75
özümü demirlər. Ana, bəlkə sənə oxşayıram, camaat
qəsdən demir. İşləri sənin kimi görürəm, deməli özüm
də sənə oxşayıram da, düzdür, ana?
Anası əlindəki ütünü qızına verir, qar kimi
yuyulmuş, karton kimi qurumuş, ütülənmiş paltarları
yerbəyer eyləyir:
-
Gözəlim, nazlı qızım, yerdə qalan paltarları sən
ütülə. Hər dəfə yaxşı bir iş görəndə bir az gözəl-
ləşirsən, lap yaxşı işlər görəndə olacaqsan, dünya
gözəli.
Qızın gözləri sevincdən parlayır, ütünü həvəslə
paltarın üstündə o yan-bu yana sürütləyir, bircə xırda
qırışın qalmasına imkan vermədən anasının işini
davam etdirir. Paltarların üstündəki bircə gülün də
ləçəyini bükülü qoymur, hamısını açırdı.
Bir dəfə Səfurə xanımla Sərvanə qonaqlığa
hazırlaşırdı. Onlar ən yaxşı paltarlarını geyindilər.
Ana bala güzgünün qabağına keçdilər. Ananın hazır-
laşmağı tezcə başa çatdı. Sərvanə isə bəzənir, saçını
gah o yana, gah bu yana ayırır, üzünü gözünü
sığallayırdı. Səfurə xanımın səbri tükəndi. Dedi:
-
Ay gözümün işığı, bir az tez hazırlaş, gedib
qonaqlığın axırına çatacağıq.
Qəşəngcə bəzənmiş Sərvanə bir özünə, bir anasına
baxdı, qaş-qabağını salladı:
-
Ana, mən bayaqdan bəzənirəm, yenə gözəl
deyiləm. Elə kifirəm ki, kifirəm. Deyəsən, sən lap çox
bəzənibsən elə, ana? Mən az bəzəndim axı?
Anası qızını inandırmağa çalışdı:
76
-
Başına dönüm, bəri gəl, gedək, vallah, üzümə bir
ovuc sudan başqa heç nə vurmamışam. Sənin işin
qiyamətdi ey... Növ-növ bəzək düzəyi üz-gözünə
yaxırsan, məni də özünə tay eyləyirsən? Yox, a bala,
mənim üzüm heç elə şeyləri götürməz. Sən bunları
bilə-bilə yenə məni söylədirsən, ay dəli qızım.
Qız bərkdən gülüb uğundu:
-
Dəli yox, ay ana, kifir qızın. Gözəl ananın kifir
qızı. Hələ bir baxım, görüm, yanağına nə çəkmisən
belə qızarıb, özün də deyirsən üzümə heç nə vurma-
mışam.
O, dəsmalını götürüb anasının yanağını silməyə
başladı. Dümağ dəsmalın rəngi dəyişmədi. Səfurə
xanım əlini əlinə vurub qəh-qəhə çəkdi:
-
Ağlını özgəsinə vermə, a qızım, sənin ananın nəyi
var özündəndir.
Sərvanə ciddiləşdi, elə bil birdən-birə böyüdü. Elə
bil səhərdən ərköyünlük eləyən bu qız deyildi. Tez
qaçıb evdən bir çimdik duz və üzərlik gətirdi. Anası
donub qalmışdı, qızının nə eləmək fikrində olduğunu
dəqiq bilmirdi. Qız duzu üzərliyi kağıza bükdü, bir
qaba qoyub
odladı. Tüstüsünü anasının üzünə üfürən-
də qadın sonbeşiyinin fikrini duydu, sevindi, fərəh-
ləndi. Bütün günü baş-beynini aparan, onunla gözəllik
davası eləyən balasının nəzərində necə gözəl, necə
qəşəng imiş.
Qadın əlini yelləyib: -Yaxşı, qadan alım, mənə
dəyən göz partlasın, bala, mənim nəyimə göz dəyə-
cək?
77
Sərvanə gülümsünüb:
-
Elə demə, ay gözəl anam, sən lap məleykəsən.
Qorxuram sənə göz dəyər, qurban olum sənə, ay ana.
Onlar deyə-gülə qonaqlığa getdilər. Hələ Sərvanə-
nin
nəzərində anasından gözəl başqa kimsə yox idi.
Çox vaxt ana-
bala geyinir, bəzənir, cüt gəzirdilər.
Bir dəfə yolda tanışlardan biriylə rastlaşdılar.
Görüşüb öpüşəndən sonra qadın dedi:
-
Ay Səfurə, xanım, qızındı, qaşı, gözü qəşəngdi,
bir az sənə oxşayır, Allah saxlasın.
Üzdə bildirməsə də ürəyində sevincindən qəşş
eyləyən Sərvanə az qaldı, qadını yenidən öpsün. İlk
dəfə idi Sərvanəni anasına oxşadırdılar. Qızın ürəyi
sevinclə döyündü. Qadınla anasının nədən söhbət
etdik
lərinə qulaq asmadı, fikri, xəyalı anasına oxşayır,
sözündə idi, bunu dönə-dönə eşitmək istəyirdi. Ona
elə gəlirdi ki, yəqin gözəlləşir, yoxsa tanışları onu
anasına oxşatmazdı, Axı, o, anasını hamıdan gözəl
hesab eləyirdi. Sərvanə böyüsə də “anasına oxşayır”
sözündən həmişə fərəhlənirdi.
78
Məni də aranızda gizlədin
Şaqqataraq nartaxta oynayan Sərvanla Sərvanənin
səs-küyü evi bürümüşdü.
Mətbəxdə biş-düşlə məşğul olan Səfurə xanım
arada b
ir əlindəki işini yarımçıq qoyub, uşaqlarına
təpinirdi:
-
Çığır-bağırınız evi uçurur, ay uşaqlar, asta
oynayın.
Sərvanə həmişə zər atanda istədiyi gəlməyəndə
min cür cığallıq salır, Sərvanı mütləq yenirdi. Qardaşı
bacısına dəfələrlə güzəştə gedirdisə yenə qız çığırır,
dediyindən dönmürdü. Sərvanə uduzmaq istəmirdi,
Sərvan isə ona məğlub olmurdu.
Səfurə xanım ikinci dəfə təpindi. Bu qadın
sözünün divara, çılçırağa, şkafa, stola nəyəsə dəyib
qayıtmağına adət etməyibdir. Onun sözü həmişə
sahibinə çatıb. Nəticəsiz qalmayıbdır. Bu gün oyuna
başları qarışan uşaqlar analarının sözünə o qədər də
əhəmiyyət vermirdilər.
-
Sözü mən kimə deyirəm? Durun, tez keçin yataq
otağına. Mən icazə verməyincə yerinizdən tərpən-
məyin. Oldu Sərvan, eşitdin Sərvanə-dedi. Elə mehr-
məhəbbətlə elə ciddi, elə tərzdə dedi ki, uşaqlar cəld
yataq otağına keçib kirişdilər.
Ana hazırlaşıb harasa getdi. Bayaqdan bir-biriləri
ilə dalaşan, dilləşən oğlu ilə qızı fağırlaşıb, quzuya
döndülər. Sərvanə qardaşına pıçıldadı:
Dostları ilə paylaş: |