41
Bir
şüşə zəhər
Ağır xəstələnmişdi Sədnik müəllim. Dünya
işığına baxmağa halı yox idi. Oğul-uşaq bir-birinə
qarışmış, Səfurə xanım dərd-qəm içində çırpınırdı. Bu
günlər elə bil evin yaraşıqlı çılçırağının şöləsi
azalmış, divardan asılmış, yerə döşənmiş xalı-xalçanın
rəngi sozalmış, büllur qab-qacağın parıltısı qalma-
mışdı. Bər-bəzək içində həmişə avazla cingildəyən
saatın səsindən indi kədər tökülürdü.
Xəstəlik ailədə sevinci, şadlığı didərgin salmış,
növ-
növ yeməklərin tamını itirmişdi.
Hər an həkimin və Səfurə xanımın nəzarəti
altında olan Sədnik müəllim uşaqlarının, sevimli
qadının ondan ötrü əzab çəkmələrinə dözmürdü:
-
Səfurə, sən Allah mənə fikir vermə, uşaqları
başına yığ, çayınızı için, çörəyinizi yeyin, mənə fikir
verməyin. Xəstələnmişəm, sağalaram da. Səfurə
ərinin yanında ağlayıb sızlamağını gizlədir, onun
kefini açmağa çalışırdı:
-
Sədnik, əzizim, al bu bircə qaşıq südü iç,
uşaqların fikrini çəkmə, onlar yeyib içiblər. Bircə
sənin sağalmağını gözləyirik. Qapıdakı qurbanlıq
qoyunun boynu qaşınır, kəsilmək istəyir. Ə..... insafın
olsun, bizə yazığın gəlsin, tez sağal.
Qızlar xəlvətcə göz yaşlarını qurulayır, özlərini
halı azca düzələn atalarının yanına verir, qızdırmalı
alnından öpür, hərəsi bir dillə onu xəstəliyin
cəngindən qurtarmağa çalışırdı.
42
Balaca Sərvanə bacılarını yana itələyir, özünü
atasının çarpayısına salır, öpə-öpə:
-
Ata, istəyirsən sənə nağıl söyləyim?
Sədafət ona acıqlanır:
-
Gəl bu yana ay qız, atanı incitmə.
Sahibə hər ikisini kənara çəkir, özü atasıyla
baş-baş qalır, xəlvətcə qulağına pıçıldayır:
-
Sənə qurban olum ata, sən xəstələnmə. Sən
xəstələnəndə anam çox ağlayır. Heç kirimir.
Bu sözlər Sədnik müəllimin ürəyinə köz kimi
basıldı. Onun canını almaq istəyən xəstəliyə lənət
yağdırdı.
Səfurə xanım qızının atasına nələrisə
çatdırdığını duyur, ona hirslənir:
-
A kişi, uşaq-muşağın sözünə inanma, hamımız
öz kefimizdə, işimizdəyik. Sənin sağalmağını gözləyi-
rik. Qadan alım, bircə sağalaydın, -deyib özünü sax-
laya bilmədi. İri ala gözləri doldu yanağı boy axdı.
-
Allahdan əhdim budur, ay kişi, məni sənin
qabağında öldürsün. Sədnik müəllimin bu kəlməni
eşitməyə tabı yoxdu deyə əhvalı qarışdı, nəbzi sürətlə
döyünməyə başladı. Həkim iynə-dərmanla onu güclə
sakitləşdirdi. Oğlanlarının biri atasının başını, biri
əlini, biri qıçını ovuşdurdular. Qızlar için-için ağlayır,
Allaha dualar eləyirdilər ki, atalarına gələn qada-bəla
onlara gəlsin.
Xəstənin halını yaxşılaşdıra bilmədilər.
Səfurə xanım ərinin ağır anlarında onun çar-
payısını evin ortasına çəkdi. Dodağının altında “sənə
43
gələn dərd bəla mənə gəlsin” seyə-deyə çarpayının
başına dolandı. Üçüncü dövrəni tamamlayanda Sədnik
müəllim özünə gəlib ayıldı. İstəkli qadının nə
elədiyini anlayıb yalvardı:
-
Səfurə, səni and verirəm mənim canıma, belə
etmə, qayıt dala, mən səni başına dolanım, sənə gələn
qoy mənə gəlsin. Mən ölsəm sən uşaqları saxlayarsan.
Niyə belə edirsən axı?
Səfurə onu sakitləşdirdi:
-
Heç nə olmaz, Sədnik. Qoy sənə gələn mənə
gəlsin. Bu anda ana-ata, uşaqlar hamısı ağladı,
həkimin də gözləri yaşardı. Bu evin, bu ailənin sonsuz
məhəbbətinə qibtə elədi.
Xəstəni Bkıya apardılar. Müalicəni orda davam
elətdirdilər.
Həmişə ərköyün, rahat yorğan-döşəkdə yatan
Səfurə xanım dincliyini itirmişdi, ərinin çarpayısının
yanında taxta çarpayıda yatırdı. Bütün əzab-əziyyət
ondan ötrü xoş idi, təki əri sağalsın.
Sədnik müəllimi sağaltmaq üçün tapılmayan
iynə-dərmanlar əldə edilir, həkimlərin bircə buyruğu
nəticəsiz qalmırdı, ağızdan çıxan axşama hazır olurdu.
Xəstənin önü bəri idi. Yavaş-yavaş dirçəlirdi.
Bir dəfə Səfurə xanım yerindən duranda
döşəməyə bur ətir şüşəsi düşdü, səsə Sədnik müəllim
diksindi, ətir şüşəsini istədi:
-
Ver görüm o hansı ətirdi elə, xəstəxanada da
yanında saxlayırsan. Ay Səfurə, sağalım sənə ən yaxşı
ətirlərdən alacağam.
44
Səfurə xanım istədi aralığa söz qatıb ərinin
fikrini yozutsun. Ona görə dedi:
-
Heç, elə belə, ay Sədnik, duranda yaxşısını
alarsan.
Kişisi əl çəkmədi:
-
Yox canım, sən o şüşəni ver baxım. Sən
mənim ölmüşüm ver. Bax, mən yenicə sağalmışam,
qoy yaşayım, ver ona baxım.
Qadın ha o yan, bu yan elədisə gördü olmur,
axırda dedi:
-
Sədnik, bu ətir deyil, zəhərdir. Vallah, əgər
sənə bir şey olsaydı, bunu içib mən də öləcəkdim.
Şükür Allaha, hər şey yaxşı qurtardı. Bunu da atarıq
gedər.
Otaq Sədnikin başına fırlandı. Bilmədi ona nə
cavab versin. Onu hansı xoş sözlərlə dindirsin ki,
qadının istəyinin əvəzi olsun. Bu istəyin isə əvəzi yox
idi.
Dostları ilə paylaş: |