3
Müəllifdən
Bu yazıya başlamazdan əvvəl elə bil ucu-
bucağı görünməyən, məlum olmayan bir səhrada
idim. İrəli getmək üçün səhranın hansı tərəfinə
dönməyi dəqiqləşdirə bilmirdim. Bu böyük, geniş
səhranın hansı səmtinə yönəlib, hardan başlasaydım
dəxli yox idi. Bu yol məni mənzilə çatdıracaqdı.
Mənimki yola başlamaqdı. Bu yolu başlamaq üçün
bədii güc, mənəvi həvəs, fikir, beyin azadlığı, ürək
sərbəstliyi əsas şərtləndəndi.
Adətən mən şeirlərimi, hekayələrimi yazanda
kimsə bilməz, kimsə duymaz, kiməsə mane olmaz,
heç bir işimə qarışmazdı. Elə indi də. Ürəyimin
döyünməsinin heç bir işə, heç kimə, heç nəyə
qarışmadığı kimi, bədii yazılarımın yaranması da
beləcədir. Elə güman edirəm ki, əvvəlcədən nə
yazdığımı kimsə bilsə həvəsim ölər, onu sona
çatdırammaram. Gülməli olsa da, olmasa da belə izah
edim:-
Koroğlu Qıratla Düratını qırx gün, qırx gecə
insan nəzərindən kənar saxladığı kimi, mənim bədii
yazılarımın dünyaya gəlməsi də beləcədir. Yazılan-
dan bir müddət keçəndən sonra kim oxuyur oxusun,
kim görür görsün, daha qorxum o
lmur. Bu əsərin
yazılmasının başlıca səbəbləri var. Ən birincisi,
Sədnik müəllim haqqında maraqlı hadisələrin varlığı,
onun
qadınının ruhunu şad eləmək istəyi, bu istəyin
uğrunda varından-yoxundan keçməyə hazır olmasının
məlumluğu...
4
Mən bu əsəri aşkarda yazıram. Sədnik müəllimə
telefonda hissə-hissə oxuyuram. O yazılan parçaları
bəyəndiyini bildirir. Bəs niyə başdan yazmıram? Niyə
bu əsəri gah ordan, gah burdan başlayıram. Bu
mənim bədii xasiyyətimdə özümü narahat etməyən
adətim, pərakəndəliyimdi. Mən bilərəkdən də belə
işləmirəm, bunu düzəltməyə də cəhd göstərmirəm.
Necə gəldi, hardan gəldi orda başlayıram, orda da
nöqtəni qoyuram. Mən təkəm. Tərəfim Sədnikli,
Səfurəli böyük bir dünya, böyük bir nəsil, böyük bir
ailə, böyük bir həyatdır. Bu həyatın bəzi məqamları
ayı, günü, saatı, dəqiqəsi kimlər üçünsə ibrətli
görünər. Mən bu həyatı bacardığım qədər, bacardığım
kimi yazmaq eşqinə düşmüşəm. Eşqimin uğrunda
hələlik ancaq əziyyət çəkirəm. Gecəli-gündüzlü
işləyirəm. Evimiz soyuqdur, çox vaxt işıqlarımız
yanmır, başqa çatışmazlıqları danışmağa dəyməz.
Barmaqlarım üşüyür deyə əynimdəki jaketin qolunu
əlimə keçirib yazıram. Bir dəfə hekayətlərin hansınısa
yazırdım. Yuxum gəldi. Ancaq yatmaq yox yazmaq
istəyirdim. Bir anlığa yuxum qələmi əlimdən yerə
s
aldı. Bərk diksindim, ayıldım. Yamanca qorxdum,
qələmin yerə düşüb cingildəməsindən sonra yaz-
madım.
Hər gecə çətin, dəhşətli yuxular görürəm. Sabah
1995-ci ilin sonudur.
1996-
cı ilin yanvar ayının yeddinci günüdür. Gecə
işıqlarımız olmayıb. Sədnik müəllimlə axşam xeyli
söhbətləşmişik. Bu gün yazmağa nəsə var. Tamam