17
gətirən oğlunu çiynindən alıb, quru yerə tulladı.
Özünü sel yıxdı, əl-qolunu atıb iri bir kötükdən
yapışıb durdu. Burada quru yer görünmürdü. Elə
kötükdən tutub dayandı. Uşağın halının necə olması
haqqında düşündü.
Sədnikin ombası qurudakı iri bir daşa dəyib
əzilmişdi. Onun huşu itmişdi. Anasının göz yaşlarıyla
əl-qolunun ovmasından qarnına dolmuş selin-suyun
boşaldılmasından xəbəri olmadı. Qohum-qonşu hara-
ya yetişdi. Uşaq özünə gəldi.
Bu müddətdə selin də həvəsi tükəndi, yavaşıdı,
zəiflədi. Kərəm müəllim selin ağzından qurtarıb asta-
asta camaata yaxınlaşdı. Ata-bala qucaqlaşdılar. Selin
ağzından alınmış uşağların hamısı yaxşıydı, onlara
heç nə olmamışdı. Onları ataları çiyinlərində quruya
çıxarmışdılar. Bunu Sədnik sonradan bildi. Uşaq-
lardan soruşdu:
-
Bəs məni niyə atam çiynində quruya çıxarmayıb,
tullamışdı?
Uşaqlardan biri düşünüb-daşınmadan demişdi:
-Çünki
Kərəm müəllim sənin doğma atan deyil.
Sədniki sel aparanda belə dəhşətə gəlməmişdi. Sel
ona belə ağır, belə qorxunc təsir etməmişdi. “Doğma
a
ta” sözü onu varından yox eləmişdi. O uşaqlardan
ayrılıb qaça-qaça evə gəlmiş Zilxumarı iki əlləriylə
tutub silkələmiş, doğma atasının kim olduğunu öyrən-
mək istəmişdi. Zilxumar oğlunun bu fikrə hardan
düşdüyünü soruşdu.
18
-
Uşaqlar dedilər ki, onlar sənin doğman deyil,
ögeydilər.
Zilx
umar çox ağladı, çox sızladı “ögey” sözünü
uşağın beynindən poza bilmədi.
Zilx
umar fikirli gəzir, fikirli dolanırdı. Oğluna
qarşı münasibətində heç bir dəyişiklik hiss etmir, onu
əvvəlkindən daha artıq məhəbbətlə sevirdi. Bu
Sədniki təmin eləmirdi. Beynində, fikrində kök salmış
“ögey” sözündən qurtulmaq iqtidarında deyildi.
Kərəm müəllimə yenə “çağırış” gəlmişdi. Zil-
x
umarın dünyası yenə qaralmışdı. Oğluna yalvarırdı
ki, ümidim, pənahım sənsən. Qoyma atanı müharibəyə
getməyə.
Seli atalarının çiynində keçən uşaqları gözünün
qabağına gətirən Sədnikin ombası yox, ürəyinin başı
ağrıyırdı, özəyi göynəyirdi. İnad qəlbini sarmışdı.
Sevinci, fərəhi bu evdə, bu ailədə dadmış olsa belə
“ögey” sözü qara tika
n kimi aralığa girir, onu atalı,
analı xoşbəxt eləməyə qoymurdu.
Hərbi komissarlıqda heç bir hay-küy olmadı. Ögey
sözü “ata” deyən naləni, fəryadı seldən kənarda quru
yerdəki daşa vurub çilik-çilik eləmişdi.
19
İştahı pozan uşaq
Ana
nənəsiylə qalan Sədnik səkkizinci sinifdə
oxuyurdu.Dağlar, dərələr, moruqlu kollar, çiyələkli
talalar, çiçəkli düzlər, şirin bulaqlar oğlanı gur
məlahətli səsindən, gözəl nəğmələrindən tanıyırdı.
Ayağının basdığı yerdən nəğmə bitir, mahnı qayna-
yırdı. Kəndin uşaqları ürəklərə şirinlik, həzinlik
çiləyən bu nəğmələrin qanadında Sədnikin başına
yığışar, səsinə səs verər dünyanı mahnıya bürü-
yərdilər. Nənəsi onun corablarını, pal-paltarını, yama-
yır, əli ilə siğallayr, ütüləyirdi. Qapıdan girəndə arvad
işini yarımçıq qoymadı:
-Ömrüm-günüm, anan
xəngəl bişirib, get ye.
Oğlan üzü-gözü qırış-qırış olmuş, bürüşmüş,
balacalaşmış nənəsinin sözündən iştahlandı, udqundu:
-
Ay nənə, dur ikimiz də gedək, deyib nəvəsi
qolundan qaldırmaq istədi.
Dizinə təzə yamaq salınmış şalvarı nənəsinin əlin-
də göyə qalxdı. Ancaq qadın yerindən durmadı, onun
əlini güclə qolundan araladı:
-
Sən get başına dönüm, mənim işim çoxdu, sonra
gələrəm deyib nəvəsinin başını yozmaladı.
Sədnik ac idi. Çox xoşladığı süzmə xəngəlinin
həvəsiylə anasının evinə götürüldü. Evin ikinci pil-
ləsinə bir ayağını qoyar-qoymaz anasıyla üz-üzə gəldi.
Danışmağa macal tapmamış anası həyəcanla bildirdi:
-
Kişi evdədir, sən get nənəngilə, mən xəngəli ora
gətirərəm.
20
Xəyalında ləzzətlə yediyi üstünə ya xoruz, ya da
hin
duşqa əti səpələnmiş, süzməli, sarımsaqlı xəngəlin,
mis sinisi Sədnikin iştahına ağır zərbəylə dəydi.
İştahasının ağzı-burnu qanla-qəltan oldu, yaralandı,
əzildi. Təhqir olunmuş iştahı onun bu evdə xort
olduğunu yadına saldı. O, arxaya baxmadan geri
dönüb
qaçdı. Anasının evində süfrə başında bu ye-
timin
əyləşməsi ərinin də iştahını pozurdu. Bu
həqiqəmi, uydurmamı? Hər halda Sədnik belə qəbul
elədi, belə gördü.
Evə qayıtmağa tələsmədi. Dərdini, qəmini,
anasının yanındakı yetimliyini dağlara, düzlərə
dağıtmağa yollandı. Nə üçün başqa uşaqlar kimi
anasının oğlu yox yetimi idi. Üzünü göylərə tutdu,
yalva
rdı:- Mən sənə də ögeyəmmi, ay Allah. Barı sən
məni ögey hesab eləmə.
Nənəsinin yanına sakit qayıtdı. Üzünün qırışla-
rından nur seli axan bu qarının nəzərindən yayınmaq,
nəyisə gizlətmək müşkül məsələydi. O, nəvəsindən
yerli-
yataqlı hər şeyi öyrənmək üçün sorğu-suala
tutanda
qızı əlində bir boşqab xəngəl içəri girdi.
Günahkar-
günahkar anasına baxdı, dərdi açıldı:
-
Neyləyim ay ana, bu tüfülü tuturam, o birilər
ye
tim qalır, o biriləri tuturam, bu yetim qalır. Mən
başıma haranın daşını, qayasını yağdırım. Anası
təəccübləndi:
-
Yenə nə olub, belə hay küynən gəlmisən?
Dostları ilə paylaş: |