxr edirəM ki, AzərbAycAnlıyAM!”



Yüklə 0,86 Mb.
Pdf görüntüsü
səhifə5/32
tarix17.01.2018
ölçüsü0,86 Mb.
#21348
1   2   3   4   5   6   7   8   9   ...   32

bAyTArlıq

   Elmi-praktik jurnal

10

Leykoz və sarkoma ilə toyuqlar, tək-tək 



hallarda  hind  toyuqları,  firəng  toyuğu, 

kəklik,  ördək,  qaz,  qırqovul,  göyərçin,  qu 

quşları, hacıleylək, alacəhrə və başqa quşlar 

yoluxurlar. Bu xəstəlik təbiətdə geniş yayıl-

mışdır. Xəstəlik mənbəyi xəstə və virus da-

şıyıcı quşlar hesab edilir. Virus daşıyıcı quş-

ların  miqdarı  4-12  aylıq  yaş  qruplarında 

5-dən 70%-dək tərəddüd edir. Quşların yaşı 

artdıqca virus daşıyıcı quşların miqdarı aza-

lır.


Quş  orqanizmindən  virus  ağız  suyu,  if-

razatlarla və yumurta ilə ətraf mühitə yayı-

lır.  Virus  xoruzların  toxumluğunda  olur  və 

buradan  o  nəslə  verilir.  Virus  yumurta  ilə 

(vertikal) və kontakt (horizontal) yolla yayı-

lır.  Yumurtanın  formalaşması  dövründə 

virus  onun  icərisinə  daxil  olur  və  sonra 

embriona və oradan da çıxan cücəyə verilir. 

3-5  günlükdə  cücələr  leykoz-sarkom  qrup 

xəstəliklərə daha həssas olur, sonra 1-2 aylı-

ğadək tədricən aşağı düşür. Yaşlı toyuqlarda 

isə  leykoz-sarkom  qrup  xəstəliklərlə  yo-

luxma cüzi olur.

Cücələr  limfoid  leykozun  virusu  ilə 

3 günlükdə, eritroid və mieloblastozun virusu 

ilə  2  aylıqda,  sarkoma  virusu  ilə  5  aylıqda 

yoluxa bilirlər.

Virus  orqanizmə  daxil  olduqdan  sonra 

qan doğuran orqanları patologiyaya uğradır, 

hüceyrələr  qan  elementlərini  tam  yetişdirə 

bilmir  və  onları  yetişməmiş  şəkildə  qana 

buraxır.  Onlar  da  müxtəlif  orqan  və  toxu-

malarda  toplanıb  özünəməxsus  patologiya 

yaradır. 

Lonq  (1955)  fevral-mart  aylarinda  çıxan 

cücələrin  leykoz-sarkom  qrup  xəstəliklər-

dən  cox  qırıldığını,  başqa  müəlliflər  isə 

bunun  payız-qış  aylarında  baş  verməsini 

göstərirlər.  T.N.Kamalova  (1971),  E.A.Ov-

çinnikova  (1979),  əksinə  hesab  edirlər  ki, 

buna ekoloji və iqlimi şərait bir o qədər də 

kəskin təsir etmir. Müxtəlif xəstəliklər (yo-

luxucu,  parazitar,  helmintoloji  yoluxmayan 

xəstəliklər) orqanizmin rezistentliyini aşağı 

salaraq  quşların  leykoz-sarkom  qrup 

xəstəliklərlə yoluxmasına təsir edir.

Təbiətdə  quşların  leykoz-sarkom  qrup 

xəstəliklərini  törədən  viruslarının  bir  cox 

serotipləri  yayılmışdır.  Təkcə  bunu  gös-

tərmək kifayətdir ki, Sarkoma Rausun (sar-

komanın  törədicisi)  70-dən  cox  serotipi 

müəyyən edilmişdir. 

Bəzi müəlliflər görə leykoz xəstəliyinin 

4,  V.P.Zelenski  və  əməkdaşlarına  görə  isə 

5 növünün olduğu göstərilir. Hər bir növün 

özünəməxsus  kliniki  nişanələri,  patoloji 

anatomik dəyişiklikləri və s. vardır:

limfo  leykoz  (limfoblastoz).  Leykozun 

tez-tez  rast  gəlinən  növlərindən  biridir. 

UOT 619:614.47.22/28

quŞlArdA leykOz-SArkOM qruP xəSTəlikləri 

və OnlArın nÖvləri

Şiriyev F.A., biologiya elmləri namizədi

Əhmədova A.H., baytarlıq elmləri namizədi 

Azərbaycan Elmi-Tədqiqat Baytarlıq İnstitutu

AÇAr SÖzlər: eritrositlər, broyler-cücələr, hüceyrə, virus, quşlar

keyWOrdS: erythrocytes, chicken-broilers, cell, virus, birds



11

Elmi-praktik jurnal   



bAyTArlıq

Onunla  quşların  80%-i  xəstələnir.  6-16  ay-

lıq toyuqlar daha çox xəstələnir və xəstəlik 

xroniki gedişli olur. Xəstə toyuqlarda əzgin-

lik,  yuxululuq,  iştahanın  aşağı  düşməsi, 

sonradan  sıxıntılı  vəziyyət,  arıqlama  və  ya 

piylənmə  müşahidə  olunur.  Qısa  müddətli 

ishal baş verir və tüklər çirklənir, quşun pi-

pik və saqqalı solğunlaşır və göyərir. 

