53
sakitləşdirdi. Hələ canı ağrılardan azad olmamış gəlin
ha fikirləşdi, onun hansı baldızı xəstəxanada olub,
yadına sala bilmədi, dedi:
-
Lətifə xanım, mənim baldızım burada olmayıb,
siz kimi deyirsiniz? Həkim Lətifə təəccübləndi:
-
Yoldaşınla içəri keçmişdi. Bir gözəl, qəşəng,
sarıyanız gəlin idi. Saçları arxasına tökülmüşdü, ala
gözləri var idi. Gültəkin bütün ağrılarını unutdu.
Fərəhlə həkimə bildirdi:
-
O mənim qaynanamdı, Lətifə xanım, baldızım
deyil. Həkim heyrətləndi:
-
Belə də cavan qaynana olar? Mən heç
inanmazdım.
Həmişə qaynanası ilə fəxr eyləyən, onu özünün ən
əzizi, doğması sayan Gültəkin burda da Səfurə
xanımdan ürək dolusu danışdı.
54
Sədnik müəllim tələsir
Dar hövsələ Sədnik müəllim tələsik içəri girdi.
Gəlin- qaynana mətbəxdə uşaqlara yemək verirdilər.
Kişi oturmamış dedi:
-
Ayka, tələsirəm, bircə dəqiqə vaxtım yoxdu. Tez
mənə çörək ver, gedirəm.
Qadın ərini sakitləşdirdi:
-
Bir ayağını soyun, əyləş. İndi xörəyi çəkirəm.
Sədnik lap ciddiləşdi:
-Yox-
yox, qətiyyən vaxtım yoxdu, getməliyəm, elə
ayaq üstü yeyib çıxıram.
Gültəkin qaynatasının hövsələsini yatırtmaq istədi:
-
Sədnik müəllim, uşaqlar yeyib qurtarır, bu dəqiqə
də sən arxayın oturub yeyərsən. Qaynata onun da
sözünü eşitmədi:
-
Əşi, bir tikə nə verirsən ver, ayaüstü yeyib çıxıram,
yoxsa heç yeməyəcəm.
Səfurə xanım ərinin xasiyyətini bildiyindən tez
xörək çəkdi. Kişi yeməyə yenicə əlini uzadırdı ki,
nəvələrdən biri içəri girdi:
-
Ay nənə, qapıda arvadlar var səni çağırırlar, elçiyə
oxşayır dedi. Gültəkin qaynanasından cəld tərpəndi:
-
Siz gözləyin, mən onları yuxarı evə aparım. Gəlin
çıxdı. Gələnləri şirin dillə, gülərüzlə qarşıladı. Mətbəxə
keçdi.
Qayınata, qaynana sual dolu nəzərlərini gəlinin
üzünə dikdilər. Gəlin qaynanasına baxdı:
-
Bacı, sən qonaqların yanına çıx, mən buraları
rahatlayaram. Sədnik müəllim soruşdu:
55
-
Gələnlər kimdi, a bala? Gəlin işindən ayrılmadı.
-
Tanımadım Sədnik müəllim. O, işinin dalınca oldu.
Sədnik müəllim ayaqqabılarını soyundu. Rahatca
divanda əyləşib aşağı-yuxarı şütüyən qonaqlara çay,
mürəbbə daşıyan gəlininin ona nə vaxt əsaslı söz
deməsini gözlədi. Gizlincə qayınatasının hərəkətlərini
izləyən gəlin gördü ki, bayaqdan tələsən. Ayaqüstə
çörəyini yeyən, indi arxayın-arxayın oturub söz
gözləyir. Gəlin öz-özünə gülümsünüb fikirləşdi:
-
Mən də sənə gələnlərin kim olduğunu deməyəcəm.
Görüm bayaqdan niyə tələsirdin.
Gələnlər getdilər. Onlar Sərvanəyə elçi düş-
müşdülər. Səfurə xanım tanıyıb bildiyindən cavablarını
qısaca vermiş yola salmışdı. Gəlin qaynanasına xəbər
verdi:
-
Bacı, ərindən xəbərin var? Bayaqdan tələsən kişin
divanda əyləşib məndən söz gözləyir. Sən Allah, bu
qadınların nəyə gəldiyini hələlik ona bildirmə.
Gültəkinin sözünə qaynanası bərkdən güldü, and içdi:
-
Demərəm a ..... Sərvanın canı demərəm. Bəs
bayaqdan tələsən, ayaqüstü çörək yeyən doğrudan niyə
yolundan qaldı?
Gəlin:
-
Get, özündən soruş, dedi.
Aşağıda hövsələsi daralan Sədnik müəllim yuxarı
çıxdı:
-Ayka,
qonaqlar kim idi, nəyə gəlmişdilər?
Qadın ciddiləşdi:
56
-
Heç elə-belə. Mənimlə işləri varıydı. Sənə aid deyil,
a qoca, bayaqdan tələsirdin, bu qədər ləngidin. Gəlinin
xısın-xısın gülməyindən qayınata başa düşdü ki, şətəl
ondan keçib:
-
Ayka, canım, gözüm, axı məni başa salmadın
bunlar nəyə gəlmişdi? Səfurə xanım özünü işlə məşğul
kimi göstərir, gülməyini güclə saxlayırdı.
-
A kişi dur işinin dalınca get. Arvadların işinə
qarışma. Sədnikmüəllim əl çəkmədi.
-
İşim-zadım yoxdu, sən Allah, de bilim, o qadınlar
nəyə gəlmişdi. Gəlin bayıra çıxdı qayınatasının sözləri
qulaqlarına çatdı.
-
Qadan alım Ayka bu gəlin evimizi dağıdacaq sən
ona qoşulma. Bilirəm o səni öyrədib mənə deməyəsən.
Sən mənim ağıllı gözəlimsən. De, çıxım işimin dalınca
gedim.
Qadın ərini, daha çox həvəsləndiyini görür,
şakqanaq çəkib gülür. Sözünün üstündə bərk dayanır.
-
Sən ki, tələsirdin yeməyə vaxtın yoxuydu. Niyə bu
qədər ləngidin? Gedərdin. Qayıdanda hər şeyi bilərdin
də.
Kişi gəlinəhirslənir, bütün bu işlərin başında onun
olduğunu deyirdi.
Gəlin, qaynana ilə birləşib ona sirr verməyəcəyinə
arxayın olan, qonaqların hansı məqsədlə gəldiyinə
marağı birə-beş artan Sədnik müəllim gedir.
Bir həftə evdən heç nə öyrənə bilmir. Sonra başqa
adamlardan eşidir ki, flankəslər kiçik qızına elçi
Dostları ilə paylaş: |