Bəzi  toyuqların  köks-qarın  boşluğunda 

su  yığıntıları  (assit)  əmələ  gəlir  və  toyuq 

pinqvin kimi oturur. Belə halda xəstə toyu-

ğun  qarın  boşluğuna  əl  gəzdirəndə  orada 

bərk  konsistensiyalı  kütlənin  olması  aşkar 

edilir. Qaraciyər qabırğalara tərəf sıxılır. To-

yuq yumurtadan kəsilir, qarın sallanır. Nor-

mal  quşlarla  müqayisədə  yumurtlama  faizi 

10-15% aşağı düşür.

B.E.Puqay (1971) müəyyən etmişdir ki, 

leykozla  xəstə  toyuqlar  2-dən  35-ə  qədər 

yetişməmiş yumurta atır. Bu hal bəzən 100 

yumurtaya  qədər  çatır  və  quşlar  10-11  aya 

qədər yumurtlamaq qabi liyyətini itirir. 

Limfo  leykoz  leykemik  və  aleykemik 

formada gedə bilər. Leykemik gedişdə peri-

ferik  qanda  limfositlərin,  prolimfosit  və 

limfoblastların  miqdarı  yüksək  olur.  Ley-

kositlərin  ümumi  miqdarı  periferik  qanda 

yüksəlib 60-100 min/mm³-ə çatır.

Müxtəlif  yetişməmiş  limfositlərin  miq-

darı, xüsusilə limfa mayesində, sitoplazma-

sında vakuollu və azurofil dənələrin miqdarı 

əhəmiyyətli dərəcədə yüksəlir. Eritrositlərin 

və hemoqlobinin miqdarı isə aşağı düşür. 



leykozun mieloid növü (mieloblastoz, 

mieloz, mieloleykoz). Təsadüfi hallarda baş 

verir və leykozlu xəstələrin 1,5-2%-ni təşkil 

edir.  Xəstə  quş  az  hərəkətli,  arıq,  dəri  ör-

tüyü və görünən selikli qişalar solğun və sa-

rımtıraq  olur.  Əksər  hallarda  mieloid  ley-

kozda  assit  aşkarlanır.  Qaraciyər  partlayır, 

yumurtalıq və köks-qarın boşluğu qan sağın-

tılı olur. Mieloid leykozda az təfriq olunan 

promielosit, mielositlər və psevdoeozinotil-

lərin iştirakı ilə güclü proliferasiya xarakte-

rikdir. Xəstəliyin gedişi aleykemik və leyke-

mik  formada  ola  bilər.  Leykemik  gedişdə 

qan acıq-qırmızı rəngdə olur və zəif laxtala-

nır. Xəstəliyin iti gedi şin  də eritrositlərin miq-

darı 1800-1100 min/mm³ qədər, hemoqlobin 

isə  30-15%-ə  qədər  (Sali  ilə)  aşağı  düşür. 

Leykositlərin  miqdarı  isə  mieloid  siralı 

yetişməmiş  hücey rələrin  hesabına  300-600 

minə qədər yüksəlir. Leykemiyanın nişanə-

ləri  görsə nəndən  bir  necə  gün  sonra  quş 

ölür. 

Gözün  və  başqa  orqanların  mielosito-



ması  (mieloblastoma,  xloroma,  mielosito-

matoz)  mieloid  leykozun  xüsusi  aleykemik 

formasıdır. Z.Mladenov (1974), göstərir ki, 

mielositomatoz özünü diffuz formada yayı-

lan, sümük iliyi və daxili orqanların leyke-

mik  gedişli  xəstəliyidir.  Bəzi  hallarda  bu 

xəstəlik  sümük  üstlüyündə,  qabırğa,  döş, 

baş  sümüklərində,  onurğa  sütunu  və  çanaq 

sümüklərində  geniş  yayılır.  Şiş  mieolosid 

və  promielositlərin  papulyasiyasından  iba-

rətdir və yeni əmələgəlmə müxtəlif böyük-

lükdə  yumşaq  konsintensiyada  sarımtıraq 

rəngdə olur. 

leykozun eritroit növü (eritroblastoz, 

eritroleykoz).  Təsadüfi  hallarda  müşahidə 

edilir,  buna  ümumi  leykozla  yoluxan 

xəstələrin  0,5-2%-ə  qədərini  təşkil  edir. 

Eritroblastozla əsasən 5 aylığa qədər  quşlar 

xəstələnir.  Eritroblastozun  gedişi  yüksək 

temperaturla  müşahidə  olunur.  Xəstəliyin 

sonunda  temperatur  aşagı  düşür.  Xəstə 

toyuqlarda  saqqalda,  pipikdə  və  dəri  örtü-

yündə  kəskin  anemiya  müşa hidə  edilir. 

Quşların  diri  çəkisi  əvvəlcə  aşağı  düşür, 

sonra bir səviyyədə qalır. Tənəffüsün ritmi, 

bədən  temperaturu  və  gündəlik  çəki  artımı 

aşağı  düşür.  Orqa nizmdə  maddələr  müba-

diləsi  pozulur.  Bu  qaraciyərdə,  dalaqda, 

böyrəklərdə  və  mədəaltı  vəzidə  xarakterik 

dəyişikliklər  getməsi  ilə  müşahidə  olunur. 




Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə